“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                     Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                     Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə .....                     Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi .....                     Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub .....                     Asiya İnkişaf Bankına yeni prezident seçilib .....                     Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” .....                     Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, .....                     Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb .....                     Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                 

"Elə faktlar deyərəm ki, Allahı tanıyan adam onu qəbul eləməz" - Şeyxə qarşı yeni ittihamlar
Tarix: 16-12-2015, 09:14 | Çap et
"Elə faktlar deyərəm ki, Allahı tanıyan adam onu qəbul eləməz"
ADP sədri Sərdar Cəlaloğlunun bir həftə öncə “Yeni Müsavat”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin ləğvinin vacibliyini bəyan etməsi cəmiyyətdə ciddi müzakirələrə yol açıb.

S.Cəlaloğlunu haqlı hesab eləyənlər də, QMİ-nin Azərbaycan dövlətinə lazım olduğunu, bu qurumun ləğvi tələbinin təxribatçı hərəkət olduğunu düşünənlər də var. Məsələn, hakim YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov QMİ-nin ləğvini istəyənləri təxribatçı adlandırıb.

Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Şeyx Allahşükür Paşazadənin şəxsinə qarşı heç bir qərəzi və düşmənçiliyi yoxdur: “Təkcə prokurorluq QMİ-nin maliyyə işlərini yoxlasa ortaya çıxar ki, nələr var. Düşmənçiliyim olsa, o faktları mətbuata açıqlayaram və Azərbaycanda Allaha inanan heç kəs şeyxə inanmaz. Sadəcə, demişəm və deyirəm ki, bir adam ticarətlə məşğul olursa, dinlə məşğul olmamalıdır, dinlə, elmlə məşğul olursa ticarətlə məşğul olmamalıdır. Bu fikir niyə düşmənçilik və ya təxribat kimi qələmə verilməlidir? Şeyx öz çıxışlarının birində demişdi ki, mən 30 ildir vicdanın nə olduğunu bilmirəm. Vicdan özü din deməkdir, dində olmaq deməkdir. Deməli, şeyx özü etiraf edir ki, mən dində olmağın nə demək olduğunu bilmirəm. Bunu mən ona böhtan atmıram. Adam öz dili ilə deyir ki, mən 30 ildir bilmirəm vicdan nə olan şeydir. O, ümumiyyətlə, cümə namazı-filan da qılıb eləmir. Bir çox hallarda heç bayram namazlarına da gəlmir. Çox nadir hallarda namazda olur”.

S.Cəlaloğlu QMİ və şeyxlə bağlı mövqeyinə görə heç kimdən qorxmadığını da vurğuladı: “Allahdan qorxan adam heç nədən qorxmaz. Allahdan qorxmayan adam hər şeydən qorxar. Mən Allahdan qorxuram, ona görə də xalqım və dövlətim üçün xeyirli olan hər bir məsələnin üzərinə getməkdən qorxmuram. Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Konstitusiyasına ziddir. Azərbaycan Konstitusiyasına görə, Azərbaycanda yalnız Azərbaycan vətəndaşlarının üzvü olduğu təşkilatlar yaradıla və fəaliyyət göstərə bilər. Qafqaz Müsəlmanları İdarəsi isə adından da görünür ki, Azərbaycanın vətəndaşı olmayan digər Qafqaz xalqlarının da təşkilatıdır. Belə çıxır ki, məsələn, Dağıstanda olan çeçenlərin də hansısa dini sahədə hərəkətinə görə məsuliyyəti Allahşükür Paşazadə daşıyır. Halbuki Allahşükür Paşazadənin Rusiya vətəndaşları üzərində hər bir təsiri, hər hansı bir ideoloji iş aparması Rusiya qanunlarına görə də, Azərbaycanın qanunlarına görə də qadağandır. Qafqaz Müsəlmanları İdarəsi qeyri-hökumət təşkilatıdır.

Necə olur ki, Azərbaycanda heç bir QHT dövlət protokolunda yer tutmur, amma QMİ dövlət protokolunda rəsmi yer tutur, bir çox hallarda hətta parlament sədrindən də qabaqda durur? Bu vəziyyətin özü anormal durumdur. İslam dinində icma prinsipi var. 20-30 nəfər yığışıb bir məscid tikir və öz aralarında ən çox inandıqları adamı önə verirlər və həmin adam pişnamaz olur. İslamın ümumi məsələlərinə gəlincə, Quranda da deyilir ki, gərək sizin öz aranızdan alimlər çıxsın və Qurandakı mürəkkəb məsələləri xalqa izah eləsin. Həmin şəxslər isə Quranda şeyx adlanmır, alim adlanır. Həmin alimlər Quranla yanaşı, elmləri də bilməlidir. Mən hazırda Qurana 10 cildlik izah yazıram. Fəlsəfəni, fizikanı, kimyanı, astronomiyanı bilməsəm, Quranı izah eləyə bilmərəm.

İslam dini ədalətsizliyə müxalifət kimi yaradılıb. Quranda neçə yerdə buyurulur ki, nahaqqa, ədalətsizliyə müxalif olun. Hələ biz QMİ-nin nəyəsə müxalif olduğunu, hansısa ədalətsizliyə müxalif olduğunu görməmişik. Məscid bağlanır, QMİ susur, azana qadağalar qoyulur, QMİ susur, məktəbə hicabla getmək qadağan olunur, QMİ susur, müxtəlif zümrədən olan insanlara haqsız davranışlar baş verir, QMİ səsini çıxarmır. Bunun özü göstərir ki, QMİ heç Quranın əsas əmrlərini yerinə yetirmir”.

ADP sədri dedi ki, bu günə kimi ona şeyxdən heç bir mesaj, xəbərdarlıq, hədə-filan gəlməyib: “Çünki birincisi, mən qərəzli deyiləm. İkincisi, mən şeyxin özünün də xeyrinə danışıram”.

QMİ-nin ləğvini tələb edənlərin təxribatçı adlandırılmasına gəlincə, S.Cəlaloğlu bildirdi ki, Siyavuş Novruzovun dindən başı çıxmır, dini bilmir, ona görə də belə danışır: “Mən faktları, qanunları göstərərək QMİ və şeyx barədə məlum fikirlərimi ortaya qoymuşam. Siyavuş Novruzov buyursun, mənim arqumentlərimin yanlış olduğunu faktlarla, qanuna əsaslanmaqla desin. Görüm mənim arqumentlərimin əsassız olduğunu sübuta yetirə biləcəkmi? Yoxsa ki, indi mənim dediyim fikirlərə qarşı arqument tapa bilməyib, sadəcə, havaya ”bu fikirlər təxribatdır" sözünü söyləmək mənasızdır. Dünyada bir milyard yarım müsəlman var. Yalnız Azərbaycanda İslamın bu cür üsul-idarəçiliyi həyata keçirilir.

Nardaranda insan tələfatına səbəb olan yanlış hərəkət olub. Əgər QMİ din sahəsində indiyə qədər olan insidentlərə, xoşagəlməz hadisələrə görə cavabdehlik daşımayıb. Onda sual olunur ki, bu İdarə nəyə cavabdehlik daşıyır?! Nardaran hadisələrinə görə cinayət işi həm də QMİ-nin əleyhinə qaldırılmalıdır. Ona görə ki, dinə nəzarət QMİ-yə verilib. Bu ölkədə İŞİD özünə tərəfdar toplayır, nurçular tərəfdar toplayır, Yevangelistlər tərəfdar toplayır, Məhəbbət Kilsəsi gəlib tərəfdar toplayır, buddistlər gəlib tərəfdar toplayır və xalq getdikcə bu cür yad dini təsirlərin altına düşür, QMİ məsuliyyət daşımır. O zaman bəs bu QMİ nəyə lazımdır?! Bir insanın və qurumun heç bir belə məsələlərdə məsuliyyəti yoxdursa, səlahiyyətlər ona niyə verilir?! Məsələ bu qədər aydındır. Siyavuş Novruzov kimi adamlar isə hələ də keçmiş SSRİ nostalgiyasından ayrıla bilmirlər və sovetin qalıqlarını qoruyurlar".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru