Sülh sazişinin alternativi yoxdur - Bunu İRƏVAN BİLMƏLİDİR...
Ermənistan Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib. Xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib ki, rəsmi İrəvan hazırda bu təkliflərə Bakıdan cavab gözləyir. Ötən gün Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə erməni həmkarı Mger Qriqoryan arasında da növbəti görüş keçirilib. Tərəflər delimitasiya işləri ətrafında fikir mübadiləsi aparıblar. Ermənistan parlamentinin sədri Alen Simonyan da qeyd edib ki, bir çox ikitərəfli məsələlər həll edilib və siyasi iradə olarsa, yerdə qalan məsələləri də həll etmək olar. Simonyan əlavə edib ki, sərhədin delimitasiya və demarkasiyası prosesinin növbəti mərhələsi Zəngəzurda keçirilə bilər. Xatırladaq ki, COP29 ərəfəsində Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı gözləntilər var. Lakin Ermənistan tərəfi öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində heç bir real addım atmır. Konstitusiyada dəyişiklik məsələsi Cənubi Qafqazın gələcək təhlükəsizliyi baxımından fundamental əhəmiyyətə malikdir. Azərbaycana qarşı ərazi iddialarından imtina edilməsi ilə bağlı erməni xalqının aydın ifadə edilmiş iradəsi olmadıqca Ermənistandakı istənilən gələcək hökumət 2020-ci ildən öncəki vəziyyətə qayıtmaq üçün gücə əl ata bilər. Aydın görünən odur ki, Ermənistan yarımçıq sülh müqaviləsi imzalamaq arzusundadır. Bu da gələcəkdə kənar ölkələri, eləcə də erməni diasporunu prosesə cəlb etməklə qarşıdurma yaratmaq, münaqişəni yenidən alovlandırmaq məqsədi güdür. Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, strateji planda sülh sazişinin qaçılmazlığı ortadadır. Alim vurğulayıb ki, dünyada gedən geosiyasi proseslər, regiondakı güc balansı, Azərbaycanın güclənən mövqeləri bunu zəruri edir: "Ermənistan təzyiqlərdən xilas olmaq istəyirsə, dünya siyasətində öz yerini almaq istəyirsə, sülhdən başqa yolu yoxdur. Sülh sazişinin alternativi yoxdur və istənilən halda imzalanacaq. Demoqrafik, hərbi-siyasi, iqtisadi güc balansı baxımından Ermənistan Azərbaycanla yarışacaq, militarist və revanşist niyyətləri istiqamətində addımlar ata biləcək imkanlara sahib deyil. Sülh sazişinin mətni böyük ölçüdə razılaşdırılsa da, prinsipial məsələlər hələ qalır və müzakirələr davam edir. Detallı açıqlamalar olmasa da, təmasların intensivliyi, ikitərəfli açıqlamalar sülh sazişinin yaxın dönəmdə imzalana biləcəyi ilə bağlı ehtimalları gücləndirir". Həmsöhbətimizin fikrincə, burada kritik suallar da ortaya çıxır ki, onların cavablanması mütləqdir: "Ermənistanda hər hansı hakimiyyət dəyişikliyi zamanı yeni hökumət qeyd-şərtsiz sülh sazişini qəbul etməlidir. Siyasi qüvvələr arasında yekdil konsensus olmalıdır. Ermənistanın Konstitusiyasından, digər aktlarından Azərbaycana ərazi iddiaları tamamilə çıxarılmalıdır. Qanunvericilik bazası imkan verməməlidir ki, gələcək iqtidarlar yenidən revanşist hisslərlə yollarına davam etsinlər. Azərbaycanın haqlı və qəti tələbləri ortadadır. Ermənistan dövləti yeni meyarlarla, ölçülərlə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq siyasəti qurmalıdır. Ermənistan daxili siyasət baxımından xeyli problemlidir. Şovinist, irqçi duyğularla zəhərlənmiş, aldanılmış erməni toplumunda Türkiyə və Azərbaycan düşmənçiliyi qalmaqdadır. Belə demək mümkündürsə, mərhələli şəkildə aparılacaq "müalicəvi-profilaktik" tədbirlərlə erməni toplumunu sağaltmaq zəruridir. O baxımdan sülh məsələsi Ermənistan daxilində ağrılı gedir. Paşinyan da öz hakimiyyətini qoruyaraq sülh sazişini imzalamaq istəyir". Siyasi şərhçi diqqətə çatdırıb ki, digər məsələ geosiyasi istiqamətlə bağlıdır. Alimin sözlərinə görə, Rusiya və Qərbin Ermənistan üzərində rəqabəti, geosiyasi mübarizəsi gedir: "Hər cinahın Ermənistandan fərqli istəkləri var. Xüsusən, Zəngəzur dəhlizi ilə bağlı tələblər, təzyiqlər fərqlidir. Bu da problem yaradan məsələdir. Azərbaycanın prinsipial mövqeyi odur ki, Zəngəzur dəhlizi mütləq açılmalıdır, Naxçıvanla maneəsiz gediş-gəlişlər təmin edilməlidir. Rəsmi Bakı dəhlizi sülh prosesində olmazsa-olmaz məsələ kimi görür. Bir tərəfdən sülh sazişinə imza atmaq, digər yandan isə Naxçıvana gediş-gəlişə əngəl olmaq imkansızdır. Həmçinin yüzminlərlə Qərbi azərbaycanlı öz torpaqlarından didərgin düşüb.Vaxtı ilə deportasiya edilmiş soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması, doğma ocaqlarını, məzarlıqlarını ziyarət etməsi təmin olunmalıdır. Qərbi azərbaycanlıların bu haqqı tanınmalıdır. Ən azından normallaşma prosesinə başlanandan və qonşuluq münasibətləri formalaşandan sonra bu məsələ həllini tapmalıdır. Nəticə Ermənistan hökumətinin apardığı siyasətdən, verəcəyi qərarlardan asılı olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik olub - QƏRAR
Bu gün, 16:30 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTOLAR
Bu gün, 16:27 |
|
|
|
• Səhiyyə Nazirliyinə ard-arda zərbə: Tender komissiyasına 3 illik qadağa qoyuldu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:21 |
|
|
|
• Azərbaycanla sülh müqaviləsi imzalamağa yaxınıq - Erməni nazir
Bu gün, 16:19 |
|
|
|
• MBBİ-də “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib - FOTO
Bu gün, 16:09 |
|
|
|
• Bələdiyyə seçkilərinin yanvarın 25-dən sonra keçirilməsi daha məqsədəuyğundur - MSK sədri
Bu gün, 16:08 |
|
|
|
• TDT üzv ölkələrin siyasi və iqtisadi cəhətdən güclənməsində mühüm rol oynayır - MƏQALƏ
Bu gün, 16:05 |
|
|
|
• “Dərin dövlət” hərəkətə keçdi: Sabotaj var... - Trampı Rusiya ilə “vuracaqlar”?
Bu gün, 16:03 |
|
|
|
• Kamalanın cəbhəsində matəm: - Trampın qələbəsinə söyüşlü təpki
Bu gün, 15:58 |
|
|
|
• HDQ-də taktiki təlim keçirilib - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• `AzeBirja`dan növbəti GİLEY... - "2 aydır ki..."
Bu gün, 15:53 |
|
|
|
• Sabiq deputata vəzifə verildi - FOTO
Bu gün, 15:44 |
|
|
|
• Xalq artisti xəstəlikdən sağaldı
Bu gün, 15:42 |
|
|
|
• “SEA BREEZE”ə yaxın daha bir yeni şirkət yaradılıb - TƏFƏRRÜAT
Bu gün, 15:36 |
|
|
|
• Fransa “Orta dəhliz”ə və Azərbaycana möhtacdır - FAKT BUDUR!
Bu gün, 15:35 |
|
|
|
• Donaldla hara qədər GEDƏ BİLƏRİK? - İNCƏLƏMƏ
Bu gün, 15:33 |
|
|
|
• Qərəzli münasibət: Ursula fon der Leyen də Frank Şvabenin bir tayıdır - NƏ ETMƏLİ?
Bu gün, 15:31 |
|
|
|
• DİN deməkdən yoruldu... vətəndaş `dinə-imana gəlmir`... - AXI NİYƏ?..
Bu gün, 15:29 |
|
|
|
• Bakı qışa hazırdırmı? - ARAŞDIRMA
Bu gün, 15:16 |
|
|
|
• Fidandan Ermənistana mesajı... Türkiyənin mövqeyində dəyişikliyin olmadığından xəbər verir
Bu gün, 15:15 |
|
|
|
• Tibb Universiteti 115 min manata 36 ədəd ürək qapağı alır - DETALLAR
Bu gün, 15:14 |
|
|
|
• Tramp qalib gəldi, 3 ölkəyə pis xəbər: Bakını nə gözləyir? - AKTUAL
Bu gün, 15:13 |
|
|
|
• İşğaldan azad olunan rayonlarda heç bir yaşayış evi istifadəyə verilməyib – Statistika Komitəsi
Bu gün, 15:11 |
|
|
|
• İran və İsrail liderləri Bakıya gəlir: Onlar arasında görüş... - GƏLİŞMƏ
Bu gün, 15:08 |
|
|
|
• XI Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 14:56 |
|
|
|
• Ermənistan tərəfinin şərti absurddur, cəfəngiyatdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• “Gözü çıxan qardaşından” ibrət – Könüllü müdafiə dəstələri
Bu gün, 14:00 |
|
|
|
• “Ağ ev bizim regionda da aktiv iş aparacaq” - Azad İsazadə
Bu gün, 13:58 |
|
|
|
• Məhkəmə tanışına qarşı dələduzluq edən mayorla bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 13:52 |
|
|
|
• Müharibə bitib: Avropanın güc mərkəzləri "ofsaytda" - FAKT BUDUR!
Bu gün, 13:51 |
|
|
|
• Sülh sazişinin alternativi yoxdur - Bunu İRƏVAN BİLMƏLİDİR...
Bu gün, 13:51 |
|
|
|
• “Amnesty İnternational” anti-Azərbaycan “xor”a qoşuldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:57 |
|
|
|
• Tramp prezidentlik yarışındakı nəticəsini siyasi qələbə adlandırıb - KİV
Bu gün, 11:48 |
|
|
|
• Zəfər Günü Bakıda atəşfəşanlıq olacaq
Bu gün, 11:31 |
|
|
|
• Trampın Azərbaycan siyasəti necə olacaq? – Markov ŞƏRH EDİR
Bu gün, 11:29 |
|
|
|
• Həbsdə olan bəstəkardan möhtəşəm musiqi - VİDEO
Bu gün, 11:28 |
|
|
|
• Fox News: Tramp ABŞ-ın 47-ci prezidenti seçilib - SON DURUM
Bu gün, 11:22 |
|
|
|
• Naxçıvan məktəblərində gözətçi və xadimələrin MAAŞLARINA ƏL QOYULUR - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19 |
|
|
|
• “ŞABRAN-D” niyə etibarsız təchizatçılar siyahısına salındı? – MMC yüzminləri harada “batırdı”
Bu gün, 11:14 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: - çoban fermada özünü GÜLLƏLƏDİ
Bu gün, 11:10 |
|
|
|
• Məktəblərdə tətil bu tarixdən başlayır - Neçə gün dərs olmayacaq?
Bu gün, 11:08 |
|
|
|
• Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq? - AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir
Bu gün, 10:59 |
|
|
|
• "Aftandil İsrafilov səni yanında meymun kimi aparıb toylara" - QALMAQAL
Bu gün, 10:48 |
|
|
|
• Belə bələdiyyədənsə, olmasa yaxşıdır - ETİRAZ
Bu gün, 10:45 |
|
|
|
• Çılpaq qadın heykəli Bakıya necə gəldi? - Bu barədə ÇOX DANIŞIRIQ...
Bu gün, 10:41 |
|
|
|
• Qafqazda qanlı ssenarilər – Azərbaycanı nə gözləyir?
Bu gün, 10:36 |
|
|
|
• Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılacaq - ŞƏRTLƏR
Bu gün, 10:32 |
|
|
|
• `AZƏR GOLD` adına SƏRVƏTLƏRİMİZ NECƏ XIRID EDİRLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:31 |
|
|
|
• Dollar rəqiblərinə qarşı Trampın “qələbə” xəbəri öncəsi kəskin dəyər qazanır - GƏLİŞMƏ
Bu gün, 10:15 |
|
|
|
|