Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                 

İcra başçısının müavini haqda ilginc iddialar... - İTTİHAM
Tarix: 26-11-2019, 08:41 | Çap et
İcra başçısının müavini haqda ilginc iddialar...
DİA.AZ: - Prezident növbəti dəfə məmurlara xəbərdarlıq etdi və onlara vətəndaşlarla davranış qaydalarına diqqət etməyi tapşırdı. Prezidentin baş verən qanunsuzluqalara belə reaksiyası müsbət qiymətləndirilməlidir. Belə xəbərdarlıq birinci dəfə deyil, həmişə olub. Prezident məmurların dövlətçiliyə, xalqın problemlərinə həssas yanaşması üçün həmişə xüsusi göstərişlər verib. Doğrudur, Azərbaycan dövlətçiliyi gəncdir, inkişaf etmiş ölkələrdə olduğu kimi, məmurların formalaşması da o qədər sürətlə gedə bilməz. Amma elə məsələlər var ki, problemlər yaratmağa ehtiyac olmadığı halda, dövlət bu sahəyə xüsusi diqqət yetirdiyi halda, bəzi məmurlar öz işlərinə laqeyd yanaşırlar.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyevin qardaşı Ağstafada qanunsuz qızıl zinət əşyalarının alqı-satqısıilə məşğuldur. İddialara görə, narkomanların oğurluq yolu ilə əldə etdikləri qızıl zinət əşyalarını Aydın Hacıyevin qardaşına məxsus Ağstafa şəhəri, Heydər Əliyev prospektində yerləşən qızıl mağazasına təhvil verirlər. Bu yaxınlarda bir qadının evindən oğurlanan iki ədəd qulaq sırğası da bu mağaza sahibi tərəfindən alınmışdı və Aydın Hacıyevin qardaşının adı bu cinayət işində hallanmışdı. Qısa müddət ərzində İcra hakimiyyəti başçısının müavini-Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyevin qardaşını himayə edə bilmişdi. Sonradan Həmin qadın İcra Hakimiyyətinə şikayətə gəlir. Burada da Aydın Hacıyev qadını şərləyərək onun haqqında Rayon İcra hakimiyyətinin Başçısına düzgün məlumat vermir. Beləliklə qardaşının əyri əməllərini qadının üzərinə ataraq İcra Başçısının fikirlərini yayındırmağı bacarmış özünün və ailəsinin "mələk cildini" qoruyub saxlaya bilmişdir. Özünü bu gün Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevə “məzlum” kimi göstərən Aydın Hacıyev bir neçə qohumunu himayə etməyi bacarır.

Ağstafa rayonu İcra hakimiyyəti başçısının Tatlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Hüseynov Qoşqar Hüseyn oğlunu da başçının müavini-Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev himayə edir. İddia olunur ki, Qoşqar Hüseynov Aydın Hacıyevin qaynıdır. Daxil olan məlumata görə, Tatlıda kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın verilməsi qaydalarına zamanında əməl olunmamışdır. Onu da qeyd edək ki, subsidiyaların verilməsinə bir neçə ildir ki, başlanılıb və bu proses həyata keçirilərkən təkcə Tatlıda deyil, başqa rayonlarında neqativ hal kimi müşahidə olunub. Hətta bu hal rəsmi şəkildə də etiraf olunub. Belə ki, son illər Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı bir sıra rayonlarda əkin sahələrinin həcminin qanunsuz olaraq şişirdildiyinə dair məlumatlar ortaya çıxmışdır. Başqa sözlə, əkin sahələrinin həcmi artıq göstərilməklə subsidiya üçün ayrılan vəsaitin bir hissəsi mənimsənilmişdir.Belə nöqsanlar isə şübhəsiz ki, subsidiyaların əhəmiyyətini heçə endirməklə yanaşı,onların aqrar sahəyə müsbət təsirini də azaltmışdır. Digər maraqlı cəhət isə ondan ibarətdir ki, subsidiyaların mənimsənilməsi və ört-basdır edilməsi bütün respublika üzrə eyni ssenari üzrə həyata keçirilmişdir.

Məmur balalarının qudurğanlığı bütün əndazələri aşmaqdadır. Azərbaycan prezidentinin müşavirələrin birində sərt çıxışı da, deyəsən, ibrət dərsi olmayıb. Vəzifəli şəxslərin övladları hələ də bu əməllərini davam etdirməkdədir. Əslində onlar qorxunc bir statistikaya nəzər yetirəndə nəticə çıxarmalı idi. Çünki onlarla ailənin faciəsinə səbəb olublar. Amma belə görünür ki, məmur balalarının özbaşına hərəkətləri davamlıdır. Aydın Hacıyevin xaricdə yaşayan oğlu sosial şəbəkələrdə gündəmi zəbt etməkdə davam edir.

Məmur və ya sıravi vətəndaş olmasından asılı olmayaraq hər bir ata, nəsil ağsaqqalının tərbiyəsində, davranışlarında problem varsa, mütləq həmin ailədə böyüyən uşaqlar da həmin xarakterə sahib olacaq. Tərbiyə insana Allah vergisi deyil ki?! Hər kəs tərbiyəni görüb- götürür. Təbii ki, bunu bütün məmur övladlarına aid etmək olmaz. Övladları, qohumları savadlı, intellektli, ailəsi hər kəs üçün örnək ola biləcək, dövlətə vətənə sadiq kifayət qədər məmurlarımız, generallarımız var. Amma nə yazıq ki, qoçu yetişdirməkdə az qala bir- biri ilə yarışa girən vəzifəli şəxslərimiz də az deyil. Onlar sanki öz övladlarına ailə tərbiyə əvəzinə cəmiyyətə qənim kəsilməyin yollarını aşılayırlar. Nə dövlətə, nə də vətəndaşlara hörmət edirlər. Adi insan anlayışı bunlar üçün özündə heç nəyi ehtiva etmir. Məmur övladlarının, general qohumlarının vaxtaşırı olaraq qanunsuzluqlarının şahidi oluruq. Kriminal insanlar qalıb bir kənarda məmur övladları camaat, dövlət üçün ciddi baş ağrısına çevrilib. Onların atdığı hər addım dövlətçilik sistemində bir zərbədir. Onların harınlığı üzündən vətəndaşlarda dövlətə qarşı bir narazılıq yaradır. Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, bütün bunların artmasına dövlət şərait yaradır, göz yumur”.

İcra başçısının müavini haqda ilginc iddialar...

Özbaşınalığı ilə ad çıxaran məmur övladlarının vaxtında islah olunması az da olsa digərlərinin qanunsuzluqlarının qarşısı alar:

“Bu addımı Aydın Hacıyevdən gözləməyə dəyməz. Onun tərbiyə vermək bacarığı olsa idi, bunu elə ən başda edərdi. Tərbiyə edib, cəmiyyətə ötürdüyü uşaq sonradan cəmiyyət üçün baş bəlasına çevrilməzdi. Deməli, onda övladına verəcək tərbiyə yoxdur. Əslində buna təəccüblənməməliyik. Məhz bu cür gənclərin valideynləridir ki, onların yol verdikləri qanunsuzluqlar ucbatından ölkəmiz ikiqat böhrana məruz qalıb. Qlobal dünya böhranından əlavə məmurlarımız da ölkəmiz üçün bir problemə çevrilib. Ölkəmizin bugünkü vəziyyətində hansısa məmur övladlarının qanunsuzluğu cəmiyyətdəki etirazları daha da alovlandıra bilər. Hüquq mühafizə orqanları, ictimai təhlükəsizlik idarəsinin əməkdaşları bu məsələdə prinsipal olmalıdırlar. Onların ən kiçik xətalarına belə güzəştə getmək olmaz. Hətta onlar asayişi pozduğu halda kasıb uşaqlarından daha sərt cəzalandırılmalıdırlar. Əks halda onları yoluna düzmək bizim üçün çətin olacaq."

Qeyd edək ki, son zamanlar Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini-Sosial - iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyevin oğlunun sosial mediada dəbdəbəli həyatını əks etdirən görüntülər yayılıb və əlbəttə, bu fotofaktlar ictimaiyyətədə siravi vətəndaşların ciddi etirazına səbəb olub.

dia-az.life olaraq iddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru