"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Yunanıstanın ölkənin hava hücumundan müdafiə sistemində istifadə etdiyi Rusiya istehsalı olan S-300, TOR M-1 və OSA-AK silah sistemlərinin İsrail sistemləri ilə əvəzlənməsi gündəmdədir. Yunanıstan ordusu silah arsenalını Rusiya sistemlərindən təmizləmək və köhnə sistemləri yeni Qərb texnologiyası ilə kökündən əvəz etmək yolu ilə irəliləməkdə qərarlıdır. Xüsusilə son illərdə Ukraynada müharibənin başlaması və NATO-nun Rusiyaya tətbiq etdiyi sanksiyalar Yunanıstan Silahlı Qüvvələrinin ən böyük probleminə çevrilib. Orduya lazım olan ehtiyat hissələrinin Ermənistandan gəlməsi də qərara təsir edib. Yunanıstanda Rusiya sistemlərini əvəz edəcək İsrail hava hücumundan müdafiə sistemləri arasında 300 km-ə qədər mənzilli "David's Sling", 35 km-dən 150 km-ə qədər mənzilli Barak MX və 20-50 km mənzilli "Spyder" daxildir. "Enikos" və "Realnews" qəzetlərinin məlumatına görə, Yunanıstan Silahlı Qüvvələri tərəfindən Ermənistana Rusiya mənşəli silah sistemlərinin bağışlanmasında qabaqcıl mərhələdədir. Ermənistanın artıq bu sistemlərdən istifadə təcrübəsi var və onların saxlanması üçün lazımi ehtiyat hissələri var. KİV-in məlumatına görə, Ermənistanın silahlandırılması tək Yunanıstanın təşəbbüsü deyil, həm də Fransa ilə əməkdaşlığın məhsuludur ki, bu da ölkənin silah arsenalının genişlənməsinə töhfə verəcək. Afina üçün İrəvanın gücləndirilməsi bir çox səbəblərə görə strateji seçimdir. Ermənistanı dəstəkləmək qərarı son dəqiqə seçimi deyil, son illərdə sistemli şəkildə inkişaf etdirilən siyasətin nəticəsi olaraq təqdim edilir. Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb, eyni zamanda Yunanıstanda təlim keçən Ermənistan xüsusi təyinatlılarının sayı da artıb. Qeyd edək ki, 2023-cü ilin dekabrında Ermənistan və Yunanıstanın müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Daha sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias Qarabağdakı münaqişənin dərslərini nəzərə alaraq Yunanıstanın Ermənistanla müdafiə sahəsində əməkdaşlıq edəcəyini bildirib. Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyir ki, NATO dövləti kimi Yunanıstan qarşısında qoyulan əsas tapşırıq S-300 sistemlərini Ukraynaya vermək idi: "Yunanıstan isə bu qərardan yayınaraq mövcud sistemləri Ermənistana verməyi üstün tutub. Burada əsas məqam Türkiyə ilə bağlıdır. Yunanıstan Ermənistanla həmrəy olduğunu göstərməklə, həm Rusiya, həm də Türkiyəyə qarşı planlarda iştirak edir".
Deputatın sözlərinə görə, bu məsələyə təkcə Ermənistana dəstək kimi yanaşılmamalıdır. "Yunanıstan həm də Qərbin Cənubi Qafqazla bağlı planlarında icraçı kimi çıxış edir. Vətən Müharibəsi dövründə Yunanıstanın Ermənistana dəstəyi unudulmayıb. İndiki şəraitdə Yunanıstanın Qərbin digər güclü dövlətləri tərəfindən bu prosesə cəlb edilməsi istisna deyil. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi qarşısında Yunanıstanın dəstəyi bu tərəfdaşlığa qarşı yönəlmiş hesab edilə bilər. Yunanıstan Ermənistanı ənənəvi müttəfiqi hesab edir", - millət vəkili qeyd edib.
Qeyd edək ki, NATO üzvü olan Yunanıstan Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin inkişaf etdirilməsini istəyir. Yunanıstan iddia edir ki, Avropa İttifaqı ilə əlaqələrin yaxşılaşdırılması problemli Qafqaz regionunda sabitliyi artıracaq. Hərbi ekspert Ramil Məmmədli isə bildirir ki, Ermənistan və Yunanıstan arasında münasibətlər SSRİ dağıldıqdan sonra rəsmi İrəvanın prioritet istiqamətlərində biri olub: "Burada əsas məqsəd Türkiyə ilə əks mövqedə dayanan bir NATO ölkəsi ilə isti münasibətlərin qurulmasıdır. İndi münasibətlərin hərbi-texniki səviyyədə inkişaf etməsi yeni bir dövrün başlanğıcıdır. Ermənistanın Rusiya istehsalı olan silahları Yunanıstandan alması da maraq doğurur. Bu strateji silahların Rusiyanın icazəsi olmadan Ermənistan verilməsi isə anlaşılmazdır. Çünki belə bir şey baş verərsə, Rusiyadan icazə alınmalıdır. Son istifadəçi müqaviləsinə əsasən bu silahlar yalnız Yunanıstan tərəfindən istifadə edilə bilər. Əgər Yunanıstan Rusiyanın icazəsi olmadan bu ixracı həyata keçirirsə, burada vəziyyət dəyişir".
Ekspertin sözlərinə görə, adıçəkilən silahların istifadəsi zamanı problemlər ortaya çıxarsa, onların aradan qaldırılmasında Rusiya istehsalçı müəssisələri iştirak etməyəcək: "Hər bir halda bu fəaliyyət Yunanıstanın Cənubi Qafqazda gedən hərbi-texniki proseslərdə iştirakıdır. Düşünürəm ki, Yunanıstan Ermənistanın silahlandırılmasına görə, Azərbaycana qarşı izah verməlidir. Azərbaycan-Yunanıstan iqtisadi münasibətlərinin normallaşdığı bir dövrdə atılmış bu addım anlaşılmazdır". NATO-nun Rusiya-Ukrayna münaqişəsində iştirakını nəzərə alsaq, mövcud vəziyyətdə Şimali Atlantika Alyansına üzv olan Yunanıstanın Rusiyadan hər-hansı ölkəyə silah tədarükü ilə bağlı icazə almaq istəyəcəyi sual doğurur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31 |
|
|
|
• Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30 |
|
|
|
• Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26 |
|
|
|
• Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24 |
|
|
|
• Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22 |
|
|
|
• Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17 |
|
|
|
• Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11 |
|
|
|
• Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08 |
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
|