Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı .....                     Elarizin nəvəsi ilə “dueti” .....                     Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? .....                     ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir .....                     Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib .....                     Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi .....                     Paşinyan açıqladı .....                     ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib .....                     "Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, .....                     Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər .....                     Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir .....                     Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir .....                     Bu insanlara sərhəddə güzəşt edilməlidir! .....                     Qərb Gürcüstana niyə “ögey övlad” kimi .....                     Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi .....                     İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib .....                     “AFB Bank”ın rəhbərliyinə təyinat .....                     Bərdə probasiya şöbəsində nə baş verir? .....                     Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir .....                     AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR .....                     İran İsraillə birbaşa qarşıdurmaya girir? .....                     Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu .....                     "Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi .....                     "Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb .....                     Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: .....                     Nikolun “milliləşdirmə” oyunu .....                     Ermənistan və Fələstin diplomatik əlaqələr qurur .....                     Şimal-şərq küləyi əsəcək .....                     Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? .....                     Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... .....                     “55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” .....                     Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI .....                     Tural Məmmədova vəzifə verildi .....                     Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb .....                     Global Media Group jurnalistlər üçün təlim təşkil edib .....                     Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... .....                     FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir .....                     Türkiyənin Zəngəzurla bağlı mövqeyi... .....                     “Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” .....                 

Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Tarix: Bu gün, 13:23 | Çap et
Qərb Gürcüstana niyə “ögey övlad” kimi
ABŞ Gürcüstana qarşı həmlələrini davam etdirir. Növbəti addım Nyu-Yorkdakı tədbirdə yaşanıb. Belə ki, ABŞ Prezidentinin Administrasiyası Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarıb.

Məlumata görə, Gürcüstanın BMT Baş Assambleyasındakı nümayəndə heyətinə rəhbərlik edən İrakli Kobaxidze daha əvvəl ABŞ Prezidentinin qəbuluna dəvət olunanlar siyahısında olub, lakin Bayden administrasiyası dəvəti ləğv edib.

Məlumata görə, administrasiya baş nazirin dəvətini ləğv etməklə yanaşı, Gürcüstan nümayəndə heyəti ilə bütün görüşlərdən və baş nazir Kobaxidze ilə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan arasında görüşdən də imtina edib.

Buna səbəb Gürcüstan hökumətinin son hərəkətləri və bəyanatları, eyni zamanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qüvvəyə minməsidir.

Rəsmi Vaşinqton elə fon yaratmaq istəyir ki, sanki Gürcüstanda vətəndaş cəmiyyətinə və sadə xalqa çox böyük basqı var.

Guya bu təzyiqləri aradan qaldırmaq üçün ABŞ dövləti də məcburən inzibati rıçaqlara əl atır. Halbuki, bu birbaşa başqa dövlətin daxili işinə qarışmaqdır. Heç kimə sirr deyil ki, ABŞ bütün dünyanı, o cümlədən də Gürcüstanı öz bildiyi qaydalarla idarə etmək istəyir. Vaşinqtonun bu istəyinə qarşı çıxdığına görə də Gürcüstanın siyasi hakimiyyəti ilə yanaşı gürcü xalqı da cəzalandırılır. Belə olmasa idi, Qərb Gürcüstana yardımlarını dayandırmazdı.

Nəzərə alaq ki, ötən ay Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük məsələsini dayandırıb. Avropa İttifaqı Gürcüstanın qəbulu prosesini dayandırmaqla kifayətlənməyib, həm də rəsmi Tblisiyə maliyyə yardımını dayandırıb. Məsələn, Avropa Sülh Fondundan Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avro məbləğində vəsaiti dondurub. Bir sıra Gürcüstan rəsmilərinin Avropaya və Amerikaya səfərinə də “stop” qoyub.

Bu çirkin planın başlanğıcıdır.

Məlum olduğu kimi, gələn ay Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərə gürcü xalqından daha çox Qərb hazırlaşır. Belə ki, bu seçkilərdə Qərb Gürcüstanda növbəti rəngli inqilab etmək istəyir.

Maraqlıdır ki, Qərb payızda Gürcüstanda keçiriləcək seçkilərə müdaxilə edəcəyini heç də gizlətmir. Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinski bu yaxınlarda açıq şəkildə bildirib ki, oktyabrda keçiriləcək seçkilərdən sonra yeni hökumət formalaşdırılsa, yenidən Avropa İttifaqına daxil olmaq üçün ciddi işə başlanılacaq.

Aİ təmsilçisinin fikirlərində açıq təhdid və xəbərdarlığı görməmək mümkün deyil. Bu sözləri ilə o, gürcü cəmiyyətinə sanki, bir mesaj verirdi ki, payızda keçiriləcək parlament seçkilərinə "ciddi hazırlaşın". Əgər İvanişvilinin komandası devrilsə, o zaman Aİ öz qapılarını gürcülərin üzünə açacaq.

ABŞ Administrasiyasının ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidzeni Nyu-Yorkda keçiriləcək ənənəvi qəbula dəvət edilmiş dünya liderlərinin siyahısından çıxarması isə o deməkdir ki, artıq Gürcüstanla bağlı Qərb yeni layihəyə start verib.

Həm ABŞ, həm də Aİ hazırkı Gürcüstan rəsmiləri ilə nəinki əməkdaşlıq qurmaq, heç təmasda belə olmaq istəmir.

Təbii ki, Qərbin planlarından rəsmi Tblisinin məlumatı var. Təsadüfi deyil ki, bu günlərdə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlaması zamanı bildirib ki, bu seçkilərdə Gürcüstan vətəndaşları müharibə və sülh arasında seçim etməli olacaqlar:

“2024-cü ilin oktyabrında Gürcüstanda keçiriləcək parlament seçkiləri “müharibə və sülh arasında referendum olacaq. Əslində seçim sadədir. Seçim sülh, mənəviyyat və parlaq gələcək lehinə edilməlidir”.

Qərbin riyakarlığı

ABŞ və Aİ Gürcüstan və digər ölkələrin üzərinə nə qədər gedirsə, bəzi ölkələrə bir o qədər diqqət ayırır. Məsələn, Qərbin Gürcüstana bəslədiyi münasibətlə Ermənistana göstərilən diqqət arasında yerlə-göy qədər fərq var. Gürcüstana qarşı bu qədər sərt davranan Qərb Ermənistanla münasibətdə daha liberaldır.

Məsələn, ABŞ Dövlət Departamentindən bu günlərdə “Azərtac”-a verilən açıqlamada bu riyakarlıq elementlərini açıq görmək olar. Guya ki, regionda Ermənistanın hərbiləşdirilməsi, keçmiş ATƏT-in Minsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsi, o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələr ABŞ-ı qətiyyən narahat etmir:

“ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir”.

Rəsmi Tiflisə və rəsmi İrəvana sərgilənən münasibətlərə baxdıqca Ağ Evdəkilərin nə qədər qeyri-səmimi və riyakar olduğunu görürük. Rəsmi Vaşinqton bütün dünya dövlətlərinin, o cümlədən Ermənistanın seçiminə çox böyük həssaslıq və hörmətlə yanaşdığını bəyan etdiyi halda, bir qanun layihəsinə görə Gürcüstanı hər fürsətdə “vurmağa” çalışır.

Nə qədər iyrənc görünsə də, bu Qərbin əsl simasıdır...

Surxay Atakişiyev, Bizim.Media









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Bu gün, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Bu gün, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Bu gün, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Bu gün, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Bu gün, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Bu gün, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Bu gün, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Bu gün, 14:01
"Türkiyə ilə bu sazişə getməsi o deməkdir ki, Ermənistan hərbi ritorikadan əl çəkib...”
Bu gün, 14:00
Dnestryanı bölgəsinin sakinləri güman ki, Rusiyanı yox, Avropanı seçəcəklər - GƏLİŞMƏ
Bu gün, 13:59
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir - MƏQALƏ
Bu gün, 13:54
Əhali banklar qarşısında daha çox borclanır, qazandığı ilə ödəyə bilmir - FAKT BUDUR!
Bu gün, 13:29
Bu insanlara sərhəddə güzəşt edilməlidir! - Deputatın təklifi reallaşa bilərmi?
Bu gün, 13:27
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Bu gün, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Bu gün, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Bu gün, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Bu gün, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Bu gün, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Bu gün, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Bu gün, 12:26
Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Bu gün, 12:24
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Bu gün, 12:21
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Bu gün, 12:16
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Bu gün, 12:14
Nikolun “milliləşdirmə” oyunu NƏYƏ HESABLANIB?
Bu gün, 12:10
Ermənistan və Fələstin diplomatik əlaqələr qurur - Ermənistan KİV
Bu gün, 12:08
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 11:59
Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:55
Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... - AQTA bir göz atsın oralara...
Bu gün, 11:53
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” - Əməkdar artist
Bu gün, 11:30
Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI – Görün nə tikdirir…
Bu gün, 11:23
Tural Məmmədova vəzifə verildi - ÖZÜ AÇIQLADI
Bu gün, 11:21
Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu - TASS
Bu gün, 11:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb - “Ölü kimi” qeyda alınan şəxs isə...
Bu gün, 11:14
Global Media Group jurnalistlər üçün təlim təşkil edib - FOTO
Bu gün, 11:08
Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Bu gün, 11:04
FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir - İLGİNC FAKTLAR
Bu gün, 11:02
Türkiyənin Zəngəzurla bağlı mövqeyi... - Dəhliz Rusiyanın vasitəçiliyi ilə açılsa...
Bu gün, 10:56
“Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” - ETİRAZ VAR...
Bu gün, 10:52
Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı - “İki yol var”
Bu gün, 10:44
Makron Paşinyan üçün yeni "rol" hazırlayıb - DETALLAR
Bu gün, 10:40
Kollec direktorunun kütləvi ixtisar qərarı... NARAZILIQ YARATDI
Bu gün, 10:38
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
Bu gün, 10:33
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 10:28
"Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" - İTTİHAM VAR...
Bu gün, 10:26
Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... - ŞƏRH
Bu gün, 10:23
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
Bu gün, 10:21
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Bu gün, 10:19
Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? - Görünəni odur ki...
Bu gün, 10:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru