Əməliyyat pulunu geri tələb edən Ucar sakini aclığa başladı - "Bu ağ xalatlı cəlladın Allah cəzasını verəcək"...
Tarix: 1-12-2015, 11:41 | Çap et
DİA.AZ: - Redaksiyamıza yazan Ucar rayonu H.Əliyev küçəsi ev 67 sakini pensiyada olan ali təhsilli müəllimə Məcidova Almaz Kazım qızı yenidən müraciət etməsində səbəb kimi haqqının bərpa olunmadığını göstərir. Narazı vətəndaşın DİA.AZ-a ünvanlanan müraciətində bildirilir:
"Uğursuz cərrahiyyə əməliyyatı ilə həyat yoldaşımın ölümünə səbəb olmuş Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitsalının həkimi Ruslan Pişanov bizdən aldadıb aldığı 8000 manat pulumuzu geri qaytarmamasına etiraz olaraq bu gündən aclıq aksiyasına başlamışam. 3 ildir ki, çoxlusayda şikayətlər etməyimə baxmayaraq bu saxtakar həkimimin barəsində heç bir tədbir görülmür.Ço təssüf olsun ki, onların talançılığı, saxtakarlığı barəsində mərkəzi orqanlara etdiyim şikayət ərizələrim qanunsuz olaraq onların özünə göndərirlər.Axı bu saxtakarlar özləri barədə hansı tədbir görə bilərlər ki ? Onlar isə hər dəfə mənə ancaq eyni məzmunlu başdansovdu cavab məktubu göndərib qeyd edirlər ki, müalicə üçün ödədiyiniz 8000 manat pul xəstəyə göstərilmiş tibbi xidmət müqavilində tam olaraq məsrəflərə xərclənmişdir və xəstə ilə bağlanmış müqavilədə qeyd olunduğu kimi geri qaytarılmır. Bildirirəm ki, həmin müqaviləyə əsasən həmin xəstəxananın palatasının bir günü 200 manat olmaqla xəstəmiz cərrahiyyə əməliyyatından sonra 12 gün xəstəxanada qalmalı idi . Bundan başqa həmin puldan xəstənin müalicəsi üçün dərman peraparatlarıyla da təmin edilməli idi ki, buda hesablananda həmin məbləğin 80 % edir.Ancaq həkim savadsızlığının və səriştəsizliyinin nəticəsində həyat yoldaşım Mərkəzi Gömrük Hospitalında cəmi 16 saat olmuşdur. Belə olan halda Mərkəzi Gömrük Hospitalı 8000 manatın hamısının hansı məsrəflərə xərclədiyini əsaslandıra bilmir ki, buda onların saxtakarlıqla halal pulumuzu mənimsədiklərini və cavab məktubunda yalan qeyd etdiklərini subut edir. Mən bu saxtakarlığa , özbaşınalığa, korrupsiya cinayətlərinə etiraz olaraq bu gündən aclıq aksiyasına başlayıram.Aclıq aksiyası nəticəsində ölərəmsə bunun məsuliyyəti Mərkəzi Gömrük Hospitalının həkimi Ruslan Pişanovun üzərinə düşəcək.Necəki onun savadsızlığına görə həyat yoldaşım həyatını itirdi indi isə onun özbaşınalıqları nəticəsində mən həyatımı itirə bilərəm. Qeyd edim ki, həyat yoladaşım 1960-cı il tarixdə anadan olmuş Əzizov Sadıq Mirbağı oğlunun beyninə qansızmaya görə 16 iyul 2012-ci il tarixdə Mərkəzi Gömrük Hospitalında cərrahiyə əməliyatı edilməsi üçün həkim Ruslan Pişanov bizə bir dəfəyə 8000 manat pul ödətdirildi və söz verdi ki, 100 % əmin olun uğurlu əməliyyat keçiriləcək, xəstəniz sağalacaq.Təxminən iki saat keçirilən cərrahiyə əmliyatının uğurlu olduğunu bizə bildirsədə ancaq xəstəyə baxmağa, görüşməyə icazə vermədi, bizi tam arxayın etdi ki, hər şey yaxşıdır xəstə ayılıb danışır narahat olmayın gedin evinizə. Üstündən 5-6 saat keçdikdən sonra zəng edib bizə bildirdi ki, hospitala gəlin xəstənizin vəziyyəti pisləşib.Biz gəlsəkdə xəstə ilə görüşməyimizə icazə vermədi.Səhərə yaxın bizə bildirdi ki, xəstə dünyasını dəyişdi.Sonradan bizə məlum oldu ki, həyat yoldaşım elə cərrahiyə zamanı dünyasını dəyişib deyə bunu qəsdən bizdən gizlədib xəstə ilə görüşməyə buna görə icazə verməyib.Bunuda ona görə edib ki,hospitalın imicinə zərər dəyməsin, həmçinin pulumuzu mənimsəmək üçün.Çünki həkim Ruslan Pişanov həm səriştəsizdir, həmdə insanları beləcə aldadıb cibini soymaqla məşğuldur.8000 manat pulumuzu geri özümüzə qaytarılmasını istəsəkdə həkim Ruslan Pişanov bunun mümkünsüz olduğunu deyib bizi başından etdi.Həttda biz ondan proqrama əsasən cərrahiyə zamanı aparılan video çəkilişi istəsəkdə bunu bizə qəsdən təqdim etmədi.Qeyd etdiyim kimi ona görə ki, xəstəmiz cərrahiyə zamanı dünyasını dəyişmişdir.Bu ağ xalatlı cəlladın Allah cəzasını verəcək.Sağalması mümkün olan xəstəmizi səriştəsizliklərinə görə öldürdü, həm də 8000 manat pulumuzu mənimsədi.Bu haqsızlıq və qanunsuzluqdur ki, Gömrük Komitəsinin Mərkəzi Hospitalının saxtakar və savadsız həkimi Ruslan Pişanov edib. Sual olunur bizim xəstə günü 200 manata olan palatada qalmayıb, heç bir dava-dərman qəbul etməyib, cəmi 10 saat hospitalda olub və ən əsası həkim savadsızlığı, təcrübəsizliyi nəticəsində dünyasını cərrahiyə stolundaca dəyişibsə nəyə görə 8000 manatımızı geri qaytarmır. Özüm ali təhsilli ingilis dili müəlliməsiyəm, uzun illər orta məktəbdə işləmişəm,xəstəliyə görə pensiyadayam ikinci qrup əliləm.Aldığım təqaüdümlə qəpik-qəpik yığdığım pulumu savadsız həkim aldadıb mənimsəyib və ən əsası sağalması mümkün olan həyat yoldaşımı öldürüb. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm bizə kömək edin, bizi aldadıb 8000 manat pulumuzu alıb mənimsəmiş və savadsızlıqlarına görə sağalması mümkün olan həyat yoldaşımı öldürmüş Mərkəzi Gömrük Komitəsinin Mərkəzi Hospitsalının həkimi Ruslan Pişanovun barədə qanunu tədbirlər görəsiniz.8000 manat pulumuzun bu saxtakar həkimdən alınıb özümüzə qaytarılmaısnda bizə kömək etməyinizi sizdən çox-çox xahiş edirəm.Bir daha Vətəndaşlara bir müəllimə kimi müraciət edirəm ki, aldanıb Mərkəzi Gömrük Komitəsinin Mərkəzi Hospitsalına müraciət etməyin həm pulunuzu aldadıb alacaqlar, həm də sağlamlığınız ciddi təhlükədə olacaq, xahiş edirəm diqqətli və ehtiyatlı olun".
DİA.AZ xatırladır ki, narazı vətəndaşın şikayətiylə bağlı Dövlət Gömrük Komitəsi xüsusi açıqlama yaymışdı. Komitənin mətbuat xidmətindən verilən məlumatda bildirilirdi ki, həmin məlumatlarda vətəndaş Məcidova Almaz Kazım qızının şikayətinə istinadən Mərkəzi Gömrük Hospitalının həkimləri qeyri-peşəkarlıqda ittiham edilir və buna əsas olaraq adı çəkilən vətəndaşın həyat yoldaşı Əzizov Sadıq Mirbağı oğlunun cərrahiyyə zamanı dünyasını dəyişməsi hadisəsi göstərilir.
"Eyni zamanda, məlumatlarda şikayətçinin xəstəyə göstərilmiş tibbi xidmət müqabilində Mərkəzi Gömrük Hospitalına ödədiyi məbləği geri ala bilmədiyi vurğulanır.
Qeyd edək ki, M. Əzizov Mərkəzi Gömrük Hospitalına 05.07.2012-ci il tarixdə “ön birləşdirici arteriyadan subaraxnoidal qansızma” diaqnozu ilə qəbul edilib. Daxil olarkən vəziyyəti ağır, huşu soporoz vəziyyətdə olub. Hospitala daxil olduğu tarixdə xəstədə “beyin anevrizmasının endovaskulyar Coil embolizasiyası” əməliyyatı aparılıb. Xəstənin yaxınlarına tibbi xidmətin yüksək riskli olması barəsində məlumat verilib və xəstənin yaxını tərəfindən razılıq verildikdən sonra əməliyyat icra olunub. Xəstəyə göstərilmiş tibbi xidmət müqabilində ödənilən məbləğ məsrəflərə xərclənmiş və tərəflər arasında bağlanan müqavilədə qeyd olunduğu kimi, geri qaytarılması nəzərdə tutulmayıb.
Onu da nəzərə çatdırırıq ki, məlumatlarda sözügedən “Fərəc Quliyev” adlı şəxs Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalının baş həkimi vəzifəsində çalışmır və ümumiyyətlə, Hospitalın tibbi heyəti arasında bu adda şəxs yoxdur", - deyə məlumatda qeyd edilmişdi.
Yenə də DİA.AZ olaraq qarşı tərəfi dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
|