Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda 1987-ci il təvəllüdlü Şahlar mübahisə zamanı həyat yoldaşı Mehparəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Hadisə 28 fevral 2024-cü ildə, gecə saat 1 radələrində Sədərək rayonunun kəndlərindən birində baş verib.
Şahlar kənddəki evlərindən birində boşanma ərəfəsində olduğu arvadı Mehparəni bıçaqla vurub.
İstintaq orqanı tərəfindən Şahların barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şahlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən 5 ay əvvvəl həyat yoldaşı Mehparə boşanmaq üçün məhkəməyə müraciət edib:
“Məhkəmə barışaraq ailə münasibətlərimizin bərpası üçün 3 ay müddət təyin etdi. Bu müddətdə həyat yoldaşım və 3 azyaşlı övladımdan ayrı, atamın yanında yaşadım. İki ay sonra həyat yoldaşım zəng edərək həmkəndlimiz Səlimin ona əxlaqsız təklif etdiyini, evə gəlməyimi, bu barədə söhbət etməli olduğumuzu bildirdi. Cavab verdim ki, biz ayrılmışıq, mən bu məsələyə qarışa bilmərəm. Lakin arvadım evə gəlməyim üçün təkid etdi”.
Şahların sözlərinə görə, daha sonra Mehparənin yaşadığı evə gedərək söhbət edib: “Mehparə Səlimin ona boşandığını, tək yaşadığı üçün müəyyən təkliflər etdiyini və bunun üçün də aralarında mübahisə düşdüyünü dedi. Orda olan zaman qaynım Nadirə zəng edib məsələni öyrənməyə çalışdım.
Qaynım isə mənə Səlimin Mehparəyə həmin təklifi etdikdən sonra Mehparənin onun evinə gedərək mübahisə edən zaman müşahidə kamerasını sındırdığını, buna görə haqsız vəziyyətə düşdüyünü izah etdi. Qaynım məsələni böyütməməyi məsləhət gördü. Bundan sonra Mehparənin yanına getmədim. Lakin qaynımla telefon vasitəsilə danışdım. O mənə ev taparaq ailəmi də yanıma aparmağımı, belə gedərsə, problemlərin çox olacağını söylədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün evlərinin yaxınlığında yerləşən restoranda spirtli içki qəbul edib, sonra Mehparənin yaşadığı evə gedərək uşaqlarını görmək istəyib:
“Oğlum Fəridlə həyat yoldaşım məni evdən qovmağa çalışdı. Mehparəyə sahibsiz olmadığını və istədiyi hərəkəti edə bilməyəcəyini dedim. O isə boşandığını, istədiyi hərəkəti etməkdə azad olduğunu bildirdi.
Mən mətbəxə gedərək bıçaq götürdüm və həyat yoldaşımın böyrünə söykəyərək ona hələ boşanmadığımızı, sərbəst hərəkət edə bilməyəcəyini söylədim. Mehparə polisə zəng edərək məndən şikayət etdi. Polis əməkdaşları gələrək məni şöbəyə apardılar.
Şöbədə bildirdim ki, Mehparəni bıçaqla qorxutmaqda məqsədim onunla barışmaq və uşaqlarımı görmək idi. Törətdiyim əməldən çox peşman olmuşam. Bir daha bu cür hərəkətə yol verməyəcəm. Fəhlə işləyərək üç uşağıma hər ay aliment ödəyirəm. Törətdiyim əmələ görə Mehparədən üzr istəyib uşaqlarıma görə məni bağışlamasını istəmişəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Mehparənin sözlərinə görə, Şahlarla 2008-ci ildə ailə həyatı qurub: “Ailə qurduğumuz zamandan Şahlar spirtli içiki qəbul edir, içkili vəziyyətdə evə gələrək məni və azyaşlı uşaqlarımı döyürdü. Yaxın iki il ərzində iki dəfə boşanmaq üçün məhkəməyə müraciət etmişəm. Sonradan barışaraq bir yerdə yaşamışıq. Lakin Şahlar eyni hərəkətləri davam etdirib.
Hadisədən 5 ay əvvəl təkrar boşanmaq üçün məhkəməyə müraciət etdim. Mart ayında qətnamə çıxarılaraq nikahımız pozuldu. Təqribən 8 aydır onunla ayrı yaşayıram”.
Mehparə qeyd edib ki, hadisə günü gecə saat 01:00-da Şahlar yaşadığı evə gələrək qapını döyüb və qapını açmağı istədiyini deyib: “Şahların mənə xətər yetirəcəyini düşündüyüm üçün qapını açmadım. Ev telefonu ilə anama zəng edərək Şahların sərxoş vəziyyətdə evə girmək istədiyini və polisə zəng etmələrini dedim.
Bu zaman Şahlar qapını sındıraraq içəri girdi. Kiçik qızım Aysunu qucağına alaraq oxşamağa başladı. Oğlum Fəridlə birlikdə Şahları evdən çıxarmağa çalışdıq. Bu zaman Şahlar Fəridi döyməyə başladı. Araya girib oğlumu onun əlindən aldım. Fərid evdən çölə qaçdı. Bu vaxt Şahlar saçımdan tutaraq üzümü dizinə vurmaq istədi. Üzümü yana çevirdim, bir neçə dəfə əlindən qurtularaq qaçmaq istədim. O, mətbəxdə stolun üzərindən bıçağı götürərək qarın boşluğuma və boğaz nahiyəmə dayayaraq xəsarət yetirdi.
Evin giriş qapısından çöldə dayanan böyük qızım oğlum Fəridə səslənərək “atam anamı öldürür, niyə çöldə dayanmısan” deyə qışqırdığını eşitdim. Bundan sonra Fərid evə daxil oldu, Şahların baş nahiyəsindən yumruqla vuraraq məni onun əlindən almağa çalışdı. Yalvararaq bizi buraxmasını istədim.
Bu zaman Şahların fikri yayındı. Bundan istifadə edib bıçağı Şahların əlindən alaraq açıq qapıdan çölə tulladım. Sonra qarnımı tutaraq evdən çölə çıxdım və həyətimizdən məhləyə doğru getdim, qonşunun evinə tərəf qaçdım.
Azyaşlı övladlarım da arxamca gəldilər. Məhləyə çıxanda polis əməkdaşlarının gəldiyini gördüm. Onlara yaxınlaşaraq Şahların məni bıçaqlandığını bildirdim. Şahları polis maşınına mindirib apardılar.
Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasında müayinə olunduqdan sonra yaşadığım evə qayıtdım. Polis əməkdaşları yaşadığım evə gələrək izahatımı aldılar”.
Bu cinayət işinə Sədərək Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şahlar 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Teleqraf.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Bu gün, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Bu gün, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Bu gün, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Bu gün, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Bu gün, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Bu gün, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Bu gün, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Bu gün, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Bu gün, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Bu gün, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Bu gün, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Bu gün, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Bu gün, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Bu gün, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Bu gün, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Bu gün, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Bu gün, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Bu gün, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Bu gün, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Bu gün, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Bu gün, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Bu gün, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Bu gün, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Bu gün, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
|