Saatlıda şıdırğı əlillik dərəcəsi alveri... - qadınlar üçün 2500-3000, kişilər üçün isə 4000 manat
Tarix: 20-05-2015, 14:09 | Çap et
Redaksiyamıza yeni daxil olmuş məlumatda Saatlı Rayon Məhkəməsində 34 saylı Saatlı-İmişli Regional TSEK-in sədri Ərkinaz Məmmədovanın iddia ərizəsi əsasında ilkin məhkəmə iclasının keçirildiyi bildirilir. Ötən saylarımızdan birində dərc etdiyimiz materialda biz göstərmişdik ki, redaksiyamıza daxil olan məlumatlarda Ərkinaz Məmmədovanın yol verdiyi müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, onun rəhbərlik etdiyi qurumun fəaliyyətində yol verilən çeşidli korrupsiya hallarına dair müxtəlif açıqlamalar təqdim edilməkdədir. O cümlədən bu yaxınlarda Saatlı rayonundan aldığımız daha dörd şikayət ərizəsində Ərkinaz Məmmədovanın qanunsuz əməllərindən bəhs olunurdu. Belə ki, rayonun Nərimankənd kənd sakini Fizuli Məmmədov, Qarabucaq kənd sakini Vüqar Pəncəliyev, Musalı kənd sakinləri Vidadi Səfərov və Nəbi Mirzəyev mətbuat vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova etdikləri müraciətlərində Ərkinaz Məmmədovanın onlara qarşı irəli sürdüyü pul tələblərindən xəbər vermişdilər. Ərizələrdən məlum olur ki, bu vətəndaşların hər biri artıq uzun müddətdir ki, müxtəlif səbəblərdən əmək qabiliyyətlərini itiriblər. Eyni zamanda da onların hər birinə müxtəlif dövlət tibb müəssisələri tərəfindən müvafiq sənədlər verilmişdir. Lakin bu vətəndaşlar həmin sənədlərlə 34 saylı Saatlı-İmişli Regional Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etdikləri zaman, onlardan hər biri Ərkinaz Məmmədovadan eyni cavabı alıblar. Belə ki, bu məsələnin müəyyən xərc tələb etdiyini bildirən TSEK sədri, vətəndaşları Paşa adlı bir şəxsin yanına göndərmişdir. Bu zaman Ərkinaz xanım bildirmişdir ki, xərc ödəndikdən sonra Paşa ona xəbər verəcək və yalnız bundan sonra vətəndaşların təqaüd məsələsi də öz həllini tapacaq. Yeni aldığımız məlumata görə Ərkinaz Məmmədova ondan şikayətçi düşmüş vətəndaşlara qarşı rayon məhkəməsində iddia qaldırmışdır. Lakin dünən baş tutmuş hazırlıq iclasından sonra TSEK sədri şikayətçilərə qarşı əvvəldən sərgilədiyi sərt mövqeyini bir qədər “yumşaltmışdır”. Belə ki, mənbənin iddiasına görə Ərkinaz xanım cavabdeh qismində məhkəməyə cəlb etdiyi vətəndaşlara “barışıq” təklif edib. Bu barışığın şərtlərinə görə vətəndaşlar öz şikayətlərindən imtina etməlidirlər. Bunun müqabilində isə Ərkinaz Məmmədova həmin vətəndaşların pensiya məsələlərini təmannasız həll etməyi boyun olub.Qeyd edək ki, mətbuat səhifələrində 34 saylı TSEK-in sədri Ərkinaz Məmmədovanın qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar mütəmadi olaraq dərc olunur. Bildirilir ki, 34 saylı TSEK-də əlillik pensiyası almaq üçün tələb olunan hər bir sənədin öz qiyməti var. Mənbələrin iddiasına görə, bu məqsədlə kimisi kredit götürür, kimisi də mal-qarasını və ya ev əşyalarını satıb əlillik dərəcəsi alır. Bildirilir ki, bu gün xəstəlik və əlillik səbəbindən təqaüdə çıxa bilmək üçün 34 saylı TSEK-də qadınlar üçün 2500-3000, kişilər üçün isə 4000 manat qiymət təyin olunub. Həm də bu yeni qiymətlərin məhz Ərkinaz xanım tərəfindən müəyyənləşdirildiyi İmişli və Saatlı sakinləri tərəfindən təqdim olunan açıqlamalarda xüsusi olaraq vurğulanır.Təəssüflər olsun ki, bu gün bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti yerli sakinləri və təbii ki, ilk növbədə bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları hələ də son dərəcə narahat etməkdədir. Buna görə də vətəndaşların kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair açıqlamalara tez-tez rast olunur... \\ bizimdovr.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
|