İsmayıllıda səhiyyə biabırçılığı... - Nazirə suallar var...
Tarix: 9-12-2015, 09:54 | Çap et
Ölkədə səhiyyənin inkişafı haqda az qala hər gün mənasız fikirlərə qulaq asmaqdan bezmişik. Ən yuxarı səviyyələrdə ölkədə insanlara yüksək səhiyyə xidmətləri göstərildiyi bildirilir. Ölkə telekanalları gün ərzində durmadan səhiyyəni mədh edən reportajları efirə verir, ayrı-ayrı dövlət və özəl klinikalarında yüksək potensiallı həkimlərin olduğunu qeyd edirlər. Azərbaycan səhiyyəsinin şöhrətləndirilmiş naziri Oqtay Şirəliyev səviyyəsində millətin gözünün içinə yalanlar deyilməklə insanlar qoyun yerinə qoyulur, onlara şəxsiyyətdir deyə dəyər verilmir. Nazır qeyd edir ki, ölkədə dövlət xəstəxanalarında səhiyyə xidmətləri pulsuzdur. Nazir əfəndinin bu fikrindən tutaraq məsələyə yanaşmaq istərdik. Cənab nazirin diqqətinə çatdırmaq istəyirik ki, onun ölkədə dövlət xəstəxanalarında səhiyyə xidmətlərinin pulsuzdur deməsi fikri yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Oqtay Şirəliyevə məlum olsun ki, İsmayıllı rayon mərkəzi xəstəxanasında istənilən müayinə və müalicə pulludur. Yəni həkimlər xəstələrdən göstərdiyi səhiyyə xidmətlərinə görə dirəşib pul alırlar. İsmayıllı xəstəxanasında xəstələrin xəstəxanada qalıb müalicə olunduğu günlərə görə onlardan yatacaq pulu alınır. Xəstələrə yatacaq dəstinin verilməsi üçün də tibb işçiləri onlardan pul alırlar. Cənab nazir bilsin ki, burada xəstələrə ayrılmış ərzaq məhsulları baş həkim və sairlər tərəfindən mənimsənilir, ən yaxşı halda ərzaq evlərə daşınır və xəstələr üçün bişirilmiş yeməklər keyfiyyətsiz olduğu üçün xəstələr məcburiyyət qarşısında qalıb yeməyi evlərindən gətirməli olurlar. Şöhrət ordenli nazirin diqqətinə çatdırmaq istəyirik ki, xəstəxanaya əksər aparatlar həkimlərin öz pulu hesabına alınıb. Yəni həkim personalı bildirir ki, dövlət tərəfindən xəstəxanaya heç bir aparat verilməyib. Ona görə də biz həkimlər yığışıb bu aparatı almışıq və etdiyimiz müayinəyə görə pul alırıq. Onda belə çıxır ki, xəstəxananın açılışı zamanı lenti kəsmiş dövlət başçısı cənab İlham Əliyev aldadılıb. Cənab nazirin diqqətinə çatdırmaq istəyirik ki, xəstəxananın maliyyə işçilərindən birinin bizə ötürdüyü məlumatda bildirilir ki, xəstəxananın açılışında bütün avadanlıqlar Qəbələ rayonunda yerləşən diaqnostika mərkəzindən gətirilib. Cənab prezident açılışı edib getdikdən dərhal sonra bütün avadanlıqlar geri Qəbələyə qaytarılıb. Cənab nazirin diqqətinə çatdırırıq ki, xəstəxananın şöbə müdirlərindən biri qeyd edir ki, xəstəxana üçün illik ayrılmış dərman və digər tibbi ləvazimatlar tam şəkildə rayona gətirilmir. Rayona gətirilmiş dəva-dərmanlar apteklərdə satdırılır və baş həkim, baş mühasib və müavinlər arasında bölüşdürülür. Hörmətli Oqtay Şirəliyevin ölkədə səhiyyənin yüksək səviyyədə olduğunu deməsi adamda lap gülüş doğurur. Əgər ölkə səhiyyəsi yüksək durumdadırsa bəs onda nədən xəstəxanaya gedən hər bir şəxsə gedin, filan dərmanları, iynələri gətirin sizin müalicənizi edək və bu qədər də əziyyət haqqı verəcəksən deyilir? Cənab nazir, sualım sizədir niyə xəstəxanalarda adı pambıq belə tapılmır? Cənab nazir, şəkər xəstələri üçün, ankoloji xəstələr üçün ayrılmış dərmanlar niyə tam şəkildə rayonlara göndərilmir?Niyə bu dərmanlar apteklərdə satdırılır? Cənab nazir, İsmayıllıda səhiyyənin hazırki durumundan doğurdanmı məlumatsızsınız? Axi xəstəxananın mühasibliyindən bildirirlər ki, aylıq nazirin dolyası çatdırılır. Xahiş edirik bu məsələyə münasibət bildirəsiniz. Cənab nazir, əgər ölkədə yüksək savada malik həkimləriniz varsa bəs nədən İsmayıllı xəstəxanasında həkimlər adı bir qrip xəstəliyini düz-əməlli müalicə edə bilmirlər? Niyə İsmayıllıda hər hansı xəstəlikdən dünyasını dəyişmiş xəstələrin ölüm kağızına əsl xəstəliyi deyil, başqa diaqnoz yazılır? Məsələn, xərçəng xəstəliyindən dünyasını dəyişmiş şəxslərə ürək çatışmamazlığı, yaxud ağ ciyər çatışmamazlığı diaqnozu yazılır? Əgər səhiyyə sizin dediyiniz kimi inkişaf edibsə onda nədən İsmayıllı xəstəxanasında hər il onlarla düzgün müalicə aparılmadığına görə ya şikəst olmalar, ya bədənin digər orqanlarının sıradan çıxması, ya da ki, ölümlər baş verir? Nədən İsmayıllı xəstəxanasında ana uşaq ölümləri baş verir? Cənab nazir, sizin xəbəriniz varmı ki, İsmayıllı xəstəxanasında nə qədər ölü canlar var? Xahiş edirik, bu iradlara münasibət bildirəsiniz. Növbəti dəfə sizə xəstəxanadakı bazar qiymətləri haqqında məlumat verəcəyik. Yeri gəlmişkən bir neçə ay bundan əvvəl yazılarımızda dərc etmişdik ki, 2014-cü ildə rayon xəstəxanası üçün ayrılmış vəsaitlərin böyük qismi mənimsənilib. Bununla bağlı rəsmi sənədi də dərc etmişdik. Ancaq heç bir tədbir görülmədi. Əksinə keçmiş baş həkim Aftandil Rəhimov diqqətimizə çatdırdı ki, prokurorluğun da, mtn-nin də, digər qurumların da haqqını vermişəm, əlinizdən gələni beş qaba çəkin. Biz gözlədik ki, maliyyə nazirliyi bu mənimsəmələrə görə tədbir görəcək, ancaq onlar da müəyyən məbləğdə rüşvət alaraq məsələnin üzərinə getmədilər. Unutmaq olmaz İsmayıllı səhiyyəsində oğru şəbəkə, qruplaşma var ki, uzun illərdir rayon səhiyyəsinin var damarını sovururlar. Onlar rayonda ən imkanlı oliqarxa çevriliblər. Hansı ki, vaxt var idi acından ölənlərin biriləri idilər. Bir rayonun xəstəxanasında qayda-qanun yarada bilməyən nazir o postda əyləşməməlidir. Bəs deyilmi? Nə vaxta qədər xalqa yalan danışıb, dövlət başçısını aldatmaqla məşğul olacaqsınız? Əgər siz bu məsələnin ədalətlə həll olunmasını istəyirsinizsə, təcili şəkildə İsmayıllı səhiyyəsinə yoxlama göndərin. Maliyyə nazirliyi doğurdan da dövlət vəsaitlərinin qorunmasının tərəfdarıdırsa onda təcili şəkildə necə ki, Ağdam səhiyyəsində az qala milyonluq yeyinti aşkarladı, İsmayıllıda bu yeyinti Ağdam səhiyyəsindən qat-qat yüksəkdir. Hələ ki, cumhuriyyət. az olaraq ötən ilki mənimsəmə faktı ilə bağlı əldə etdiyimiz sənədi dərc edirik. Mövzunu diqqətdə saxlayacağıq. Ardı var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
|