Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏTİN FÖVQƏLADƏ ÇƏTİRİ KİMİN ƏLİNDƏDİR?
HAKİMİYYƏTİN FÖVQƏLADƏ ÇƏTİRİ KİMİN ƏLİNDƏDİR?31-10-2013, 14:39 |
KƏMALƏDDİN HEYDƏROVDAN NƏDƏN İMTİNA OLUNMADI? DİA.AZ: - 22 oktyabr tarixində prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni heyətini təsdiqlədikdən sonra bu prosesə müxtəlif münasibətlər, yanaşmalar müşahidə olundu ki, əslində bunun özü də təbii idi. Lakin təbii olmayanı, müxalifət liderlərinin küskün reaksiyaları oldu. Hər halda, onların İlham Əliyevin öz komandasını məhz müxalifətin arzu və istəklərinə uyğun tərzdə formalaşdıracağına ümid edirmiş kimi davranmaları heç cürə anlaşılan deyildi. Təbii ki, normal olanı elə 22 oktyabr tarixində yaşanıldı. Və İlham Əliyev daha 5 il yola davam fürsəti verdiyi komanda yoldaşlarının kimliyini elan etdi. Bu həm də o demək idi ki, prezident vəzifələrini təsdiqlədiyi şəxslərə inanır və etimad göstərir. Çünki İlham Əliyevin prinsiplərində inanmadığı ilə yol getmək kimi bir ənənə mövcud deyil. Bunu dəfələrlə nümayiş etdirib. Elə 2005-ci ilin 17 oktyabr hadisələri zamanı həbs olunan və bir neçə gün əvvəl azadlığa buraxılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin iqtidar düşərgəsindən qovulması fonunda prezidentin verdiyi reaksiyalar, söylədiyi fikirlər də bunun bariz sübutu kimi qəbul oluna bilər. Xatırlayırsınızsa, həmin ərəfədə prezident təxmini olaraq «mən Fərhad Əliyevi yanıma çağırdım, o, əlini Qurana basdı, and içdi, amma gedib yenə də öz bildiyini etdi» fikirlərini işlətməklə bu olaya qiymət vermişdi. Yəni İlham Əliyev komanda yoldaşlarına ilk növbədə inanmaq istəyir. Və bu gün İlham Əliyevin yenidən etimad göstərdikləri, həmçinin etimad göstərmədiklərinin kimliyini tam olaraq bilirik. Cəmi 3 nazir vəzifəsindən alındı. Bu isə bütünlükdə olaraq NK heyətinin uğuru kimi qiymətləndirilməlidir. Prezident - komandanın lideri onlara inanır və etimad göstərir. Hətta vəzifəsindən alınan nazirlərdən biri - keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov iqtidar düşərgəsindən qovulmadı və baş nazirin postuna gətirildi ki, bu da itkilərin daha az olmasının sübutu kimi qəbul edilməlidir. DİA.AZ olaraq bu tarixdən etibarən İlham Əliyevin yeniləşən komandasında yenidən mövqe qazanan yüksək ranqlı çinovnikləri xarakterizə etməyə çalışacağıq. Və ilk çözələməmizi də kifayət qədər samballı fiqurlardan biri kimi diqqətə gələn və sözün əsl mənasında hazırki hakimiyyətin əsas dayaqlarından biri kimi qəbul edilən fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan başlayacağıq. Kimdir Kəmaləddin Heydərov? Bildirək ki, bu vaxta qədər mətbuatda barəsində müxtəlif fikirlər, yazılar dərc olunub. Bu da normaldır. Hər halda fəaliyyətdə olan bir məmurun barəsində yazılmalıdır və yazılacaq da. Amma onunla bağlı cəmiyyət arasında ən populyar olan fikir müsbət mənada şəxsi xarakterik keyfiyyətlərə malik olmasıdır. Hər halda, olanı budur və bu gün Kəmaləddin Heydərovun adı cəmiyyətdə mənfiyə doğru assosasiya yaratmır. Bunu isə həm özü və həm də bu gün az qala özü qədərində ictimailəşmiş fiqur kimi diqqətə gələn oğlu Taleh Heydərovun davranışları hesabına əldə edib. Kəmaləddin Heydərovdan İlham Əliyevin razı qalıb-qalmamasını görüntüdə yalnız onun yenidən nazir kimi təsdiqlənməsi ehtiva etmir. Prezidentin bu gün məhz fövqəladə hallar nazirliyinin xətti ilə çox ciddi layihələrə çox böyük yatırım qoymasından da bunu görmək olar. Hər halda, Kəmaləddin Heydərovu hazıra nazir hesab etmək də doğru deyil və bu gün o, yeni yaradılmış - özünün rəhbərliyi altında yaradılmış bir quruma rəhbərlik edir. Kəmaləddin Heydərovun əlində yalnız bir-iki şlanqı deşilmiş yanğınsöndürən maşın və sovet dövründən hərbi siniflərdə qalan mülki-mühafizə predmetləri var idi. Amma bu gün fövqəladə hallar nazirliyi özü öz növbəsində yarım hərbiləşmiş bir ordu təəssüratını bağışlayır. Hətta Azərbaycan FHN-si təkcə Azərbaycanda yox, həm də qardaş Türkiyədə və daha bir neçə ölkədə fəaliyyət göstərəcək, yardıma qoşacaq bir səviyyədə inkişaf edib ki, burada rəhbərin, rəhbərliyin xüsusi bacarığını inkar etmək doğru olmazdı. Belə bir şəraitdə İlham Əliyevin Kəmaləddin Heydərovdan narazı salacaq hansısa məqamın olduğunu da təxmin etmək çətindir. Bu gün Kəmaləddin Heydərov o məmurlardan hesab olunur ki, camaat arasına da rahatlıqla çıxma imkanına malikdir. Bəlkə də İlham Əliyevin prezident seçkiləri ərəfəsindən start düyməsini basdığı siyasət - nazirlərin, qurum başçılarının yerlərdə əhali ilə görüşləri ideyası da sırf olaraq yerlərdə prezident komandasına olan münasibəti müəyyən etməyə hesablanmışdı. Sahəsinin daha çətin və daha problemli olmasına rəğmən Kəmaləddin Heydərovun üzərinə nə hücum edən oldu, nə də arxasınca danışan. Onun görüşlərindən minlərlə vətəndaşın - hətta problemi onun sahəsinə aidiyyatı olmayan vətəndaşın da xoş üzlə ayrılması faktdır. Bu bir faktdır ki, bu gün FHN-nin yetərincə qayğısı var. Bir yandan Zaqatalada və şimal bölgəsində baş verən zəlzələ, digər yandan da davamlı olaraq baş verən sel basqınları faciələrinin fəsadlarının aradan qaldırılması birbaşa olaraq FHN-nin məsul olduğu sahədir. Və insanların hər birinin eyni zamanda razı salınmasının çətin olduğunu bildiyimiz sürədə FHN ilə bağlı hər hansı ciddi narazılıqların ortada olmadığı bir faktdır ki, elə bu kimi faktlar da mütləq şəkildə qərarı verən dairələrin nəzərindən yayınmayıb. Yəni yuxarıda sadaladığımız məqamlardan da aydın olur ki, nədən İlham Əliyev yenidən konkret olaraq Kəmaləddin Heydərovdan imtina etməyib. Və etiraf olunmalıdır ki, bu gün hətta İlham Əliyevə opponentlik edən siyasi rəqibləri də öz komandalarında bu cür kadrları görməyi arzu edərlər. Sırada daha bir hakimiyyət adamı - nəqliyyat naziri Ziya Məmmədovdur. Bizi izləyin… Azər – DİA.AZ Geri qayıt |