Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                     İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? .....                     "Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim" .....                     Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                 

“ZEYNƏB XANLAROVA MƏNƏ DEDİ Kİ”...
Tarix: 17-08-2012, 13:02 | Çap et
“ZEYNƏB XANLAROVA MƏNƏ DEDİ Kİ”...

“XEYİR-DUAMI VERİRƏM SƏNƏ, SƏNƏTİNLƏ MƏŞĞUL OL”

Müğənnilik sənəti birbaşa qəlblərə xitab edir, ruhu oxşayır. Ancaq qəribədir ki, bu sənətin sahiblərinin sevib-sevilməsi və ya ailəli olması cəmiyyətdə birmənalı qarşılanmır. Şübhəsiz, bu, sənətdən uzaq olan bəzi müğənnilərin formalaşdırdığı stereotipdir. Həqiqi sənətkar isə ailə ilə sənətin harmoniyasından uğur qazanır.

Bu dəfə şəlalə kənarında əməkdar artist, xanəndə Bəsti Sevdiyeva ilə görüşürsünüz.

- Özünüz haqqında məlumat verərdiniz?

- 1958-ci ildə aprelin 28-də anadan olmuşam. Əslim Şamaxıdandır. Ailədə yeddi bacı olmuşuq. İncəsənəti məhz mən seçmişəm. İncəsənət Universitetinin Musiqili Komediya fakültəsini bitirmişəm. Hazırda orda dərs deyirəm. çoxlu tələbələrim var. Otuz altı ildir professional sənətdəyəm. Ailəliyəm, bir oğlum, bir qızım var. Əməkdar artistəm, həm də hacı xanımam.

- Necə oldu ki, müğənnilik sənətini seçdiniz?

- Tanıyanlar bilir ki, bizim ailədə milli-əxlaqi dəyərlərə çox üstünlük verilir. Bu, babadan-nənədən keçib. Çox tərbiyəli, namuslu ailədə söz açmışam. Böyük-kiçik yeri bizim ailədə həmişə bilinib. Yeddi bacı olmuşuq, bizim evdə oğlan olmayıb, məni ərköyün böyüdüblər. Rəhmətlik atam məni özfəaliyyət dərnəklərinə aparardı. 1973-cü ildə ilk dəfə bir mahnı ifa elədim. İkinci dəfə, 1975-ci ildə “Qatar” muğamını ifa etdim, “Oxu tar” müsabiqəsinin qalibi oldum. O vaxt münsiflər Əfrasiyət Bədəlbəyli, Cahangir Cahangirov, Şövkət Ələkbərova, Qulu Əsgərov, İslam Rzayev olub. Allah hamısına rəhmət eləsin. Beş münsif qarşısında “Qatar” muğamını oxumaq, bu bilirsən də nədir? Allahımdan çox razıyam ki, bu səsi mənə verdi və beləliklə, bu sənətdə böyük bir uğur əldə etdim.

- Uşaqlığınızı necə xatırlayırsınız?

- Çox dəcəl olmuşam, hamı idman dərsində voleybol oynayırdı, mən isə futbol oynayırdım. Həmişə də məktəbin şüşələrini qırırdım, hər dəfə də valideynlərimi çağırırdılar.

- Ötən illər sizə nə öyrətdi?

- İnsanları tanıdım, doğrunu-pisi seçməyi bildim. Mənim iki övladım var, amma elə bilirəm ki, üç övladım var. Çünki sənətimi çox sevirəm. Nəfəs alıram sənətimlə. Özüm hacı xanımam, hamı ilə münasibətim yaxşıdır. Allaha yaxın insanam, heç kimə də pislik arzu etmirəm, hamıya da hörmətim var.

- Sizcə, xoşbəxt olmağı bacarmaq lazımdır?

- Xoşbəxtlik özü gəlib tapır. Bir də görürsən ki, elə bir işin dalınca gedirsən, o alınmır. Bir də görürsən, özü gəlib tapır.

- Bəs qadına xoşbəxt olmaq üçün nə lazımdır?

- Birinci növbədə ailə lazımdır. Amma elə ailələr var ki, xoşbəxt deyil. Allahımdan çox razıyam, gözəl balalarım var. İkisi də ali savadlıdır. Yoldaşımdan da çox razıyam, onsuz bir günüm olmasın. Qızım Xarici Dillər Universitetinin İngilis dili fakültəsini bitirib, magistraturaya daxil olub. İnşAllah, Kiprdə iki il təhsilini davam etdirəcək. Oğlum da dövlət orqanında çalışır. Allahımdan özümə və əzizlərimə ancaq cansağlığı arzu edirəm.

- Həyatda səhviniz çoxmu olub?

- Çox saf insanam. Olub ki, ailəliklə kiminləsə dost münasibəti qurmuşam, yaxından tanıyandan sonra demişəm ki, gərək bu insana salam verməzdim. Bir-iki dəfə səhvim olub, sonra fikirləşmişəm ki, heç bu insan mənim salamıma layiq deyilmiş. Gərək evinə getməzdim, evimə gəlməzdi. Həyatdır.

- Bir qadın olaraq həyatdan nə istəyirsiniz?

- Şükür, normal ailəm var. Heç kimin qarşısında başıaşağı deyiləm, utanmıram, sənətim də göz qabağındadır. Ailəm mənim dayağımdır. Həmişə də yoldaşım bütün işlərimdə mənə kömək olur. Biz çox mehriban ailə olmuşuq. Qayınanam, qayınatam, atam, anam – hamısı mənə dəstək olublar. Həm sənətim, həm ailəm olub. Bundan böyük xoşbəxtçilik varmı? Həyat yoldaşım həm qardaşımdır, həm dostumdur. Ailəm nazımla çox oynayır.

- Sevib ailə qurmusunuz? Necə oldu ki, Oqtay müəllimlə tanış oldunuz?

- Sevib ailə qurmuşuq. İyirmi altı ildir ailəliyəm. Allah bizi bir dəqiqə Oqtaysız eləməsin. O, olmasa mən neyləyərəm? Oqtay Qaradağ Mədəniyyət evində müdir idi. Məni də ora göndərdilər. İlk dəfə Oqtay məni görəndən sonra dedi ki, bizim gənc kadra ehtiyacımız yoxdur. Götürmədi məni işə. Sonra atam qarışdı bu işə, məni götürdü. Qismət elə gətirdi ki, ailə qurduq. İndiyəcən də xoşbəxtik.

- Sevgisini incəsənətə qurban verənlərə münasibətiniz necədir?

- Başqalarının işinə qarışa bilmərəm. Şəxsən mən yüz il də sənətdə olsam, ailəmin bir telini sənətə qurban vermərəm. Əgər həyat yoldaşım razı olmasa, mən heç vaxt bu sənətdə olmaram. Mən sənətimi övladım qədər sevsəm də, birinci növbədə ailəmi seçərəm.

- Sizcə, sənət adamı ilə ailə həyatı qurmaq səbir tələb edir?

- Həqiqi mənada çox çətindir. Gərək ər-arvad o sahədə ola ki, bir-birini başa düşə bilsin. Uşaqlarımız körpə olub, olub ki, konsertə getməli olmuşam, tələsmişəm. Evdə hamı mənə dəstək olub ki, həyəcanlanmayım, səs tellərimə ziyan olmasın.

- Kişilər ağıllı qadından niyə yan gəzir?

- (Gülür) Ağıllı qadınlar çoxbilmiş olur. Kişi elə qadın istəyir ki, ondan az bilsin.

- Arzular tükənməzdir, bu gün sizin üçün ən vacib olan istək nədir?

- Balalarım xoşbəxt olsunlar. Sənətdə də görəcəyim işlər çoxdur. Artıq övladlarım böyüyüb, toylarını görmək istəyirəm. Qadınlar arasında ilk dəfə “Rast” muğamını, “Humayı” oxuyan mən olmuşam. Bundan xoşbəxtçilik nə ola bilər mənim üçün?

- Xanəndəlikdən başqa qazanc yeriniz varmı?

- Hərdən toylara gedirəm, heç vaxt da qiymət demirəm. İncəsənət Universitetində dərs deyirəm. Allah yoldaşımın canını sağ eləsin.

- Xanəndə olmasaydınız, hansı sənəti seçərdiniz?

- İnanın, yenə bu sənəti seçərdim.

- Özünüzə qarşı qibtə hiss etmisinizmi?

- Hiss eləyəndə oturtmuşam yerinə, özü də necə lazımdır. Sənət baxımından paxıllığımı çəkiblər. Mənim fikrimcə, hərə sənətdə öz çəkisini, yerini bilməlidir, Bəstinin çəkisi böyükdür. Bu söz hamıya aiddir. Paxıllıq çəkənlərə yazığım gəlir. Məsələn, əgər mən görürəmsə, Şəlalə gözəldir, mən ona necə çirkin deyə bilərəm? Əgər çirkin deyə bilərəmsə, demək, paxıllıqdan irəli gəlir də. Təbiətin də vurğunuyam. Ona görə paxıllıq çəkənlər özlərinə pislik edirlər. Elə insanların hissiyyatı yoxdur.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- İnşAllah, payızda solo-konsertim olacaq. Bir yerə də konsertlə bağlı dəvət almışam. Birinci sizə deyəcəm. Oktyabrın 18-də olmalıdır. Bir maşın diskim var, sadəcə, məndə vaxt yoxdur ki, onları yazdırım, disk çıxartdırım. Çalışacağam ki, məni sevənlərə yeni-yeni muğamlar, xalq mahnıları ərməğan edim.

- Bəsti Sevdiyevanın qalmaqalla arası necədir?

- Çox pis. Qalmaqalla sənətə, gündəmə gəlmək, tanınmaq olmaz. Məni də istəyiblər qalmaqala salsınlar. Həmin adamları otuzdurmuşam yerinə. Mən sənətkaram, ailəm var, yaraşmaz axı. Durum qalmaqalla özümü biabır edim? Sənət göstərmək lazımdır, qalmaqal yox.

- Səhnə mədəniyyətində nəyə üstünlük verirsiniz?

- Gərək insanın özünü aparmaq qabiliyyəti olsun. Sizə bir hadisə danışacağam: 1988-ci il idi. Bir gün rəhmətlik Lütfəli İmanov mənə dedi ki, qastrola gedirəm, səni də özümlə aparacağam, get xalq mahnılarını öyrən. Mən sevimli tələbəsi idim Lütfəli müəllimin. Oğlu da bizim ansamblda idi. İndi qastrola getmişik, səhnənin arxasında gözləyirəm ki, aparıcı sözünü bitirsin, çıxıb birinci mahnını mən ifa edim. Məndən sonra Lütfəli müəllim iki saat konsertdə ifa etməli idi. Gördüm aparıcı çox danışır, yoruldum, gedib oturdum stolda. Bir də gördüm ki, Lütfəli müəllim mənə deyir: “burda niyə oturmusan?” Necə qışqırdısa, tez yerimdən durub, dedim ki, aparıcı danışır deyə gəlib oturdum. Mən alışmamışam ki, kimsə üstümə qışqırsın, qəhərləndim. Mənə dedi ki, sənin səhnə paltarın əzilə bilər, tamaşaçıya hörmətsizlik olar. O, bu, qulağımda sırğa elədim, heç vaxt oturmuram ki, paltarıma qırış düşər.

- Sənətdə ilk xeyir-duanı kimdən almısınız?

- Allah ömür versin, ilk xeyir-duanı Zeynəb Xanlarovadan almışam. O mənə dedi ki, xeyir-duamı verirəm sənə, sənətinlə məşğul, başını aşağı sal, kim nə deyir desin, fikir vermə, yalnız sənətində uğurlarınla qabağa get. Zeynəb Xanlarova müstəqil qəzetlərin birində mənim sənətim haqqımda böyük bir müsahibə verib. Allah ona can sağlığı versin. Mən onun sənətinin də, özünün də vurğunuyam.

- Hansı müğənnilərin mahnılarını dinləyirsiniz?

- İnanın, kimin səsi xoşuma gəlirsə, qulaq asıram. Mahnıya bir dəfədən artıq qulaq asmıram. Xarici musiqiləri də çox sevirəm.

- Muğamı sintez edib kiminləsə duet oxuyardınız?

- Duet təklifləri olub, mən oxumamışam. Muğam çətindir, hər insan onun yükündən çıxa bilməz. Mənim səs tembrim kişi tembri kimidir. Ona görə də kişi ilə duet oxuya bilmərəm. Amma olub ki, qastrollarda kollektivlə “Qarabağ şikəstəsi”ni ifa etmişik.

- Boş vaxtlarınızda əsas məşğuliyyətiniz nədir?

- Uşaqlarımla üzgüçülüyə gedirəm, mahnılara qulaq asıram.

- Qısqanc insansınız?

- İkimiz də normalda qısqanırıq bir-birimizi.

- Bəs nəzərə-nəfsə inanırsınız?

- Gözə-nəzərə, nəfsə çox inanıram. Öz gözlərimin şahidi olmuşam. Hər dəfə də üzərlik yandırıram.

- Qocalıqdan qorxmursunuz ki?

- Allah mənə qismət etsin qocalığı. Qocalığın öz gözəlliyi var.

- Yuxulara necə, inanırsınız?

- Yuxuda nə görürəmsə, çin çıxır. Elə olur ki. yuxuda görürəm, səhər gördüyüm olur, ürəyimə daman olur.

- Özündənrazı adamsınız?

- Xarakterimdən irəli gəlir. Zarafat edib, gülməyi də xoşlayıram. Bu sözü çox eşitmişəm ki, deyirlər, özündənrazıdır. Amma ürəyim mülayimdir. Məni yaxından görüb, tanıyandan sonra deyirlər ki, heç elə insan deyiləm, simaca hökmlü görsənirəm.

- Şəlalə nə deməkdir sizin üçün?

- Qəbələyə getdim, “Yeddi gözəl” şəlaləsini gördüm. İnsan baxdıqca doymur. İsmayıllı da çox gözəl yerdir. Sənin də adın gözəl addır, çox sevirəm Şəlalə adını.

- Hazırda sənət aləmində kiminlə dostluq edirsiniz?

- Hazırda hamı ilə münasibətim yaxşıdır. Səkinə İsmayılova ilə çox yaxınam, çünki ikimiz də hacı xanımıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Bu gün, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Bu gün, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Bu gün, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Bu gün, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Bu gün, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Dünən, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Dünən, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Dünən, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Dünən, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Dünən, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Dünən, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Dünən, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Dünən, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Dünən, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Dünən, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Dünən, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Dünən, 13:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru