Nəqliyyat naziri postunda dəyişiklik qapıda: Nazir ərizəsini yazıb... - Ziya Məmmədov məzuniyyətdən dönməyə bilər...
Tarix: 30-09-2015, 10:16 | Çap et
Nəqliyyat naziri Ziya Məmmədov istefa ərizəsi yazıb. Bu məlumat "Unikal"a etibarlı mənbələrdən qəzetimiz çapa hazırlanarkən daxil olub. Nazirin ərizəsində səhhətindəki problemlərə görə vəzifəsindən uzaqlaşdırılmasını istədiyi iddia olunur. Amma istefanın gerçək səbəbinin bu olmadığına şübhə yoxdur. Bildirilir ki, nazir istefa ərizəsini əmək məzuniyyətində olduğu halda yazıb, bu isə onun özü ilə bağlı məlum baş verənlərdən sonra məzuniyyətdən işə qayıtmaq istəməməsi ilə izah edilir. Xatırladaq ki, son 20 gün ərzində nəqliyyat nazirinin adı ətrafında maraqlı hadisələr cərəyan edir. Belə ki, təkcə son iki həftə ərzində Ziya Məmmədov saysız səlahiyyətlərini itirib: taksilərə lisenziya verilməsi ASAN Xidmətə verilib; Bakı Avtovağzalına yeni rəis təyin edilib və onun nəzarətindən çıxarılıb; paytaxtda sərnişin daşınması, ondan alınaraq meriyaya verilib; nəhayət, Nəqliyyat Nazirliyinin ən nəhəng və gəlirli müəssisəsi olan "Azərbaycan Dəmir Yolları" QSC prezident fərmanı ilə nazirlikdən ayrılaraq müstəqil fəaliyyətə keçib. Bundan başqa, məlum olub ki, "Bakı Sərnişindaşınma" MMC də Nəqliyyat Nazirliyinin nəzarətindən alınacaq. Belə ki, yaxın vaxtlarda sərnişindaşınma xidməti Nəqliyyat Nazirliyinin balansından çıxarılacaq və ayrıca qurum kimi yaradılacaq. Həmin quruma isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edəcək. Həmçinin bir neçə gün əvvəl məlumat yayılıb ki, Hesablama Palatası Nəqliyyat Nazirliyinin yoxlanılması haqqında qərar qəbul edib. Bununla bağlı xəbərdarlıq məktubu artıq Nəqliyyat Nazirliyinə göndərilib. Yoxlamanın nazirliyin bütün sahələrini əhatə edəcəyi qeyd olunur. Ən son məlumata görə, Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycanı tərk edib. Məlumatda deyilir ki, Anar Məmmədovun ölkədən gedişi atası ilə əlaqədar problemlərlə bağlıdır. Bundan başqa, Z. Məmmədovun artıq hökumət tədbirlərindən izolyasiya edilməsi də adət halını alıb. KİV-in yazdığına görə, ilk dəfə bu müəmma avqustun 3-də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu - "Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı" üzrə hərəkət edən "Nomand ekspress" ilk sınaq konteyner qatarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatması ilə bağlı tədbirdə diqqəti çəkdi. İlk konteyner qatarının Bakıya çatması ilə əlaqədar keçirilən və baş nazirin müavini Abid Şərifov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Qazaxıstanın, Gürcüstanın dəmir yolları qurumlarının, Bakı, Batumi, Aktau limanlarının, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəhbərləri, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslərin qatıldığı qarşılanma mərasimində nəqliyyat nazirinin olmaması suallar yaratdı. Mərasimdə Z. Məmmədovu adətən dövlət tədbirlərindən kənarda saxlanılan müavini Arif Əsgərov təmsil edirdi. Qeyd edək ki, adı müxtəlif qalmaqallarda hallanan "Azərbaycan Dəmir Yolları" QSC-nin keçmiş sədri Arif Əsgərovun nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunduqdan sonra işə çıxmadığı və hətta nazirlikdə kabinetinin müəyyən edilmədiyi barədə mətbuatda məlumatlar dərc olunmuşdu. A.Əsgərovun həmin tədbirdə iştirakı və hətta çıxış etməsinin də daha çox məcburiyyətdən irəli gəldiyi deyilirdi. Bunun ardınca prezident İlham Əliyevin iyulun 13-də keçirdiyi Nazirlər Kabinetinin geniş müşavirəsində də nəqliyyat naziri gözə dəymədi. Z.Məmmədovun Bakı-Sumqayıt elektrik qatarının ölkə başçısının iştirakı ilə keçirilən açılışında da olmaması nəqliyyat nazirinin hökumət tədbirlərindən izolyasiya edildiyinə dair ehtimalların təsadüfən ortaya çıxmadığını ortaya qoydu. Məlumatlara görə, sentyabrın 1-də baş nazir Artur Rəsizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin müzakirəsində də nəqliyyat naziri iştirak etməyib. Bundan başqa, sentyabrın 16-da Nəqliyyat Nazirliyində Beynəlxalq Avtomobil daşımaları üzrə Azərbaycan-Belarus Qarışıq Komissiyasının növbəti iclası keçirilib. Belarus Nəqliyyat və Kommunikasiya Nazirliyinin idarə rəisi Sergey Dubinanın rəhbərlik etdiyi nümayəndə heyətini də Z.Məmmədov yox, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev qəbul edib. Sonuncu dəfə sentyabrın 17-də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsinin prezidentin iştirakı ilə keçirilən açılışına da qatılmayan Ziya Məmmədovun artıq yüksək dövlət tədbirlərindən kənarda saxlanılması barədə qərar verildiyi şübhəsizdir. Düzdür, haqqında danışılan son açılış vaxtı nəqliyyat naziri artıq məzuniyyətə çıxmışdı, amma etibarlı qaynaqdan aldığımız bilgiyə görə o Bakıdadır və əgər hökumət mərasimlərindən izolyasiya edilməmiş olsaydı, yəqin həmin açılış mərasiminə qatılardı, onu "Azəravtoyolservis"in sədr əvəzi Saleh Məmmədov əvəzləməzdi. Qeyd edək ki, hələ iki həftə əvvəl nazirin artıq işə çıxmadığı barədə iddialar da ortaya atılmışdı. Həmin vaxt Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bu iddia yalanlanmış və bildirilmişdi ki, "Ziya Məmmədov sentyabrın 16-dan oktyabr ayının 22-nə qədər növbəti əmək məzuniyyətindədir". Nəqliyyat nazirinin istefa ərizəsi yazması barədə yayılan məlumatı isə dəqiqləşdirməyə çalışacağıq. Bununla belə, getdikcə bir ehtimalın reallaşması daha ağlabatan görünür ki, Ziya Məmmədov məzuniyyətdən işə qayıtmayacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
|