Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                 

Keçmiş başçının zülmü hələ də davam edir... - GİLEY
Tarix: 27-01-2020, 09:41 | Çap et
Keçmiş başçının zülmü hələ də davam edir...
“Zərdab rayonunun keçmiş icra başçısı Lütvəli Babayevin sifarişi ilə oğlum tutulub. O, neqativ halları yazıb, işıqlandırırdı. O, rayonda bir mağazadan yazmışdı, İqtisadi İnkişaf Nazirliyindən yoxlama gətizdirmişdi. Mağaza da Lütfəli Babayevin çıxdı”.

Bu sözlər “Hürriyyət”in redaksiyasına gəlib, şikayət edən Zərdab rayonu, Çallı kənd sakini Məmmədov Tehran Cəlil oğluna məxsusdur.

T. Məmmədovun sözlərinə görə, mağazada vaxtı keçmiş mallar satılırmış: “Oğlum Qənimət də bu barədə İqtisadi İnkişaf Nazirliyinə yazıb, yoxlama gətizdirmişdi. Brinci yoxlama gəlir, oğluma zəng edirlər ki, “bəli, şikayətiniz təsdiqini tapdı”. Çünki həmin səs yazısı telefona düşmüşdü. Oğlum 1-2 gündən sonra maraqlanır ki, şikayətin axırı nətəhər oldu, mağazanı nə qədər cərimə etdiniz? Nazirlikdən gələn deyir ki, biz orada heç nə tapmadıq. Oğlum yenidən nazirliyə müraciət edir, ikinci yoxlama gəlir. Oğlumda səs yazısı olduğu üçün icra hakimiyyətinə çağırırlar. İkinci dəfə yoxlamaya gələn deyir, bunda səs yazısı var, ya bunun səsini kəsin, ya da şikayətini geri götürsün, yoxsa mümkün deyil, yazacaq. Mağazanı işlədənlə orada bir-birini acılayıb çıxırlar. Oğlum çıxandan sonra icra başçısı yumruğu stolun üstünə vurur ki, bunu yarım saatın içində içəri atın. Uşaq da orada çıxıb heç evə çatmamış yolda götürürlər”.

“Oğlum həmin mağazadan mal almışdı, bir az uşaqlarına şirniyyat, enerji suyu almışdı, vaxtı keçən enerji suyu idi. O, özü enerji suyunu içmədi, yanında oturub içən adamda problem yarandı. Bu da səhəri enerji suyunu götürüb mağazaya gedib. Satıcı bunu acılayıb, bu da acıqla İqtisadi İnkişaf Nazirliyinə şikayət edib”-deyə şikayətçi əlavə etdi.

T. Məmmədov qeyd etdi ki, oğlu tutulandan sonra 3 gün polis idarəsinə gedib-gəlib, amma ona niyə tutulduğunu deməyiblər:“Bu 3 gün müddətində dekabr, yanvar, fevral ayında oğlumun sosial şəbəkədə olan paylaşımlarını işə əlavə ediblər. Bir apteki qanunsuz dərman satdığına görə, oğlum Səhiyyə Nazirliyinə yazıb, 2500 manat cərimə etdirmişdi. Bu da istintaqın içində var. Biri bazar idi ki, antisanitariyanı çəkib qoymuşdu, biri də benzin kolonka idi. Uşaq bunlar sosial şəbəkədə yaymışdı. Oğlum ucarlılarla “Uçar region xəbər” də işləyirdi. Uşaq tutulandan sonra polis 5 nəfəri yığır, bunlar uşağın üzünə durur ki, guya, o, hədə-qorxu ilə pul tələb edib. Deyib ki, “pul verməsəniz, sosial şəbəkəyə çəkib qoyacam”. Halbuki, benzin kolonka sahibi Mütəşəkkil Cinayətkarlığa qədər gəlib çıxıb, o, orada elə bir izahat verməyib ki, məndən pul tələb etdi. Apteki cərimə etdirib, cərimə etdiribsə, səndən niyə pul tələb edir? Bazar məsələsində rayon məhkəməsinə düşüblər, bir-birinə iddia ərizəsi yazıblar. Amma polisə gələnlər davamlı 2-3 ay uşağın üzünə şahid durublar ki, bizdən pul tələb etdi, amma “pul vermişəm” deyən də yoxdur. Götürüb, oğlumun adına mağazanın nisyə dəftərinə 200 manat borc yazıblar, guya, ərzaq alıb. Biz də rayonda yaşamırıq. Rayonla bizim kəndin arası 13 kilometrdir. Mənim kəndimdə mağaza da, market də var. Mənə nə düşmüşdü ki, oğlum gedib tanımadığı adamdan nisyə mal götürürdü? Bax, beləcə oğlumu şərlədilər. Guya, oğlumdan 200 manat borcunu tələb ediblər, oğlum da ona görə İqtisadi İnkişaf Nazirliyinə yazıb”.

Oğlu tutulandan sonra müstəntiqin yanına getdiyini bildirən T. Məmmədov nəzərə çatdırdı ki, müstəntiq mağazanın 200 manat borcunu istəyib: “Dedim, nə 200 manat? Dedi, oğlunuz nisyə mal götürüb. Dedim, əvvala, evin bazarlığını mən edirəm, uşaq evə nəsə almır. Bir də ki, mən heç kənddəki mağazadan nisyə mal almıram. O kimdir ki, tanımaya-tanımaya bizə bu qədər mal verir? Özü də oğlum tutulandan 3 ay sonra. Müstəntiqə dedim, əvvəl siz o dəftərə baxmısınızmı? Dedi, yox. 3 aydan sonra gedib dəftərin şəklini çəkib. Dedim, mən bu 3 ayda roman yazardım. Oğlum müstəntiqdən də, rəisdən də yazırdı. Ona görə, bunların maraqları üst-üstə düşdü. Oğluma 282.2.2-ci maddəni tətbiq etdilər, yəni hədə-qorxu ilə pul tələb etmə”.

Oğlunun 2018-ci il mayın 11-dən həbs olunduğunu diqqətə çatdıran T. Məmmədov dedi ki, 1 il 8 aydır uşaq içəridə yatır: “Bu müddətdə 2 dəfə apellyasiya məhkəməsi olub. Ali Məhkəmə işi ləğv etdi ki, düz baxılmayıb, işə ədalətsiz baxılıb, sübuta yetirilməyən cinayətə belə maddə qoyulub. İşi təzədən Apellyasiya Məhkəməsinə qaytardılar. Apellyasiya Məhkəməsi 2019-cu il dekabrın 12-də yenə qərarı təsdiq etdi, oğluma 5 il iş kəsildi. Yazmadığım yer yoxdur. Çünki bu işin dalında duran var. Oğlum çıxsa, onların üzünə söz gələcək ki, günahsız tutdurubsunuz. İndi yenidən Ali Məhkəməyə vermişik. Allah kömək olsun, birinci dəfə Ali Məhkəmədə Asif Nəsibov idi, ədalətli bir hakimdir. O, işi ləğv etmişdi. Allaha yalvarıram, yenə oğlumun işi ona düşsün”.

T. Məmmədov bu işlə əlaqədar oğlunun işlədiyi uşaqlardan da şikayət etdi: “Oğlumun iş yoldaşları Fuad Hüseynov, Azər, Fərhad Məmmədov dedilər ki, Bakıda danışmışıq, 20 minə bəraətlə uşağı çıxardacaqlar. Bizə dedilər ki, yarı pulunu biz qoyaq, yarı pulunu sən qoy. Mənim də qapımda heyvanım var idi. 39 baş heyvanı satdım. Mənə tələ qurdular. Dedilər 10 mini düzəlt, gəlib axşam saat 7-də götürəcəyik. Sonra Fərhad zəng etdi ki, sən heç olmasa 8 mini düzəlt, 2 mini Fuada düzəltdirəcəm. 7 min pul düzəltdim. Qoyunu da, qızılları da satdım, Fərhada verdim ki, səni tanıyıram, pulu sənə verirəm. Guya, mənimlə uzaq qohumdur. Fərhad də saydı, Azərə verdi. Dedi ki, burada 7 mindir 10 min olmalıydı. Dedim, düzəltdiyim budur. Yoldaşıma da dedim ki, boyunbağınla, bilərziyini də gətir. Yoldaşım gətirdi, bir də gəlinin üzüyü var idi, pulun üstünə qoydu. Guya, bunların qeyrəti götürmədi. Fuad Hüseynov qızılı itələdi ki, yox, ayıbdır. 7 mini götürdülər, getdilər. Səhəri Fərhad mənə zəng etdi ki, o axşamkı qızıllar durur? Dedim, gecə qızıl satanam, əlbəttə, durur. Dedi, onu sat, pulu Fuada ver. Deyir, 10 min olmasa, pulunu gəlsin, götürsün, uşağını özləri qurtarsın. Səhər gətirdim Ucarın bazarında qızılı 1500 manata satdıq. Uçar Rayon Bələdiyyə binasının qabağında Azər qabağımıza çıxdı, pulu ona verdik. Bu 2019-cu il oktyabrın 9-da olub, oktyabrın 7-də isə 7 min aparıblar. Axşam Fərhad bir də zəng etdi ki, onlar 1500 manat tələb edir. Mən 8500 vermişdim. Dedim, vallah yoxdur. 6 qoyunum qalıb, onu da satım verim. Allahdan olan kimi Ağcabədidən alverçilər oldu, 6 qoyunu da 900 manata, dəyər-dəyməzə verdim. 100 manat da qonşudan aldım. Mən getmədim, yoldaşıma verdim, Ucarda “Access Bank”ın qabağında Azərə vermək üçün getdi. Azər özü gəlməyib, orada telefon maqazinində tanışı işləyir, onu göndərib. Yəni artıq özlərini çox göstərməməyə başladılar. 1000 manatı da o apardı. Təzədən Azərlə zəngləşdik ki, pul sənə çatdımı? Dedi, bəli. Cəmi 9500 pul verdim. Geridə qalan 500 manat üçün də 5 gün zəng etdilər ki, onu da gətir”.

T. Məmmədov birinci apellyasiya məhkəməsində görüb ki, aldanıb: “Bunlar heç kimə tapşırmayıb, uşaq da içəridə yatır. Gəldik, bunlara dil açdıq, yalvardıq ki, uşaq əlli-ayaqlı gedir, pulu verin, özüm adam tapım. Tamam boyunlarından atdılar ki, bizə pul verməmisən. Dedilər, bizə nə vaxt pul vermisən? Guya, ancaq 1500 manat vəkilin pulunu vermişəm. Noyabrın 20-si günü Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Prezident Aparatına Fuad Ələsgərova və öz rayonumuza polis idarəsinə şikayət ərizəsi yazdım, poçtla göndərdim. Deyəsən, poçtda işləyən Fərhada dedi ki, bu kişi şikayət ərizələrini göndərdi. Həmin gün axşam məndən şikayət ərizəsi yazıb, stolun üstünə qoyurlar ki, guya, mən qoyunu satıb, talan etmişəm. Çünki qoyun gedəndə qonşular görüb, axı. Bundan qaça bilməzdilər, amma pulu sübut edə bilmədim. Məni polis şöbəsinə çağırdılar, gördüm, məni dindirirlər. Dedim, dayanın, siz nə etmək istəyirsiniz, şikayəti mən vermişəm. Dedi, nə şikayət? Bu adam axşam gəlib bura səndən şikayət verib. Çıxartdım cibimdən 4 dənə çeki atdım, dedim, baxın, mən şikayət ərizələrini hara göndərmişəm. Məni orada şərləyirdilər, mənim canımı qurtaran o çeklər oldu. Yoxsa sırf şərləyib, məni tutdururdular. Bunları çağırdı ki, bu yazıq kişini dələduzluq edib soyublar, özü də gəlib, şikayət edir. Məni Zərdab rayon prokurorluğuna göndərdilər, orada izahat verdim, onların telefon nömrələrini verdim, xahiş etdim ki, bu tarixdə olan danışıqları gedin çıxardın, görün, mən haqlıyam, ədalətliyəm, yoxsa məni şərləyirlər? Bunlar öz marağına çıxartdılarsa da, çıxartmadılarsa da, bilmədim”.

“Oğlum içəridən Baş Prokurorluğa yazdı. Baş Prokurorluq da işi “Bandotdel”ə yönəltdi. Məni bura çağırdılar, gəldim, yenə həmin izahatımı verdim. Yenə orada telefon nömrələrini verdim, tarixi də yazdım, xahiş etdim ki, telefon danışıqlarını çıxardın. Nətəhər olur ki, mənim oğlumun 6 ay qabaq olan danışıqlarını çıxardıb gətirdilər, amma mənim onlarla danışıqlarımı çıxartmadılar. 4 aydan sonra mənə Uçar Rayon Prokorluğundan kağız gəldi ki, işdə cinayət tərkibi olmadığına görə işə xitam verildi, məhkəməyə müraciət edə bilərsiniz. Daha nə müraciət edim, telefon danışığını rədd etdiniz”,-deyə şikayətçi nəzərə çatdırdı.

T. Məmmədov onu da diqqətə çatdırdı ki, oğlu ikinci qrup əlildir: “Mədə bağırsağı yoxdur, türməyə pəhriz daşımaqdan ölmüşəm, yoxsa indiyə qədər orada ölərdi. 15 gündən bir yeməyini gətirirəm. 3 körpə uşağı var, çıxılmaz vəziyyətdə qalmışam, bilmirəm, o körpələri saxlayım, yoxsa türməyə yemək daşıyım. Dəfələrlə sosial yardıma sənəd göndərdim, imtina yazdılar”.
Hurriyyet.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru