Qazilərin işlə təmin edilməsi onların psixoloji durumuna da müsbət təsir edəcək - Rey Kərimoğlu
Tarix: 25-06-2022, 08:41 | Çap et
Vətən müharibəsi qaziləri Qarabağdakı quruculuq işlərinə cəlb ediləcək. Bu barədə “Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev “Qarabağımızı birlikdə quraq” layihəsi çərçivəsində Peşə Təhsil Mərkəzində kurslara cəlb olunan qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatların təqdimatı mərasimində çıxışı zamanı bildirib. Millət vəkili qeyd edib ki, peşə təhsilini müvəffəqiyyətlə başa vuran qazilər Qarabağda yenidənqurma işlərində iştirak edə biləcəklər: "Peşə təhsili hazırda çox mühümdür. Dövlətimiz tərəfindən təhsilə 4 milyard manat əlavə xərc ayrılıb. Bunun 64 milyon manatı peşə təhsilinin payına düşür.
Ümumiyyətlə peşə təhsilinin əhəmiyyəti ondan ibarətdir ki, bu gün Qarabağda yenidənqurma və bərpa işləri həyata keçirilir və peşə təhsilini müvəffəqiyyətlə başa vuran şəxslər məhz bu yenidənqurma işlərində iştirak edə biləcəklər. Çünki Azərbaycana bu gün yüksək peşə təhsili və ixtisas qabiliyyətinə malik şəxslər lazımdır. Ümidvaram ki, qazilərimizin aldıqları peşə təhsili sertifikatları gələcək həyatları, karyeraları üçün çox önəmli bir irəliləyiş olacaq". Xatırladaq ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra “Qarabağa dönüş” təşkilatı qazi və müharibə iştirakçılarının, o cümlədən şəhid ailələrinin məşğulluq problemlərinin həlli məsələsinə töhfə vermək üçün “Qarabağımızı birlikdə quraq” layihəsinə start verdi. Layihə çərçivəsində 25 qazi və müharibə iştirakçısı BP-Azərbaycan və "Ekvita" şirkətlərinin maliyyə dəstəyi ilə "Kulane" Peşə Təhsil Mərkəzində kurslara cəlb olundu. 6 ay ərzində qazi və müharibə iştirakçıları sözügedən mərkəzdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), həmçinin yükqaldırma üzrə mütəxəssis peşələrinin sirlərinə yiyələndilər. Bundan başqa onlara ingilis dili, psixologiya, etik davranış qaydaları tədris olunub. Kursu bitirən qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub. Növbəti mərhələ qazi və müharibə iştirakçılarının Qarabağda aparılan quruculuq işlərinə cəlb edilməsidir. dia-az.life-ın məlumatına görə, "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsi qaizisi, jurnalist Rey Kərimoğlu “Şərq”ə açıqlamasında layihəni müsbət dəyərləndirdi:
- Əlbəttə, qazilərin, müharibə iştirakçılarının müəyyən peşələrə yiyələnməsi, onların əmək bazarına cəlb olunması, işlə təmin edilməsi müsbət haldır. Məlumdur ki, hazırda işsiz qazilərimiz var. Əlilliyə görə müavinətin hazırda kifayət qədər olmadığı nəzərə alınarsa, qazilərin işlə təmin olunması vacib məsələdir. Bu, qazilərin maddi probleminin həllinə böyük dəstək olar. Digər tərəfdən işlə təmin edilmək, xüsusilə də işqaldan azad olunmuş ərazilərdəki quruculuq işlərinə cəlb edilmək qazilərimizin psixoloji durumuna, əhval-ruhiyyəsinə də müsbət təsir edəcək. Vətən uğrunda döyüşmüş oğullar təkcə müharibədə deyil, dinc dövrdə də özlərini lazımlı, gərəkli hiss edəcəklər. Qarabağda döyüşmüş əsgərin yenidən Qarabağa qayıtması, oradakı quruculuq, abadlıq işlərində iştirak etməsi qaziyə böyük ruh yüksəkliyi verəcək. Üstəlik, maddi cəhətdən də sıxıntıları azalacaq. Ümumiyyətlə, bu cür layihələr alqışlanmalıdır. Müharibə iştirakçıları, veteranlar hər şeyin müharibə ilə bitmədiyini, həyatın davam etdiyini hiss etməli və gündəlik yaşayışlarında bunu real olaraq görməlidirlər. Bu baxımdan, qazilərin Qarabağdakı quruculuq işlərinə cəlb edilməsi, əlbəttə, müsbət hadisədir, alqışlanmalıdır. R.Kərimoğlu vacib bir məqamı da vurğuladı: - Peşə təhsilinə yiyələnmək lazımdır. Lakin görürük ki, son zamanlar bir çox təşkilatlar, ayrı-ayrı qurumlar layihələr həyata keçirir və bunlar müvəqqəti xarakter daşıyır. Yaxşı olar ki, müharibə iştirakçılarının dövlət xəttiylə peşə təhsili alması təmin edilsin. Məsələn, Təhsil Nazirliyinin balansında olan peşə məktəbləri var. Eləcə də, Dövlət Neft Şirkətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, digər dövlət qurumlarının. Dövlət qurumlarının nəzdində fəaliyyət göstərən kurslar da var. Qazilər məhz dövlətin balansında olan peşə məktəbləri və kurslara cəlb olunsa daha yaxşıdır. Peşə təhsilinə ciddi yanaşılmalıdır. Hazırda Qarabağda aparılan quruculuq işlərində sürücüyə, xarrata, dülgərə, qaynaqçıya... hər bir peşə üzrə ustalara ehtiyac var. Böyük layihələr icra edilir və bu işdə orta peşə təhsilli işçidən tutmuş ali təhsilli mütəxəssisə qədər hamıya ehtiyac yaranır. Ona görə də qazilərin, müharibə iştirakçılarının peşə təhsilinə yiyələnməsi vacibdir.
R.Kərimoğlu ümumiyyətlə, müharibə iştirakçılarının ali təhsil almalarına da dövlət səviyyəsində dəstək göstərilməli olduğunu dedi:
- Təhsil almamış, lakin orta ixtisas və ali təhsil almaq arzusunda olan qazilər təhsilə cəlb edilməlidir. Və onlara dövlət dəstəyi təmin edilməli, güzəştlər tətbiq edilməlidir. Əlbəttə, mən savadlı, orta təhsil pilləsini ali təhsil pilləsi üçün münasib qaydada başa vurmuş şəxsləri nəzərdə tuturam. Orta ixtisas və ya ali təhsil almaq istəyən qazilərə imkan yaradılmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
|