Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət .....                     İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... .....                     Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil .....                     İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI .....                     “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam” .....                     “Ərəb küçəsi”nin qəhrəmanı .....                     Maaş və pensiya artımı gözləntisi .....                     Prokurorluq orqanlarının yaranmasından .....                     Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir .....                     Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat .....                     İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                 

"Biz pay torpağı ilə dolana bilsəydik, Bakıda fəhləlik edərdikmi?" - NARAZILIQ...
Tarix: 14-04-2020, 09:39 | Çap et
"Biz pay torpağı ilə dolana bilsəydik, Bakıda fəhləlik edərdikmi?"
Bakıda fəaliyyət göstərən “AZ-MEP GROUP” MMC-nin işçiləri karatin günlərində işdən çıxarıldıqlarını deyirlər.

İşçilər bildiriblər ki, onlar şirkətin “Park Otel” layihəsində fəhlə, usta, usta köməkçisi kimi çalışırmışlar. Ancaq aprelin əvvəlində şirkətdən onların “WhatsApp” nömrələrinə mesaj gəlib ki, bəzi işçilər ixtisara düşüblər: “Daha doğrusu, 60 işçidən 23 nəfərini ixtisar ediblər. Səbəb də çoxunun bu dönəmdə işə getməməsi göstərilir. Bir siyahı da göndəriblər. Bildirirlər ki, həmin siyahıda sarı rənglə işarələnənlərin hamısı işdən azad edilib”.

Şikayətçilər bildirirlər ki, onların əksəriyyəti rayonlardan Bakıya işləmək üçün gələn insanlardır. Hamısı Bakının müxtəlif yerlərində ucuz kirayə evlərdə yaşayırlar və əlavə gəlirləri yoxdur: “Hamımızın da 2, 3, bəzilərimizin 4 övladı var. Çoxu da məktəblidir. Onsuz da ayı çətinliklə başa vururduq. İndi işimizi də itirdik, lap pis vəziyyətə düşmüşük”, - işçilər deyirlər.

Məktubda Prezident İlham Əliyevin bütün şirkət və müəssisələrə karantin dövründə heç kimin işdən çıxarılmaması ilə bağlı göstərişi də xatırlanır. Bildirilir ki, onların şirkəti ölkə başçısının bu sözlərini vecinə almayıb: “Hamımızın şirkətlə müqaviləsi vardı. Bəzilərimizin müqaviləsinin vaxtı martın 31-də bitmişdi. Yeni müqavilə hələlik, bağlanmamışdı. Elə şirkət də çoxumuzu aprelin 6-da işdən çıxarıb. Özü də deyirlər ki, gəlin, ərizə yazın, öz istəyinizlə işdən çıxın. Çünki özləri çıxarmağa qorxurlar. Sabah kimsə soruşsa, boyunlarından atsınlar, desinlər ki, bəs onlar öz ərizələri ilə işdən çıxıblar”.

"Biz pay torpağı ilə dolana bilsəydik, Bakıda fəhləlik edərdikmi?"
siyahı

Şikayətçilər çarəsiz durumda qaldıqlarını söyləyirlər. Deyirlər ki, çoxu rayondadır, qayıda da bilmirlər: “Rayon qeydiyyatı olanlar Bakıya buraxılmır. Dövlət deyir, evdə qalın. Biz də əməl edirik. Nəticədə, işimizi itiririk. Biz bundan sonra hardan iş tapacağıq, ailəmizi nə ilə dolandıracağıq, bilmirik. Bizə bu barədə heç nə deyən yoxdur. Biz, kasıb təbəqənin insanları nə edək?”

İşçilər bildirirlər ki, dəfələrlə bu barədə şirkətlə danışıblar, xeyri yoxdur: “Hətta şirkət rəislərindən birinə zəng etmişdik. Bir çoxuna məsləhət görüblər ki, gəl ərizə yaz, işdən çıx. Gələn dəfə böyük obyekt götürüb, yeni işə başlayanda şirkətə deyək ki, yaxşı işləyən işçidir, onu işə bərpa et. Ancaq deyir ki, nə vaxt iş olacaq, bilmirik. Bir sözlə, nə vaxt olsa. Mən nə qədər oturub gözləməliyəm?”

Şikayətçilər əlavə edirlər ki, dövlətin işsizliyə görə verdiyi 190 manatlıq müavinət onların çoxuna düşmür. Çünki əksəriyyət rayon qeydiyyatındadır və adına pay torpağı var: “Biz pay torpağı ilə dolana bilsəydik, Bakıda fəhləlik edərdikmi? Nə işimiz vardı orda? Kirayələrdə sürünürük, ən şəraitsiz evlərdə, uzaq kəndlərdə yaşayırdıq. İşə 2 saata gedib çıxırdıq. Əgər həqiqətən torpaqla dolanmaq mümkün olsaydı, kənd camaatı Bakıya axışmazdı. İstifadə etmədiyimiz torpaqlara görə birdəfəlik müavinəti də ala bilmirik. İndi bu dövrdə balalarımıza nə yedirəcəyik, bilmirik”.

İşçilər bildirirlər ki, nə indiyə qədər çalışdıqları şirkət, nə də dövlət onlara sahib çıxır: “Biz nə edək? Şirkət dövlətin qərarlarına sayğı duymur. Utanmadan da deyirlər ki, gəlin öz ərizənizlə çıxın. Yəni sabah bunlara problem yaranmasın. Biz necə yaşayacağıq bundan sonra? Bilmirik, həqiqətən çıxılmaz, çarəsiz vəziyyətdəyik”.

İşçilər bildirirlər ki, şirkət işçiləri rəsmi işdən çıxarmır. Ancaq təzyiq edir ki, gəlib öz ərizələrini yazsınlar: “Deyirik, çıxarırsınızsa, təzminat verin. Deyirlər, təzminat düşmür, çünki müqavilənin vaxtı bitib. Belə getsə, acından öləcəyik”.

“AZ-MEP GROUP” MMC-nin təsisçisi Çinarə Ağayeva isə işçilərin söylədiklərini təkzib edib. Deyib ki, onlar kimsəni işdən azad etməyiblər, əksinə, işçilərdən 7 nəfər ö ərizəsi ilə işdən çıxmaq üçün müraciət edib. Ancaq şirkət hələlik, kimsəni işdən çıxarmayıb: “Dövlətin verdiyi 190 manatı eşidiblər. İşdən ərizə yazıb çıxırlar ki, həmin təzminatı ala bilsinlər. Sonra gəlib deyəcəklər ki, bizi işə bərpa edin. O insanlar yardım üçün işdən çıxmaq istəyiblər, bizlik bir şey yoxdur. Hətta onu da deyim ki, rayonda olanlar var, gələ bilmirlər. Onların maaşlarını da vaxtlı-vaxtında ödəmişik. Bir sözlə, biz kimsəni işdən çıxarmamışıq, hamısı öz ərizələri ilə işdən çıxmaq istəyənlərdir. Sonra da gedib şikayət edirlər”.


"Biz pay torpağı ilə dolana bilsəydik, Bakıda fəhləlik edərdikmi?"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Maaş və pensiya artımı gözləntisi - “Söhbət elə bir məbləğdən gedir ki...”
Bu gün, 00:38
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Bu gün, 00:35
Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Bu gün, 00:05
Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:02
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Dünən, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Dünən, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Dünən, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Dünən, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Dünən, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Dünən, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Dünən, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Dünən, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Dünən, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Dünən, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Dünən, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Dünən, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Dünən, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Dünən, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Dünən, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Dünən, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Dünən, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Dünən, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Dünən, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Dünən, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Dünən, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Dünən, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Dünən, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Dünən, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Dünən, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Dünən, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Dünən, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Dünən, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Dünən, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Dünən, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Dünən, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Dünən, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Dünən, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Dünən, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Dünən, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Dünən, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Dünən, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Dünən, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Dünən, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru