"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY
Tarix: 14-11-2019, 11:50 | Çap et
"Baku Electronics” mağazalar şəbəkəsinin müştərisi həm vaxtını, həm də pulunu itirib.
Minval.info xəbər verir ki, iyul ayında "Baku Electronics”dən kofe üyüdən elektrik avadanlığını nağd ödənişlə alan Orxan Hacıəli adlı Bakı sakini buna bir müddət sonra peşman olub.
Belə ki, şikayətçinin sözlərinə görə, məhsul həmin mağazada olmadığı üçün başqa bir filiala müraciət edilib və onlara gətirilən avadanlıq verilib:
"Bizə avadanlığı təqdim etdilər və formal xarakter daşıyan zəmanət talonu yazıldı. Kofe üyüdən elektrik avadanlığını 1 gün sonra test etmək qərarına gəldikdə, bir qədər işlədikdən sonra dayandı. Məhsulu yenisi ilə əvəz etmək üçün geri gətirdik, yenisinin olmadığı, sonuncu məhsulu satış vitrinindən bizə təqdim olunduğu söylənildi. Diqqətinizə çatdırım ki, satış etik qaydalarına əsaslanaraq, vitrindən müştərinin razılığı olmadan qəti şəkildə məhsulu satmaq olmaz. Bu səbəblə servisə gondərəcəklərini söylədilər”.
Servisə göndərilən elektrik avadanlığı haqqında öyrənilən məlumat müştərini şoka salıb: "1 həftə sonra servisdən zəng gəldi və bizə bildirildi ki, məhsul işlək vəziyyətdədir, lakin bu avadanlıq bizim müraciətimizdən öncə bu servisdə artıq qeydiyyata düşüb. Yəni cihazda problem daha əvvəl varmış, onu servisə göndəriblər, təmir edilib, geri qaytarılıb.
Məhsul aldığımız filiala geri dönüb, yaranmış vəziyyəti izah edib, məhsulu geri qaytarmaq istəyimizi bildirdik və cavab olaraq bizə dedilər ki, "Qaytardığınız halda məhsul dəyərindən 40 faiz kəsiləcək”. Uzun mübahisədən sonra faiz dərəcəsini 25-ə qədər saldılar, baxmayaraq ki, məhsul 2 gün ərzində geri qaytarılıb. Bununla da razı olmadım və ərizə forması doldurub baş ofisə şikayətimi bildirdim”.
Bir neçə gün sonra bizimlə əlaqə saxlanılır və soylənilir ki, sizin şikayətiniz təstiqlənib və akt tərtib olunub, 2 gün sonra telefonunuza SMS gələcək, pulunuzu tam məbləğdə gəlib götürə bilərsiniz, amma elə olmur: "Beləliklə həmin 2 gün olur 10 gün, zəng edib bir daha maraqlanıram, yenidən bildirirlər ki, 2 gün ərzində SMS gələcək. 3 gün sonra bir daha narazı, aqressiv müştəri olaraq əlaqə saxlayıram, məni sakitləştirib yenidən 2 gün ərzində SMS gələcəyi barədə and verirlər.
Həmin 2 gün də olur 1 həftə, artıq zənglərimə qəti şəkildə cavab verilmir, 193 çəğrı mərkəzi hətta problemi aydınlaşdırandan sonra dəstəyi asır. Burada artıq prinsipial bir mənzərə yaranır, 2 gün sonra olan aviabiletimi təxirə salıb üz tutdum mərkəzi ofisə.
Müdiriyyət mənimlə danışmaqdan boyun qaçırdı, məsuliyyəti yıxdı servisin üzərinə, servis də müdiriyyətin… Bundan sonra müdiriyyət məsələnin həlli ilə bağlı məsuliyyəti yönləndirdi baş ofisin direktorunun üzərinə… Müdiriyyət məni 2-ci dəfə ərizə yazmağıma yola gətirdi və məsələnin müsbət həllini tapacağına əminlik verdi. Həm də vaxt təyin etdi ki, o vaxta qədər məsələ öz həllini tapacaq. Mən yenidən söz verildiyi günün axşam reysinə aviabilet aldım (Red – Şikayətçi Çində yaşayır). Nəhayət mənim telefonuma mesaj gəldi. Getdim ödənişi geri götürüm, amma məlum oldu ki, öncədən də nasaz olan, 2 gün belə istifadə etmədiyim məhsula ödədiyim pulun 25 faizi kəsilib”.
"Baku Electronics” nasaz olan məhsuldan belə öz pulunu qazanıb: "Nəzərinizə çatdırım ki, 25-30 faiz şirkətin məhsul üzərində olan gəliridir. Və bu yaranmış haldan belə qənaətə gəlmək olar ki, şirkət dələduzluq yolu ilə qazanacağı gəliri qazandı və həmin məhsul onların Nəriman Nərimanov filialındakı vitrinə qoyularaq öz novbəti şikar müştərisini gözləyir.
Mənim axşam reysinə aviabiletim var idi və təcili getmək məcburiyyətində idim. Buna görə də, bu prinsipial mübarizəni qazanan "Baku Electronics” oldu”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
|