XI Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın xarici siyasət sahəsində öz uğurlarını daha da inkişaf etdirib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və düşünülmüş siyasət, qazanılan tarixi Zəfər ölkəmizin bütün dünyada nüfuzunu artırıb. Bununla əlaqədar Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı xeyli artıb. Xarici siyasətin əsas istiqamətlərindən biri kimi ölkəmizin Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələri daha da inkişaf edir. Dövlətimizin başçısı 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında demişdir ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malik olan böyük bir ailədir. Dövlətlər arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq əlaqələri ildən ilə daha da möhkəmlənməkdədir. Prezident İlham Əliyevin türkdilli ölkələrə, onların dövlət başçılarının Azərbaycana qarşılıqlı səfərləri davamlı xarakter alıb. Növbəti belə səfər noyabrın 6-da baş tutub. Ölkəmizin başçısı Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının XI Zirvə Görüşündə iştirak etmək üçün Qırğız Respublikasının paytaxtı Bişkekə gəlib. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ev sahibliyi etdiyi Sammitdə Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistan prezidentləri, TDT Müşahidəçilərinin Hökumət Başçıları da iştirak ediblər. Bişkekdə Sammit çərçivəsində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, bu son iki ildə Qırğız Respublikasına üçüncü səfəridir. Hər səfər zamanı ölkədə şahidi olduğu inkişafa görə Qırğız Prezidenti Sadır Japarovu təbrik edib. Bildirilib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. qeyd edilib ki, bu ilin iyul ayında Şuşa şəhərində keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Vurğulanıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərib və bu gələcəkdə təşkilatın potensialının daha da güclənməsinə öz töhfəsini verəcəkdir. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Ölkə başçısı bildirib ki, “Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar- sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir”. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək. Çıxışının sonunda Prezident İlham Əliyev qeyd edib ki, “Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür”. Ölkə başçımız əmin olduğunu bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü "DİA-AZ"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Trump Media”nın səhmləri 60% bahalaşdı - DETALLAR
Bu gün, 17:27 |
|
|
|
• Küçədə üşüyən dizayner "Şərq-Qərb Təbabət" Klinikasından oğurluq etdi - TƏFƏRRÜAT
Bu gün, 17:25 |
|
|
|
• ”Ermənistan böyük güclərin dəhlizinə çevrilə bilər” - Vigen Akopyan
Bu gün, 17:20 |
|
|
|
• AQTA-nın dönərlə bağlı YENİ TƏLƏBLƏRİ – Keyfiyyətin artması qiymətə TƏSİR edəcəkmi?
Bu gün, 17:19 |
|
|
|
• "Azərkontrakt"ın ləğvi qazın qiymətinə təsir etməyəcək - AKTUAL
Bu gün, 17:13 |
|
|
|
• "Səhiyyə Nazirliyi və TƏBİB arasında səlahiyyət mübarizəsi var" - GÖRÜNƏNİ BUDUR
Bu gün, 17:05 |
|
|
|
• Gənc jurnalist vəfat etdi - FOTO
Bu gün, 17:04 |
|
|
|
• Trampın vədi İranı qorxutdu – SEPAH-dan hədə gəldi
Bu gün, 17:01 |
|
|
|
• Ukraynanın dərman şirkəti Azərbaycan bazarına daxil olub
Bu gün, 16:58 |
|
|
|
• “Azərdövlətlayihə” Baş Layihə İnstitutu satınalmalarda qanunlara neçə faiz əməl edir - İTTİHAM VAR...
Bu gün, 16:52 |
|
|
|
• Rusiyaya qarşı döyüşən erməni əsir düşdü - FOTO
Bu gün, 16:48 |
|
|
|
• Naxçıvanda xadimələrdən pul tutulması iddialarına CAVAB GƏLDİ
Bu gün, 16:46 |
|
|
|
• ABŞ seçkiləri Paşinyanın siyasətinin iflasını tamamilə üzə çıxardı - Suren Surenyants
Bu gün, 16:44 |
|
|
|
• Həbsdə olan MN-nin vəzifəli şəxsi 700 min manata yaxın dəymiş ziyanla bağlı pul ödəyib - TƏFƏRRÜAT
Bu gün, 16:42 |
|
|
|
• Polis Akademiyasının keçmiş rəisi vəkil olub - FOTO
Bu gün, 16:36 |
|
|
|
• Təkcə Bakıdakı obyektlərinin icarəsindən milyondan artıq qazanır - İSPANİYADAN SONRA AZƏRBAYCAN PROKURORLUĞU DA HƏRƏKƏTƏ KEÇMƏLİDİR!
Bu gün, 16:34 |
|
|
|
• Şagird və tələbələri “tor”a salan TƏHLÜKƏ – Bu ərazilərdəki siqaret köşkləri LƏĞV OLUNUR?
Bu gün, 16:32 |
|
|
|
• Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik olub - QƏRAR
Bu gün, 16:30 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTOLAR
Bu gün, 16:27 |
|
|
|
• Səhiyyə Nazirliyinə ard-arda zərbə: Tender komissiyasına 3 illik qadağa qoyuldu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:21 |
|
|
|
• Azərbaycanla sülh müqaviləsi imzalamağa yaxınıq - Erməni nazir
Bu gün, 16:19 |
|
|
|
• MBBİ-də “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 16:09 |
|
|
|
• Bələdiyyə seçkilərinin yanvarın 25-dən sonra keçirilməsi daha məqsədəuyğundur - MSK sədri
Bu gün, 16:08 |
|
|
|
• TDT üzv ölkələrin siyasi və iqtisadi cəhətdən güclənməsində mühüm rol oynayır - MƏQALƏ
Bu gün, 16:05 |
|
|
|
• “Dərin dövlət” hərəkətə keçdi: Sabotaj var... - Trampı Rusiya ilə “vuracaqlar”?
Bu gün, 16:03 |
|
|
|
• Kamalanın cəbhəsində matəm: - Trampın qələbəsinə söyüşlü təpki
Bu gün, 15:58 |
|
|
|
• HDQ-də taktiki təlim keçirilib - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• `AzeBirja`dan növbəti GİLEY... - "2 aydır ki..."
Bu gün, 15:53 |
|
|
|
• Sabiq deputata vəzifə verildi - FOTO
Bu gün, 15:44 |
|
|
|
• Xalq artisti xəstəlikdən sağaldı
Bu gün, 15:42 |
|
|
|
• “SEA BREEZE”ə yaxın daha bir yeni şirkət yaradılıb - TƏFƏRRÜAT
Bu gün, 15:36 |
|
|
|
• Fransa “Orta dəhliz”ə və Azərbaycana möhtacdır - FAKT BUDUR!
Bu gün, 15:35 |
|
|
|
• Donaldla hara qədər GEDƏ BİLƏRİK? - İNCƏLƏMƏ
Bu gün, 15:33 |
|
|
|
• Qərəzli münasibət: Ursula fon der Leyen də Frank Şvabenin bir tayıdır - NƏ ETMƏLİ?
Bu gün, 15:31 |
|
|
|
• DİN deməkdən yoruldu... vətəndaş `dinə-imana gəlmir`... - AXI NİYƏ?..
Bu gün, 15:29 |
|
|
|
• Bakı qışa hazırdırmı? - ARAŞDIRMA
Bu gün, 15:16 |
|
|
|
• Fidandan Ermənistana mesajı... Türkiyənin mövqeyində dəyişikliyin olmadığından xəbər verir
Bu gün, 15:15 |
|
|
|
• Tibb Universiteti 115 min manata 36 ədəd ürək qapağı alır - DETALLAR
Bu gün, 15:14 |
|
|
|
• Tramp qalib gəldi, 3 ölkəyə pis xəbər: Bakını nə gözləyir? - AKTUAL
Bu gün, 15:13 |
|
|
|
• İşğaldan azad olunan rayonlarda heç bir yaşayış evi istifadəyə verilməyib – Statistika Komitəsi
Bu gün, 15:11 |
|
|
|
• İran və İsrail liderləri Bakıya gəlir: Onlar arasında görüş... - GƏLİŞMƏ
Bu gün, 15:08 |
|
|
|
• XI Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 14:56 |
|
|
|
• Ermənistan tərəfinin şərti absurddur, cəfəngiyatdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• “Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
Bu gün, 14:00 |
|
|
|
• “Ağ ev bizim regionda da aktiv iş aparacaq” - Azad İsazadə
Bu gün, 13:58 |
|
|
|
• Məhkəmə tanışına qarşı dələduzluq edən mayorla bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 13:52 |
|
|
|
• Müharibə bitib: Avropanın güc mərkəzləri "ofsaytda" - FAKT BUDUR!
Bu gün, 13:51 |
|
|
|
• Sülh sazişinin alternativi yoxdur - Bunu İRƏVAN BİLMƏLİDİR...
Bu gün, 13:51 |
|
|
|
• “Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:57 |
|
|
|
• Tramp prezidentlik yarışındakı nəticəsini siyasi qələbə adlandırıb - KİV
Bu gün, 11:48 |
|
|
|
|