Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                 

Keçmiş məmurdan icra başçısına SƏRT İTTİHAMLAR - Özbaşınalıq
Tarix: 22-11-2019, 09:10 | Çap et
Keçmiş məmurdan icra başçısına SƏRT İTTİHAMLAR
Lerik rayon sakini İbadov İlham Mürvət oğlu “Cümhuriyət” qəzetinə müraciət edərək evinin rayonun yerli icra qurumları tərəfindən qanunsuz müsadirə olunduğunu iddia edib.

Dövlət qurumlarına müraciət edən Lerik sakini bununla əlaqədar tədbir görülməsini istəyib: “Mən Lerik rayonunda bir sıra məsul vəzifələrdə işləmişəm. Bir müddət Lerik rayon İcra Hakimiyyəti aparatında hüquqşünas vəzifəsində çalışmışam. Lerik rayonu sakini olaraq başıma gətirilən hadisələr haqqında məlumat vermək istəyirəm. Mən 2009-cu ildən Lerik rayonunun mərkəzində ev almışam.

Lakin mənzilimin zorla əlimdən alınıb, içərisindəki əşyalar qanunsuz olaraq müsadirə edilib. Hətta 1976-cı ildən bu günə qədər yığdığımız əmlakdan xəbərimiz yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər bir vətəndaşın mülkiyyət hüququ var. Həmin maddənin 4-cü bəndinə əsasən, heç kəs məhkəmə qətnaməsi olmadan vətəndaşı mülkiyyətindən məhrum edə bilməz. Konstitusiyamızın 33-cü maddəsinə əsasən isə, hər kəsin mənzil toxunulmazlığı hüququ var. Qanunla müəyyən edilmiş hallarda və məhkəmə qətnaməsi istisna olmaqla, mənzildə yaşayan sakinlərin iradəsinin ziddinə olaraq heç kəs mənzilə daxil ola bilməz.

Konstitusiyamızın 68-ci maddəsinə əsasən, hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığını istisna edən vicdanlı davranışına hüququ vardır. Həmçinin, həmin maddənin 3-cü bəndinə əsasən, hər kəsin dövlət orqanlarının və yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını qorumaq və gözləmək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan Hüquqları və Azadlıqları haqqında” Konvensiyanın 2 saylı Protokolunun 1-ci maddəsinə görə, vətəndaşın mülkiyyət hüququ toxunulmazdır və hər kəsin mülkiyyət hüququ qorunmalıdır. Bu müddəaya görə, mənzil hüququ ilə bağlı Konstitusiyada da öz əksini tapıb”.

İ.İbadov bildirib ki, bununla əlaqədar bir sıra dövlət qurumlarına müraciət edib: “Bu ilin sentyabrın 24-də Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovun qəbulunda olmuşam. Cənab nazirə Lerik rayonunda baş verən rüşvət və korrupsiya hərəkətləri haqqında geniş və ətraflı məlumat vermişəm. Necə olur ki, Lerik Rayonu İcra Hakimiyyəti aparatının rüşvət və korrupsiya işləri ilə əlaqədar səs yazısı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində təstiq olunub və respublikanın Baş Prokrorluğuna göndərilsə də, niyə aidiyyatı şəxslərlə bağlı cinayət işi başlanılmır? Daha sonra nazirə “Relax” İstirahət Mərkəzində baş verən qanlı olayların təfərrüatları, törəmə səbəbləri haqqında geniş söhbət açmışam. Elə həmin günün səhəri intiqam hissi ilə alışıb-yanan Lerik rayon İcra Hakimiyyətinin başçısına tabe olan şəxslər polisin köməyilə bizim evin qapısını sındırıb. Evimizə Şəfiqə adlı bir qadın saldırıb. Mən Lerik rayonunun icra başçısına və həmin hadisədə iştirakçı olan, 2 gün sonra rəhmətə gedən Komandir Məstiyevə zəng vurdum ki, siz hansı haqla mənim evimin qapısını sındırıb açarını dəyişmisiniz? O da mənə dedi ki, icra başçısı məni çağırıb bu işləri görməyi tapşırıb. Həmin qadın da başçının “Relax” istirahət mərkəzində işləyir. Bu, Müstəqil Azərbaycan Respublikasının hansı qanunu ilə həyata keçirilib?”

İlham İbadov qeyd edir ki, bu hadisələrdən sonra Lerik rayon İcra Hakimiyyətinin başçısı əlaqədar orqanlara bildirib ki, guya bizim evi üçəm dünyaya gətirən anaya verib: “O qadın uşaqları harada dünyaya gətirib? Hələlik mən məlumat verim. Həmin uşaqlar Rusiya Federasiyasında doğulub. Sonradan Azərbaycana gəliblər. Hal-hazırda 10-cu sinif şagirdləridir. Bu boyda ağ yalanı ölkə ictimaiyyətinə sırımaq olarmı? Mənim kimsənin ev almasına etirazım yoxdur, paxıllıq da etmirəm. Ancaq qisasçılıq, intiqam və qəzəb ruhlu İcra başçısı haqqında tədbir görülməsini Azərbaycan Respublikasının vətəndaşı olaraq xahiş və tələb edirəm”.

Məsələnin həlli ilə bağlı Prezident İlham Əliyevə müraciət edən İ.İbadov tədbir görülməsini xahiş edib: “Cənab Prezident nazir və komitə sədrlərini bölgələrə vətəndaşları qəbul etməyə göndərir, özü vətəndaşlarla görüşür, problemlərin həllinə yerindəcə tapşırıq verir. Ancaq rayondakı hadisə göstərir ki, biz heç kəsə şikayət etməyək, heç kəsə dərdimizi deməyək. Xahiş edirəm ki, bu faktın araşdırılmasını nəzarətə götürəsiniz.

Biz 2009-cu ildən aldığımız və yaşadığımız evə elektrik xətti, qaz xətti, telefon xətti çəkdirmişik. Hətta 2-ci mərtəbədə yaşadığımızdan həyətdəki anbarla yanaşı çardaqda da özümüzə yer ayırmışıq. Bütün bunlar orada yaşadığımızı sübut etmirmi?

Mən məhkəmə qətnaməsi vasitəsilə işimə qayıtmışdım. İcra başçısı qərəzkarlıq edərək məni aldadılb və Milli Məclisin deputatı İqbal Məmmədovun adamını mənim yerimə qoyduğunu bəhanə edərək bu günə kimi məni işsiz saxlayıb. Yoldaşım 2-ci qrup əlil və onkoloji xəstədir. Mən onun iynə-dərmanımı zorla, qonorar hesabına, günəmuzd işlərdə çalışmaqla ödəyirəm”.

Lerik sakini bu işə ədalətli baxılacağına ümid etdiyini vurğulayıb: “Mən və bizim ailə üzvləri həmişə dövlətə və dövlətçiliyə sadiq olmuşuq. Bu hərəkətlərin kimə qarşı olduğunu bilmirəm. Yuxarıda qeyd etdiklərim ölkə vətəndaşlarının konstitusion hüquqlarıdır. Dövlət başçısı deyir ki, icra orqanlarının rəhbərləri vətəndaşların qayğıları ilə yaşamalıdırlar. Lerik rayonunda isə İcra başçısı vətəndaşların hüquqlarını pozmaqla, onları gözümçıxdıya salmaqla məşğuldur. Bununla əlaqədar tədbir görülməsini xahiş edirəm. Mən bunları Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə və onun qaynar xəttinə zəng vuraraq bildirmişəm”.

Şikayət məktubunda göstərilən iddialarla bağlı Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla əlaqə yaratmağa çalışsaq da, telefonlarımıza cavab verilmədi. Başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova ilə danışdıq. O, bizə məsələ ilə bağlı məlumata malik olmadığını və öyrənib məlumat verəcəyini bildirdi.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru