"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                 

Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...
Tarix: 15-11-2019, 09:10 | Çap et
Ölkədə antikorrupsiya həbsləri başlayır
DSMF-nin iki rayon şöbəsinin müdirləri barəsində cinayət işi başlanıb. Musavat.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə açıqlamasında bildirilib.

Açıqlamada deyilir: “Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunub.

Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Dövlət Sosial Müdafiə Fondunun Saatlı və Sabirabad rayon şöbələrində güzəştli şərtlərlə yaşa görə əmək pensiyalarının təyin edilməsində qanunvericiliyin tələblərinə əməl edilməməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı DSMF-nin Saatlı və Sabirabad rayon şöbələrinin müdirləri Seyidrəsul Abbasov və Bayram Mikayılovun xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vətəndaşların pensiya təyinatı ilə bağlı müraciət etdikləri tarixlərdən ən çoxu 3 il əvvəl üçün pensiya təyin olunması barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Saatlı rayon şöbəsində 44 pensiya işi üzrə 102 min manat, Sabirabad rayon şöbəsində isə 31 pensiya işi üzrə 95 min manat artıq ödəməyə səbəb olan keçmiş tarixə pensiya məbləğlərini hesablamalarına dair əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən xüsusatlarla əlaqədar fakta görə həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

“Yeni Müsavat” bildirir ki, dövlət başçısı İlham Əliyev son aylar keçirdiyi müşavirə və qəbullarda korrupsiyaya qarşı mübarizə mövzusunu ön plana çəkib. Oktyabrın 15-də iqtisadi sektoru kurasya edən hökumət üzvləri ilə keçirdiyi müşavirədə prezident deyib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə iqtidarı tam qane edə bilməz. “Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər”, deyə dövlət başçısı vurğulayıb.

Həmin müşavirədə prezident indi həbslər olan sosial təminat sahəsindəki vəziyyətə də toxunmuşdu: “Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır”.

Dövlət başçısı sonrakı günlərdə-həm 30 oktyabr da, həm 12 noyabrda yeni təyin olunan icra başçıları ilə söhbətində də bu məsələni konkret qoyub. Sitat: “Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır”. Başqa bir sitata diqqətə yetirək: “Rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.

Hiss olunur ki, dövlət başçısı İlham Əliyev korrupsiyaya qarşı mübarizəni ölkədə başladılan geniş sosial-iqtisadi islahatların, o cümlədən ciddi kadr dəyişikliklərinin tərkib hissəsinə çevirmək niyyətindədir. Bu proseslərin paralel aparılması bəzi aspektlərdən riskli olsa da, ortada İlham Əliyevin iradəsi olduğu aşkar görünməkdədir. Bu səbəbdən prezidentin atdığı addımlar sayəsində, özünün dediyi kimi, “islahatlara qarşı olanlar” “özlərini yığışdırıb” , bu səbəbdən onların antikorrupsiya ilə bağlı sərt tədbirlərə müqavimət göstərmək iqtidarında deyillər.

İddialara görə, yaxın vaxtlarda daha bir sıra nazirliklərdə mənimsəməyə və korrupsiyaya bulaşmış şəxslər barəsində də ciddi tədbirlər görüləcək. Hətta korrupsiyaya yol verən idarə müdirləri, şöbə rəisləri, ayrı-ayrı məmurların həbsi gözlənilir. Onu da qeyd etmək lazımdır ki, prezidentin yerlərdə vətəndaşların mənfi hallara qarşı fəal olmaq çağırışından sonra hüquq-mühafizə orqanları vətəndaşların şikayət və müraciətlərinə xüsusi həssaslıq nümayiş etdirir.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru