Bölgələrdə bahalaşan əmlak... .....                     Xətai məhkəməsindən daha bir ABSURD... .....                     35 şirkətin rəhbəri həbs edildi .....                     Bu şəxslər aliment ödəməyə bilər .....                     Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? .....                     Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? .....                     Ədalət Verdiyev əslində niyə həbs olundu? .....                     Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                 

“İranın xarici siyasətinin kökündə islam dünyasını parçalamaq durur” - deputat
Tarix: 29-06-2022, 09:47 | Çap et
“İranın xarici siyasətinin kökündə islam dünyasını parçalamaq durur”
“Son günlər, sosial şəbəkələrdə ən çox müzakirə predmetinə çevrilmiş əsas mövzu, ağır cinayət törətmiş bəzi məhkumların həbsxanada aclıq aksiyası keçirməsi və onlara dəstək məqsədilə, Bakıda, Tehranda, Təbrizdə, Tbilisidə keçirilən etiraz tədbirləridir. Hadisələrin xronologiyası özlüyündə göstərir ki, proseslər bir mərkəzdən idarə olunur. Azərbaycanın möhtəşəm qələbəsini, gündən-günə güclənməsini həzm edə bilməyən molla rejimi, bütün vasitələrdən istifadə etməklə, regionda sabitliyin yaranmasının qarşısını almaqda israrlıdır. Sirr deyil ki, cənub qonşumuz Zəngəzur dəhlizinin açılmasını, Türk dünyasının inteqrasiyasını, Ermənistanla sülh müqaviləsinin imzalanmasını özü üçün ciddi təhlükə olaraq görür. 1979-cu ildən bəri bu ölkənin xarici siyasətinin kökündə islam dünyasını parçalamaq, ölkələrin daxili işlərinə qarışmaq kimi missiya durur. Heç bir dünyəvi təhsili olmayan, müasir “şeyx Nəsrullahların”, “kimyagərlərin” süni şəkildə uydurduqları rəvayətlər, nağıllar vasitəsilə gənclərin beyinləri yuyulur. İslam dininə, ümumiyyətlə insan psixologiyasına qətiyyən aidiyyəti olmayan nağılların, keçirilən tədbirlərin sayı isə, ildən ilə artır. Əvvəllər gizli şəkildə fəaliyyət göstərən bu şəbəkənin fəaliyyəti son zamanlar açıq müstəviyə keçib. Yəqin düşünürlər ki, məşhur Qum və “ettealat” məktəblərini keçmiş məzunların sayı, Azərbaycanda yeni “Hizbullah” yaradılması üçün kifayətdir...”. DİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu deputat Nəsib Məhəməliyev bildirib.

N.Məhəməliyev qeyd edib ki, Allahın təhqir olunması ilə bağlı ideya ortalığa atılır və dərhal müxtəlif ünvanlarda etiraz aksiyaları başlayır: “İctimai-siyasi sabitliyi təmin edən polis işçilərinin səbrli, olduqca mədəni davranışlarına rəğmən bir qrup başı bağlı qadının aqressiv, qeyri-adekvat davranışları, cəmiyyətdə ikrah hissi ilə qarşılanır. Bundan istifadə edən, bir zamanlar əllərini öpdükləri cənublu əmmaməli “lotular” özlərini demokrat adlandıran “milli şuraçılar”, bir birinin ardınca Azərbaycan dövlətçiliyi əleyhinə bəyanatlar səsləndirirlər. Xoşbəxtlikdən Azərbaycan cəmiyyəti siyasi cəhətdən yetkin, dostunu, düşmənini tanıyan, cəhalətin yox, oturuşmuş dünyəvi dövlət quruluşunun bərqərar olduğu cəmiyyətdir. Xalqı aldatmaq mümkün deyil. Tarixi keçmişini və taleyüklü anlarda kimin hansı oyunlardan çıxdığını gözəl bilir. Aclıq edənlər, yalanları ifşa olduqda və İctimai dəstəyi görmədikdə, bir komanda ilə, aksiyanı dayandırdılar və sakitləşdilər. Ancaq sürprizlər davam edir. Bu gün Yevlax şəhərinin məktəblərindən birində, hansısa dini liderin şəninə mahnılar oxunur. Hansı ki, o lider Azərbaycan torpaqlarını işğal edən, Xocalı qətliamını törədən Koçaryanları, Sarqsyanları və Ermənistan rəhbərləri olmuş digər yanların hər birisini böyük məhəbbətlə bağrına basmış, dəstək vermişdir. (Onların hər bir görüşünü televiziyalar nümayiş etdirmişdir). Müəllimə, (müəllimə demək olarsa), başa düşmür ki, məktəb dini mədrəsə deyil. Təhsil nazirliyinin təsdiq etdiyi tədris proqramlarında azyaşlı uşaqlara ,, mollaların,, şəninə mahnı oxutmaq elmi öyrədilmir. Məktəblərin vəzifəsi, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq, dünyəvi elmləri tədris etməkdir. İranda, təkcə bu il 20 mindən artıq azyaşlı qız uşaq ərə verilmişdir. Belə bir cəmiyyətin insanlığa yad ,, dəyərlərini,, bizim şagirdlərimiz mənimsəməməlidirlər. Yeri gəlmişkən, bu İranın verdiyi rəsmi statistikadır. Reallıqda daha çoxdur. Hesab edirəm ki, Təhsil nazirliyi bu məsələni ciddi şəkildə araşdırmalı, günahkarlar müəyyənləşdirilməli və nətcəsi ilə bağlı ictimaiyyəti məlumatlandırmalıdır. Belə müəllimlərə uşaqların tərbiyəsini etibar etmək olmaz. Onları məktəbə buraxmaq doğru deyil. Ümumiyyətlə, təkcə Yevlaxda yox, ölkənin digər məktəblərində də belə hallar varsa, qarşısı qətiyyətlə alınmalıdır. Bizə teokratik, din dəllallarının at oynatdığı dövlət lazım deyil. Allaha, onun Rəsuluna hörmət, məhəbbət, hər bir insanın qəlbində olmalıdır. Onu nümayişkaranə şəkildə reklam etməyə ehtiyac yoxdur. Allah hər şeyi görür və qiymətləndirir. Ölkə başdan başa, hacılarla, məşədilərlə, kərbəlayılarla, yalançı pirlərlə, ,,dua,, yazanlarla doludur. Artıq, bu titulların özü ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Çox az kənd tapılar ki, pirlər, ziyarətgahlar olmasın. Hər birisinin də qapısında bir neçə nəzir qutuları. İlahi, doğrudanmı bizdə bu qədər müqəddəslər olmuşdur. Belə çıxır ki, digər millətlər cəhənnəmə gedəcək, min bir oyundan çıxanlar cənnətə. Azərbaycanda dünyəvi dövlət quruluşunu dəyişdirmək, tarixdə məlum olmayan “kərimə” adında teokratik dövlət qurmaq arzusunda olanların sxemi sadədir. İran kəşfiyyat orqanlarının təşkilatçılığı ilə, müsəlman ölkələrindən gənclər seçilir və Qum şəhərində təhsilə cəlb olunurlar. Onların arasından, bəzi qabiliyyətləri ilə fərqlənənlərə maliyyə dəstəyi göstərilir, bizneslə məşğul olmaq üçün şərait yaradılır və öz ölkələrinə göndərilir. Onlar da konkret proqram üzrə fəaliyyətə başlayırlar. Qonşu Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində baş verənlərə diqqət yetirməklə, təhlükənin miqyasını görmək olar. Əvvəllər, o bölgələrin azərbaycanlı əhalisi dinə meyllikləri ilə seçilmirdilər. Ancaq indi məhz Qum məzunlarının “fəaliyyətləri” nəticəsində bir kənddə yaşayan, yaxın qohumlar, ailələr arasında münasibətlər gərginləşmiş, bəzi hallarda düşmənçilik səviyyəsinə qalxmışdır. Gələcəkdə proseslərin idarəolunmaz hal alacağı şübhəsizdir. Livanda, Fələstində, Suriyada, İraqda, Yəməndə, Əfqanıstanda, Pakistanda, Hndistanda və bir sıra ölkələrdə yaradılmış “hizbullah” tipli şəbəkələr, milyonlarla insanın faciəsinə səbəb olmuşdur. Yaxın zamanlara qədər, ərəb dünyasının inkişaf etmiş, hüquqi, demokratik, dünyəvi dövləti hesab olunan Livanda, darmadağın olmuş Yəməndə, İraqda, Suriyada , Əfqanıstanda və digər müsəlman ölkələrində baş verənlər göstərir ki, proseslər idarə olunmaz hal almışdır. Məhz, din alverçilərinin apardıqlarl sistemli siyasət nəticəsində, sadaladığım ölkələrdə heç zaman tam sabitlik bərpa olunmayacaqdır. İnsanlar normal sakit şəraitdə yaşaya, təhsil ala bilməyəcəklər. Yaxın gələcəkdə, Malayziyada, Şərqi Türküstanda da dini zəmində münaqişələrin baş verəcəyi gözlənilir. Müxtəlif təriqətləri, məzhəbləri təmsil edən terror dəstələrinin ,,din,, pərdəsi altında apardıqları təbliğat, ancaq müsəlman xalqlarını qarşı-qarşıya qoymaqla, cəmiyyətlərin mənəvi dayaqlarının sarsıdılmasına hesablanmış siyasətdir. Nəticə göz qabağındadır. Cəhalət, səfalət, kasıbçılıq, bu ölkələrin vizit kartına çevrilmişdir. Ölkəmizdə müqəddəs quranı, dini, əski və indiki ərəb dilini dərindən bilən, müasir düşüncəli, xürafatdan, cəhalətdən uzaq mütəxəssislər var. Sosial şəbəkələrdə onların bəzilərinin fikirlərini həvəslə dinləyirəm. Onların məntiqi, savadlı izahı cəmiyyətimizin dini maariflənməsini, mənəvi tələbatını ödəmək iqtidarındadır. Yaxşı olar ki, həmin din alimlərindən ibarət bir komissiya formalaşdırılsın və vahid bir konsepsiya hazırlansın. İslam mədəniyyətinə, əxlaqına zidd olan, bütün ziyanlı adətlərdən imtina etməli, müasirləşməliyik. Xristianlar, Musavilər, buddistlər müasirləşdi, müsəlmanlar hələ də 1400 il baş vermiş hadisələrin təəssüratları ilə yaşayır, xoşbəxtlik axtarırlar. Xoşbəxtlik isə….mollaların ölkəsinə baxmaq kifayətdir. İstənilən normal insanın verə biləcəyi sual; Nə üçün sənin dəyərlərini, əxlaqını qəbul etməliyəm, sənin kimi düşünməliyəm, həyatımı qurmalıyam. XXI əsrdə fərqli düşüncələrinə görə insanları qaldırıcı kranla küçədə as, “Qarabağ Azərbaycandır” dediyinə görə zindanlarda çürüt, Azərbaycan sözü yazılmış köynək geydiyinə görə stadiona buraxma, sonra da de ki, mən deyəni deməlisən. Belə qonşuluq, müsəlmançılıq, nəhayət ki, insanlıq olmur. SSRİ dağıldıqdan sonra, ölkəmiz çox ağrılı, mürəkkəb tarixi yol keçmişdir. 90-cı illərin əvvəllərində, dövlət idarəetmə sistemindəki boşluqlar nəticəsində dünyanın müxtəlif ölkələrindən gələn dini missionerlər at oynadırdılar. Müxtəlif yardımlar adı altında fərqli dini təbliğat aparmaqla məşğul olurdular. Bu da əhali arasında çaşqınlıq yaradırdı. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan adında dövlət olmayacaqdı. Azərbaycan, müasir dünyada yeganə dövlətdir ki, olduqca mürəkkəb coğrafi və geosiyasi şəraitdə torpaqlarını işğaldan azad etmişdir. Sabitlik adasıdır, günü gündən güclənir, inkişaf edir. Biz gücləndikcə, bədxahların qısqanclıq hissi artır. Ona görə də, hər zaman ayıq olmalıyıq. Dövlətçilik əleyhinə, ictimai-siyasi sabitliyin pozulmasına yönəlik istənilən hərəkətin qarşısı alınmalıdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29
Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18
Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36
Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33
Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27
Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru