Ehtiyatda olan mayor, 2-ci qrup əlil prezidentdən və dövlət rəsmilərindən kömək istədi – NARAZILIQ VAR
Tarix: 24-04-2014, 10:23 | Çap et
DİA.AZ: - Laçın rayon Pircahan kəndindən məcburi köçkün, hal-hazırda müvəqqəti Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi ev 2, mənzil 5 ünvanında yaşayan 2-ci qrup əlil, ehtiyatda olan mayor Novruzov Rövşən Rafayıl oğlu prezident İlham Əliyevdən və bir qrup dövlət rəsmilərindən yardım istəyir. Narazı vətəndaşın DİA.AZ-a ünvanladığı müraciəti olduğu kimi diqətinizə təqdim edirik: “Hörmətli Cənab Prezident! Məlumat üçün Sizə bildirmək istəyirəm ki, dəfələrlə müraciət etməyimə baxmayaraq hələdə müraciətlərim cavabsız qalmaqdadır, əmək qabiliyyətimi itirib, 2-ci qrup əlil olduqda nədənsə bəzi sığorta orqanları tərəfindən mənə biganə yanaşılır, əlilə xoşagəlməz münasibət bəslənilir, niyə bəzi orqanlar istəyirlər ki, Yevlaxda, Bərdədə və digər yerlərdə incidilən günahsız əlilər, sonda qayğısız, çarəsiz və məcbur qalıb, şikayətləri eşidilmədikdə, yaşamaq hüququnun pozulması məcbur edilir, məndə sonda bunlar kimi etməliyəm ki, müraciətim qəbul edilsin, əmək qabiliyyətimi itirəndən sonra cəmiyyətə biz əlilər lazım deyilikmi, sonda bildirmək istəyirəm ki, biz əlillərin müdafiəçisi Ali Baş Komandanımız, Maliyyə və Əhalinin Sosial Müdafiə Nazirimiz var, onlar bizə daima dayaq olub və olacaqlarda, mən ehtiyyatda olan mayor Novruzov Rövşən Rafayıl oğlu 20 may 1979-cu ildə Laçın rayon Pircahan kəndində anadan olmuşam, azərbaycanlıyam, 1992-ci ildə yağı düşmənlərimizin edikləri vəhşiliklər nəticəsində doğma torpaqlarımız olan Laçın rayonundan məcburi köçkün düşdük və mən hərbiçi olaraq yağı düşmənlərimizdən qisas almağı qərara gəldim. 1993-cü ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olmuş, 1996-ci ildə oranı bitirdikdən sonra həmin ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olmuş, 2000-ci ildə həmin məktəbi Taktiki Qoşun Kəşfiyyatı Komandiri ixtisası üzrə tam kurs bitirmiş, dövlət imtahanı komissiyasının qərarı ilə zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisasını bitirmişəm. Məktəbi bitirdikdə mənə “leytenant” hərbi rütbəsi verilmiş və Müdafiə Nazirinin əmrinə əsasən xidmətimi davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişəm. Mən 27.07.1996-cı ildən 21.08.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşam. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişəm. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə təltif olunmuşam. 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə təltif olunmuşam. 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşam. Qeyd etmək istəyirəm ki, xidmətimin axrncı 8 ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişəm, 21.08.2013-cü il tarixdə Müdafiə Nazirinin əmri ilə təxris olmuşam. Hal hazırda 2-ci qrup əliləm, ehtiyyatda olan zabitəm, 18 təqvim ili xidmət etmişəm. Xidmət müddətində güzəştli şərtlərlə Azəriqazbankdan ipoteka götürərək, Suraxanı rayon Hövsan qəsəbəsində ev almışam, bu günə qədər bank və sığorta xərclərin vatlı-vaxtında ödəmişəm, hal-hazırda 2-ci qrup əliləm, işsizlik qabiliyətindəyəm, ipoteka kreditin ödəyə bilmirəm, eyni zamanda “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində sığortalanmışam, mənim bu vəziyyətimdə sığorta ödəmək istəmirlər, Hörmətli Prezidentimiz, Ali Baş Komandanımız, Cənab Maliyyə Nazirimiz, Azəriqazbankın Müşahidə Şurasının Sədri və İdarə Heyyətinin sədri üzümü Sizə tutub müraciət edirəm ki, bu məsələdə maraqlı bir şəxslər olmağınızla əlaqədar, mənə kömək edin. Ehtiyyata buraxıldıqdan sonra Hərbi Kliniki Hospitalda müayinə və müalicə olunmuşam və Xəstəlik Hərbi Xidmət Döründə Alınmışdır, Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişəm. Respublika Tibbi-Sosial Ekspertiza Komissiyasının qərarı ilə 2-ci qrup əlil təyin olunmuşam. Eyni zamanda qeyd etmək istəyirəm ki, 19.02.2014-cü ildən başlayaraq dəfələrlə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində müraciət etmişəm, müraciətimə müsbət cavab verən yoxdur, qeyd etmək istəyirəm ki, mən 7 il Ali Hərbi Məktəb oxumuşam, 18 il müəyən vəzifələrdə xidmət etmişəm. Azərbaycan Respublikası Prezdentinin, Milli Məclisin, Nazirlər Kabinetinin və Maliyyə Nazirinin əmrlərin, sərəncamların, qərarların və fərmanların hələdə bəzi orqanlar tərəfindən icra edilməyərək qalmaqdadır. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən sıgorta haqqlnda qanunu tam səkildə oxumuşam, yaxşı qanunun tələblərin başa düşürəm, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti öz nüfuzlu adına ləkə gətirərək belə hərəkətlərə yol verməməsini istərdim, həttda məni rəhbərliklə görüşdürməyi bildirdim, mənə dedilər ki, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti mənim həyatımı sığortalayaraq, ödəniş tələb edir, sonda isə mən hərbi xidmətlərə görə 2-ci qrup əlil olanda, müqavilə şərtlərini kobudcasına pozaraq, ödəniş etməkdən imtina edirlər, hər dəfə başqa-başqa sənətləri tələb edirlər. Bu kimi ədalətsizliyi, haqsızlığı görüb, Sizlərə üzümü tuturam və müraciət edirəm ki, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2-ci qrup əlilin hüquqlarımı pozmasın, Azərbaycan Respublikası Prezidentinin Sığorta haqqında qanununa riayət etməklə, müqavilə şərtlərinə əməl etsin, əks halda məhkəməyə müraciət edəcəm».
Bütün maraqlı tərəfləri dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
|