“MƏHƏRRƏM ƏLIYEV HƏR ZAMAN PREZIDENTINƏ SADIQ OLUB”
Tarix: 16-09-2011, 14:17 | Çap et
DEPUTAT KEÇMİŞ RƏİS OLAN QARDAŞINDAN DANIŞDI
“Qafqazinfo” Milli Məclisin üzvü Adil Əliyevin unikal.org saytına müsahibəsini təqdim edir:
- Milli Məclisdə "Eks- prezidentlər haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması ilə bağlı nə deyə bilərsiniz? - Bu məsələ ilə başqa komitə məşğul olduğundan dəqiq hansısa rəy söyləyə bilmərəm. Ümumən mənim fikrimə gəldikdə, belə bir qanunun qəbuluna həqiqətən ehtiyac var. Amma məsələ çox ciddi şəkildə təhlil ediləndən sonra. Yəni, bu gün ən mübahisəli məsələ budur ki, kimlər eks-prezident adlandırıla bilər? Vəzifəsini sona qədər icra edən prezidentlərlə yanaşı, prezidenti əvəz edənlər, fəaliyyətini sona çatdıra bilməyənlər də olub. Yəni məsələyə kompleks yanaşma olmalıdır və qanunun qəbulu bundan sonra mümkün ola bilər. Hesab edirəm ki, bunun üçün də vaxt lazımdır.
- Adil bəy, son günlər "Vikiliks" saytında Azərbaycanla bağlı sərt yazılar və fikirlər səsləndirilir. Sizcə, bu doğrudanmı sistemli və ardıcıl şəkildə həyata keçirilən kampaniyadır? - Bu saytda Azərbaycanla bağlı dərc olunan materiallarla geniş şəkildə tanış olmuşam və təəssüf edirəm ki, bu gün Azərbaycana qarşı belə bir kampaniya başlayıb. Bu materialları təhlil etsəniz görərsiniz ki, ortada iki ciddi məsələ var. Bunlar nədir? İlk növbədə Azərbaycanın xarici siyasətini zədələməyə bir cəhd var. Görürsünüz ki, dərc olunan materiallarda əsasən Türkiyə-Azərbaycan, İran-Azərbaycan, Rusiya -Azərbaycan münasibətlərinə bir kölgə salmaq cəhdi var. Bu isə onunla bağlıdır ki, son illər Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu balanslı xarici siyasəti davam etdirir və regionda ciddi gücə çevrilib. Azərbaycanın gücə çevrilməsini isə istəməyənlər bu cür addımlarla xarici siyasətimizi zədələməyə çalışırlar. Digər tərəfdən maraqlıdır, əgər bu sayt həqiqətən də həqiqətləri dərc edirsə, onda niyə bir neçə insandan başqa Azərbaycanda heç kəslə bağlı nə isə dərc etmir? Bu da sübut edir ki, baş verən bu olayların arxasında ciddi qüvvələr var və belə materiallar bundan sonra da dərc olunacaq. Bunu da qeyd edim ki, əvvəllər bu saytın yazdıqları dünyada ciddi qəbul olunurdusa, indi ciddiliyini itirib. Bunu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, sayt ilk dövrlərdə Türkiyə ilə Azərbaycan arasında gərginlik yaratmaq istəyəndə hər iki ölkənin başçıları müdrik addım atdılar və siyasətlərini bu cür mənasız xəbərlərə əsasən qurmadıqlarını bəyan etdilər. Mənə elə gəlir ki, hər birimiz bu mövqedən çıxış etməliyik. Görünür, Ermənistan Rusiyanın, Gürcüstan isə Amerikanın təsirinə düşdüyü kimi, Azərbaycanı da təsir altına salmaq istəyənlər var və bu addımlar da o niyyətlə atılır.
- İctimai Palatanın hökumətə təqdim etdiyi "Yol xəritəsi" ilə bağlı layihənin müzakirə olunmasına Amerika kimi dövlət vasitəçilik etmək istəyir. Sizcə, hökumət bu problemləri müxalifətlə öz arasında - beynəlxalq təzyiqlər olmadan həll edə bilməzmi? - Bilirsiz, bütün dövlətlərə kənardan təsirlər olur. Amma bu o demək deyil ki, bu təzyiqlərə görə dövləti maraqlar bir kənara atılmalıdır. Mən açıq deyirəm: bu gün Azərbaycanı idarə edən bir hakimiyyət var və dövlətin gərəkli institutları tam gücü ilə fəaliyyətdədir. Buna görə kimlərinsə hazırladığı hansısa sənədi uzun-uzadı müzakirə etməyə ehtiyac yoxdur. Müxalifət isə belə təklifləri hazırlayırsa, lap yaxşı, bunu təqdim etsinlər gərəkli institutlarımıza və orda maraqlı məqamlar olarsa, gələcəkdə nəzərə alınar. Amma bu gün müxalifət bir güc deyil, alternativ qüvvə kimi qəbul olunmaq səviyyəsində deyil və buna baxmayaraq elə təkliflərlə çıxış edir ki, bu siyasi etiket qaydalarına belə sığmır. Çox təəssüf ki, bəzi kənar qüvvələr də bu cür təşkilatlardan istifadə etməyə çalışırlar. O ki qaldı dialoq məsələsinə, Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, ümummilli məsələlərin müzakirə olunmasına hər zaman hazırdır və konstruktiv müxalifətlə dialoqa gedə bilər. Hətta bu günün özündə parlamentdə təmsil olunan müxalifətçi partiya sədrləri ilə hakimiyyət rəsmilərinin rəsmi tədbirlərdə görüşləri də olur, müzakirələri də. Buna görə hesab edirəm ki, radiikal müxalifət də dövləti maraqlarımızı nəzərə alaraq addım atmalıdır. Onda xalqın dəstəyini də alar və normal müxalifətçiliyini də edə bilər.
- Bildirilir ki, Azərbaycanda payız aylarında siyasi gərginlik artacaq. Siz bu barədə nə deyərdiniz? - Bu çox az adamın illüziyası və istəyidir. Mən elə hesab edirəm ki, bu arzularla yaşamaq və nəyinsə olacağını gözləmək ağılsızlıqdır. Bilirsiniz, Yaxın Şərqdə baş verən proseslərdən sonra müxalifət cəmiyyəti çaşdıracaq müəyyən addımlar atdı ki, guya bu dalğa Azərbaycana da gələcək. Amma özləri özlərindən soruşmadılar ki, belə bir inqilab Azərbaycanda hansı səbəbə görə olmalıdır? Bilirsiniz, bu yenə də müxalifətin milli və dövləti maraqları nəzərə almamasından irəli gəlir. Müxalifət nəyəsə nail olmaq, real fəaliyyət göstərmək istəyirsə, xarici qüvvələrin yox, dövlətin yanında durmalıdır. Düzdür, bu gün elə məmurlar var ki, onların fəaliyyəti cəmiyyətdə ciddi narazılıqlar yaradır. Amma Prezident İlham Əliyevin korrupsiya əleyhinə apardığı işlər, dövlət qulluqçularının gəncləşdirilməsi istiqamətindəki qərarları bu cür məmurların yox olması ilə nəticələnəcək. Mən inanıram ki, Prezidentin gördüyü işlər Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə imkan verəcək. Buna görə boş yerdən ajiotaj yaratmağa ehtiyac yoxdur.
- Son zamanlar Azərbaycanda baş verən cinayətlər, xüsusən də odlu silahlardan istifadə hallalrı çoxalıb. Keçmiş polis zabiti kimi bunu necə dəyərləndirirsiniz, bu o deməkdirmi ki, Azərbaycanda yenə kruminal qruplaşmalar formalaşır? - Bilirsiniz, vaxtilə Azərbaycanda çox ciddi kriminal qruplaşmalar olub. Amma Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə gördüyü ilk işlərdən biri də bu oldu ki, dövləti gözə görünmədən içindən dağıdan bu cür qruplaşmaları tamamilə sıradan çıxardı. Bəziləri isə ölkədən qaçıb getdi. Və bu gün baş verənlərin keçmişlə heç bir bağlılığı yoxdur. Buna görə də cinayətkarlıq o zamankı həddə deyil. Çünki baş verən cinayətlərin sayı kifayət qədər azalıb. Amma bunu tam açıq şəkildə demək lazımdır ki, baş verən cinayətlərdə müəyyən məmurların övladları və ya yaxınlarının da iştirakı ortaya çıxır. Düzdür, bu gün onlara qarşı da mübarizə aparılır. Amma onlar hansısa imkanlarından istifadə edə bilirlər. Hətta imkanlarından istifadə edərək bu cinayətlərin cəmiyyətdə bilinməsinin qarşısını da ala bilirlər. Mən inanıram ki, bu cür məmurlara və məmur balalarına qarşı ciddi ölçülər götürüləcək və xoşagəlməz olayların şahidi olmayacağıq. Fürsətdən istifadə edib elə burdan bəzi məmurlara və məmur övladlarına demək istəyirəm ki, əslində onlar mövqelərinə görə cəmiyyətə nümunə olmalıdırlar. Amma bu gün etdikləri pis nümunədir və bunun zərbəsi sonda hakimiyyətə və dövlətimizə dəyir. Buna görə də adi insanlardan fərqlənmək, adi vətəndaşların haqlarını tapdalamaqdan imtina etməlidirlər.
- Parlamentə amnistiya ilə bağlı layihə təqdim olunub. Bəzi deputatların amnistiyaya etiraz etdiyi söylənilir və bu belə əsaslandırılır ki, amnistiyaya arxayın olan bəzi cinayətkarlar daha da azğınlaşırlar. Siz necə düşünürsünüz? - Əgər cinayətkarlıq çoxalırsa, qanunlar sərtləşməlidir. Amma bu o demək deyil ki, amnistiya olmamalıdır. Amnistiya olmalıdır. Bəyəm təkrar cinayət törədəcək bir nəfərə görə yerdə qalan bütün digər məhbuslar cavabdehlik daşıyırlar? Azad olunan dustaqlar dərk edirlər ki, həbsxanaya təkrar getmək ağılsızlıqdır. Mən bildiyim qədər, amnistiyaya düşən çox az adam olub ki, təzədən həbsxanaya qayıdıb. Bilirsiniz, məsələni qarışdırmaq olmaz. Bir var cinayətkarlığı özünə peşə seçənlər, azadlıqda yaşaya bilmədikləri üçün təkrar həbsxanaya düşənlər, bir də var təsadüf nəticəsində cinayət edərək həbsə düşənlər. Mən polisdə çalışanda elə adamlar var idi ki, həbsxanasız qala bilmədiklərindən cinayət törədib türməyə gedirdilər.
- Məhərrəm müəllimin, qardaşınız Məhərrəm Əliyevin ovqatı hazırda necədir? - Məhərrəm Əliyevin ovqatı çox yaxşıdır. Səhhəti də əladır. Öz ailəsi ilə Vətənində olmağından çox razıdır. Dövri mətbuatda səslənənlər isə boş cəfəngiyyatdır. Məhərrəm Əliyev hər zaman dövlətinə, Vətəninə, millətinə və Prezidentinə sadiq olub və üzərinə düşən bütün vəzifələri şərəflə yerinə yetirib. O bu gün də Cənab Prezidentin siyasi kursunu tam dəstəkləyir və XİN-in sərəncamındadır. Ona hansı iş tapşırılacaqsa, dövlətinə və Prezidentinə bundan sonra da sədaqətlə xidmət edəcək.
- Sonda bir sual da verim. Seçkilərdən öncə Parlament Jurnalistləri Birliyi Sizin millət vəkili kimi passiv olmağınız, çox danışmadığınızla bağlı sorğu keçirmişdi və bəzi jurnalistlər o qədər də yaxşı fikir səsləndirməmişdi. Buna münasibətiniz necədir? - Sizə bir şey deyim. Heç vaxt öz-özünə yaxşı cavab olmur. Yaxşı cavab üçün gərək yaxşı sual olsun. Təəssüf edirəm ki, bu gün mediamızda elə jurnalistlər çalışır ki, elementar sual verməyi belə bilmirlər. Mən özünə və qələminə hörmətlə yanaşan jurnalistlərin suallarını hər zaman cavablandırmışam. Bu, məsələnin bir tərəfi. O biri tərəfinə gəldikdə isə qeyd edim ki, parlamentdə millət vəkilinin rolunun nədən ibarət olduğunu çox təəssüf ki, bəzən seçici də, jurnalist də düzgün dərk edə bilmir. Deputatın vəzifəsi qanun layihələri üzərində işləmək, qanunverici bazanın formalaşmasına dəstək verməkdir. Mən parlamentdə komitə üzvüyəm və komitənin iclaslarında demək olar ki, əksər layihələrin işlənməsində aktiv iştirak edirəm. Amma bəziləri hesab edir ki, deputatın işi elə parlament iclaslarında populist bəyanatlar verməkdir. Mənim mövqeyimi, dövlətçiliyə yanaşmamı hamı bilir və mən qanunvericilik bazamızın formalaşmasında bu formada iştirak edirəm. Mən konkret addım atmağı sevən adamam, boş-boş bəyanatlar verməklə gündəmdə qalmaq mənim xarakterimə uyğun deyil. Buna görə də mən belə sorğulara xüsusi önəm vermirəm. Bununla yanaşı təkrar edirəm, özünə və qələminə hörmət edən jurnalistləri dəstəkləyir və onlara ciddi yanaşıram. İnanıram ki, Azərbaycanda söz azadlığı bundan sonra da inkişaf edəcək .
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• YANLIŞ GÜNÜ QEYD EDİRİK... - DİQQƏT
Bu gün, 08:31 |
|
|
|
• Bakıda 300-ə yaxın uşağın TƏHSİL DƏRDİ - GİLEY
Bu gün, 08:25 |
|
|
|
• Bu nə qanundur, nə qaydadır?.. - ETİRAZ
Bu gün, 08:22 |
|
|
|
• Büdcə pullarımızın yeni ünvanı: VANUATU... - İcazə verin şübhələnək...
Bu gün, 08:16 |
|
|
|
• Tramp qalib gəlmək üçün lazım olan 270 səsin yarıdan çoxunu toplayıb - “Fox News”
Bu gün, 08:05 |
|
|
|
• Zəngəzurla bağlı İranın Rusiyaya “tənqidi”… - Rus ekspert ŞƏRH EDİR
Bu gün, 07:04 |
|
|
|
• "İranın İsrailə cavab verməsi acı nəticələrə səbəb ola bilər" - deputat
Bu gün, 06:57 |
|
|
|
• ABŞ-də namizədlər seçki kampaniyalarına 3,5 milyard dollar xərcləyiblər - “Financial Times”
Bu gün, 06:54 |
|
|
|
• “Kim qalib gəlsə, rəqib nəticə ilə qane olmayacaq” - Şanslar bərabərdir
Bu gün, 06:42 |
|
|
|
• ABŞ seçkisinin ilkin nəticəsi - YENİLƏNİR
Bu gün, 06:31 |
|
|
|
• "Əhval-ruhiyyəsi "təslimçilik" olanlar... Zəngəzur dəhlizinə nəzarətlə bağlı yararsız fikirlər paylaşırlar"
Bu gün, 01:28 |
|
|
|
• Yeni bahalaşma: BU DƏFƏ ÇÖRƏK... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:23 |
|
|
|
• Kreditlərin faiz ödənişində dəyişiklik olacaq? - GƏLİŞMƏ
Bu gün, 01:21 |
|
|
|
• "Allahım, möhlət ver, ən azından doyunca görək"
Bu gün, 01:16 |
|
|
|
• "Bizə kənar oyunçular lazım deyil" - deputat
Bu gün, 01:13 |
|
|
|
• COP29 ən yüksək səviyyədə keçiriləcək -ŞƏRH
Bu gün, 01:10 |
|
|
|
• Vüqar Musayev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 01:07 |
|
|
|
• Niyə ölkəmizə istirahətə gələnlər ancaq Bakını seçirlər? - AKTUAL
Bu gün, 01:02 |
|
|
|
• “Ermənistanın COP29-da iştirak edib-etməməsi heç nəyi dəyişməyəcək” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:59 |
|
|
|
• Azərbaycanda çörək şirkəti - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Tikinti şirkəti əmlakını və pullarını səhmdarları arasında böləcək - TOPLANTI
Bu gün, 00:02 |
|
|
|
• Ermənistanın siyasi dəsti-xətti sülh sənədinin imzalanmasına icazə vermir - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• Separatçını ”əsir” gözündə görən 52 avropalı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 18:58 |
|
|
|
• "ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" - deputatdan REAKSİYA
Dünən, 18:14 |
|
|
|
• “Rufo Gəncinski” Rusiyaya qayıtdı – Azərbaycanlı “qanuni oğru”lar arasında YENİ MÜHARİBƏ
Dünən, 18:12 |
|
|
|
• Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib - FOTO
Dünən, 18:10 |
|
|
|
• İranın keçmiş nazirinin BAŞI QAÇIB -“Azərbaycanın qaz kəmərini raketlə vuraq”
Dünən, 18:08 |
|
|
|
• Paşinyan indi "Tehranın dili" ilə danışır - İNCƏLƏMƏ
Dünən, 18:07 |
|
|
|
• Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək - Ermənistan DİN
Dünən, 17:51 |
|
|
|
• ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar - “Axios”
Dünən, 17:49 |
|
|
|
• London-Ankara münasibətlərində nələr yaşanır? - GƏLİŞMƏ
Dünən, 17:48 |
|
|
|
• Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq – İqtisadçıdan maraqlı açıqlama
Dünən, 17:42 |
|
|
|
• Mesaj Ermənistandan gəldi - Növbədə Zəngəzurdur
Dünən, 17:41 |
|
|
|
• İran təkzib etdi: - Şahmərd edam edilməyib!
Dünən, 17:39 |
|
|
|
• SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:37 |
|
|
|
• "Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." - deputat
Dünən, 17:34 |
|
|
|
• Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir - Lavrov
Dünən, 17:26 |
|
|
|
• Əliyevin təklif etdiyi format daha səmərəlidir - Erməni nazir
Dünən, 17:23 |
|
|
|
• İsrafil Məmmədov yeni vəzifəyə seçildi - FOTO
Dünən, 17:21 |
|
|
|
• Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb - VİDEO
Dünən, 17:18 |
|
|
|
• Flora Kərimovanın səhhəti pisləşdi
Dünən, 17:14 |
|
|
|
• Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar
Dünən, 17:12 |
|
|
|
• "Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə Azərbaycana təşəkkür etməlidir"
Dünən, 17:09 |
|
|
|
• "Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir - FOTO
Dünən, 17:01 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu - TƏFƏRRÜAT
Dünən, 16:58 |
|
|
|
• Vüqarı 125 min manat ziyana salan evin aqibəti necə oldu?
Dünən, 16:45 |
|
|
|
• “Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
Dünən, 16:40 |
|
|
|
• Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə HÖKM OXUNUB
Dünən, 16:36 |
|
|
|
• Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib
Dünən, 16:30 |
|
|
|
• "Təəssüf ki, mənim qohumlarımın çoxu..." - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
|