Azərbaycanda növbədənkənar parlament seçkilərinin vaxtı DƏQİQLƏŞDİ - GƏLİŞMƏ
Tarix: 4-12-2019, 10:14 |
Çap et
Noyabrın 28-də Yeni Azərbaycan Partiyası Siyasi Şurasının parlamentin buraxılması ilə bağlı aldığı qərar ölkədə bir sıra müzakirələrə yol açıb. Həmin müzakirələrdən biri də növbədənkənar parlament seçkilərinin vaxtı ilə bağlıdır. Mərkəzi Seçki Komissiyasında çox yüksək postda çalışan mötəbər mənbələrimizin Gununsesi.org-a verdiyi məlumata görə, yanvar ayının ilk həftəsində bələdiyyə seçkilərinin rəsmi nəticələri elan olunacaq. Daha sonra MSK-da siyahıya alınmalar başlayacaq, 2 aya yaxın müddətlik zaman alacaq prosedurdan sonra növbəti parlament seçkilərinin ən tez martın sonunda və ya aprelin başlanğıcına təyin ediləcəyi dəqiqləşib.
Qeyd edək ki, konstitusiyanın 98-ci maddəsinə(II) əsasən, Azərbaycan Respublikası Milli Məclisi buraxılacağı təqdirdə, səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda, Azərbaycan Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.