Kilosu 4 manata başa gələn ətlər... - əsasən restoranlara göndərilir
“Bəyin oğurlanması” filmində İsrafilin “Monqol dublyonkası gəlmişdi, monqol turistlər alıb apardı” zarafatı hamının yadındadır. Son günlər isə ölkəmizə Monqolustandan gətirilən ət məhsullarının artması ilə bağlı xəbərlər yayılıb.
Sosial şəbəkələrdə ət satışı ilə məşğul olan müxtəlif şəxslər bu ölkədən gətirilən ətləri reklam edir, bəzi restoranlarda həmin ətlə bişirilən yeməklər təklif olunur. Dövlət Gömrük Komitəsinin məlumatı da təsdiq edir ki, həqiqətən də Azərbaycan Monqolustandan ət idxalını kəskin artırıb. 2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun əti və ya keçi əti idxal edib. 2024-cü ilin təkcə birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Məlumata görə, bu ətin kilosu Azərbaycana 4 manata gəlib çıxır.
Bəs bu məhsullara nəzarət və yoxlama necə həyata keçirilir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Monqolustan böyük qoyun əti ixracatçısıdır, bu ətlər ən çox İrana gedir: “Bu məhsul ekoloji təmiz hesab olunur. Əlbəttə, bu məhsul yerli Qarabağ qoyunları ilə eyni deyil. Merinos tipli qoyunlar müsəlman ölkələrinə ixrac olunur. Bu məhsulun gətirilməsi tam nəzarət altındadır. Oradakı qoyunçuluq təsərrüfatlarına da nəzarət edilir. Azərbaycana gətirilən məhsullara isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. Bu məhsullar əsasən restoranlara göndərilir. Az bir hissəsi sənayedə istifadə olunur. Bu ətlər açıq şəkildə az satılır. Ölkəmizə kilosu 12-13 manata gəlib çıxır. Qeyd edim ki, təxminən 5 ildən sonra ölkəmizə xaricdən qoyun əti gətirilməsinə ehtiyac olmayacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq geniş inkişaf edəcək”.
Bəs Monqolustandan bu ətlərin ölkəmizə gətirilməsi daxili bazarda qiymətlərə necə təsir edəcək?
İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, hansı ölkədən idxal edilməsindən asılı olmayaraq, bunun ölkəmizdə ət məhsullarının qiymətinə təsiri qeyri-mümkündür. Onun sözlərinə görə, həmin məhsullar keyfiyyət və dəyər baxımından yerli ət məhsullarından xeyli dərəcədə aşağıdır: “İdxal olunan ət məhsullarının 99 faizi emal prosesində istifadə olunmaq üçün gətirilir və dönərxanalara, pizza bişirilən yerlərə, kolbasa hazırlayan sexlərə, ictimai-iaşə obyektlərinə verilir. Çünki həmin məhsulların maya dəyəri aşağıdır. Hətta 7-8 manata aldığımız dönər məhsulunda istifadə olunan ət yerli istehsal deyil. Həmin dönərlərdə də xaricdən gələn ətlərdən istifadə olunur. Monqolustandan gətirilən ətin idxalı ucuz və daha asan başa gəlir. Belə məhsulları insanlar evlərində istifadə etmək üçün almır. Orta gəlirli vətəndaş çalışır ki, yerli istehsal olan və gözünün önündə qəssabın kəsdiyi əti alsın. Yerli ət məhsullarının isə qiyməti günbəgün qalxır”.
İqtisadçının sözlərinə görə, ət məhsullarının istehlakında xaricdən bu qədər asılılıq ciddi siqnaldır: “Yerli heyvandarlıq kompleksi sürətlə məhvə doğru gedir. Örüş yerləri yox dərəcəsindədir. Pambıqçılığın inkişafı ilə bağlı atılan addımlar digər tərəfdən örüş yerlərinin azalmasına çox ciddi təsir göstərdi. Çünki pambıqçılığa ayrılan ərazilər kor-koranə şəkildə genişləndirildi. Nəticədə heyvanlar otlamağa yer tapmadılar. Fermerlər də məcbur oldular ki, heyvandarlığın başını buraxsınlar. İndi adi kəndçi həyətində heç bir baş mal-qara saxlamır. Ölkədə heyvandarlığın vəziyyəti çox böhranlıdır. Lakin 8-9 il bundan qabaq ölkəmizdə 90-95 faiz ət məhsulları yerli istehsala aid idi. İndi isə vəziyyət tamamilə dəyişib, ucuz ət idxalı ilə məşğul olan ölkələr axtarırıq. Belə getsə, Azərbaycanda gələn il ətin qiyməti 20 manat və daha yüksəyə qalxacaq. Halbuki 5-6 il bundan qabaq biz Türkiyə və Avropa ölkələrində ətin bu qiymətə satıldığını eşidəndə təəəcüblənirdik.
Bu vəziyyətdən çıxmaq üçün yeni heyvandarlıq komplekslərinin yaradılmasına çalışmalıyıq. Sahibkarlara dövlət dəstəyi lazımdır. Örüş yerlərinin sayı artırılmalıdır. Daha sonra yemin qiyməti azaldılmalıdır. Bu proses çoxdan başlayıb. Bəzən kəndliləri qınayırıq, deyirik ki, maldarlıqla məşğul olmaq istəmirlər, şəhərə köçürlər və s. Onları qınamağın yeri yoxdur. Bir ot bağlamasının qiyməti 5 manatdır. Kəndli onun ikisinə 10 manat verməlidir. Hər gün 10 manat xərcləmək isə ona sərf etmir.
Bu sahədə vəziyyət uçuruma doğru gedir. Belə getsə, marketlərdə ancaq xaricdən gəlmə ət tapa biləcəyik. Tədbir görülməsə, bizi Avropa ölkələrinin taleyi gözləyir".
Ekspert Natiq Cəfərli isə bildirib ki, yerli istehsalın azalması qiymətlərə ciddi təsir edir. Onun sözlərinə görə, son illərə nəzər saldıqda Azərbaycanda iribuynuzu və xırdabuynuzlu heyvanların say artımı müşahidə olunmur: “Bunun da ən böyük səbəblərindən biri ondan ibarətdir ki, bir neçə il öncə pambıqçılığın inkişafı ilə bağlı qərar verilərkən regionlarda bu qərarın yerinə yetirilməsi qüsurlu oldu. Örüş yerləri və mal-qara üçün yem bazası kimi nəzərdə tutulmuş yerlərdə pambıq əkdilər. Nəticədə mal-qaranın yem bazası azaldı və yemin qiyməti kəskin artdı. Yem qiymətlərinin artması isə bir çox fermerləri bazardan çıxmağa vadar etdi. Kiçik sahibkarlar və fermerlər bu işlə məşğul olmaqdan vaz keçdilər. Digərləri də yemi baha aldıqlarına və xərcləri çoxaldığına görə ətin qiymətini artırdılar”.
Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fox News: Tramp ABŞ-ın 47-ci prezidenti seçilib - SON DURUM
Bu gün, 11:22 |
|
|
|
• Naxçıvan məktəblərində gözətçi və xadimələrin MAAŞLARINA ƏL QOYULUR - BU NƏDİ BELƏ?..
Bu gün, 11:19 |
|
|
|
• “ŞABRAN-D” niyə etibarsız təchizatçılar siyahısına salındı? – MMC yüzminləri harada “batırdı”
Bu gün, 11:14 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: - çoban fermada özünü GÜLLƏLƏDİ
Bu gün, 11:10 |
|
|
|
• Məktəblərdə tətil bu tarixdən başlayır - Neçə gün dərs olmayacaq?
Bu gün, 11:08 |
|
|
|
• Qəzada ölən Nazimin 6 uşağının aqibəti necə olacaq? - AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• Sabah Ramiz Mehdiyevin kürəkəninin məhkəməsidir – 100 hektarla bağ torpaq sahəsinin zəbti təsdiqlənir
Bu gün, 10:59 |
|
|
|
• "Aftandil İsrafilov səni yanında meymun kimi aparıb toylara" - QALMAQAL
Bu gün, 10:48 |
|
|
|
• Belə bələdiyyədənsə, olmasa yaxşıdır - ETİRAZ
Bu gün, 10:45 |
|
|
|
• Çılpaq qadın heykəli Bakıya necə gəldi? - Bu barədə ÇOX DANIŞIRIQ...
Bu gün, 10:41 |
|
|
|
• Qafqazda qanlı ssenarilər – Azərbaycanı nə gözləyir?
Bu gün, 10:36 |
|
|
|
• Azərbaycanda daha bir faydalı qazıntı yatağı hərraca çıxarılacaq - ŞƏRTLƏR
Bu gün, 10:32 |
|
|
|
• `AZƏR GOLD` adına SƏRVƏTLƏRİMİZ NECƏ XIRID EDİRLİR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:31 |
|
|
|
• Dollar rəqiblərinə qarşı Trampın “qələbə” xəbəri öncəsi kəskin dəyər qazanır - GƏLİŞMƏ
Bu gün, 10:15 |
|
|
|
• İran İsrailin son hücumlarına cavab verəcəkmi? - ŞƏRH
Bu gün, 10:13 |
|
|
|
• Respublikaçılar ABŞ Senatında səslərin çoxunu qazanırlar
Bu gün, 10:10 |
|
|
|
• Tiflisdən İrəvana SEZAR şilləsi! - sərhəddən buraxmır
Bu gün, 10:05 |
|
|
|
• Bakıda müğənninin qətli: qatilin cəzası niyə azaldıldı? - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
• İcra başçısı ona yeni vəzifə verdi - BUNDAN SONRA...
Bu gün, 10:02 |
|
|
|
• 9 saylı xüsusi internat məktəbinə XÜSUSİ qəbul qaydası - İDDİA
Bu gün, 09:55 |
|
|
|
• Azərbaycana qarşı ŞOK torpaq İDDİASI - 200 kv/km...
Bu gün, 09:48 |
|
|
|
• “ABŞ-da Azərbaycana qarşı ciddi addımların atılması gündəmdə ola bilməz” - Cəlaloğlu
Bu gün, 09:33 |
|
|
|
• Türkiyəli iş adamının Azərbaycandan çıxışına qadağa qoyulur - SƏBƏB
Bu gün, 09:30 |
|
|
|
• Kərki bu yolla qaytarılır: İrəvanla top atəşi məsafəsində... - İLGİNC...
Bu gün, 09:26 |
|
|
|
• Rusiya Qafqaza “qayıdır” - Bakı-İrəvan sazişinə təsiri
Bu gün, 09:25 |
|
|
|
• “Bakıda bu qiymətlərlə yaşamaq mümkün deyil” - Maaşlar iki dəfə ARTIRILACAQ?
Bu gün, 09:24 |
|
|
|
• Şarl Mişel Azərbaycana GƏLİR
Bu gün, 09:21 |
|
|
|
• İran dəqiq müharibəyə girəcək: o zaman Ermənistan... - GƏLİŞMƏ
Bu gün, 09:18 |
|
|
|
• Milyonluq “Cənubtikintiservis” şirkətinin rəhbərliyi formalaşdırılacaq, əlavə maya qoyulur
Bu gün, 09:16 |
|
|
|
• Praktikada Əmək Məcəlləsinin bu tələbinə də əməl edilmir... - Ekspert danışır...
Bu gün, 09:13 |
|
|
|
• Sumqayıt Gömrük İdarəsində sahibkarlara DİVAN TUTURLAR... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 09:08 |
|
|
|
• İlon Maskdan seçkilərlə bağlı SON DƏQİQƏ açıqlaması - Tramp Ağ Evə qayıdarsa...
Bu gün, 09:04 |
|
|
|
• Maraqlıdır ki, bu pul köçürmələri Məmmədovanın öz adına deyil... - TƏFƏRRÜAT
Bu gün, 08:59 |
|
|
|
• Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarında nələr baş verir? - İLGİNC İDDİALAR
Bu gün, 08:58 |
|
|
|
• “Şəki-Bazar” ASC-nin ümumi yığıncağı keçiriləcək
Bu gün, 08:53 |
|
|
|
• Kilosu 4 manata başa gələn ətlər... - əsasən restoranlara göndərilir
Bu gün, 08:49 |
|
|
|
• Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir - Amerika mediası
Bu gün, 08:46 |
|
|
|
• Əvvəl yanacaq əvəzinə su vururdular, indi isə... - "Axırıncı dəfə olar burda benzin vurmağım..."
Bu gün, 08:45 |
|
|
|
• YANLIŞ GÜNÜ QEYD EDİRİK... - DİQQƏT
Bu gün, 08:31 |
|
|
|
• Bakıda 300-ə yaxın uşağın TƏHSİL DƏRDİ - GİLEY
Bu gün, 08:25 |
|
|
|
• Bu nə qanundur, nə qaydadır?.. - ETİRAZ
Bu gün, 08:22 |
|
|
|
• Büdcə pullarımızın yeni ünvanı: VANUATU... - İcazə verin şübhələnək...
Bu gün, 08:16 |
|
|
|
• Tramp qalib gəlmək üçün lazım olan 270 səsin yarıdan çoxunu toplayıb - “Fox News”
Bu gün, 08:05 |
|
|
|
• Zəngəzurla bağlı İranın Rusiyaya “tənqidi”… - Rus ekspert ŞƏRH EDİR
Bu gün, 07:04 |
|
|
|
• "İranın İsrailə cavab verməsi acı nəticələrə səbəb ola bilər" - deputat
Bu gün, 06:57 |
|
|
|
• ABŞ-də namizədlər seçki kampaniyalarına 3,5 milyard dollar xərcləyiblər - “Financial Times”
Bu gün, 06:54 |
|
|
|
• “Kim qalib gəlsə, rəqib nəticə ilə qane olmayacaq” - Şanslar bərabərdir
Bu gün, 06:42 |
|
|
|
• ABŞ seçkisinin ilkin nəticəsi - YENİLƏNİR
Bu gün, 06:31 |
|
|
|
• "Əhval-ruhiyyəsi "təslimçilik" olanlar... Zəngəzur dəhlizinə nəzarətlə bağlı yararsız fikirlər paylaşırlar"
Bu gün, 01:28 |
|
|
|
• Yeni bahalaşma: BU DƏFƏ ÇÖRƏK... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:23 |
|
|
|
|