“Əfv Komissiyasına daxil olan müraciətlərlə bağlı hər hansı məlumat açıqlanmır” - Əliməmməd Nuriyev
Tarix: 25-05-2022, 09:37 | Çap et
28 May - Müstəqillik Günü ərəfəsində ölkə başçısı tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. Mayın 23-də isə Əfv Komissiyasının son iclası keçirilib.
“Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat” a bildirdi ki, ümumilikdə 6 iclas keçirilib, 600-dən çox müraciətə baxılıb: “Tövsiyə xarakterli rəylərlə bağlı qərarlar qəbul edilib. Əfv hüququ birbaşa ölkə başçısının müstəsna səlahiyyətlərinə daxildir. Əfv siyahısında kimlərin olacağı prezident tərəfindən müəyyən edilir. Əfv Komissiyasının təqdim etdiyi rəylər prezident tərəfindən nəzərə alına da bilər, alınmaya da bilər. İnanıram ki, hər zaman olduğu kimi, bu dəfə də mərhəmət, şəfqət, humanizm prinsiplərinə önəm veriləcək. Sərəncamın nə zaman imzalanacağı isə bəlli deyil. Müstəqillik Günü ərəfəsində də ola bilər, ya sonra, yaxud ümumiyyətlə, olmaya da bilər”.
Ə.Nuriyev əfv sərəncamının əhatə etmədiyi kateqoriyaları da açıqladı: “Terror aktları törətmiş, vətənə xəyanət etmiş, ağır qətllər törətmiş şəxslər, narkotacirlərin əfv olunması birmənalı qarşılanmaya bilər. Buna görə bu kateqoriyalara aid məhkumlar əfv sərəncamına düşməyə bilər. Nəzərə almaq lazımdır ki, Əfv Komissiyasının əsasnaməsində (”Əfvetmə haqqında Əsasnamə") cinayətin təhlükəlilik dərəcəsi, ailə vəziyyəti, himayəsində olan uşaqlar, məhkumun şəxsiyyəti, sağlamlıq vəziyyəti, zərərçəkmişin mövqeyi, əvvəllər məhkum edilib-edilməməsi, amnistiya, əfv aktlarından istifadə edib-etməməsi və s. diqqət edilən məsələlərdir. Əfvə düşən şəxslərin il ərzində heç bir faizi belə təkrar cinayət məsuliyyətinə cəlb olunmur. Bu da seçimin doğru aparıldığının göstəricisidir. Müstəsna hallarda bir dəfə əfv olunan şəxs ikinci dəfə əfv oluna bilər. Bu, ciddi təftiş olunur. 10 il ərzində bir neçə hal ola bilər: vətən qarşısında çox böyük xidmətləri olan, ehtiyatsızlıqdan cinayət törədən, sağlamlığı ilə bağlı problemi olan və s. şəxslərlə bağlı belə qərar verilə bilər, lakin belə hallara demək olar ki, rast gəlinmir".
O ki qaldı siyahıda tanınmış şəxslərin olub-olmadığına, Ə.Nuriyev bununla bağlı vahid yanaşma olduğunu diqqətə çatdırdı: “Əfv Komissiyasına daxil olan müraciətlərlə bağlı hər hansı məlumat komissiya üzvləri tərəfindən açıqlanmır. Şəxsi məlumatların qorunması haqqında qanun var. Bu qanunun tələblərinə əməl etməliyik. Eyni zamanda ”Etik davranış qaydaları haqqında" Qanun da var. Ən əsas məsələ isə əfv olunacaq şəxslərin siyahısı ölkə başçısı tərəfindən müəyyən edilir. Əfv Komissiyasının üzvləri kimi hər hansı məlumatı yaymaq hüququmuz yoxdur".
Qeyd edək ki, 2003-cü ildən indiyə qədər 35 əfv sərəncamı imzalanıb, 5672 məhkum tam olaraq cəzadan azad edilib və ya cəzasının qalan hissəsi azaldılıb. Ötən il martın 18-də imzalanmış sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
|