İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
ABŞ səfirliyinin hərbi attaşesi polkovnik Kayl Koun və ABŞ səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi Soniya Vettsteyn Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına (PfP) qoşulmasının 30 illiyi münasibətilə Azərbaycan XİN tərəfindən təşkil olunan akademik konfransda iştirak ediblər.
“Yeni Müsavat” bildirir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi sosial şəbəkədə rəsmi hesablarında paylaşım edib. “ABŞ Azərbaycanın PfP-dəki aktiv rolunu və NATO ilə tərəfdaşlıq üzrə davamlı öhdəliyini yüksək qiymətləndirir. Biz Azərbaycanın PfP məqsədlərinə doğru irəliləyişini, ikitərəfli təhlükəsizlik əməkdaşlığı çərçivəsində, xüsusən də İstanbulda keçirilən Birgə Təlim Konfransında iştirakları vasitəsilə dəstəkləyirik”, - paylaşımda deyilir.
NATO-Azərbaycan əməkdaşlığı hər zaman yüksəlişdə olub. Biz bu müdafiə blokuna qoşulmasaq da, əməkdaşlığı davam etdiririk. Bu il də yüksək səviyyəli görüşlərlə münasibətlərin inkişafına töhfə verilib. Əvvəlcə, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 12-13 iyun tarixlərində Belçikada səfərdə olarkən “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib. Həmçinin oktyabrda müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general - polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçakla görüşüb. Noyabrda isə NATO Baş katibinin köməkçisi ilə xarici işlər naziri Ceyhun Bayramovun görüşü olub. Onu da deyək ki, Azərbaycanla NATO arasındakı əlaqələr 1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə başlayıb. NATO ilə Azərbaycan arasında əhəmiyyətli tərəfdaşlıq 1994-cü ilə təsadüf edir. Azərbaycan Prezidentinin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edilib. Azərbaycan 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında (KFOR) iştirak edib. 2003-cü 2008-ci ilədək İraqın Beynəlxalq Koalisiya Qüvvələri daxilində sülhməramlı missiyada 151 şəxsi heyətdən ibarət Azərbaycan hərbi kontingenti iştirak edib. Azərbaycan 2002-ci ildə Əfqanıstanda ISAF əməliyyatını dəstəkləmək üçün 22 hərbçidən ibarət bir hərbi birlik göndərib. Azərbaycanlı birliklər Kabildə yerləşən televiziya qülləsini, ISAF-ın mərkəzi sursat anbarının təhlükəsizliyini və patrul xidmətini yerinə yetirirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin NATO ilə Azərbaycan arasında əməkdaşlığa daim önəm verib və əbəs deyil ki, 2004-cü ildə ölkəmiz qurumun Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulduğu üçün münasibətlər daha da genişləndirilir. Prezident İlham Əliyev dəfələrlə NATO-nun mənzil-qərargahını ziyarət edib, NATO-nun baş katibləri isə Azərbaycana müxtəlif hərbi-siyasi məsələlərin müzakirəsi üçün səfərlərə gəliblər. O cümlədən dövlətimizin başçısı NATO-nun zirvə görüşlərində iştirak edib (İstanbul 2004, Buxarest 2008, Lissabon 2010, Çikaqo 2012, Kardiff 2014, Varşava 2016, Brüssel 2018) və alyansla sıx əlaqələr hazırda da davam etdirilir.
Qeyd edək ki, NATO 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bir neçə dəfə Azərbaycan və Ermənistanı atəşkəsə, danışıqlara çağırıb. 2020-ci ilin oktyabrında NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistanın keçmiş prezidenti Armen Sarkisyanla keçirdiyi mətbuat konfransı zamanı ona alyansın bu münaqişə ilə məşğul olmadığını başa salıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfər nəticəsində yaranmış yeni reallığı NATO da qəbul edib. Məsələn, NATO-nun Brüsseldə keçirilmiş zirvə görüşünün yekun mətnindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə istinad edən bənd çıxarılıb. Bu, həm də onu göstərir ki, alyans münaqişəni başa çatmış sayır. Azərbaycanın yerləşdiyi bölgədə daha əhəmiyyətli rol oynamasını NATO rəhbərliyi də yaxşı bilir və ona görə ölkəmizlə əməkdaşlığa böyük önəm verir.
Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan NATO ilə əməkdaşlığı genişləndirir, lakin alyans üzvü olmaq niyyəti yoxdur. Hərbi analitikin fikrincə, Azərbaycan bu bloka qoşulmasa da, NATO üzvü Türkiyə ilə hərbi müttəfiqdir, ordu türk modelinə uyğunlaşdırılır: “Prezident türk ordusunun kiçik modelini qurduğumuzu açıqlayıb. Bu istiqamətdə orduda mühüm işlər görülməkdədir. Yəni biz Şimali Atlantika Alyansının üzvü olmaqdan uzağıq, amma onun standartlarına yaxın ordu sistemi yaratmağa çalışırıq. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, heç bir hərbi bloka üzv deyil, bu mənada, özümüzü həm də bəzi risqlərdən, təhdidlərdən sığortalamış oluruq”. Onun sözlərinə görə, NATO-Azərbaycan əməkdaşlığı davam edir, vaxtaşırı generallar Bakıya gəlir: “Amma biz nəzərə almalıyıq ki, Rusiya ilə strateji sənədimiz var, müttəfiqlik bəyannaməsi mövcuddur. Hazırda Rusiya isə NATO ilə münaqişə vəziyyətindədir, birbaşa eskalasiya həddinə yaxınlaşıb. Amma Azərbaycan balanslı siyasət yürütməklə bu gərginlikdə özünü qorumağı bacarır. Biz tərəf seçmədən milli maraqlardan irəli gələn müdafiə və təhlükəsizlik siyasətimizi həyata keçiririk”.
Analitik Elxan Şahinoğlu isə maraqlı məqama diqqət çəkərək qeyd edir ki, Azərbaycan və İran birgə təlimlər keçirərkən, NATO nümayəndə heyəti Bakıdadır: “Bakıda Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Görüşlərdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan "Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı" (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb. Azərbaycan NATO-ya üzv olmaq istəmir, ancaq ordumuzun daha da modernləşdirilməsi baxımdan Şimali Atlantika Blokunun müxtəlif proqramlarında iştirak ölkəmiz üçün əvvəlkitək faydalıdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42 |
|
|
|
• "Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36 |
|
|
|
• Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34 |
|
|
|
|