Qərb Gürcüstana niyə “ögey övlad” kimi .....                     Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi .....                     İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib .....                     “AFB Bank”ın rəhbərliyinə təyinat .....                     Bərdə probasiya şöbəsində nə baş verir? .....                     Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir .....                     AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR .....                     İran İsraillə birbaşa qarşıdurmaya girir? .....                     Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu .....                     "Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi .....                     "Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb .....                     Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: .....                     Nikolun “milliləşdirmə” oyunu .....                     Ermənistan və Fələstin diplomatik əlaqələr qurur .....                     Şimal-şərq küləyi əsəcək .....                     Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? .....                     Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... .....                     “55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” .....                     Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI .....                     Tural Məmmədova vəzifə verildi .....                     Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb .....                     Global Media Group jurnalistlər üçün təlim təşkil edib .....                     Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... .....                     FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir .....                     Türkiyənin Zəngəzurla bağlı mövqeyi... .....                     “Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” .....                     Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı .....                     Makron Paşinyan üçün yeni "rol" hazırlayıb .....                     Kollec direktorunun kütləvi ixtisar qərarı... .....                     “Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb .....                     "Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" .....                     Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... .....                     Zəngəzurdan pay istəyənlərin sayı artır .....                     VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb .....                     Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? .....                     Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... .....                     "Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb" .....                     "Dalaşırdım, döyürdüm, döyülürdüm.." .....                 

Makron Paşinyan üçün yeni "rol" hazırlayıb - DETALLAR
Tarix: Bu gün, 10:40 | Çap et
Makron Paşinyan üçün yeni "rol" hazırlayıb
Elçin Alıoğlu - TREND


Rəsmi Paris yenidən ermənipərəst bəyanatları ilə dünya siyasət arenasında səhnəyə çıxdı. Üstəlik, bu bəyanatlar sıradan bir məclisdə deyil, məhz BMT tribunasından səsləndi.

BMT Baş Assambleyasının 79-cu sessiyasında Fransa prezidenti Emmanuel Makron çıxışında Ermənistanın Azərbaycanın "təzyiqi" və "ərazi problemləri" ilə üzləşdiyini iddia edərək, Fransa ilə Ermənistanın birgə mövqedən çıxış etdiyini vurğuladı. O, beynəlxalq ictimaiyyəti bu məsələdə fəal olmağa, sülh danışıqlarını dəstəkləməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri qorumağa çağırdı.

E.Makron Azərbaycana qarşı saxta məlumatlar yaymaq üçün BMT Baş Assambleyasının tribunasından istifadə etmək qərarına gəlib:

"Fransa Azərbaycanın təzyiqləri və ərazi gərginliyi qarşısında möhkəm Ermənistanın yanındadır. Sülh danışıqlarının uğur qazanması və beynəlxalq səviyyədə tanınmış sərhədlərin qorunub saxlanması üçün beynəlxalq ictimaiyyət orada olmalıdır”.

Amma onun bu açıqlamaları cavabsız qalmadı. Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Makronun səsləndirdiyi fikirləri tənqid edərək, Fransanın Ermənistanı revanşizmə təhrik etdiyini və onu silahlandırdığını xatırlatdı, bu kimi addımların isə Azərbaycanın təzyiq göstərməsi kimi təqdim olunmasının yolverilməz olduğunu qeyd etdi.

E.Makronun Azərbaycana qarşı tənqidi yalnız onunla məhdudlaşmır. Onun nazirləri də eyni mövqedən çıxış edərək ölkəmizə qarşı böhtanlar səsləndirirlər. Məsələn, Fransa xarici işlər naziri postuna yeni təyin olunmuş Jan-Noel Barro, Parisdə Ermənistan səfirliyində keçirilən Ermənistanın müstəqilliyinin 33-cü ildönümü ilə bağlı tədbirdə "bir il əvvəl ermənilərin Dağlıq Qarabağdan zorla çıxarılmasına başlanıldığını" iddia edib. Bu cür ittihamlarla çıxış edərək, Fransa rəsmi səviyyədə Ermənistanı dəstəkləyir və Ermənistanın maraqlarını önə çəkir.

Fransanın başabəla dövlət başçısının BMT tribunasından belə provokativ bəyanatlarla çıxış etməsi diqqətəlayiqdir, çünki bu kimi açıqlamalar bölgədə sülhün və sabitliyin bərpa olunmağa başladığı bir vaxtda verilir.

Görünür, rəsmi Paris məhz müharibənin bitməsindən və bölgədə yeni sülh nizamının qurulmasından narazıdır. Amma bu, qlobal arenada Fransanın dəyərini artırmaq üçün bir cəhd kimi də görünə bilər. Bununla belə, E.Makronun yeni kabinetindəki təyin olunmalar onun bu mövqeyini gücləndirəcək. O, öz baş nazirini böyük səlahiyyətlərlə təmin etməkdən imtina edərək, xüsusən də ailə məsələləri üzrə nazir təyin etmək istədiyi senator Loras Qarnyenin təyin edilməsinə mane olub.

Fəqət 41 yaşlı Jan-Noel Barro Makron üçün uyğun bir fiqur oldu, çünki o, məhz Fransa prezidentinin siyasətini təqib edən bir şəxsdir. Barro ənənəvi fransız intriqan siyasi məktəbinin nümayəndəsi olmamaqla yanaşı, daha çox Amerikan "şahinləri"nin metodlarını təkrarlamağa çalışır və onların "Pax Americana" strategiyasını dəstəkləyir. Onun erməni diasporu ilə yaxın əlaqələri və bəzi açıqlamaları isə onun bu dairələrin maraqlarına xidmət etməyə hazır olduğunu göstərir.

Barro, ehtimal ki, Cənubi Qafqazda Fransanın destruktiv fəaliyyətlərini davam etdirəcək, çünki o, bölgədə münaqişə və ixtilafları qızışdırmağa meyllidir. Onun əsas məqsədi Ermənistanın maraqlarını lobbi etmək və bu mövqeni BMT-də müdafiə etməkdir. Bu isə, şübhəsiz ki, Bakı üçün narahatlıq və narazılıq yaradır.

Emmanuel Makronun Azərbaycana qarşı ittihamları, BMT tribunasından istifadə edərək beynəlxalq ictimaiyyəti Ermənistana dəstək göstərməyə çağırması xüsusilə təəccüblüdür. Onun son çıxışı sanki Azərbaycanı təcavüzkar kimi təqdim etmək və Ermənistanı münaqişənin qurbanı olaraq göstərmək cəhdi idi. Halbuki bölgədə vəziyyət sabitləşib və münaqişə artıq arxivə qovuşub. Azərbaycanın regionda sülh və sabitlik qurmağa çalışdığı bir vaxtda Makronun çıxışları yalnız sülh proseslərinə maneçilik törətmək məqsədi daşıyır.

Rəsmi Bakı dəfələrlə qeyd edib ki, bölgədə davam edən gərginliklərin əsas səbəbi xarici müdaxilələrdir. Azərbaycanın xarici işlər nazirliyi isə açıq şəkildə bəyan edib ki, ölkəmiz Ermənistanla sülhə nail olmaq üçün ikitərəfli danışıqlara üstünlük verir. Amma Fransa və digər xarici güclər Ermənistana müdaxilə edərək bu prosesin uğurla başa çatmasına mane olurlar.

Fransanın Ermənistana silah yardımı etməsi E.Makronun "sülh" danışıqları ilə bağlı çıxışlarının səmimiliyini şübhə altına alır. Əgər Paris doğrudan da bölgədə sülh istəyirsə, o zaman Ermənistanı silahlandırmaq və revanşizmə sövq etmək əvəzinə, sülh danışıqlarına dəstək olmalı idi. Parisin bölgədə təsirini artırmaq cəhdi isə əslində, Cənubi Qafqazdakı münaqişələri uzadır və sülh proseslərinə ziyan vurur.

Emmanuel Makronun daxili problemləri, xüsusən də Martinikada baş verənlər və Yeni Kaledoniyadakı siyasi böhran isə göstərir ki, Fransa liderinin öz ölkəsində həll etməli olduğu vacib məsələləri var. Bu halda, Cənubi Qafqazdakı məsələlərə qarışmaq əvəzinə, Makron öz ölkəsindəki sosial və siyasi problemlərə diqqət yetirməlidir.

Fransanın Cənubi Qafqazda möhkəmlənmək və regionda öz təsirini genişləndirmək cəhdləri artıq uzun müddətdir ki, müşahidə olunur. Prezident Emmanuel Makronun Ermənistana göstərdiyi dəstək, səthi baxışdan strateji və siyasi baxımdan qazanclı görünə bilər. Lakin bu dəstək çoxlu risklər və ciddi nəticələrlə doludur. Həm Ermənistan, həm də region üçün təhlükəli olan bu siyasət, son nəticədə Fransanın öz maraqlarına da zərbə vuracaqdır. Makronun Cənubi Qafqazdakı siyasi ambisiyaları, Ermənistanı regional güclər arasında bir oyun vasitəsinə çevirmək və Ermənistanın gələcəyini qeyri-müəyyən bir duruma salmaq təhlükəsi daşıyır.

E. Makronun Ermənistana dəstəyi Ermənistanı öz təsir dairəsinə almaq və Cənubi Qafqazda güclü mövqe tutmaq cəhdinin bir parçasıdır. Fransa regionda həm hərbi, həm də geosiyasi nüfuzunu artırmaq üçün Ermənistandan bir vasitə kimi istifadə etmək niyyətindədir. Sözügedən niyyət təkcə Ermənistanla kifayətlənməyərək, həm də Gürcüstan üzərində təsir yaratmaq məqsədini daşıyır. Amma Fransanın bu cür yanaşması, Ermənistanı daha çox təcrid edir və onu regional münaqişələrin əsas mərkəzinə çevirir. Ermənistan bu vəziyyətdə beynəlxalq arenada daha çox zəif mövqeyə malik olur və Fransa ilə sıx əməkdaşlıq nəticəsində Rusiya və ya digər regional güclərlə münasibətlərini daha da pisləşdirir.

Prezident Makronun Ermənistanın baş naziri Nikol Paşinyana fasiləsiz və aşkar təzyiqləri İrəvanın siyasətini daha çox Fransanın maraqlarına uyğun şəkildə yönəltmək cəhdidir. Bu təzyiq, Ermənistanın daxili siyasətində balansın pozulmasına və Paşinyanın beynəlxalq münasibətlərdə sarsılmaz mövqeyinin zəifləməsinə səbəb olur. Makronun Ermənistan üzərində hərbi və siyasi təsir yaratmaq istəyi, Paşinyanın daxili siyasətdə müstəqil qərar qəbul etmək qabiliyyətini məhdudlaşdırır və onu daha çox Fransanın əlində siyasi alət halına gətirir.

Fransanın Ermənistan üçün təhlükəsizlik zəmanəti rolunu öz üzərinə götürmək cəhdisə Ermənistan üçün çox ciddi təhlükələr yaradır. Bu, Ermənistanın həm regiondakı digər güclərlə münasibətlərinin daha da pisləşməsinə, həm də daxili siyasi sabitliyinin zəifləməsinə səbəb ola bilər. Fransa, Ermənistanı hərbi və siyasi dəstəklə təmin etməklə, onu daha çox regional münaqişələrin mərkəzinə çevirir və Ermənistanı daha çox risk altında qoyur. Fransa-Ermənistan əlaqələri uzun müddətli perspektivdə Ermənistanı daha çox təcrid edir və onu regional güclərin maraqlarına qarşı çıxmağa məcbur edir.

Makronun Ermənistana dəstəyi çərçivəsində Fransanın regionda hansısa formada hərbi mövcudluğunu yaratmaq istəyinin olduğunu bir neçə mənbə təsdiqləyir. Fransa Ermənistanla hərbi əməkdaşlıq sahəsində bir neçə dəfə konkret addımlar atmağa çalışmışdır. Məsələn, 2020-ci ilin noyabrında Fransa Senatı "Dağlıq Qarabağ məsələsində Ermənistana tam dəstək verəcəyini" bəyan etmişdi. Di gəl, belə bəyanatlar Ermənistanın Cənubi Qafqazda daha çox tənha qalmasına səbəb olur.

Bundan əlavə, Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olduğu nəzərə alınarsa, Fransanın Ermənistan üçün hər hansı hərbi təhlükəsizlik zəmanəti verməsi real nəticələr doğurmayacaq. Ermənistan, bu təşkilatların üzvü olduğu üçün Rusiya ilə sıx əlaqələri var və Fransa ilə hərbi əməkdaşlıq Ermənistan-Rusiya münasibətlərində ciddi gərginliklərə səbəb ola bilər.

Ermənistanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi 2023-cü ildə cəmi 1,2 milyard avro təşkil edib ki, bu da onun ümumi ticarət dövriyyəsinin çox kiçik bir hissəsini təşkil edir. Bununla belə, Rusiya ilə ticarət dövriyyəsi təxminən 3,2 milyard avroya çatır. Bu rəqəmlər Ermənistandakı iqtisadi və siyasi güclərin Fransa və Avropa İttifaqı ilə yaxınlaşmanın Ermənistan üçün real iqtisadi faydalar verməyəcəyini göstərir.

Fransanın Yaxın Şərqdə və Afrikada hərbi münaqişələrdə iştirakı, o cümlədən Malidə uğursuz hərbi əməliyyatları göstərir ki, Emmanuel Makron Ermənistan üçün etibarlı hərbi təhlükəsizlik zəmanəti təmin edə bilməz. Fransanın regionda hərbi iştirakının uğursuzluğu Ermənistanın da eyni təhlükə ilə üzləşəcəyini göstərir.

Fransanın Ermənistana dəstəyinin perspektivsizliyi və təhlükəli nəticələri aydındır. Makronun Cənubi Qafqazda möhkəmlənmək cəhdləri, Ermənistanı daha çox təcrid vəziyyətinə salır və onu regional münaqişələrin mərkəzinə çevirir. Ermənistan, Fransa ilə sıx əməkdaşlıq nəticəsində daha çox geosiyasi risklərlə üzləşir və daxili sabitliyini itirir. Nəticədə, Fransa ilə əməkdaşlıq Ermənistana daha çox ziyan gətirir və onun gələcəyini təhlükə altına qoyur.

E.Makronun Azərbaycana qarşı təzyiqləri, anti-Azərbaycan mövqeyi isə onun erməni diasporunun maraqlarına xidmət etməsi kimi qiymətləndirilə bilər. Onun bu mövqeyi, əlbəttə ki, bölgədə sülh proseslərinin qarşısını alır və Ermənistanın təcavüzkar siyasətinə bəraət qazandırır.

Makronun siyasəti yalnız Ermənistanı silahlandırmaq və regionda revanşizmi qızışdırmaq məqsədi daşıyır, bu isə Cənubi Qafqazda sülh proseslərini ləngidə bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Gürcüstana niyə “ögey övlad” kimi DAVRANIR?
Bu gün, 13:23
Aparıcının övladının bağçada həyatını itirməsi təhlükəsizlik məsələsini gündəmə gətirdi - "Heç kim heç nədən sığortalanmayıb"
Bu gün, 13:14
İcra başçısı “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə ürək əməliyyatı keçirən şəhid anası Səadət Bağırovanı evində ziyarət edib
Bu gün, 13:09
“AFB Bank”ın rəhbərliyinə təyinat - FOTO
Bu gün, 12:48
Bərdə probasiya şöbəsində nə baş verir? - TƏFƏRRÜAT
Bu gün, 12:44
Ağdamda Dövlət Yanğından Mühafizə Hissəsi tikilir - TENDER NƏTİCƏSİ
Bu gün, 12:40
AYDIN ƏLİYEVİN GƏLİNİ ÜSYAN EDİR - Biz arxasızıq deyə bunu edirlər
Bu gün, 12:28
İran İsraillə birbaşa qarşıdurmaya girir? - AÇIQLAMA
Bu gün, 12:26
Azərbaycanda da restoranları olan məşhur pizza şəbəkəsi müflis oldu - FOTO
Bu gün, 12:24
"Azərbaycanda tətbiq olunan mövcud suvarma sistemi 1000 il bundan əvvəlki selləmə suvarma sistemidir"
Bu gün, 12:21
"Hizbullah" lideri Şeyx Həsən Nəsrullah öldürülüb - İsrail mediası
Bu gün, 12:16
Həmid Əsədzadə 2 yaşlı qızının ölümündən danışdı: - "Uşağımı xəstəxanaya aşpaz çatdırıb"
Bu gün, 12:14
Nikolun “milliləşdirmə” oyunu NƏYƏ HESABLANIB?
Bu gün, 12:10
Ermənistan və Fələstin diplomatik əlaqələr qurur - Ermənistan KİV
Bu gün, 12:08
Şimal-şərq küləyi əsəcək - Belə deyirlər...
Bu gün, 11:59
Ermənilərin çirkləndirdiyi Oxçuçayda vəziyyət necədir? - AÇIQLAMA
Bu gün, 11:55
Qovrulmuş yerfındığı əvəzinə KƏRPİC PARÇASI... - AQTA bir göz atsın oralara...
Bu gün, 11:53
“55 ildir ki, qarmonun üstündə oxşayıb-ağlayıram, amma xalq artisti deyiləm” - Əməkdar artist
Bu gün, 11:30
Məşhur iş adamı Bakının bu yerində hektarlara ərazini ALDI – Görün nə tikdirir…
Bu gün, 11:23
Tural Məmmədova vəzifə verildi - ÖZÜ AÇIQLADI
Bu gün, 11:21
Rusiya general-polkovnikin bank hesabına da həbs qoydu - TASS
Bu gün, 11:15
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağ adamı “ölmüş şəxs” kimi sistemə salıb - “Ölü kimi” qeyda alınan şəxs isə...
Bu gün, 11:14
Global Media Group jurnalistlər üçün təlim təşkil edib - FOTO
Bu gün, 11:08
Quba sakinləri dərdlərini KİMƏ DESİNLƏR... - NARAZILIQ VAR...
Bu gün, 11:04
FHN ilə “Baku Bulding” MMC-nin işbirliyində bir evin təmir və tikintisi neçəyə başa gəlir - İLGİNC FAKTLAR
Bu gün, 11:02
Türkiyənin Zəngəzurla bağlı mövqeyi... - Dəhliz Rusiyanın vasitəçiliyi ilə açılsa...
Bu gün, 10:56
“Əvvəlki ödənişlər nəzərə alınmır. Niyə?” - ETİRAZ VAR...
Bu gün, 10:52
Paşinyan ABŞ-da Bakıya mesaj verdi, İrəvan qarışdı - “İki yol var”
Bu gün, 10:44
Makron Paşinyan üçün yeni "rol" hazırlayıb - DETALLAR
Bu gün, 10:40
Kollec direktorunun kütləvi ixtisar qərarı... NARAZILIQ YARATDI
Bu gün, 10:38
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
Bu gün, 10:33
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
Bu gün, 10:28
"Rəşad Musayev mənə dedi ki, sənin üstündə nəzarəti gücləndirib səni tutduracam" - İTTİHAM VAR...
Bu gün, 10:26
Ermənistan-Rusiya münasibətlərində problemlər var, amma... - ŞƏRH
Bu gün, 10:23
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
Bu gün, 10:21
VII çağırış Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi açıqlanıb
Bu gün, 10:19
Paşinyan referenduma gedir: Azərbaycanın qərarı nə olacaq? - Görünəni odur ki...
Bu gün, 10:17
Tənha yaşayan 3 uşaqlı anaya ƏCAİB İMTİNA BƏHANƏSİ... - BU NƏDİ BELƏ?!
Bu gün, 10:14
"Bəzi xarici siyasi dairələr xüsusi canfəşanlıqla ölkəmizə qarşı təqib-təzyiq kampaniyasına başlayıb" - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 10:09
"Dalaşırdım, döyürdüm, döyülürdüm.." - VİDEO
Bu gün, 10:07
Paşinyan əgər istəsə... - AKTUAL
Bu gün, 09:56
Bu halda Əmək Məcəlləsi pozulur - Ekspert danışır...
Bu gün, 09:54
“Bir çox sahədə müavinət və əməkhaqqı da artacaq” - deputat
Bu gün, 09:52
`Findex` lə sifariş etməzdən öncə düşünün... - ÇAĞIRIŞ
Bu gün, 09:47
Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə - NƏ ETMƏLİ?
Bu gün, 09:40
Şahramanyan da gec-tez cinayət məsuliyyətinə cəlb olunacaq - Başqa cür ola da bilməz...
Bu gün, 09:39
Yarımçıq saziş sülh gətirməyəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:38
Müştərisi `Aztelekom`a qarşı FAKT TƏQDİM ETDİ - GİLEY
Bu gün, 09:35
Talıbovun TİLSİMİ... - Kreslosu niyə boş qalıb?
Bu gün, 09:22
Rusiyanın "qələbəsi üçün dua" və "Bakının doğma evə dönməsi" münasibətilə tost - Moskvadan göndərilən din xadimi Bakıda nə ilə məşğuldur?
Bu gün, 09:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru