Milli Məclisin yeni heyəti necə olacaq? - "Deputatların 30 faizə yaxını yenidən mandat almayacaq"
Tarix: 31-08-2015, 12:19 |
Çap et
DİA.AZ: - Artıq Azərbaycanda Milli Məclisə seçkilərin həyəcanı hiss olunmaqdadır, partiyalar, fərdlər bir birinin ardından namizədlərini, namizədliklərini açıqlayırlar. DİA.AZ bildirir ki, amma hələ də hakim Yeni Azərbaycan Partiyasının siyahısını rəsmən açıqlamaması bir çox ehtimallara rəvac verir. Bu isə YAP-ın siyahısındən doğacaq qənaətlərin çeşidlənməsi deməkdir.
DİA.AZ-a bu barədə danışan iqtidara yaxın mənbə bildirir ki, parlamentin yeni heyəti ciddi şəkildə fərqlənməsə də, hazırki deputatların 30 faizə yaxını yenidən mandat almayacaq.
Mənbə dia-az.site-a açıqlamasında onu da bildirdi ki, YAP-ın siyahısından da bunu hiss etmək olacaq.