Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət .....                     İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... .....                     Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil .....                     İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI .....                     “Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam” .....                     “Ərəb küçəsi”nin qəhrəmanı .....                     Maaş və pensiya artımı gözləntisi .....                     Prokurorluq orqanlarının yaranmasından .....                     Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir .....                     Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat .....                     İran "səssiz qaldı": .....                     “Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” .....                     Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib .....                     “Şapka Mamed”in agentliyi məhkəməlik oldu .....                     Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur .....                     İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... .....                     Ermənistanda revanşizm güclənir: .....                     Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın .....                     İsrail “Hizbullah” liderini necə məhv edə bildi? .....                     “Sizi dörd şeyə görə qısqanırlar” .....                     ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: .....                     Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib .....                     Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər .....                     Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə .....                     Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi .....                     “Azercell Telekom” yenə məhkəməyə verildi .....                     “Türkiyə bizim düşmənimiz deyil” .....                     “Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ .....                     Anar Bayramovla işçisi arasında qalmaqal .....                     Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” .....                     Heydər Əsədovun səlahiyyətlərini kim icra edir? .....                     İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq .....                     İrandan Ermənistana daha bir jest: .....                     Yaxın Şərq böhranı: .....                     İran böyük müharibəyə başlayır? .....                     İcra Hakimiyyəti üç sanitar qovşağı .....                     Bu deputatlar mandatlarından məhrum edilə bilərlər .....                     Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb .....                     “Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” .....                     Fazil Mustafa onun da ömürlük həbsini istəyir .....                 

“İRAN AZƏRBAYCANDA GİZLİ TƏXRİBATLA MƏŞĞULDUR VƏ BU, AÇIQ TƏHDİDDİR” – “Moskva ilə Tehran arasında anlaşma var..."
Tarix: 28-06-2022, 11:21 | Çap et
“İRAN AZƏRBAYCANDA GİZLİ TƏXRİBATLA MƏŞĞULDUR VƏ BU, AÇIQ TƏHDİDDİR”
Son zamanlar İran-Azərbaycan münasibətlərini gərginləşdirmək və Azərbaycanda dini zəmində müəyyən təxribatlar törətmək cəhdləri müşahidə olunur. Azərbaycanda guya “Allahın təhqir edilməsi” iddiası və bununla paralel olaraq Tehranda və digər şəhərlərdə etiraz aksiyalarının təşkili də bu niyyətə xidmət edir.

DİA.AZ xəbər verir ki, “AzPolitika.info” bu mövzunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı ilə müzakirə edib:

- Sabir bəy, son zamanlar sanki kimlərsə Azərbaycan-İran münasibətlərinin pozulmasına çalışır, bunun üçün əlindən gələni edir. Bu baş verənləri necə qiymətləndirirsiniz?

- Vaxtı ilə Rusiyanın məşhur Avrasiya nəzəriyyəsini irəli sürən mütəxəssislərindən biri Aleksandr Duqin bölgənin geopolitikası mövzusunda kitab yazmışdı. O, yazırdı ki, Moskva, Tehran və İrəvan türk dünyasının yaxınlaşmasına imkan verməməlidir. Təsəvvür edin ki, bu kitabı dərsliyə salıblar, səhv etmirəmsə, universitetlərdə tədris edilir. Bəli, Azərbaycan bu planların qarşısını aldı. Yeri gəlmişkən, mən Qazi Universitetində Duqinlə birlikdə tədbirdə olmuşdum. Türk həmkarlarıma da dedim ki, bu adam tədbirdə neçə çıxış edə bilər? Axı, yazdığı kitabda özünü türk düşməni kimi təqdim edir. Duqin də çıxışı zamanı bildirdi ki, kitabı yazan zaman elə düşünürdü, indi isə ayrı cür düşünür. Amma dərslik ortadadır. Bu yaxınlarda da özü müsahibə verib və deyib ki, dediyi və yazdığı heç bir sözdən imtina etmir. Vəziyyət belədir.

İllər uzunu Moskva və Tehran arasında anlaşma var. İrəvan da orada yaxından iştirak edir. Tehranın İrəvana dəstəyi və yardımı gözümüzün önündədir. İran eyni zamanda şiəlik adı altında Suriya və İraqda fəaliyyətini davam etdirir, islam dünyasını parçalayır. Lavrovla Rəisinin görüşündə Əfqanıstan və Suriya məsələləri müzakirə edilib. İran Suriyada da işləyir. Onun əsas hədəflərindən biri Türkiyə, Türk dünyasıdır. Çünki İran əhalisinin yarısı türkdür və onun ən ciddi narahatlığı budur. Ona görə də, Cənubi Azərbaycanı boşaltmaq siyasəti yürüdür, oradakı adamları işsiz-gücsüz vəziyyətdə qoyur. Urmiya gölünü qurudub və nəticədə azərbaycanlılar oradan köçür. Bütün bunlar göz önündədir və düşmənçilikdir.

Biz İranla dövlət olaraq dinc qonşuluq siyasətini davam etdiririk, amma İran öz gizli niyyətlərindən heç vaxt əl çəkmir. Türk düşmənçiliyindən, oradakı azərbaycanlılarla bağlı tutduğu siyasətdən imtina etmək niyyətində də deyil. İran həm də bütün bunları din və şiəlik adı altında görür. Biz də müsəlmanıq, əhalimizin bir hissəsi bu məsələlərdə həssasdır. Odur ki, məscidlərin, təriqətlərin, habelə orada oxutduğu tələbələrin gizli və açıq fəaliyyəti ilə Azərbaycanda gizli təxribatla məşğuldur, ildən-ilə bunu genişləndirməyə çalışır. Bu, çox açıq təhdiddir və Azərbaycan üçün ciddi təhlükələrdən biridir. Çünki Azərbaycan dünyəvi dövlətdir, burada dinin öz yeri var, dini dövlətimiz qoruyur, inkişaf etdirir. Azərbaycan dövlət başçısı hara gedirsə, hökmən məscidlərə baş çəkir. Burada din qorunur, yeni-yeni məscidlər tikilir, təmir olunur. Amma din siyasətə qarışmalı deyil, dövlət siyasəti ayrıdır. Lakin İran din pərdəsi altında çox ciddi fars şovinist siyasəti yeridir. Bu, çox təhlükədir. Azərbaycan bunu bilməlidir və dövlətimiz, ictimai qurumlar, xalqımız bu məsələdə ayıq olmalıdır.

Biz bilməliyik ki, İran burada hansı şəkildə fəaliyyət göstərir. Uzun müddət burada İranın Mədəniyyət Mərkəzi adına fəaliyyət vardı. Ocaq Nicatın fəaliyyəti göz qabağındadır. Danışıqları belə Azərbaycan dilinə qarşı təbliğatdır, dilimizi pozmaq niyyətidir, dilimizi farsa uyğunlaşdırıb kökdən saptırmaqdır. Bunlar millətin beynini çirkləndirirlər.

Kimlərsə aksiya keçirir, guya Azərbaycanda Allahı inkar edən var. Azərbaycanda Allaha qarşı kim çıxa, onu inkar edə bilər? Bunlar guya Allahın müdafiəçiləridir, Allahı müdafiə etməyə çıxıblar? Azərbaycanda Allahı müdafiə etməyə ehtiyac yoxdur. Bunlar təxribatdır. Həm də ciddi təhlükədir. Siyasi müstəvidə mübarizə aparanlarla danışmaq, dil tapmaq daha asandır. Yəni onlar sivil yolla, dinc şəraitdə fəaliyyət göstərirlər. Amma bəhs etdiyimiz təbəqənin istənilən məsələnin dinc və sivil formada həlli üçün təşəbbüsü görünmür. Cəhalətlə dil tapmaq və onunla mübarizə aparmaq çətindir. Təəssüflər olsun ki, cəmiyyətimizin bir hissəsi bu cəhalətin içindədir və onu dəyişdirmək, normal şəkildə başa salmaq, doğru yola gətirmək son dərəcə çətindir.

- Sizcə, dediyiniz küçəyə çıxanların təsir imkanları və tərəfdarları çoxdurmu?

- Zahirən baxanda məlum olur ki, xeyr. Çox deyil. Amma Azərbaycanda ümumi xırda narazılıq dalğası olsa, onlar güclü şəkildə ortaya çıxa bilərlər. Odur ki, bizim təhsil sistemimiz güclənməli, dini təhsilin mərkəzi Azərbaycan özü olmalıdır. Biz kənar ölkələrə dini təhsil adı altında kütləvi tələbə göndərməməliyik. Ola bilsin ki, yüksək səviyyəli dini təhsil üçün müxtəlif ölkələrə tək-tək uşaq göndərmək olar. Amma Qum təhsili az qala kütləvi şəkildə, istədiyi qədər gənclərimizi dini təhsilə cəlb edir. Bununla maraqlanırlarmı ki, oraya hansı yolla gedirlər, niyə gedirlər? Həmin dini təhsili burada almaq olmazmı? Əlbəttə, hazırda Azərbaycanda bu sahədə müəyyən işlər görülür.

- Azərbaycanda dini müdafiə adı altında küçələrə çıxan iranpərəst kəsim İranın Ermənistana hər cür dəstək verdiyini görmürmü?

- Bilirsinizmi, İranda da rəsmi siyasət Azərbaycanla dinc qonşuluqdur. Mən hələ 1990-cı illərin əvəllərində üç dəfə Seyid Əli Xamenei ilə görüşmüşəm. Azərbaycanca danışır, mehriban münasibət sərgiləyirdi. İran rəsmiləri də Azərbaycanla bağlı daim müsbət danışır. Amma orada da müəyyən dini və hökumətə yaxın qüvvələr var. Məsələn, “Səhər” proqramı hər zaman bizi təhqir edirdi, amma soruşanda İran rəsmiləri deyirdilər ki, bu proqram hökumətə bağlı deyil. Nə dərəcədə səmimi olduqları aydın məsələdir. Amma hər halda belə deyirlər, bəhanələri var.

Qasım Süleymani öldürüləndə az qala bizdə yas saxlayanlar oldu. Milli şüur məsələsinə ciddi diqqət etməliyik, milli şüurumuzu yüksək səviyyədə saxlamalıyıq. Eləcə də dünyada gedən proseslər haqqında cəmiyyətə geniş məlumat verilməlidir. Biz ümummilli siyasət izləməliyik. Güney Azərbaycanda baş verən prosesləri də millətimiz bilməlidir. Çünki millətimizin əsas hissəsi oradadır. Onlar İranda yaşayırsa, bu o demək deyil ki, həmin bu toplumu unutmalıyıq. Onların milli haqları, təhsil məsələlərini rəsmi şəkildə də danışmaq olar. XXI əsrdir, necə ola bilər ki, bir millətin öz dilində təhsili olmasın. Bütün bunlar ciddi məsələləridir və Azərbaycanın gələcək siyasətində bunun forması, şəkli, həyata keçirmək yolları düşünülməlidir.

- Bəs, Azərbaycanda İranı müdafiə edənlər nədən İranın Ermənistan siyasətini ittiham etmirlər?

- Onlar tərbiyəni orada alıblarsa, beynləri o cür işləyirsə, bunu edə bilməzlər. Mən bir zamanlar nazir vəzifəsində çalışanda İrana rəsmi görüşlərə gedirdik. Bir neçə dəfə nazirin otağına girməzdən əvvəl görürdük ki, otaqdan Bakıdan gedən dindar çıxır və bizə də “xoş gəlmisiniz” deyir. Sanki ev sahibidir. Onlar orada özlərini İranın tərəfdarları, az qala kəşfiyyatçılar və rezidentlər kimi aparırdılar. Sözsüz ki, həm də yüksək səviyyədə maliyyələşdirilirdilər. Odur ki, İran nə deyəcəksə, onlar da onu edəcək. Başqa cür danışmaq imkanları yoxdur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Respublikaçılar Kiyevə qarşı: qəliz və ciddi vəziyyət - GƏLİŞMƏ
Bu gün, 01:09
İranın boyası soluxmuş QIRMIZI XƏTTİ... - NƏLƏR OLUR, AY TEHRAN?..
Bu gün, 01:07
Ermənilərin Qarabağa kütləvi köçü mümkün deyil - ÇÜNKİ...
Bu gün, 01:04
İcra başçısının yerinə gətiriləcəyi deyilən müavini DANIŞDI -"İclasdayam"
Bu gün, 00:50
“Atamın mahnılarını oğurlayırlar, pis-yaxşı özüm oxuyacam”
Bu gün, 00:46
“Ərəb küçəsi”nin qəhrəmanı – Həsən Nəsrullah kim idi?
Bu gün, 00:41
Maaş və pensiya artımı gözləntisi - “Söhbət elə bir məbləğdən gedir ki...”
Bu gün, 00:38
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür
Bu gün, 00:35
Dünyanın nəhəng səhiyyə şirkəti Azərbaycan bazarına girir
Bu gün, 00:05
Bu şirkət tikinti-quraşdırma işlərindən 13 milyon manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:02
İran "səssiz qaldı": - Hakimiyyət ən çox nədən qorxur?
Dünən, 19:02
“Məsələ bitib, sərhəd Göycə gölünün ortasından keçəcək” - GƏLİŞMƏ
Dünən, 19:00
Pezeşkian Mişustinlə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib
Dünən, 18:24
“Şapka Mamed”in agentliyi məhkəməlik oldu
Dünən, 18:21
Tibb müəssisələri Nazirlər Kabinetinin qərarına məhəl qoymur - NARAZILIQ VAR...
Dünən, 18:15
İranın Zəngəzur planı: Özü nəzarət etmək istəyir... - Kritik gəlişmə
Dünən, 18:07
Ermənistanda revanşizm güclənir: -Çağırış edildi
Dünən, 18:00
Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub
Dünən, 17:58
İsrail “Hizbullah” liderini necə məhv edə bildi? –Təfərrüatlar AÇIQLANDI
Dünən, 17:43
“Sizi dörd şeyə görə qısqanırlar”
Dünən, 17:39
ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: - Ağ Evə Ermənistan daha lazım olmayacaq
Dünən, 17:37
Mərkəzi Bank "Xalq Sığorta"nın vəzifəli şəxsini cərimələyib
Dünən, 17:34
Azərbaycan manatı üçün devalvasiya təhlükəsi yarana bilər - Neftin qiyməti kəskin düşərsə...
Dünən, 17:33
Bəzi valideynlər evə sevgililərini gətirir, uşaqları isə ŞAHİDİ OLUR
Dünən, 17:30
Kəmaləddin Heydərovun ortağı məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 17:27
“Azercell Telekom” yenə məhkəməyə verildi
Dünən, 17:24
“Türkiyə bizim düşmənimiz deyil” - Erməni deputat
Dünən, 17:00
“Votsapda görünməni dondurmaq haramdır”a ilahiyyatçıdan ETİRAZ - “TikTok”da din söhbətləri
Dünən, 16:59
Anar Bayramovla işçisi arasında qalmaqal – Yenidən məhkəmə başlayır
Dünən, 16:57
Sənədsiz evlərə “kupça” verilməsinin “yolu açıldı” - AKTUAL
Dünən, 16:57
Heydər Əsədovun səlahiyyətlərini kim icra edir?
Dünən, 16:52
İsrail bu həftə Livanda yerüstü əməliyyatlara başlayacaq - - “The Wall Street Journal”
Dünən, 16:44
İrandan Ermənistana daha bir jest: - İlk dəfə olaraq...
Dünən, 16:43
Yaxın Şərq böhranı: - Prosses üçüncü dünya müharibəsinə aparır
Dünən, 16:40
İran böyük müharibəyə başlayır? – “Nəsrullah uğrunda!”
Dünən, 16:37
İcra Hakimiyyəti üç sanitar qovşağı 175 min manata inşa etdirəcək
Dünən, 16:35
Bu deputatlar mandatlarından məhrum edilə bilərlər - ADLAR
Dünən, 16:30
Sosial şəbəkələrdə investisiya, yatırım adı altında dələduzluq edən şəxs saxlanılıb
Dünən, 16:27
“Diplom üçün ödəniş tələb etmək qanunsuzdur” - REAKSİYA
Dünən, 16:22
Fazil Mustafa onun da ömürlük həbsini istəyir - DETALLAR
Dünən, 16:18
Bakı Avrasiya Universitetinə yeni rektor təyin olundu - FOTO
Dünən, 16:11
Naxçıvanda yeni “hərrac bazarı”: “Ay alan, vəzifeyi-tibb satıram” - BU NƏDİ BELƏ?!
Dünən, 16:09
Hərbi komissarlıqlarda təmizləmələr: kimləri həbs və vəzifə itkisi gözləyir?
Dünən, 16:05
İran hakimiyyəti adamlarını qoruya bilmir – onlar satılırlar?
Dünən, 16:01
“Hakimiyyətə küçədən gəldilər, Qarabağı itirdik” - Xaçikyandan SƏRT ÇIXIŞ
Dünən, 16:00
Laçın və İrpen qardaşlaşmış şəhərlər olub - FOTO
Dünən, 15:58
Nazim Bəydəmirliyə hökm oxunub - DETALLAR
Dünən, 15:55
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə: - Namiq Poladov məni sürgün edib
Dünən, 15:08
Prezident bir qrup prokurorluq işçisini təltif edib - SİYAHI
Dünən, 14:42
“İranın proksilərinə xərclənmiş milyardlarının “səmərəsi” göz önündədir”... - ONA GÖRƏ DƏ...
Dünən, 14:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru