ABŞ Prezidenti Co Bayden Demokratların namizədi, vitse-prezident Kamala Harrisin ardınca Donald Trampı prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
"DİA-AZ" xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərə bildiriblər.
Məlumata görə, Bayden çərşənbə günü Harrisə zəng edib, həmçinin seçilmiş prezident Trampla telefonla danışıb və onu qələbə münasibətilə təbrik edib:
“Bayden hakimiyyətin rəvan keçidini təmin etmək öhdəliyini qeyd edib və \Trampı təyin olunacaq tarixdə Ağ Evdə görüşə dəvət edib”.