AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim .....                     Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir .....                     "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" .....                     Vasif Talıbovun oğlunun federasiyası .....                     Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür .....                     Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... .....                     `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... .....                     Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi .....                     İrəvana pis xəbərim var: Trampın mesajı budur .....                     Azərbaycanda 26 illik şirkət bölünür .....                     Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar .....                     Nə ELİT deyil... nə də OPTİMAL... .....                     Bayramovun ağlar günə qoyduğu Gəncə... .....                     Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib .....                     Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? .....                     Qanunların üstündə əyləşən İCRA BAŞÇISI .....                     “Şəkər Zavodu metal alveriylə məşğuldur” .....                     Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                 

Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: - “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir
Tarix: 18-11-2019, 16:03 | Çap et
Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur:
Ölkədə aparılan islahatlar çərçivəsində bir sıra gözləntilər və təkliflər hələ ki, reallaşmamış qalır. Mütəxəssislər bir sıra dövlət qurumlarının ləğvini, yaxud üst quruma birləşdirilməsini təklif edirlər. Onların fikrincə, bir sıra qurumların ləğv edilməsi həm idarəetmədə çoxşaxəliliyi aradan qaldıra, keyfiyyəti artıra, həm də dövlət xərclərinin azalmasına səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, ləğvi tez-tez gündəmə gələn qurumlardan biri də Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Artıq neçə illərdir ki, bu qurumun ləğv evilməsi, səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsi məsələsi təklif edilir. Bu isə ilk dəfə iqtisadçı ekspert Rövşən Ağayev tərəfindən təklif edilib. Saytımıza açıqlamasında R.Ağayev bildirdi ki, adıçəkilən qurumdan narazılığının konkret səbəbi var:

"Fəaliyyətləri şəffaf deyil. Baxmayaraq ki, dövlət qurumudur, ictimai informasiya sahibidir, amma xərclədikləri vəsaitlərlə bağlı hər hansı hesabat verməyi özlərinə öhdəlik hesab etmirlər. Sanki hansısa özəl qurumdur, xərclədikləri pullar şəxsidir, malik olduqları informasiyalar da kommersiya sirridir.
Narazılığımın ikinci səbəbi odur ki, fermerlər meliorasiya sisteminin fəaliyyətindən çox əziyyət çəkirlər. Bir sıra ərazilərdə şoranlaşma var, torpaqlar keyfiyyətini itirir, vaxtlı-vaxtında həmin problemləri aşkarlayıb fermerlərə dəstək vermirlər”.

R.Ağayevin sözlərinə görə, bölgələrdə suvarma suyuna məsul olan su assosiasiyalarının fəaliyyəti də effektiv və şəffaf təşkil edilməyib:

"Əhalidən yığılan pullarla bağlı icmalar qarşısında hesabatlı deyillər. İnsanlardan su haqqı kimi pul yığırlar, amma su-kanal şəbəkəsilə bağlı problem olanda, yenə həmin problemin həlli fermerlərin öz cibi hesabına həyata keçirilir. Meliorasiya dövlət büdcəsindən çox böyük vəsait alır.

Hər il kənd təsərrüfatı xərclərinin təxminən 40%-i onlara gedir. Əlavə olaraq büdcənin investisiya xərcərindən onlara vəsait ayrılır. Bunlarla yanaşı, böyük həcmdə xarici kreditlər alınır. Üstəlik, qurum müəyyən layihələr üçün Neft Fondundan da vəsait alır. Görün, neçə mənbədən pul gəlir. Bu qurumun illik dövriyyəsi 100 milyonlarla manatdır, amma şəffaflığı sıfır. Mən yenə də o fikirdəyəm ki, suvarma sistemləri Kənd Təsərrüfatı Nazirliyinin tərkibində olmalıdır”.

ASC sədri ölkədə və xaricdə ağlagəlməz varidata malikdir

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin tək idarəetməsi deyil, qanundankənar biznes fəaliyyəti ilə məşğul olması da tənqid olunan məqamlardandır. Təsadüfi deyil ki, Azərbaycanda milyonlara, hətta milyardlara malik olan məmurlardan danışdıqda ASC-nin sədri Əhməd Əhmədzadə ilk yada düşən məmurlardandır. Cənab Əhmədzadənin müxtəlif ölkələrdə və Azərbaycanın özündə malik olduğu biznes haqda məlumatlar tez-tez gündəmə gəlir. Onun ailəsinə məxsus varidatla bağlı məlumat bu günlərdə araşdırmaçı jurnalist Cavanşir Həsənli tərəfindən açıqlandı. Həmin məlumatda bildirilirdi ki, Ə.Əhmədzadənin oğlu Cümə Əhmədzadə Çexiyanın Maliyyə Nazirliyinə bu ölkədəki "Lipno Investment s.r.o." şirkətinin yeni maliyyə sənədlərini təqdim edib. Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun kürəkəni olan C.Əhmədzadənin təqdim etdiyi sənədlərə görə, şirkətin 31 dekabr 2018-ci il tarixdə aktivləri 46 milyon 689 min çex kronu və ya təxminən 2 milyon 89 min dollar təşkil edib. Bundan başqa, şirkətin qeyri-maddi mal-varlığı 45 milyon 577 min krona (təxminən 2 milyon dollar), daşınmaz əmlak varlığı 41 milyon 650 min krona (1 milyon 860 min dollar) çatıb.

Xatırladaq ki, "Lipno Investment s.r.o.” 2017-ci ildə Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (Elman Rüstəmovun qızı-red.) şərikli sahibi olduqları "ALPS sro” şirkəti (bu şirkətin aktivləri 34 milyon 399 min kron və ya 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib. Şirkət Cümə Əhmədzadənin Çexiya Müdafiə Nazirliyindən 2014-cü ilin mayında aldığı və yenidən inşa etdiyi, ümumilikdə 7 milyon dollara başa gələn "Hurka” hotelini idarə edir. Hotel əsrarəngiz Lipno gölü sahilində yerləşir. Əhmədzadələrin İngiltərədə də böyük biznesi var, bu yaxınlarda isə Türkiyədə daha bir şirkətləri açılıb.

Bütün bunlardan başqa, Ə.Əhmədzadənin əsasn Qax və Zaqatala rayonlarında mövcud olan böyük biznesi haqda çox yazılıb və deyilib.

Şübhəli "Azəri Servis LTD” və Əhməd Əhmədzadəni biləşdirən "dəyər”

Hələ ötən ay Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin keçirdiyi 6.5 milyon manatlıq 3 tenderin qalibi bəlli olub. Bunlar Gidromaşservis QSC ilə Füzuli rayonu ərazisində 1200 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi ilə əlaqədar 2 milyon 560 min 767 manatlıq, UĞUR-TİKİNTİ MMC ilə Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər üçün 1 milyon 824 min 399 manatlıq və Azəri Servis LTD MMC ilə Ağcabədi rayonunda yaradılan aqroparkın 850 ha əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 2 milyon 212 min 500 manatlıq müqavilələrdir.

Sonuncu şirkət, yəni "Azəri Servis LTD” ilə bağlı aparılan kiçik araşdırmalar göstərir ki, bu şirkət Meliorasiya və Su Təsərrüfatı ASC-nin "daimi müştərisidir”. Onun sahibi isə Nasir Nadir oğlu Mustafazadədir. O, 2000-ci ildən Azəri Servis LTD MMC-nin sahibidir. Əvvəllər "Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb. Onun məhz Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə yaxınlığına dair məlumatlar var. Azəri Servis LTD-nin əsas sifarişçiləri uzun illərdir Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Meliorasiya və Su TəsərrüfatıASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Azərsu ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir.

Tender yolu ilə saysız-hesabsız dövlət sifarişləri alan Nadir Mustafazadənin ölkə xaricindəki bizneslərilə bağlı mlumatlar da var. Həmin məlumatlarla tanışlıqdan sonra belə qənaət yaranır ki, Ə.Əhmədzadə büdcə vəsaitlərini bu şəxsin əlilə xaricə çıxaran məmurlar arasındadır. Təsadüfi deyil ki, ekspertlər meliorasiya sahəsində durumun acınacaqlı olduğu barədə həyəcan siqnalı çalırlar. Ehtimal olunur ki, islahatların növbəti mərhələsində Meliorasiya və Su Təsərrüfatı ASC-nin ləğv edilərək səlahiyyətlərinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsi reallaşacaq. Hələlik buna mane olan müəyyən qüvvələrin olduğu bildirilsə də, eyni zamanda buna nail olmağa çalışanların mövcudluğu da edilən qeydlər sırasındadır.
Qaynarinfo









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38
Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31
"Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27
Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21
Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12
Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09
Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07
İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06
Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04
Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01
Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58
Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45
Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41
Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru