Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                 

“Üstümüzə gələn dalğanı maksimum zərərsizləşdirmək mümkün oldu” - YAP-çı deputat
Tarix: 26-12-2015, 10:29 | Çap et
“Üstümüzə gələn dalğanı maksimum zərərsizləşdirmək mümkün oldu”
Cari ilin sonuna doğru dünyada Azərbaycan vətəndaşları üçün də arzu olunmayan hadisələr baş verdi. Öncə neftin satış qiyməti kəskin şəkildə aşağı düşdü. Təbii ki, bu, neft ixrac edən ölkə kimi Azərbaycana da təsirsiz ötüşmədi. Bir neçə gün bundan öncə isə milli valyutamız ucuzlaşdı. Əgər cari ilin birinci yarısında 1 dollar 1 manat 5 qəpik idisə, sonuncu devalvasiyadan sonra 1 dollar 1 manat 55 qəpik dəyərində oldu. Paralel olaraq, regionda ictimai-siyasi vəziyyət də gərgin xarakter almaqdadır. Suriyada Rusiya ilə Qərbin maraqlarının toqquşması müharibəni daha da alovlandırıb. Bu kimi səbəblər üzündən Azərbaycanın iki yaxın qonşusu olan Türkiyə və Rusiya arasında münasibətlər pozulub. Belə bir zamanda ermənipərəst Kristofer Smit tərəfindən Amerika Senatına ölkəmiz əleyhinə qanun layihəsi təqdim olunub ki, bu da Vaşinqton və Bakı arasında narazılıqlara gətirib çıxarıb. Sadalanan hadisələrlə bağlı “Kaspi”nin suallarını Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə cavablandırır.

- Aydın müəllim, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, milli valyutamızın ikinci dəfə devalvasiyaya uğraması və sair hadisələr neft ixrac edən ölkə kimi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərir. Bütün bu proseslər barədə sizin düşüncələriniz nədən ibarətdir? Hadisələrin gələcəyini necə proqnozlaşdırırsınız?
- 2015-ci il Azərbaycan tarixində müxtəlif hadisələrlə yadda qalıb. Düzdür, sonluq manatın devalvasiyası ilə daha çox diqqəti çəkib, amma cari ildə Azərbaycanda I Avropa Oyunları keçirildi. Dünya tarixində, Avropa məkanında ilk beynəlxalq idman turniri sayılan bu tədbirə Azərbaycan ev sahibliyi etdi. Bu, tarixi bir hadisə idi. Bütün dünyanın diqqəti həmin vaxt Azərbaycana yönəldi. Azərbaycan inkişaf etməkdə olan bir ölkə kimi özünün bütün potensialını, böyük tədbirləri yüksək səviyyədə keçirmək bacarığını ortaya qoydu. Həmin tədbirdən sonra ölkədə parlament seçkiləri keçirildi. Yüksək seçici fəallığı ilə müşayiət olunan bu seçkilər nəticəsində V çağırış Milli Məclisin yeni tərkibi müəyyən oldu, hakimiyyət qollarından biri formalaşdırıldı. Cəmiyyətin inkişaf perspektivləri, seçicilərin fəallığı ilə bağlı böyük işlər görüldü. Milli Məclis bundan sonra da üzərinə düşən vəzifələri yerinə yetirəcək. Cari ildə Azərbaycan iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektoruna keçilməsi istiqamətində də bir çox işlər görüldü. Ənənəvi olaraq infrastrukturun yenilənməsi prosesi geniş vüsət aldı. Yollar çəkildi, körpülər salındı, xəstəxanalar, məktəblər tikildi, dəmir yol xətti yeniləndi, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin işə salınması üçün yeni qüvvələr sərf edildi, Azərbaycan regionlarında çoxsaylı müəssisələr fəaliyyətə başladı, turizm obyektlərinin çeşidi genişləndi, 25 minə yaxın qaçqın və məcburi köçkün ailəsi üçün müasir tələblərə cavab verən mənzillər tikildi, geniş və abad məhəllələr, yaşayış məntəqələri salındı. Ümumi götürəndə iqtisadiyyatımızdakı irəliləyiş templəri hər kəsin gözü qarşısında canlandı. Bunlarla yanaşı, 2015-ci ilin tarixinə yazılacaq bir sıra təəssüf doğuran hadisələr də oldu. Binəqədi rayonunda çoxmərtəbəli binada, eləcə də Xəzər dənizindəki “Günəşli” yatağında baş verən yanğınlar nəticəsində insanlarımız həlak oldu. Bu faciələr heç zaman bizim yadımızdan çıxmayacaq. İqtisadi baxımdan ən yaddaqalan hadisələrdən biri də manatın il ərzində iki dəfə devalvasiyası oldu. Fevral və dekabr ayında manat iki dəfə qüvvədən düşdü. Ümumi hadisələr onu deməyə əsas verir ki, Azərbaycan öz inkişafının mümkün olan variantını, ən az ziyanlısını seçə bilib. Bir tərəfdən gələn gəlirlər inkişaf etdirilməlidir, digər tərəfdən isə dünyadakı proseslər manatın mövqeyini zəiflədir. Neftin qiymətinin 3 dəfə aşağı düşməsi, ABŞ dollarının uçot dərəcəsinin artırılması kimi məsələlər manatın dayanıqlılığına təsir edir. Amma bilmək lazımdır ki, əgər əvvəldən qeyri-neft sektoru inkişaf etdirilməsəydi, infrastruktura vəsait sərf edilməsəydi, sahibkarlığın inkişafı üçün dövlət tərəfindən böyük işlər görülməsəydi manatın vəziyyəti bundan qat-qat ağır olacaqdı. Yəni, bizdən asılı olmadan üstümüzə gələn dalğanı maksimum səviyyədə zərərsizləşdirmək mümkün oldu.

- Sizcə hökumət vəziyyətdən çıxış yolu kimi hansı addımlar atmalıdır?
- Devalvasiyadan sonra sahibkarlığın inkişafı üçün dövlət tərəfindən, ölkə rəhbəri tərəfindən bir sıra addımlar atılıb. Lisenziyalarla bağlı dövlət başçısı sərəncam imzaladı və artıq bir sıra sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya tələb olunmur. Buna misal üçün turizm sektorunu, iç ticarətdə siqaret və alkoqollu içkilərin satışını, taksi fəaliyyətini və sairi göstərmək olar. Şübhəsiz ki, sahibkarlar bu istiqamətdə fəaliyyətlərini daha böyük həcmdə artıracaqlar. Bundan başqa, vergilər və gömrük sistemində təkmilləşdirmələrlə bağlı da bir sıra addımlar atılır. Bunlar hamısı ilk növbədə manatın devalvasiyasından gələn zərərin qarşısını almağa xidmət edir. İkincisi isə iqtisadiyyatımızı daha da möhkəmləndirməyə xidmət edəcəkdir. Prezident İlham Əliyev bir neçə gün bundan öncə keçirilən tədbirdə bütün baş verənlərə daha ətraflı aydınlıq gətirdi. O, bəyan etdi ki, baş verənlər hamısı bilavasitə onun diqqətindədir və heç bir halda əhalinin sosial vəziyyətinin pisləşməsinə yol verilməyəcək. Aşağı təminatlı insanların sosial vəziyyətinin dayanıqlı olması üçün hökumət bir sıra təkliflər də hazırlamaqdadır.

- Belə bir durumda vətəndaşlar nə cür davranmalıdırlar?
- Hər kəs ilk növbədə dövlətin atacağı addımı gözləyirdi. Bu, birinci amildir. Dövlət özünün mövqeyini ortaya qoydu, görəcəyini gördü. Sahibkarların fəaliyyətinə daha güzəştli şərait yaradılacaq. Aztəminatlı insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün müəyyən addımlar atılacaq. Vətəndaşlar bununla görürlər ki, dövlət bu vəziyyətdə də onları tək qoymur, onların şəraitinin yaxşılaşdırılmasına maksimum çalışır, dəstək verir. Təbii ki, vətəndaşlar da öz davranışlarını iqtisadi qanunlara uyğunlaşdırmalı, addımlarını reallığa uyğun atmalıdırlar.

- Dünyadakı iqtisadi böhranla yanaşı, regiondakı ictimai-siyasi vəziyyət də xeyli gərginləşib. Suriyada böyük güclər qarşı-qarşıya gəlib, müharibə daha kəskin xarakter alıb, Azərbaycanla qonşu olan Rusiya və Türkiyə arasında münasibətlər pozulub, qarşılıqlı ittihamlar, hətta sanksiyalar gündəmə gəlib. Bütün bunlar ölkəmizə necə təsir edir?
- Azərbaycan beynəlxalq birliyin tərkib hissəsidir. Aydın məsələdir ki, dünyada gedən proseslərin ölkəmizə də təsiri var. 2015-ci ilin ən diqqət çəkən hadisəsi heç şübhəsiz ki, Türkiyə-Rusiya münasibətlərinin korlanmasıdır. Çox təəssüf ki, strateji müttəfiqliyə doğru gedən bu münasibətlər yarı yolda dayandı və tərəflər hazırda da bir-birini ittiham edirlər. Burada əhəmiyyətli olan budur ki, hər iki dövlət Azərbaycana yaxındır, qonşudur, yaxşı münasibətlərimiz var. Azərbaycan hər iki qonşusu arasında nifaqın aradan qalxmasına maksimum səviyyədə səy göstərir. Düzdür, onların münasibətlərinin ölkəmizə təsiri çox azdır. Yəni, Azərbaycan bu iki dövlətin münaqişəsinə cəlb edilməyib. Ancaq bununla belə, bizə dost ölkələrin konfliktdə olması Azərbaycan üçün xoşagələn hadisə deyil. Beynəlxalq aləmdəki ümumi vəziyyətə gəldikdə isə, Azərbaycan bütün dünyada sülhün, əmin-amanlığın olmasında maraqlıdır və bu istiqamətdə öz dəstəyini heç zaman əsirgəmir. Çoxsaylı beynəlxalq layihələrdə Azərbaycan müstəqil dövlət kimi yaxından iştirak edir. Bunun fonunda beynəlxalq aləm Azərbaycanın böyük bir problemini - Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edilməsini bilməli, bu problemin sülh yolu ilə daha tez bir vaxtda həll olunmasına dəstəyini əsirgəməməlidir. Torpaqlarımızın işğal altında olması dövlətçiliyimizin, iqtisadiyyatımızın, büdcəmizin daha da inkişafına mane olur. Düzdür, bu konfliktdən Ermənistan özü bizdən qat-qat çox əziyyət çəkir, bu problemə görə regiondakı çoxsaylı layihələrdən kənarda qalır, təcrid olunur. Ancaq, ərazi bütövlüyümüzün pozulması ildən-ilə Azərbaycanın hərtərəfli inkişafına təsir edən amildir.

- Amerikanın ikili standartlar siyasəti ABŞ Helsinki Komissiyasının rəhbəri, Konqresinin Nümayəndələr Palatasının üzvü Kristofer Smitin timsalında yenidən özünü göstərməkdədir. K.Smitin bu yaxınlarda senata təqdim etdiyi “Azərbaycanda demokratiya aktı” adlı qanun layihəsində ölkəmizin bir sıra rəsmi şəxslərinə qarşı müəyyən qadağalar öz əksini tapıb. Buna cavab olaraq da deputat Rövşən Rzayev Milli Məclisə “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi təqdim edib. Bəzi ekspertlər millət vəkilinin bu addımını qeyri-ciddi sayır, Rusiyanın təsiri altında dünyanın super dövlətinə meydan oxumaq kimi qələmə verirlər. Sizin olanlara münasibətiniz necədir?
- Deputat həmkarım Rövşən Rzayevin parlamentə təqdim etdiyi qanun layihəsi əslində ABŞ-dakı bəzi dairələrin Azərbaycana qarşı qeyri-obyektiv yanaşmasına cavab, böyük bir etiraz xarakteri daşıyır. Çünki, vaxtaşırı ABŞ-dakı bir sıra dairələr Azərbaycanın daxili işlərinə müdaxilə hesab olunacaq bəyanatlarla çıxış etməkdə, qərəzli mövqe sərgiləməkdədirlər. Bu cür hərəkətlərlə Azərbaycan barəsində dünyada mənfi rəy yaratmağa cəhd edirlər. Onlar hətta Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönələn addımlar atırlar. Azərbaycan torpaqlarını uzun müddətdir işğal edən Ermənistanın həmin ərazidə yaratdığı separatçı, qondarma rejimə ABŞ Senatının qərarı ilə maliyyə yardımları edilir. Bu azmış kimi, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik separatçı rejim tərəfindən ABŞ-da keçirilən tədbirə qatılır, qondarma rejimin nümayəndələrini qəbul edir. Bu, ABŞ diplomatiyasının buraxdığı çox böyük səhv idi. Bundan başqa, Azərbaycanda insan hüquqları, demokratiya ilə bağlı da ABŞ-ın müəyyən dairələri müəyyən vaxtlarda müxtəlif qərəzli, qeyri-obyektiv fikirlər səsləndirməkdədirlər. Bununla Azərbaycana zorla hansısa qara imici yapışdırmağa çalışırlar. Konqresmen Kristofer Smitin təqdim etdiyi layihə isə ümumilikdə Azərbaycanı qaralamağa, ölkəmizi izolyasiya etməyə yönəlik addım idi. Bu baxımdan konqresmen Smitin təklif verdiyi kimi Azərbaycan deputatının da Milli Məclisə təklif vermək hüququ var. Fikrimcə, bu qərar layihəsi ümumilikdə ABŞ-ın müəyyən dairələrinin Azərbaycana qarşı siyasətinə etirazdır, eyni zamanda ABŞ-Azərbaycan münasibətlərini qorumağa çağırışdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru