Əsas Səhifə > Gündəm, Manşet > Ehtiyatda olan mayor, 2-ci qrup əlil prezidentdən və dövlət rəsmilərindən kömək istədi

Ehtiyatda olan mayor, 2-ci qrup əlil prezidentdən və dövlət rəsmilərindən kömək istədi


24-04-2014, 10:23
Ehtiyatda olan mayor, 2-ci qrup əlil prezidentdən və dövlət rəsmilərindən kömək istədi
DİA.AZ: - Laçın rayon Pircahan kəndindən məcburi köçkün, hal-hazırda müvəqqəti Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi ev 2, mənzil 5 ünvanında yaşayan 2-ci qrup əlil, ehtiyatda olan mayor Novruzov Rövşən Rafayıl oğlu prezident İlham Əliyevdən və bir qrup dövlət rəsmilərindən yardım istəyir. Narazı vətəndaşın DİA.AZ-a ünvanladığı müraciəti olduğu kimi diqətinizə təqdim edirik:

“Hörmətli Cənab Prezident! Məlumat üçün Sizə bildirmək istəyirəm ki, dəfələrlə müraciət etməyimə baxmayaraq hələdə müraciətlərim cavabsız qalmaqdadır, əmək qabiliyyətimi itirib, 2-ci qrup əlil olduqda nədənsə bəzi sığorta orqanları tərəfindən mənə biganə yanaşılır, əlilə xoşagəlməz münasibət bəslənilir, niyə bəzi orqanlar istəyirlər ki, Yevlaxda, Bərdədə və digər yerlərdə incidilən günahsız əlilər, sonda qayğısız, çarəsiz və məcbur qalıb, şikayətləri eşidilmədikdə, yaşamaq hüququnun pozulması məcbur edilir, məndə sonda bunlar kimi etməliyəm ki, müraciətim qəbul edilsin, əmək qabiliyyətimi itirəndən sonra cəmiyyətə biz əlilər lazım deyilikmi, sonda bildirmək istəyirəm ki, biz əlillərin müdafiəçisi Ali Baş Komandanımız, Maliyyə və Əhalinin Sosial Müdafiə Nazirimiz var, onlar bizə daima dayaq olub və olacaqlarda, mən ehtiyyatda olan mayor Novruzov Rövşən Rafayıl oğlu 20 may 1979-cu ildə Laçın rayon Pircahan kəndində anadan olmuşam, azərbaycanlıyam, 1992-ci ildə yağı düşmənlərimizin edikləri vəhşiliklər nəticəsində doğma torpaqlarımız olan Laçın rayonundan məcburi köçkün düşdük və mən hərbiçi olaraq yağı düşmənlərimizdən qisas almağı qərara gəldim.
1993-cü ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olmuş, 1996-ci ildə oranı bitirdikdən sonra həmin ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olmuş, 2000-ci ildə həmin məktəbi Taktiki Qoşun Kəşfiyyatı Komandiri ixtisası üzrə tam kurs bitirmiş, dövlət imtahanı komissiyasının qərarı ilə zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisasını bitirmişəm.
Məktəbi bitirdikdə mənə “leytenant” hərbi rütbəsi verilmiş və Müdafiə Nazirinin əmrinə əsasən xidmətimi davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişəm.
Mən 27.07.1996-cı ildən 21.08.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşam. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişəm.
2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə təltif olunmuşam.
2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə təltif olunmuşam.
2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşam.
Qeyd etmək istəyirəm ki, xidmətimin axrncı 8 ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişəm, 21.08.2013-cü il tarixdə Müdafiə Nazirinin əmri ilə təxris olmuşam.
Hal hazırda 2-ci qrup əliləm, ehtiyyatda olan zabitəm, 18 təqvim ili xidmət etmişəm.
Xidmət müddətində güzəştli şərtlərlə Azəriqazbankdan ipoteka götürərək, Suraxanı rayon Hövsan qəsəbəsində ev almışam, bu günə qədər bank və sığorta xərclərin vatlı-vaxtında ödəmişəm, hal-hazırda 2-ci qrup əliləm, işsizlik qabiliyətindəyəm, ipoteka kreditin ödəyə bilmirəm, eyni zamanda “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində sığortalanmışam, mənim bu vəziyyətimdə sığorta ödəmək istəmirlər, Hörmətli Prezidentimiz, Ali Baş Komandanımız, Cənab Maliyyə Nazirimiz, Azəriqazbankın Müşahidə Şurasının Sədri və İdarə Heyyətinin sədri üzümü Sizə tutub müraciət edirəm ki, bu məsələdə maraqlı bir şəxslər olmağınızla əlaqədar, mənə kömək edin.
Ehtiyyata buraxıldıqdan sonra Hərbi Kliniki Hospitalda müayinə və müalicə olunmuşam və Xəstəlik Hərbi Xidmət Döründə Alınmışdır, Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişəm.
Respublika Tibbi-Sosial Ekspertiza Komissiyasının qərarı ilə 2-ci qrup əlil təyin olunmuşam.
Eyni zamanda qeyd etmək istəyirəm ki, 19.02.2014-cü ildən başlayaraq dəfələrlə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində müraciət etmişəm, müraciətimə müsbət cavab verən yoxdur, qeyd etmək istəyirəm ki, mən 7 il Ali Hərbi Məktəb oxumuşam, 18 il müəyən vəzifələrdə xidmət etmişəm. Azərbaycan Respublikası Prezdentinin, Milli Məclisin, Nazirlər Kabinetinin və Maliyyə Nazirinin əmrlərin, sərəncamların, qərarların və fərmanların hələdə bəzi orqanlar tərəfindən icra edilməyərək qalmaqdadır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, mən sıgorta haqqlnda qanunu tam səkildə oxumuşam, yaxşı qanunun tələblərin başa düşürəm, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti öz nüfuzlu adına ləkə gətirərək belə hərəkətlərə yol verməməsini istərdim, həttda məni rəhbərliklə görüşdürməyi bildirdim, mənə dedilər ki, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti mənim həyatımı sığortalayaraq, ödəniş tələb edir, sonda isə mən hərbi xidmətlərə görə 2-ci qrup əlil olanda, müqavilə şərtlərini kobudcasına pozaraq, ödəniş etməkdən imtina edirlər, hər dəfə başqa-başqa sənətləri tələb edirlər. Bu kimi ədalətsizliyi, haqsızlığı görüb, Sizlərə üzümü tuturam və müraciət edirəm ki, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 2-ci qrup əlilin hüquqlarımı pozmasın, Azərbaycan Respublikası Prezidentinin Sığorta haqqında qanununa riayət etməklə, müqavilə şərtlərinə əməl etsin, əks halda məhkəməyə müraciət edəcəm».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq.


Geri qayıt