Qarabağda tam qələbəmiz üçün Ukraynanın yanında olmalıyıq - ÇAĞIRIŞ
Tarix: 20-06-2022, 09:07 | Çap et
DİA.AZ Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri, politoloq Sülhəddin Əkbərin hafta.az-a müsahibəsini təqdim edirik:
-Sülhəddin bəy, Rusiyanın torpaqlarımızın ermənilərin məskunlaşdığı hissəsini nəzarətdə saxlamasından bir il 7 ay keçən rəsmən “sülhməramlı” adlanan kontingentinin fəaliyyəti haqda gəldiyiniz yekun nəticələr nədən ibarətdir?
-Əgər xatırlayırsınızsa, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat-razılaşmanın elan olunduğu günün ertəsi mətbuatda ilkin dəyərləndirmə ilə çıxış etdim. O zaman da bildirdiyim kimi, əvvəla, Rusiya imperiyasının və Rusiya-Azərbaycan münasibətlərinin tarixindən məlumatlı olanlar heç vaxt həmin ölkənin ordusunun sülh məramıyla gəlişini qəbul edə bilməz. Yəni mən ilk gündən Rusiyanın Azərbaycana növbəti “sülhməramlı” gəlişinə bu qiyməti vermişəm. Hesab edirəm ki, artıq bu haqda geniş danışmağa ehtiyac yoxdur. Azərbaycanın orta əsrlə bağlı, yeni və ən yeni tarixi də deyilənləri təsdiqləyir. Bircə onu demək kifayətdir ki, xatırlatdığınız kimi, 1721-ci ildə bu gün Putinin özünü bənzətməyə çalışdığı I Pyotrun başçılığıyla yaranmış Rusiya imperiyasının ilk işğalçı yürüşü(1722-1723) Azərbaycana -Bakı istiqamətində olub… Sonrakı mərhələlərdə torpaqlarımızın tam işğalıyla yanaşı, ərazilərimizə ermənilərin köçürülməsi və onlar üçün qondarma dövlətin yaradılması və daha sonra həmin dövlətin ərazilərinin genişləndirilməsi faktları da bəllidir. Və hazırkı Qarabağ məsələsi də süni erməni dövlətinin genişləndirilməsi prosesinin bir elementi və tərkib hissəsidir. Təəssüf ki, bu gün hələ də biz bu problemlə üz-üzəyik...
Mən hər zaman deyirdim ki, Qarabağla bağlanan bu hərbi münaqişə sünidir. Və əslində bu, Rusiyanın 1991-ci ildən bəri Azərbaycana qarşı apardığı bir vəkalət müharibəsidir. Eləcə də bizim Rusiyadan – metropoliyadan öz müstəqilliyimizi elan etməyimizin bədəlidir. Burada Ermənistan Respublikası və dırnaqarası “DQR” vəkil kimi iştirak edir. Və Azərbaycan həmin vəkillərin başını əzən kimi Rusiya – “yerin sahibi” meydana çıxdı. Bu gün də faktiki olaraq Azərbaycanın qarşısında nə Ermənistan, nə də qondarma “DQR” var, qarşımızda neoimperialist Putin Rusiyası, onun silahlı qüvvələri dayanıb. Mənim fundamental yanaşmam bundan ibərətdir. Odur ki, Rusiyanın Azərbaycanın suveren ərazisi olan Qarabağda yerləşmiş ordusunun “sülhməramlı” fəaliyyətindən danışmağı yersiz hesab edirəm...
Nə qədər ki, Rusiya imperiyası çökməyib və yaxud Rusiya Federasiyası adlanan bugünkü dövlət imperiya siyasətindən əl çəkməyib, Azərbaycan Qarabağ problemini yaşamaqda davam edəcək... Ona görə də biz hazırda çalışmalıyıq ki, Ukrayna savaşında Rusiyanın tam məğlub olmasına mümkün olan dəstəyi verək. Bu mənada biz azad dünya ilə, qardaş Türkiyənin də NATO üzvü olaraq qatıldığı kollektiv Qərblə bir yerdə olmalıyıq. Və biz nəzərə almalıyıq ki, birincisi, bu savaşda Rusiya məğlub olmayanadək o, öz imperiya siyasətindən vaz keçməyəcək. Bu halda isə biz Qarabağ problemini tam və qəti olaraq həll edə bilməyəcəyik. İkincisi, Rusiya-Ukrayna savaşı strateji bir savaşdır və bu savaşda resursları çox olan qalib gələcək. Kollektiv Qərbin resurslarıyla isə Rusiyanın resurslarını müqayisə etməyə dəyməz... Üçüncüsü, Yeni Dünya Düzəni qurulur. Və I və II Cahan savaşlarından sonra da, “soyuq müharibə”dən sonra da Yeni Dünya Düzənini qaliblər müəyyən edib. Və bu gün Rusiya soyuq müharibə”dən sonrakı Yeni Düzənə qarşı çıxdığına görə bu savaş başlayıb. Bilirsiz, dünyada iki fikir var idi. Birinicilər düşünürdülər ki, böyük müharibə olmadan da Yeni Dünya Nizamını qurmaq mümkündür. İkincilər isə deyirdi ki, böyük müharibə olmayanadək bu Nizamı qurmaq qeyri-mümkündür. Mən də belə düşünürdüm. Və Rusiyanın Ukraynaya təcavüzü göstərdi ki, ikincilər haqlıymış – müharibə olmalıydı. Düzdür, heç kəs müharibə olmasını istəmir. Uzun illər müharibə görmüş və onun acı və ağrılı fəsadlarını yaşamış bir ölkənin vətəndaşı olaraq biz də bunu istəməzdik. Lakin təəssüf ki, bu qaçılmazdır. İndi isə, öncə dediyim kimi, biz Rusiyanın bu savaşda məğlub olmasına çalışan tərəfdə olmalıyıq. Və Ukraynaya mümkün qədər dəstək verməliyik. Rusiya imperiyası, ən azı, zəifləməlidir ki, biz Qarabağda tam və qəti qələbə edə bilək. Biz buna hazırlaşmalıyıq və hesab edirəm ki, inşallah, belə bir şansımız da yetişəcək...
-Allah eləməmiş, Rusiya Ukraynada, müvəqqəti də olsa, qalib gəlsə, Azərbaycan 44 günlük savaşda şəhid və qazilərimizin canı-qanı hesabına qazandıqlarımızı itirmək təhlükəsiyilə üz-üzə qala bilməz ki?
-Əvvəla, mən inanıram ki, öncə dediyim kimi, mövcud və strateji resursları Rusiyanınkından yetərincə böyük olan kollektiv Qərb Ukraynanın bu ədalətsiz savaşda məğlub olmasına imkan verməyəcək. Yalnız ona görə yox ki, Rusiya Yeni Dünya Düzəninə qarşı çıxır, beynəlxalq hüquqa meydan oxuyur. Həm də ona görə ki, əgər Moskva bu savaşda, dediyiniz kimi, qalib çıxacaqsa, bu Çini də Tayvana təcavüzə həvəsləndirəcək. Və əgər Ukrayna müharibəsi Avropa təhlükəsizlik sistemini birbaşa təhdid edirsə, Çinin Tayvanı işğal etməyə girişməsi də Hind-Pasifik zonasında təhlükəsizliyi təhdid edəcək. ABŞ-ın da qlobal liderlik iddiasını nəzərə alsaq, həm Avroatlantik, həm də Hind-Pasifik zonasında təhlükəsizliyin təhdid olunması Vaşinqton üçün yolverilməzdir. Ona görə də mən düşünmürəm ki, ABŞ, xüsusən də anqlosaksonlar, yəni Birləşmiş Ştatlarla yanaşı, Böyük Britaniya da Rusiyanın qalib gəlməsinə imkan versin. Burada yeganə incə bir nüans ondan ibarətdir ki, necə edək, Rusiya çıxılmaz vəziyyətə düşərək operativ taktiki və ya taktiki nüvə başlıqlarından istifadə etməsin. Hazırda kollektiv Qərbin strateqlərinin, o cümlədən anqlosaksonların baş sındırdığı əsas məsələ budur. Ona görə də biz Ukraynanın qələbəsini istədiyimiz tezlikdə görməyə bilərik. Yəni bu uzadılma məqsədyönlüdür və burada o strateji məqam nəzərə alınır ki, Ukrayna ildırım sürəti ilə qalib gələrsə, bu, Putin Rusiyasını birdən-birə çıxılmaz vəziyyətə sala və özünü çıxılmaz durumda hiss edən Putin də belə bir addıma yol verə bilər. Başqa problemlər də var. Bu baxımdan hesab edirəm ki, bir qədər zamana yayılan bir müharibə olacaq. Amma çox uzun müddət çəkəcəyini də güman etmirəm. Ciddi ekspertlərin hesablamalarına görə, Ukrayna savaşının bitəcəyi ən yaxın tarix bu ilin oktyabr-noyabr ayları ola bilər. Ən geci isə il yarımdan sonra, yəni 2024-cü ilin yanvarınadək hesablanır. Bütövlükdə isə məsələnin 2024-cü ilin sonunadək bitəcəyi proqnozlaşdırılır. Düşünürəm ki, qarşıdakı il yarım həlledicidir və biz hər üç varianta hazır olmalıyıq... Və Ukrayna savaşının sonucunda Rusiya elə bir duruma düşəcək ki, bizim Qarabağda məsələni tam və qəti şəkildə həll etməyimizə qarşı çıxmaq gücündə olmayacaq. Və biz o məqamı tutmalıyıq...
-Yəni hesab edirsiz ki, bu halda Rusiya, ümumiyyətlə, “sülhməramlı” adlanan kontingentini torpaqlarımızdan çıxarmağa məcbur olacaq?
-Əlimizdə olan son məlumatlara görə, Ukraynaya təcavüzə başlayandan sonra Rusiya artıq Qarabağdakı kontingentinin bir hissəsini oradan çıxarıb...
-Bu dəqiq məlumatdır, sizcə? Axı deyilənə görə, sadəcə, Ermənistandakı 104-cü bazadan çağırışçıları Qarabağa gətirib buradakı peşəkar hərbçiləri Ukraynaya aparırlar?
-Düzdü, bu şəkildə rotasiya da var. Amma bilirsiz, razılaşmaya görə, Laçın dəhlizində və Yuxarı Qarabağda Rusiyanın cəmi 1960 nəfər hərbçisi olmalıydı. Amma bilirik ki, Ukraynada savaş başlananadək Azərbaycanın həmin ərazilərində deyiləndən qat-qat artıq qüvvə yerləşdirilib. Ona görə də Rusiya torpaqlarımızdakı qüvvələrindən nə qədər çıxarsa da, yenə orada qalan həbçilərin sayı 1960-dan çox olur...
-Tutaq ki, Rusiya Ukraynada uduzdu və tamamilə Qarabağdan – Azərbaycan ərazilərindən uzaqlaşdı, əlini çəkdi, Qərb, xüsusilə də, ABŞ və Fransanın “ermənilərə status” və s. tələb edən hazırkı ikibaşlı mövqelərini nəzərə alsaq, məsələnin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllinə dərhal imkan yaradacaqmı, yoxsa məsələnin yenə uzanma ehtimalı var?
-Məhz bu baxımdan bir daha təkrar edirəm ki, Azərbaycan Rusiyanın Ukraynaya davam edən təcavüzü fonunda strateji seçimi düz etməlidir. Rəsmi Bakı strateji resursları yetərincə olan və qalib gəlməsi gözlənilən kollektiv Qərbin yanında olmalıdır. Qardaş Türkiyə haradadırsa, biz də orada olmalıyıq. Çünki təhlillər göstərir ki, rəsmi Bakının düzgün seçim edəcəyi və proseslərin deyilən məcrada inkişaf edəcəyi halda elə bir an gələcək ki, Rusiyanın Qarabağda bizə qarşı çıxmağa gücü qalmayacaq, Qərbin isə bu mövzuda bizə deməyə sözü olmayacaq... Və bizim də zamanımız çox az olacaq və məsələni ildırım sürətiylə həll etməli olacağıq. Fikrimcə, həmin situasiyada 72-96 saat, başqa sözlə 3-4 sutka ərzində biz Qarabağdakı yarımçıq işlərimizi həll edə biləcəyik...
-Yəni Rusiya Güney Qafqazdan, xüsusən Qarabağdan əlini üzəndən sonra çox güman ki, Ermənistan artıq Qərbə, ABŞ-a geostrateji baxımdan o qədər də gərək olmayacaq...
-Hazırda bir çox konkret suala cavab vermək bir qədər erkəndir. Nəyə görə? Əgər Yeni Dünya Nizamı quruculuğunda Amerika ilə anqlosakslar birgə hərəkət edəcəklərsə, bu, hadisələrin inkişafının bir variantı olacaq. Böyük Britaniya və ABŞ fərqli yollar seçəcəksə, bu da başqa bir variant kimi qarşıya çıxacaq. Hər halda biz bu günə baxsaq, rəsmi Bakının həm Londonla, həm Təl-Əvivlə yüksək səviyyəli əlaqələri var. Bu da bizə imkan verir ki, nisbətən soyuq münasibətlərimiz olan Birləşmiş Ştatlarla hər iki yöndən iş aparaq. Üstəlik, bilirsiz ki, bu saat Türkiyə ilə ABŞ arasında həm siyasi, həm də hərbi müstəvidə intensiv dialoq gedir. Bu da müsbət bir haldır. Digər tərəfdən isə Təl-Əvivlə Ankara arasında da bir sıra sahələr üzrə intensiv dialoq aparılır. Bu baxımdan düşünürəm ki, istər London “qlobal Britaniya” şüarıyla fərqli hərəkət etsin, istərsə də ABŞ-la birgə, Avropa Birliyi ilə də münasibətlərimizin bugünkü səviyyəsini nəzərə alsaq, mənə elə gəlir ki, biz strateji seçimimizi düzgün edəriksə, bir daha təkrar edirəm, Rusiyanın həmin anda Qarabağda bizə qarşı çıxmağa gücü qalmayacaq, Qərbin isə bu mövzuda bizə deməyə sözü olmayacaq...
-Bəs Qarabağdakı işlərimiz Türkiyədə gözlənilən ictimai-siyasi proseslərdən nə dərəcədə asılıdır? Yəni o baxımdan ki, qardaş ölkədə qarşıdan prezident və parlament seçkiləri gəlir. Və bəzən cəmiyyətdə sual yaranır ki, görəsən, Ərdoğanın seçkilərdə uduzacağı halda, yəqin ki, sırf Qərbə bağlı yeni iqtidar Azərbaycana, xüsusən Qarabağ məsələsində hazırkı hakimiyyət kimi münasibət bəsləyəcəkmi?
-Bu sualınızın da cavabı əslində əvvəlki sualınızın içindədir. Hipotetik olaraq deyək ki, Ərdoğan seçkilərdə uduzacaq və Türkiyədə indi deyildiyi kimi, Qərbin dəstəklədiyi qüvvələr hakimiyyətə gələcək. Əgər biz strateji seçimimizi düzgün edərək Qərblə düzgün münasibətlər quracağıqsa, deməli, Türkiyədəki yeni iqtidarla da bir problemimiz olmayacaq. İkincisi də bəllidir ki, artıq Türkiyə və Azərbaycan arasında dövlətlərarası münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Yəni hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq o məcburdur ki, Azərbaycanla həmin müttəfiqlik münasibətlərinə və onlardan irəli gələn öhdəliklərə əməl etsin. Ona görə də bu mövzuda qayğılanmağa, narahatçılıq keçirməyə ehtiyac yoxdur...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
|