Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                 

Zirzəmilərdə dövr edən milyonlar - Qumarxana biznesi
Tarix: 28-08-2015, 14:40 | Çap et
Zirzəmilərdə dövr edən milyonlar
Hələ bir xeyli əvvəl Azərbaycanda qumarxana və kazinoların fəliyyətinə qadağa qoyulsa da, bir çoxları bunu şəxsi evlərə və ya gizli ofislərə daşımaqla böyük qazanc əldə etməyə davam etdi. Düzdür, yerli polis məsələdən xəbər tutaraq, əməliyyatlar keçirib bir çoxunun fəaliyyətinə xitam verməyi bacarıb. Amma ortada böyük pullar varkən bu işdən əl çəkmək istəməyənlərin də az olduğu inkar edilməzdi.

Gürcüstana uzanan həvəs

Qeyd edək ki, qumar həvəsi təkcə iş adamları deyil, ayrı-ayrı fərdləri, hətta məmurları da özünə cəlb edir. Uzun illər Azərbaycanda bu oyunların qadağan olunması səbəbindən həvəskarlar üzünü Tiflis əvə Batumiyə tuturdular. Amma son dövrlər Bakıda qumarxana və kazinoların çoxalması səbəbindən Gürcüstan marşrutu da yaddan çıxıb.

Maraqlı məqamlardan biri odur ki, hər il yerli məmur və iş adamlarının Gürcüstanda qumara qoyduğu vəsait heç də kiçik rəqəmlərlə ifadə olunmur. Bəzi iddialara görə, bu rəqəm illik 10-20 milyon dollar arasında dəyişir. Hətta müəyyən məmurlar və iş adamları var ki, onlar kiçik rəqəmli qumarlar oynamırlar. Onların startlarının 50 min dollardan başladığı deyilir.

Binəqədi, Sumqyıt və Xırdalan…

Əslində, son illər sayları xeyli artmış qumarxanaların yerləri də bəllidir. Daha doğrusu, onların hansı istiqamətdə genişləndiyi barədə bilgilər xeyli çoxdur. Məsələn, son dönəmlər Binəqədi rayonu, Sumqayıt və Xırdalan şəhərləri daha çox adı hallananlar sırasındadır.

Bu məntəqələrdə gizli şəkildə fəaliyyət göstərən qumarxanalardan şikayətçi olanlar da az deyil. Hələ bir müddət əvvəl 7-ci mikrorayonda (Binəqədi rayonu) fəaliyyət göstərən həmin lotoxana sonradan müəmmalı şəkildə fəaliyyətini dayandırdı. Daha dəqiq ifadə edərsək, Vüsal Rzayevin başçılığı altında fəaliyyət göstərən bu qumarxananın arxasından generaldan tutmuş, Binəqədinin icra başçısı Xaləddin İsgəndərova qədər hər kəsin adı ortaya çıxdı. Hətta belə bir iddia da gündəmə gəldi ki, bu lotoxananın fəaliyyət göstərməsi üçün icra başçısı Vüsal Rzayevdən 100 min manat istəyib və istədiyini də alıb. Amma sonradan durum tamamilə dəyişdi və belə bir xəbər yayıldı ki, Vüsal Rzayevin «biznesi» qapadılıb.

Düzdür, bu məlumatın nə qədər dəqiq olduğu bəlli deyil. Çünki bəzi xəbərlərdə həmin qumarxananın yenə də fəaliyyət göstərdiyi vurğulanır.

Sumqayıt şəhərində isə belə yerlərin sayı məhduddur. Onların arasında populyar olanları da var, adı heç çəkilməyənlər də. Əksəriyyəti də iddia edir ki, guya, yerli polis onları himayə edir. Lakin indiyə qədər şəhərdə keçirilmiş əməliyyatlardan belə başa düşülür ki, bu iddialar müvəqqəti olaraq özlərini qorumaq üçün nəzərdə tutulub.

Məsələn, Sumqayıt şəhər, 18-ct mikrorayonda yerləşən «Samovar» adlı çay evindən qumarxana kimi istifadə olunur. JAM.AZ-ın araşdırmalarına görə, həmin çay evində qumar məsələsinə görə baş verən dava-dalaşlar insanların rahatlığını pozur. Belə ki, «Samovar»da udanla uduzan arasında yaşanan qalmaqallar davaya və səs-küəyə çevrilir. Sakinlər bununla bağlı müvafiq dövlət qurumlarına şikayət etsələr də tədbir görülmür.

Üçüncü əsas mərkəz olaraq isə Xırdalan şəhəri göstərilir. Burada da çay evləri adı altında yaradılan qumarxanalar tüğyan edir. İddia olunur ki, belə yerlərin əsas sahibləri yerli məmurlardır.

Nazir oğluna məxsus kafedə də qumar oynanılır?

Bildirək ki, qumar Azərbaycanda qadağandır və bu səbəbdən də gizli şəkildə təzahür edir. Və bu təzahürlər içində məmurların və ya onların övladlarının da adı hallanır. Məsələn, hələ bir müddət əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovun olduğu deyilən “Narhauz” kafesiinin də adı qumar məsələsinə qarışmışdı. “Xəzər” ticarət evinin yanında yerləşən kafedə mütəmadi olaraq belə oyunların təşkil edildiyi vurğulanır.

Hətta o da vurğulanır ki, bu məntəqəni işlədən sahibkar qabaqcadan təbliğata başlayıb və şəhərin müxtəlif ərazilərində loto oyununa dəvət üçün çağırış elanları paylayır.

Şura sədrinin adı kazino biznesində

Bu əsnada daha bir iri çəkili şəxsin də adı qumarxana işlədilməsi heç də səbəbsiz görünmür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yanında Ekskursiya və Turizm Şurasının sədri vəzifəsini daşıyan Fikrət Nuriyevlə bağlı verilən məlumatdarda deyilir ki, o, Həmkərlar İttifqının balansında olan “Xəzər”, “Dostluq”, “Bakı-Tur” və digər turist bazalarını öz şəxsi biznes obyektinə çevirib.

Həmin iddialara görə, Fikrət Nuriyev Ekskursiya və Turizm Şurasının sədri vəzifəsindən sui-istifaldə edərək balansında olan bir çox turist bazalarını qumarxana obyekti kimi istifadə edir. Belə ki, bir çox imkanlı məmurlara satılan ekskursiya biletləri əslində qumar oynamaq üçün bir bəhanədir. Yəni gözdən uzaq könüldən iraq bir yer olan turist bazaları qumar oynamaq üçün ən etibarlı yerlərdən biri hesab olunur.

JAM.AZ-a verilən məlumatlarda deyilir ki, şura sədri bir müddət öncə bu məsələ ilə bağlı daha da qabağa gedərək turist bazalarında aşkara bir neçə kazino belə açıbmış. Dövlət başçısı İlham Əliyevin qanunsuz kazinoların ləvğ edilməsi ilə bağlı verdiyi sərəncamdan sonra və Fikrət Nuriyev açıq kazino biznesindən əl çəkib. Ancaq buna baxmayaraq mənbə bəzi turist bazalarında gizli kazinoların fəaliyyət göstərdiyini iddia edir. Bu kazinoların daha çox Bakı şəhərində, Xaçmaz və Quba rayonlarında fəaliyyət göstərdiyi qeyd olunur.

«Qumarxana kralları» kimlərdir?

İlkin araşdırmalara görə, milyonların dövr etdiyi bu biznesin başında duranlar da var. Daha doğrusu, onu vahid əldə cəmləşdirib, hərəkət edənlərdən artıq ikisinin adı məlum olub. JAM.AZ xəbər verir ki, belə obyektlərin yarısına «Qara Vəzir» kimi tanınan şəxs və onun ətrafındakı, əslən Gürcüstandan olan azərbaycanlılar nəzarət edir.

Digər qruplaşmaya isə «Qobulu Naib»in başçılıq etdiyi vurğulanır. Həmin məlumatlara görə, sözügedən şəxsin kazinoları əsasən mikrorayonlarda, Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində fəaliyyət göstərir.

İddia olunur ki, «Qara Vəzir» «Qobulu Naib»dən fərqli olaraq qətiyyən qorxu bilmir. Elə bu səbəbdəndir ki, onun metroların çıxışına yaxın yerlərdəki zirzəmiləri icarəyə götürərək, orada qumarxanalar açır. Hətta işi o qədər böyüdüb ki, onlayn qumar oyunları da təşkil edir. Məlumatlarda vurğulanır ki, belə obyektlərin hamısına Vəzirin oğlu Tofiq Qaranizadə nəzarət edir.

Qeyd edilir ki, qanunsuz olaraq fəaliyyət göstərən bu qumarxanalar il boyu milyonlarla vəsait qazanc gətirir. Məsələn, «Qara Vəzir»in təkcə Əhmədlidə, ”Bakı” kinoteatrının yaxınlığındakı kazinosu 6 aya 1,34 milyon manat gəlir əldə edib. Bu şəxsin belə kazinolarının sayı isə 20-dən çoxdur.

Parlayan yeni «üldüz»: «Yeraz Mehman»

JAM.AZ-ın araşdırmalarına görə, qumardan əldə olunan gəlir təbii ki, günün birində tərəflər arasında ciddi toqquşmaya səbəb olacaqdı. Elə gözlənildiyi kimi də olur və tərəflər bir birləri ilə mübarizəyə başlayırlar. Və tərəflər bir birləri barədə gizli şəkildə polisə məlumatlar ötürməyə start verirlər. Hər iki tərəf elə zənn edirmiş ki, bu məlumatları ötürəcəkləri təqdirdə polis onları qoruyacaq və qarşı tərəfi sıradan çıxaracaq. Amma polis orqanları bütün dəlil və sübutları topladıqdan sonra əməliyyat keçirərək, Vəzir Qaranizadəni və onun rəqibi Naibi həbs edir. Və proses «Eurovizion» yarışması ərəfəsində tamamilə başa çatdırılır və bütün kazinolar bağladılır.

Amma böyük qazanclar həvəsi bu bazara nəzarət üçün çalışanların olacağını istisna etmirdi. Və yeni variantlar üzərindən qumarxana kimi fəaliyyət göstərməyin yollarını axtarırdılar. Nəhayət, bunun üçün yeni yol tapıldı və ortaya yeni simalar çıxmağa başladı.

Qeyd edək ki, Azərbaycan son illər xeyli populyar olan futbol-mərc oyunları onlarla insanın evinin və ailəsinin dağılmasına gətirib çıxarıb. Rəsmi olaraq «TOPAZ» kimi fəaliyyət göstərən həmin kantorların isə böyük gəlirlər əldə etdiyi sirr deyil.

Elə yeni işbazlar da bu işi fürsət bilib «TOPAZ» üzərindən qumar bizneslərini genişləndirməyə başlayırlar. Nəticədə, «TOPAZ»ın «qara bazarı» peyda olur və onun başına aparıcı fiqurlardan biri keçir. İddialara görə, bu «qara bazar»ın illik dövriyyəsi «TOPAZ»ın büdcəsindən bir neçə dəfə çoxdur. Amma dövlətə bir qara qəpik də vergi ödəmirlər. Düzdür, bu adamlar fəaliyyətlərini elə qurublar ki, onların işlətdikləri məkanlar rəsmi olaraq «TOPAZ»ın kontorları kimi görsənir. Amma paralel olaraq bu kontorlarda qumar-kazino oyunları da geniş yayılıb. Əslində, məqsəd «TOPAZ»ın adı altında gizlənib, qumar biznesini genişləndirməkdir.

JAM.AZ-ın araşdırmaları nəticəsində məlum olub ki, belə gizli məntəqə sahiblərindən biri «Yeraz» ləqəbli Mehman adlı şəxsdir. Onun şəriki isə Rüfət adlı birisidir.

O da vurğulanır ki, futbolun «qara bazarı»nın gündəlik dövriyyəsi heç də aşağı deyil və bu təqribən 200 min manat təşkil edir.

«Yeraz»dan «DAYI»ya qədər

JAM.AZ xəbər verir ki, bu şəbəkənin aylıq hesabatlarını «Əcəmi» metrosunun yaxınlığında yerləşən məntəqələrdən birində aparırlar. Arxa kabinetlərdə həyata keçirilən həmin hesabatlardan sonra əldə olunan gəlirlər bölüşdürülür.

«Yeraz Mehman»ın isə digər bir ayaması da var. Özünü hüquq-mühafizə orqanlarına yaxın kimi təqdim edən bu şəxsə məhdud dairədə «DAYI»da deyirlər. Buna səbəb isə onun Azərbaycanda əksər qumarxanalara himayədarlıq etməsi göstərilir.

Hərdən bu obyektlərdə dava-dalaşlar da yaşanır. Lakin qeyri-qanuni fəaliyyət göstərdiyindən kimsə onlarla bağlı şikayət də edə bilmir. Bu davaların səbəbi isə müştərilərin aldadılmasından irəli gəlir.

RUB90.RU və “Zenit-Bet” şəbəkəsi

Nəzərinizə çatdıraq ki, bu gizli şəbəkə RUB90.RU saytı vasitəsi ilə Azərbaycanın bütün rayonlarında canlı futbol mərclərinə pul qoyanların ciblərinə girməklə də məşğuldur. Mərkəzi serveri Rusiyada olan həmin saytı idarə edənlərin arasında erməni əsillilərin də olduğu deyilir.

Bundan başqa, «Yeraz Mehman»ın ötən il “Zenit-Bet” qumar şəbəkəsi üzərində qazandığı «parlaq qələbə» bu şəxsi Bakının qumar kralına çevirmiş olub.

«Loto» oyunu dəbə mindirilir

Hərçənd proses bununla da yekunlaşmır. JAM.AZ-a verilən son məlumatlara görə, «DAYI» bu dəfə lotoxanaların fəaliyyətini genişləndirir və onun Bakıda yayılmasına çalışır. Artıq bununla bağlı onun bəzi addımlar atdığı da deyilir. Məsələn, Bakıxanov qəsəbəsində olan lotoxanalarda açıq qumar oyununun təşkilinə başlanılıb. Və maraqlıdır ki, kimsə bu obyektlərə müdaxilə etmək istəmir.

Araşdırmamız davam edir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru