“Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                     Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu .....                     Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” .....                     Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir? .....                     İran hakimiyyəti adamlarını qoruya bilmir .....                     “Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” .....                     Laçın və İrpen qardaşlaşmış şəhərlər olub .....                     Nazim Bəydəmirliyə hökm oxunub .....                     MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: .....                     Prezident bir qrup prokurorluq işçisini təltif edib .....                     “İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... .....                     İranda həbsdə olan Fəridin anası danışdı: .....                     Gözlənilən əməliyyat və məntiqi nəticə: .....                     Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı .....                     İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı .....                     "Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA .....                     Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi .....                     Xalq artistindən illər sonra ETİRAF: .....                     Əvəz Zeynallının şikayətinə .....                     Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... .....                     "Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim" .....                     İsrail “cin ordusu”ndan istifadə edir .....                     Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... .....                     Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb .....                 

"RÜSTƏM İBRAHİMBƏYOV NƏDƏNSƏ QORXUR"
Tarix: 30-07-2013, 11:11 | Çap et
"RÜSTƏM İBRAHİMBƏYOV NƏDƏNSƏ QORXUR"
"Görünür, Rüstəm İbrahimbəyovun əməllərində cinayət tərkibli nə isə var"

Milli Şuranın vahid namizədi kimi müəyyənləşmiş Rüstəm İbrahimbəyovun ölkəyə gəlməməsi müxalifət daxilиndə bir sıra proseslərə yeni istiqamət verib. Bununla paralel olaraq Müsavat və Açıq Cəmiyyət partiyaları arasındakı qarşılıqlı ittihamlar, ehtiyat namizəd məsələsi ətrafında mübahisələr səngimək bilmir. Bütün bu proseslərlə bağlı “Kaspi”nin suallarını Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı cavablandırır.

- Milli Şuranın vahid namizədi, kinorejissor Rüstəm İbrahimbəyov yenə də Azərbaycana gələsi olmadı. Sizcə bu nə ilə əlaqədardır?

- Rüstəm İbrahimbəyov Milli Şura tərəfindən vahid namizəd elan olunandan sonra dedilər ki, yaxın günlərdə o, Bakıya gələcək. Ardınca onun tərəfdarları bu səfərin iyul ayının əvvəllərində gerçəkləşəcəyini bildirdilər. İyul ayı gələndə isə Rüstəm İbrahimbəyovun Azərbaycana dönəcəyi tarix kimi ayın 31-i göstərdilər. İndi də durub deyirlər ki, səfər yenə də təxirə salınır. Mən bunu hər şeydən öncə Rüstəm İbrahimbəyovun qeyri-ciddi adam olması ilə əlaqələndirirəm. Baş verənlər bir daha təsdiq etdi ki, o, siyasətdə çox diletant adamdır və başqalarının əlində alət kimi istifadə olunmaqdadır. Ola bilsin ki onu gündəmə gətirən, Rüstəm İbrahimbəyova ssenarilərinin içərisində rol verən müəyyən dairələr, artıq öz layihələrinin reallaşmasından imtina ediblər. Beləliklə Azərbaycanda özlərini demokratik qüvvələr kimi cəmiyyətə təqdim edən bir qrupun elan etdiyi vahid namizədi gülünc vəziyyətə qoyublar. Bu cür sonluq əvvəlcədən də görünən idi. Rüstəm İbrahimbəyovun başlamış olduğu andan bu günə qədər olan fəaliyyətini izləyəndə, açıqlamalarını oxuyanda, eyni zamanda Milli Şura daxilindəki prosesləri müşahidə edəndə çıxarılan nəticə bu idi ki, o, Azərbaycana təzyiq formasının içərisində yer alan şəxsdir. Görünən budur ki, artıq bu təzyiq ortadan qalxmaqdadır. Çünki dövlət başçısı İlham Əliyevin olduqca təmkinli, son dərəcə ölçülüb-biçilmiş, ağıllı, çevik siyasəti Azərbaycana hər zaman yönəlmiş olan bu və buna bənzər layihələri neytrallaşdırdığı kimi, bunu da zərərsizləşdirə bildi. Nəticədə bu oyunların içərisində yer alan Rüstəm İbrahimbəyov çox gülünc vəziyyətə düşdü.

- Milli Şura sədrinin İcra Aparatının rəhbəri Eldar Namazov R.İbrahimbəyovun hələ də Moskvada olmasını onun Rusiya vətəndaşlığından imtina etməsi ilə əlaqələndirib. Sizcə rəsmi Moskva Azərbaycanda prezident seçkilərinə qədər onun ikili vətəndaşlığını ləğv edəcəkmi?

- Bu barədə dəqiq proqnoz vermək qeyri-mümkündür. Sadəcə onu qeyd etmək istərdim ki, hətta Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından imtina etsə belə, onun bu vətəndaşlığı qəbul etdiyi zaman yerli qanunlara uyğun olaraq üzərinə götürdüyü öhdəliklər var. Yəni, onun Rusiya dövləti qarşısında müəyyən öhdəlikləri var. Gəlin görək, Rüstəm İbrahimbəyov həmin öhdəliklərdən də imtina edirmi? Yaxud, bu günə qədər o öhdəliklərin içərisində yer alıbmı? Azərbaycana qarşı yürüdülən siyasətin içərisində oynadığı rol nədən ibarət olub? Bu kimi bir çox suallara da cavab tapılmalıdır. Belə sualların cavabını isə siyasətçilər deyil, hüquqşünaslar daha dəqiq bilirlər. Ümumiyyətlə bir çox məqamlar var ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasında maneəyə çevrilə bilər. Lakin onun seçilməsi məsələsində arqumentləri kifayət qədər genişləndirmək olar. Bununla bərabər, Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi kimi qəbul edilməsinə baxmayaraq, qurum daxilində kifayət qədər ziddiyyətlər, qarşıdurmalar, fikir ayrılıqları da mövcuddur. Bu narazılıqlar ən müxtəlif şəkildə özünü ifadə etməkdədir. Konkret olaraq Müsavat Partiyası Rüstəm İbrahimbəyovun namizədliyinə ironiya ilə yanaşır. Baxmayaraq ki, hansısa siyasi məqsədlər naminə onun namizədliyinə hələlik “hə” deyiblər. Digər tərəfdən, Açıq Cəmiyyət Partiyasının Rüstəm İbrahimbəyova münasibətində də dəyişikliklər sezilir. Bütün bunlar bir daha sübut edir ki, Milli Şuradakı ayrı-ayrı partiyalar arasında yetərincə ziddiyyətlər var. Müsavat-AXCP, Müsavat-ACP, AXCP-ACP münasibətləri heç də yaxşı durumda deyil. Bunlar biri digərini qəbul etməyən siyasi təşkilatlardır. Əvvəllər də deyildiyi kimi, onlar mehriban düşmənlərdir. Bu partiyalar sonadək də iradələrini ortaya qoyub prezident seçkilərində vahid mövqedən çıxış edə bilməyəcəklər. Çünki maraqlar hədsiz dərəcədə toqquşur. Heç onların liderlərinin də bir-birinə münasibəti ürəkaçan səviyyədə deyil. Hətta bir-birinə patoloji nifrət bəsləyirlər. Bu da Milli Şuranın uğurlu layihə kimi prezident seçkilərində iştirakını məhdudlaşdırır, bu qurumu iflasa aparır.

- Partiyalararası münasibətlərdən söz düşmüşkən, bu günlərdə Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı və Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev mətbuat vasitəsilə bir-birinin ünvanına təhqirlə müşayiət olunan ittihamlar səsləndirdilər. Sizcə, Milli Şuradakı müttəfiqləri birdən-birə belə mövqe sərgiləməyə vadar edən nədir?

- Onların bir-birinə qarşı açıq xarakter alan münasibətinin dərin kökləri var. Siyasi təşkilat kimi də onlar biri digərini qəbul etməyiblər. Onsuz da İsa Qəmbərlə Rəsul Quliyev arasındakı münasibətlər sabit deyil. Sülhəddin Əkbərə gəlincə, bu adam əvvəllər Müsavat Partiyasında idi. Sonradan istefa verərək ACP sədri postunu tutdu. O da öz lideri Rəsul Quliyevin müəyyənləşdirdiyi xəttə uyğun hərəkət edir, fəaliyyətini qurur. Prezident seçkiləri yaxınlaşdıqca, Müsavat və ACP arasındakı münasibətlərin daha da kəskin xarakter alacağı gözləniləndir.

- Xatırlayırsınızsa, hələ bir müddət bundan öncə ACP lideri Rəsul Quliyev mətbuata açıqlamasında bildirmişdi ki, Milli Şura üzvləri dərhal yığışmalı və R.İbrahimbəyovun Azərbaycana gələ bilməməsi ilə bağlı qərar qəbul etməlidirlər. Qeyd etmişdi ki, əgər o, Bakıya gəlsə dərhal həbs ediləcək. Sizcə Milli Şuranın vahid namizədinin Azərbaycana gələcəyi təqdirdə həbs edilməsi mümkündürmü?

- Baş verən son proseslər onu deməyə əsas verir ki, Rüstəm İbrahimbəyovun əməllərində kifayət qədər cinayət xarakterli məsələlər var. Onun fəaliyyətində belə əməllər var ki, özü də Azərbaycana gəlməkdən çəkinir. Özü də qeyd edib ki, əgər Azərbaycana gəlsəm həbs oluna bilərəm. Ancaq nəyə görə həbs oluna biləcəyini açıqlamır. Axı, durduğu yerdə kimisə həbs etmək mümkün deyil. Onu da nəzərə alsaq ki, Rüstəm İbrahimbəyov tanınmış kinorejissordur, dünyanın ayrı-ayrı incəsənət xadimləri tərəfindən tanınır, o zaman onu heç nə olmadan həbs etmək mümkün deyil. Bu zaman o adamlar Rüstəm İbrahimbəyovun yanında olar, onu müdafiə edərlər. Ona görə də görünür Rüstəm İbrahimbəyovun əməllərində cinayət tərkibli nə isə var. Məhz bu səbəbə görə də özü Azərbaycana gələ bilmir, həbs ediləcəyindən qorxur. Ola bilsin bəzi adamlar da məqsədli şəkildə diqqəti bu məqamdan yayındırmaq üçün Rüstəm İbrahimbəyov məsələsini şişirdir, onun əzabkeş obrazını yaratmağa cəhd edirlər.

- İyulun 30-da Milli Şuranın komissiya sədrləri, quruma daxil olan partiyaların təmsilçiləri, həmçinin R.İbrahimbəyov Tbilisidə bir araya gələcək. Ehtimal edilir ki, bu görüşdə vahid namizədlə bağlı vəziyyət yenidən dəyərləndiriləcək. Əgər deyilən kimi olacaqsa, Sizcə Milli Şuranın ehtiyat namizədi kim ola bilər?

- Milli Şuranın ehtiyat namizədinin kim olacağını əvvəlcədən demək çox çətindir. Çünki bayaq qeyd etdiyim kimi qurum daxilində kifayət qədər ambissiyalı adamlar, çoxsaylı problemlər var. Son dərəcə zəif ehtimalla Eldar Namazov vahid namizəd ola bilər. Ancaq Milli Şuranın digər üzvləri, əminəm ki, buna icazə verməzlər. O da bəllidir ki, Müsavat Partiyası tərəfindən İsa Qəmbərin namizədliyi irəli sürülüb. Bununla yanaşı KXCP sədri Mirmahmud Mirəlioğlunun da namizədliyi öz partiyası tərəfindən irəli sürülüb. Amma İsa Qəmbərin Milli Şuranın, yaxud müxalifətin vahid namizədi olmasını AXCP və onun lideri Əli Kərimli qəbul eləmir. Bu kimi səbəbləri nəzərə alaraq, hətta ehtimal edirəm ki, alternativ vahid namizədin müəyyənləşməsi partiyalar arasındakı qarşıdurmanı, fikir ayrılığını daha da dərinləşdirə bilər. Bu isə bütövlükdə Milli Şuranın fəaliyyətinə xitam verər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azercell Telekom” yenə məhkəməyə verildi
Bu gün, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Bu gün, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Bu gün, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Bu gün, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Bu gün, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Bu gün, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Bu gün, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Bu gün, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Bu gün, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Bu gün, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Bu gün, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Bu gün, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Bu gün, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Bu gün, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Bu gün, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Bu gün, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Bu gün, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Bu gün, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Bu gün, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Bu gün, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Bu gün, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Bu gün, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Bu gün, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:10
İranda həbsdə olan Fəridin anası danışdı: - “Sağlığı ilə bağlı...”
Bu gün, 14:02
Gözlənilən əməliyyat və məntiqi nəticə: - İsrail dayanmaq fikrində deyil
Bu gün, 14:00
Azərbaycanda 3 və 4 ulduzlu hotellərdə kəskin qiymət artımı - TƏFƏRRÜAT
Bu gün, 13:56
İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı
Bu gün, 13:09
"Rusiya iqtisadiyyatını ciddi böhran gözləyir" - Ekspert
Bu gün, 13:07
Mülayim cənub-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 13:04
Rusiyadakı soydaşlarımız SEÇİM QARŞISINDA – İkili vətəndaşlıq ləğv olunsa, NƏ DƏYİŞƏCƏK?
Bu gün, 13:02
Türkiyə-Azərbaycan qardaşlığına qarşı Qərb fitnəsi - Elçin Alıoğlu yazır...
Bu gün, 12:59
Xalq artistindən illər sonra ETİRAF: - “Bunu bacarmadım”
Bu gün, 12:45
Əvəz Zeynallının şikayətinə bu tarixdə BAXILACAQ
Bu gün, 12:40
Ucuz olanda daha yaxşı idi: BAHA interNETİN ÇORBASI OLMAZ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:38
"Evdə rus dilində danışdığımız üçün Azərbaycan dilində danışmaqda çətinlik çəkirdim"
Bu gün, 12:33
İsrail “cin ordusu”ndan istifadə edir – Molla
Bu gün, 12:27
Bakının kirayə bazarında vəziyyət dəyişir: Bu tarixdən... - AÇIQLAMA
Bu gün, 12:19
Suriya Prezidentinin qardaşı Mahir Əsəd İsrailin hücumu nəticəsində öldürülüb - KİV
Bu gün, 12:16
"Bu 6 ayda elə bir gün olmadı ki, burada olduğuma görə şükür etməyim"
Bu gün, 12:15
“Azercell” bu nömrəni 75 min manata satışa çıxarıb - SİYAHI
Bu gün, 12:11
2 yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi - DETALLAR
Bu gün, 12:09
"İşin baxışına 2023-cü ilin yanvar ayından başlansa da..." - HƏBSXANADAN MƏKTUB
Bu gün, 12:04
“89-cu yerdən 95-ci yerə enməyimiz təəssüf doğurur” - Osman Gündüz
Bu gün, 11:59
Fars-molla rejimi Azərbaycanlı tələbəyə BELƏ TORBA TİKİB... - hər şey QURAMA İMİŞ...
Bu gün, 11:57
ADY beynəlxalq standartlara cavab vermir... - "Adını eşidirik ki, “sürət qatarları” var, tısbağa kimi gedirlər..."
Bu gün, 11:53
"Tıxac başqa, yolu konkret bağlamaq başqa..." - ETİRAZ VAR...
Bu gün, 11:48
Azərbaycanlı milyarder Rusiyadan deport edilir - SƏBƏB
Bu gün, 11:40
“Azərsun Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 11:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru