Fars-molla rejimi Azərbaycana qarşı kampaniyanı davam etdirir - Artıq təhqirə keçiblər
Tarix: 5-02-2014, 10:27 | Çap et
DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Bakıda İmam Xomeyni adına İmdad Komitəsinin fəaliyyətinin dayandırılması fars-molla rejimi tərəfindən böyük qıcıqla qarşılanıb. Azərbaycanın bu addımını guya ki, «xeyriyyə təşkilatı»nın 20 illik fəaliyyətinə «nankorluğu» qiymətləndirən İran mətbuatı yenə də hədyanlarını davam etdirməyindədir. Əslində, bu, onun göstəricisidir ki, İran üçün İmam Xomeyni adına İmdad Komitəsinin fəaliyyəti tamam fərqli əhəmiyyət daşıyırmış.
Yəni İran tərəfi iddia edir ki, İmdad Komitəsi Azərbaycanda yalnız xeyriyyəçiliklə məşğul olub. Tamam. Biz də inandıq. O zaman ortaya belə bir sual çıxır: KİM DƏSTƏKDƏN, YARDIMDAN İMTİNA EDƏR Kİ? Deməli, məsələnin mahiyyəti tamam fərqlidir. Və elə bu gün fars-molla mətbuatının israrla Azərbaycanın bu qərarından dolayı üzərimizə yeriməsi, bu zaman da dövlətimizi və millətimizi aşağılamağa qalxması, artıq İmam Xomeyni adına İmdad Komitəsinin Bakıdakı fəaliyyətindən hər kəsi şübhələndirməyə vadar edən məqamdır. Yəni burada fərqli məram yox idisə, Bakının «artıq yardıma ehtiyacımız yoxdur» addımı nədən sərt qarşılanmalı idi ki? Deməli, həqiqətən də İMDAD KOMİTƏSİ adı altında Azərbaycanda həm də bir xəfiyyə yuvası qurulubmuş və elə bu kimi ittihamlar Azərbğaycanı nəhayətdə məlum addımı atmağa vadar edib.
Lakin görüntüdə olanı odur ki, hər vəchlə Azərbaycanın üzərinə yeriməyi qarşısına məqsəd qoymuş molla mətbuatı hələ də öz dəst-xəttindən imtina edənə oxşamır. DİA.AZ olaraq «arannyus» portalında İmam Xomeyni adına İmdad Komitəsinin qapanmasına verilən fars reaksiyasını olduğu kimi diqqətinizə təqdim edirik. Hər halda, düşmənin necə düşündüyünü bilmək vacibdir. Bəli, bu gün Azərbaycan dövlətini aşağılamağı ənənəsinə çevirən, hətta Azərbaycan Respublikası sözünü yazmağı belə ar kimi qəbul edən molla mətbuatını DÜŞMƏN adlandırmaqdan savayı bir yol qalmır. Məqalə ilə tanış olub, siz də bir daha əmin olacaqsınız:
«İran İslam Respublikası İmam Xomeyni (r.ə) adına imdad komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyətinin dayandırılması xəbəri bir daha rəsmi Bakının anti-İran siyasətini nümayiş etdirmiş oldu.
İmam Xomeyni (r.ə) adına imdad komitəsi son 20 ildə xüsusilə dağlıq Qarabağ münaqişəsi zamanı Bakı və AR-nin 10 rayonunda və Naxçıvanda geniş humanitar fəaliyyətləri ölkə xalqının ümumi fikrində İranın AR-yə dəstəyinin əlamətlərindən biri kimi qiymətləndirilir.
AR-də müstəqil və insaflı şərhçilərin etiraf etdiklərinə görə, İmam Xomeyni (r.ə) adına imdad komitəsinin Azərbaycan Respublikasındakı xüsusilə 1991-1994-cü illərdə humanitar fəaliyyətləri olmasaydı bu ölkə ciddi sosial faciə ilə üzləşəcəkdi.
Son 20 ild İmam Xomeyni (r.ə) adına imdad komitəsi islam inqilabının amalları istiqamətində müsəlmanlara dəstək üçün Azərbaycanda minlərlə yoxsul ailəni öz nəzarətinə aldı.
Lakin bu xidmətlərin qarşılığında rəsmi Bakı bu komitənin Bakıdakı nümayəndəliyinin fəaliyyətini dayandırmaq üçün ofisin və onun tabeliyində olan İmam Əli (ə) klinikasının suyunu kəsmək kimi heç bir etikaya sığmayan hərəkətlərə əl atdı.
Belə bir şəraitdə sual ortaya çıxır ki, İranın Ermənistanı himayə etdiyinə dair əsassız iddia ilə çıxış edən rəsmi Bakı niyə İranın Azərbaycanı konkret himayəsinin göstəricisi olan bir humanist qurumun fəaliyyətinə mane olur?
Azərbaycan rəsmiləri və onların tabeliyində olan qəzetlər bildirirlər ki bu ölkə son illərdə varlanıb və artıq xeyriyyə təşkilatlarının fəaliyyətinə ehtiyacı yoxdur.
Lakin, Əgər Azərbaycan Respublikası həqiqətən də humanitar yardımlara ehtiyacsızdırsa bəs nə üçün Amerika, Avropa, Asiya və sionist qurumların, xeyriyyəçi təşkilatları adı altındakı fəaliyyətlərinə mane olmur və həmin qurumların fəaliyyətləri gün-gündən artmaqdadır.
Azərbaycanın baş nazirliyinin internet portalının beynəlxalq xeyriyyə qurumları bölməsində göstərilir ki, hal-hazırda Amerikadan olan 24 “ xeyriyyə təşkilatı” bu ölkədə fəaliyyət göstərməkdədir.
Bunların adları belədir: Qlobal Sors Net, Word HOPE, EF, Kauterpart, Projekt Harmony, VAAD LEATSALA, ABA, İREX, Rİ, ADRA, Uşaqların xilası, SC
Bunlar AR-də tam sərbəst şəkildə fəaliyyət göstərirlər. hətta bədnam sionist Maşav və SOROS fondları da bu ölkədə xeyriyyəçilik adı altında fəaliyyət göstərməkdədirlər.
Qarabağ müharibəsi dövründə Azərbaycanın humanitar yardımlara böyük ehtiyacı var idi və o vaxt İmam Xomeyni (r.ə) adına imdad komitəsi səmimiyyətlə Azərbaycan xalqına humanitar yardımlar göstərməyə başladı, hansı ki həmin dövrdə adları çəkilən qərb və sionist fondların heç birindən Azərbaycan respublikasında xəbər-ətər yox idi. onlar həmin dövrdə Azərbaycan düşmənlərinə dəstək verməkdə idilər.
Digər tərəfdən, Azərbaycanın hegemonçu qərb şirkətləri ilə neft və qaz müqavilələri vasitəsi ilə varlanması inkar edilməz həqiqətdir. Lakin sərvətin ədalətli bölünməməsinə görə Azərbaycan xalqı yoxsulluqdan əziyyət çəkir və ölkədə təbəqələr arası məsafə maksimum həddə çatıb, beynəlxalq qurumlar o cümlədən beynəlxalq bank bildirib ki, Azərbaycan xalqının 40 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.
Beləliklə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İmam Xomeyni (r.ə) adına imdad komitəsi və İmam Əli(ə) adına klinikanın fəaliyyət lisenziyasını uzatmaqdan boyun qaçırmasının səbəbi kimi elan etdiyi ölkənin varlanması və artıq humanitar yardımlara ehtiyac olmadığına dair əsaslandırması məntiqsizdir.
Həqiqət bundan ibarətdir ki, Azərbaycanın İmam Xomeyni (r.ə) adına imdad komitəsinin fəaliyyətini dayandırmağa yonəlik təzyiqləri bu ölkənin üç il bundan öncə Bakıdakı iranlı qurumların fəaliyyətlərini dayandırmaq siyasətinin davamıdır. Həmin siyasət çərçivəsində son iki ildə İranın Bakıdakı mədəniyyət attaşeliyi, İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəliyi, İran teleradio təşkilatının nümayəndəliyi, camiətül-Müstafa və İranın Bakıdakı səfirliyinin işçilərindən ibarət, səkkiz nəfərin xidməti pasportu, İranda məzuniyyətdən qayıdarkən Bakı aeroportunda alınıb və onların Azərbaycan Respublikasına daxil olmalarına icazə verilməyib.
İranın Azərbaycan Respublikasına Strateji dəstəyi, o cümlədən, Naxçıvanla Azərbaycanın quru əlaqəsini təmin etməsinə baxmayaraq, rəsmi Bakı xüsusilə son illər ərzində, İran düşmənləri o sıradan da sionist rejimlə müttəfiqlik etmək siyasəti yeridib və İranlı nüvə alimlərinin terror edilməsində, İranlılara qarşı repressiyalarda, anti-İran etnik siyasətlərdə, ABŞ-ın İrana qarşı sanksiyalarından əlavə sanksiyaların tətbiq edilməsində eləcə də, anti-İran soyçu qruplaşma və medialara fəaliyyət imkanı yaratmaqda sionist rejimlə əməkdaşlıq edib.
Azərbaycan Respublikası hökumətinin öz mövcudluğunu İranla ortaq mədəniyyətin inkarında gördüyünü nəzərə alaraq o həmişə, Azərbaycan Xalqına İranı düşmən kimi təqdim etməyə çalışıb və buna görə də, rəsmi və qeyri-rəsmi medialarda, məktəb və universitetlərdə, təhsil ocaqlarında İranı Ermənistanın hamisi və xilaskarı kimi təqdim etməkdədir. Təbii ki, belə bir şəraitdə İmam Xomeyni (r.ə) adına imdad komitəsinin paytaxt və digər rayonlarda geniş fəaliyyəti bu kimi iddiaların əsassız olmasını göstərirdi.
Rəsmi Bakının İmam Xomeyni (r.ə) adına imdad komitəsinin fəaliyyətini dayandırmaq üçün gətirdikləri bütün səbəblərə rəğmən əslində bu komitənin fəaliyyətinin dayandırılması bir çox cəhətlərdən rəsmi Bakının ziyanınadır.
Çünki bu gün Azərbaycanda Ümumdünya İslam Gənclər Assambleyası, Asiya Müsəlmanları Komitəsi və Darəl-Bir kimi Səudiyyə Ərəbistanı və Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin “xeyriyyə təşkilatları ” fəaliyyət göstərirlər. Ərəb və Qərb ölkələrinin zahirdə xeyriyyəçilik adı altında Azərbaycanda fəaliyyət göstərən qurumları əslində bu ölkənin bir çox gənclərini aldadır və onları vəhhabilik və təkfiri terror qruplaşmalarına daxil edirlər. bu gün Azərbaycan Respublikasından Suriyaya göndərilən və orada “Ceyşüllah” və “ Meşə Qardaşları” adları altında fəaliyyət göstərən vəhhabi terrorçuları, İlham Əliyev hökumətinə qarşı da müharibə fitvası verəcəkləri barədə xəbərdarlıq ediblər. onlar elə Qərb və Ərəb xeyriyyə təşkilatları tərəfindən təşkilatlandırılan şəxslərdir. Şübhəsiz ki, İmam Xomeyni (r.ə) adına imdad komitəsinin təmənnasız və şəffaf fəaliyyəti bu kimi təxribatçı fəaliyyətlər qarşısında sədd yaradırdı və təsadüfi deyil ki, son iki il ərzində İmam Xomeyni (r.ə) adına imdad komitəsinin Azərbaycandakı fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə, maddi ehtiyaclarına görə, vəhhabi və təkfiri qruplara cəlb olunan azərilərin sayı artmışdır.
Şübhəsiz ki, bu gün humanist və xeyriyyəçi qurumların fəaliyyəti ümumi diplomatiya vasitələrindən biridir. Belə bir şəraitdə Azərbaycan Respublikasının nəcib və İran sevər xalqının İmam Xomeyni (r.ə) adına imdad komitəsinin humanitar xidmətlərindən faydalanmaq üçün onun Biləsuvar sərhəd məntəqəsində bir şöbə təsis etməsinə dair istəyini rəsmi Bakı təmin etsin».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
|