Ermənistan tərəfinin şərti absurddur, cəfəngiyatdır .....                     “Gözü çıxan qardaşından” ibrət .....                     “Ağ ev bizim regionda da aktiv iş aparacaq” .....                     Məhkəmə tanışına qarşı dələduzluq edən mayorla bağlı qərar çıxardı .....                     Müharibə bitib: Avropanın güc mərkəzləri "ofsaytda" .....                     Sülh sazişinin alternativi yoxdur .....                     “Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu .....                     Tramp prezidentlik yarışındakı nəticəsini siyasi qələbə adlandırıb .....                     Zəfər Günü Bakıda atəşfəşanlıq olacaq .....                     Trampın Azərbaycan siyasəti necə olacaq? .....                     Həbsdə olan bəstəkardan möhtəşəm musiqi .....                     Fox News: Tramp ABŞ-ın 47-ci prezidenti seçilib .....                     Naxçıvan məktəblərində gözətçi və xadimələrin MAAŞLARINA ƏL QOYULUR .....                     “ŞABRAN-D” niyə etibarsız təchizatçılar siyahısına salındı? .....                     Azərbaycanda DƏHŞƏT: .....                     Məktəblərdə tətil bu tarixdən başlayır .....                     Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq? .....                     Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir .....                     "Aftandil İsrafilov səni yanında meymun kimi aparıb toylara" .....                     Belə bələdiyyədənsə, olmasa yaxşıdır .....                     Çılpaq qadın heykəli Bakıya necə gəldi? .....                     Qafqazda qanlı ssenarilər .....                     Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılacaq .....                     `AZƏR GOLD` adına SƏRVƏTLƏRİMİZ NECƏ XIRID EDİRLİR... .....                     Dollar rəqiblərinə qarşı Trampın “qələbə” xəbəri öncəsi kəskin dəyər qazanır .....                     İran İsrailin son hücumlarına cavab verəcəkmi? .....                     Respublikaçılar ABŞ Senatında səslərin çoxunu qazanırlar .....                     Tiflisdən İrəvana SEZAR şilləsi! .....                     Bakıda müğənninin qətli: qatilin cəzası niyə azaldıldı? .....                     İcra başçısı ona yeni vəzifə verdi .....                     9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası .....                     Azərbaycana qarşı ŞOK torpaq İDDİASI .....                     “ABŞ-da Azərbaycana qarşı ciddi addımların atılması gündəmdə ola bilməz” .....                     Türkiyəli iş adamının Azərbaycandan çıxışına qadağa qoyulur .....                     Kərki bu yolla qaytarılır: İrəvanla top atəşi məsafəsində... .....                     Rusiya Qafqaza “qayıdır” .....                     “Bakıda bu qiymətlərlə yaşamaq mümkün deyil” .....                     Şarl Mişel Azərbaycana .....                     İran dəqiq müharibəyə girəcək: o zaman Ermənistan... .....                     Milyonluq “Cənubtikintiservis” şirkətinin rəhbərliyi formalaşdırılacaq, .....                 

“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 11:57 | Çap et
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu
Bakıda BMT-nin COP29 iqlim konfransının keçirilməsi ərəfəsində anti-Azərbaycan qüvvələrin “fəallığı” səngimir. Bu “xor”a zatən həmişə Azərbaycana qərəzli münasibəti ilə seçilən “Amnesty İnternational” da qoşulub. Qurum Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında qərəzli hesabatı ilə kifayətlənməyərək, COP29 iştirakçılarına “tövsiyələrini” dərc edib.

“Amnesty İnternational” bundan əvvəlki hesabatlarında olduğu kimi, heç bir konkret faktlara əsaslanmadan, sadəcə, fəaliyyəti Azərbaycanı ləkələməkdən ibarət olan “yerli QHT-lərin məlumatına əsaslanaraq” hazırda ölkəmizdə 300-dən çox insanın siyasi motivli ittihamlarla həbsdə olunduğu yalanını tirajlayıb.

“Amnesty İnternational” iddia edir ki, Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib, hətta guya “iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub”. Amma buna sübut kimi hansısa ekoloqu deyil, qaçaqmalçılıqda ittiham olanları göstərib.

Hesabatın “doza”sını artırmaq istəyən “Amnesty İnternational” bu dəfə iddia edir ki, guya bir çox yerli fəal ölkəni tərk etməyə məcbur edilib.

“Amnesty İnternational”ın gülünc səslənən iddiasından biri də budur ki, “COP29-da minlərlə mədən yanacağı lobbiçisinin, həmçinin Shell və BP kimi neft nəhənglərinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir”. Təşkilat az qala tələb edir ki, “bütün iştirakçı dövlətlər sürətli və ədalətli şəkildə mədən yanacağından tamamilə imtina etmək öhdəliyi götürməlidir”.

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, “Amnesty İnternational” kimi qondarma insan haqları təşkilatları müstəqil siyasət yürüdən ölkələri sevmirlər: ""Amnesty İnternational" kimi təşkilatlar Qərbdəki bəzi “narıncı inqilabçı” dairələrin əlində hər zaman təzyiq və təsir aləti olub. Bu kimi qurumlar heç vaxt Azərbaycanın uğurlarını həzm edə bilməyiblər. Ən əsası, öz ağalarının sifarişlərini yerinə yetiriblər. Vaxtilə Ermənistanda yüzlərlə siyasi məhbus var idi. Ölkənin iki əsas müxalif lideri həbs olunmuşdu. Onlara qarşı uzunmüddətli süni məhkəmə prosesləri təşkil edilmişdi. Amma nədənsə Avropadakı insan haqları təşkilatları Ermənistandakı bu cür antidemokratik prosesləri görməzdən gəldilər. Çünki həmin addımlar onların özləri tərəfindən küçədən hakimiyyət kürsüsünə çıxardıqları Paşinyan tərəfindən atılırdı. Ona görə də səslərini çıxarmırdılar. Bu baxımdan, hesab edirəm ki, “Amnesty İnternational” kimi qondarma insan haqları təşkilatları müstəqil siyasət yürüdən ölkələri sevmirlər. Onlara qarşı hər zaman əks mövqedə dayanırlar. Hətta ölkələrin daxili işlərinə, hüquq-məhkəmə sisteminə də qarışırlar. “Amnesty İnternational” iddia edir ki, Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib. Təbii ki, bunların hamısı iftiradır. Ağ yalandır və heç bir əsası yoxdur. Qaçaqmalçılıqla tutulanları bu “təşkilat” “ekoloq” adlandırmaqdan belə çəkinmirsə, deməyə başqa söz yoxdur. Onların budəfəki qarayaxma kampaniyaları da həmişəki kimi iflasa uğrayacaq. Çünki yalanın ömrü qırx gün çəkir".

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı burada “Ermənistan sevgisi” görür: “Azərbaycanda BMT-nin COP29 iqlim konfransının keçirilməsi tədbiri anti-Azərbaycan qüvvələrin əlinə fürsət verib. Bütün imkanları ilə Azərbaycana qarşı fəaliyyət göstərirlər. "Amnesty İnternational" və bu kimi təşkilatlar Amerikanın əlində bir vasitə rolunu oynayır. İndiyə qədər bütün hesabatlarında qərəzli olublar. Məqsədli şəkildə bu cür təşkilatlar qərəzli hesabatlar hazırlayır və həmin ölkələrə təzyiq olunur. Özlərinin yaratdıqları və maliyyələşdirdikləri yerli QHT-ləri də Amerika və Qərb yaradıb. Bu təşkilatların təqdim etdiyi siyahıda terrorçu Arutunyandan tutmuş, dövlətə xəyanət etmiş şəxslərə qədər var. Ağır cinayət törətmiş şəxsləri “siyasi məhbus” sayırlar. "Amnesty İnternational" gülünc səslənən iddiasından biri də budur ki, “COP29-da minlərlə mədən yanacağı lobbiçisinin, həmçinin Shell və BP kimi neft nəhənglərinin rəhbərlərinin iştirak edəcəyi gözlənilir”. Təşkilat az qala tələb edir ki, “bütün iştirakçı dövlətlər sürətli və ədalətli şəkildə mədən yanacağından tamamilə imtina etmək öhdəliyi götürməlidir”. Göründüyü kimi, müxtəlif üsullarla Azərbaycana qarşı fəaliyyət göstərirlər. Əldə olunan məlumatlara görə, hansı ölkədə COP-un tədbiri keçirilirsə, Amerika o ölkəyə bu formada təzyiq edir, öz məqsədlərinə çatmaq üçün. İndiki vəziyyətdə Amerikanın və Qərbin Azərbaycana hücum etməsinin əsasında Ermənistan sevgisi durur. Öz xristian həmrəyliklərini nümayiş etdirirlər".

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli: “Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) bəşəriyyətin gələcək taleyini müəyyənləşdirən platforma kimi yanaşır. Konfrans iştirakçılarının rahatlığını, sərbəst fikir mübadiləsinin təşkili üçün bütün imkanlarını səfərbər edir. Azərbaycanın marağı budur ki, iqlim dəyişmələrinə səbəb olan amillər müəyyənləşdirilib müzakirə edilsin, bu səbəblərin aradan qaldırılması üçün əməli addımlar atılsın, strategiyalar hazırlansın.

Amma Qərb mərkəzlərinin yanaşması fərqlidir. Onlar bu tədbirə bəşəriyyətin gələcəyini xilas etmək üçün platforma kimi baxmırlar. COP29-a öz maraqlarını təmin etmək üçün fürsət kimi yanaşırlar. Konfransın Azərbaycanda keçirilməsi yönündə qərarın verildiyi gündən başlayaraq indiyədək çirkin bir kampaniya aparırlar. Tədbiri pozmaq üçün genişmiqyaslı fəaliyyət həyata keçirirlər. Bu məqsədlə ənənəvi mexanizmləri hərəkətə gətiriblər. Özlərini “insan haqlarının müdafiəçisi” elan etmiş “beynəlxalq statuslu təşkilatlar”, o cümlədən “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedom House” qismində təşkilatlar prosesə qatılıblar. Hər gün bir qondarma informasiya yaymaqla konfransın tərtibatına xələl gətirməyə çalışırlar. Təbii ki, bu təşkilatlar öz düşüncələri ilə hərəkət etmirlər. Bəlli mərkəzlərdən sifarişlər alıb icra edirlər.

Kampaniya təşkilatçıları bu günə qədər işlərini daha çox ənənəvi KİV-lər, transmilli media subyektləri üzərindən yürüdüblər. İndi isə həm də sosial şəbəkələri, o cümlədən X sosial media platformasını da prosesə qatıblar. #COP29 həştəqi altında qeyri-obyektiv bir kampaniyaya start veriblər. Bütün əlamətlər onu göstərir ki, bu kampaniya da ənənəvi mərkəzlər tərəfindən sistemli şəkildə idarə olunur.

COP29 konfransı Cənubi Qafqaz üzərində geopolitik savaşın gücləndiyi, açıq müstəviyə keçdiyi bir dönəmə təsadüf edir. Azərbaycan öz potensialından faydalanaraq, regionu bu savaşdan kənar tutmağa, bölgədə sülhü, sabitliyi qorumağa çalışır. Təbii ki, belə mövqe region üzərində məkrli planlar qurmuş geopolitik savaş oyunçularına xoş gəlmir. Fikrimcə, COP29 üzərindən aparılan kampaniya da reallıqda ölkəmizin müstəqil xarici siyasət kursuna qarşı yönəlmiş təzyiq prosesidir. Amma bu kampaniyanı aparanlar gərək unutmasınlar ki, Azərbaycan belə oyunları dəfələrlə ifşa edərək iflasa uğrada bilib".

“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan tərəfinin şərti absurddur, cəfəngiyatdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
“Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
Bu gün, 14:00
“Ağ ev bizim regionda da aktiv iş aparacaq” - Azad İsazadə
Bu gün, 13:58
Məhkəmə tanışına qarşı dələduzluq edən mayorla bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 13:52
Müharibə bitib: Avropanın güc mərkəzləri "ofsaytda" - FAKT BUDUR!
Bu gün, 13:51
Sülh sazişinin alternativi yoxdur - Bunu İRƏVAN BİLMƏLİDİR...
Bu gün, 13:51
“Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:57
Tramp prezidentlik yarışındakı nəticəsini siyasi qələbə adlandırıb - KİV
Bu gün, 11:48
Zəfər Günü Bakıda atəşfəşanlıq olacaq
Bu gün, 11:31
Trampın Azərbaycan siyasəti necə olacaq? – Markov ŞƏRH EDİR
Bu gün, 11:29
Həbsdə olan bəstəkardan möhtəşəm musiqi - VİDEO
Bu gün, 11:28
Fox News: Tramp ABŞ-ın 47-ci prezidenti seçilib - SON DURUM
Bu gün, 11:22
Naxçıvan məktəblərində gözətçi və xadimələrin MAAŞLARINA ƏL QOYULUR - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19
“ŞABRAN-D” niyə etibarsız təchizatçılar siyahısına salındı? – MMC yüzminləri harada “batırdı”
Bu gün, 11:14
Azərbaycanda DƏHŞƏT: - çoban fermada özünü GÜLLƏLƏDİ
Bu gün, 11:10
Məktəblərdə tətil bu tarixdən başlayır - Neçə gün dərs olmayacaq?
Bu gün, 11:08
Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq? - AÇIQLAMA
Bu gün, 11:00
Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir
Bu gün, 10:59
"Aftandil İsrafilov səni yanında meymun kimi aparıb toylara" - QALMAQAL
Bu gün, 10:48
Belə bələdiyyədənsə, olmasa yaxşıdır - ETİRAZ
Bu gün, 10:45
Çılpaq qadın heykəli Bakıya necə gəldi? - Bu barədə ÇOX DANIŞIRIQ...
Bu gün, 10:41
Qafqazda qanlı ssenarilər – Azərbaycanı nə gözləyir?
Bu gün, 10:36
Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılacaq - ŞƏRTLƏR
Bu gün, 10:32
`AZƏR GOLD` adına SƏRVƏTLƏRİMİZ NECƏ XIRID EDİRLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:31
Dollar rəqiblərinə qarşı Trampın “qələbə” xəbəri öncəsi kəskin dəyər qazanır - GƏLİŞMƏ
Bu gün, 10:15
İran İsrailin son hücumlarına cavab verəcəkmi? - ŞƏRH
Bu gün, 10:13
Respublikaçılar ABŞ Senatında səslərin çoxunu qazanırlar
Bu gün, 10:10
Tiflisdən İrəvana SEZAR şilləsi! - sərhəddən buraxmır
Bu gün, 10:05
Bakıda müğənninin qətli: qatilin cəzası niyə azaldıldı? - TƏFƏRRÜAT
Bu gün, 10:04
İcra başçısı ona yeni vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:02
9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
Bu gün, 09:55
Azərbaycana qarşı ŞOK torpaq İDDİASI - 200 kv/km...
Bu gün, 09:48
“ABŞ-da Azərbaycana qarşı ciddi addımların atılması gündəmdə ola bilməz” - Cəlaloğlu
Bu gün, 09:33
Türkiyəli iş adamının Azərbaycandan çıxışına qadağa qoyulur - SƏBƏB
Bu gün, 09:30
Kərki bu yolla qaytarılır: İrəvanla top atəşi məsafəsində... - İLGİNC...
Bu gün, 09:26
Rusiya Qafqaza “qayıdır” - Bakı-İrəvan sazişinə təsiri
Bu gün, 09:25
“Bakıda bu qiymətlərlə yaşamaq mümkün deyil” - Maaşlar iki dəfə ARTIRILACAQ?
Bu gün, 09:24
Şarl Mişel Azərbaycana GƏLİR
Bu gün, 09:21
İran dəqiq müharibəyə girəcək: o zaman Ermənistan... - GƏLİŞMƏ
Bu gün, 09:18
Milyonluq “Cənubtikintiservis” şirkətinin rəhbərliyi formalaşdırılacaq, əlavə maya qoyulur
Bu gün, 09:16
Praktikada Əmək Məcəlləsinin bu tələbinə də əməl edilmir... - Ekspert danışır...
Bu gün, 09:13
Sumqayıt Gömrük İdarəsində sahibkarlara DİVAN TUTURLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:08
İlon Maskdan seçkilərlə bağlı SON DƏQİQƏ açıqlaması - Tramp Ağ Evə qayıdarsa...
Bu gün, 09:04
Maraqlıdır ki, bu pul köçürmələri Məmmədovanın öz adına deyil... - TƏFƏRRÜAT
Bu gün, 08:59
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 08:58
“Şəki-Bazar” ASC-nin ümumi yığıncağı keçiriləcək
Bu gün, 08:53
Kilosu 4 manata başa gələn ətlər... - əsasən restoranlara göndərilir
Bu gün, 08:49
Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir - Amerika mediası
Bu gün, 08:46
Əvvəl yanacaq əvəzinə su vururdular, indi isə... - "Axırıncı dəfə olar burda benzin vurmağım..."
Bu gün, 08:45
YANLIŞ GÜNÜ QEYD EDİRİK... - DİQQƏT
Bu gün, 08:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru