"Sonra nə olacaq? Yenə də acından öləcəklər!" - Etibar Məmmədov
Tarix: 17-05-2022, 09:07 | Çap et
Qlobal nəticələrə hesablanmış Rusiya-Ukrayna müharibəsinin başlanması üçüncü aya yaxınlaşır. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov isə deyir ki, bu müharibədə məğlub tərəf Rusiya olacaq. dia-az.life-ın məlumatına görə, dünyanın düzənini dəyişəcək Rusiya-Ukrayna müharibəsindən və onun real nəticələrindən danışan E. Məmmədov Reyting.az-a müsahibəsində bildirib ki, Qərb müharibənin uzanmasına və Rusiyanın daha çox zəifləməsinə çalışacaq:
- Mən öncədən bildirmişdim ki, bu savaşda Rusiya məğlub olacaq. Çünki Rusiya hərbi baxımdan deyildiyi kimi güclü dövlət deyil. Rusiyanın dövlət strukturları korrupsiya içərisində itib-batır. O cümlədən Rusiyanın hərbi rəhbərliyi də korrupsiya içərisindədir. Kağız üzərində olanlar bir, reallıq isə tam başqa şeyləri göstərdi. Yəni real müharibə şəraitində bəlli oldu ki, Rusiya ordusunun həm təchizatı, həm təminatı, həm də idarəçiliyi çox bərbad vəziyyətdədir.
Üstəlik, Ukrayna ordusu bu müharibəyə daha ciddi hazırlaşmışdı və savaşda üstünlüyünü göstərdi. Digər ölkələrdən göndərilən kömək və dəstək nəticəsində hərbi-strateji təşəbbüs artıq Ukrayna tərəfindədir.
İndi Rusiya çalışır ki, digər hədəflərini kənara qoyaraq ilk növbədə Ukraynanın dənizdən təcridinə nail olsun. Yəni Ukraynanın dəniz sahillərini ələ keçirsin. Bu, Ukraynaya çox ciddi zərbə vura bilər. Ukraynanın da vəzifəsi Rusiyanın bu planının qarşısını almaqdır. Ukrayna indiyə qədər buna imkan verməyib, bundan sonra da verməməlidir. Üstəlik, əks-hücum nəticəsində bəzi yerlərdə dəniz sahillərini azad etməlidir.
- Amma Rusiya nəhəng dövlətdir, dağılmaz və tükənməz resurslara malikdir. Prezident Putin 9 May paradında elan etdi ki, Rusiya sona qədər gedəcək. Sona qədər getmək hara qədər getməkdir?
- Siz nə gözləyirdiniz? Putin deməliyidi ki, biz məğlub olmuşuq? Məncə, Putin elan etməli idi ki, biz sona qədər gedəcəyik. O, müharibəni davam etdirməlidir. Amma real müharibə onun dediyindən fərqli mənzərəni göstərir və bəlli olur ki, artıq resursları da kifayət etmir.
- Etibar bəy, Qərbin bu prosesdə rolunu necə qiymətləndirirsiniz, Ukraynaya yetərincə dəstək verilirmi?
- Hesab edirəm ki, Qərb Ukraynaya çox böyük dəstək verir. Ancaq nəzərə almaq lazımdır ki, Qərbin də öz maraqları var. Qərb çalışacaq ki, müharibə uzansın və Rusiya daha çox zəifləsin.
- Rusiya ilə bağlı araşdırma aparan və bu ölkəni yaxşı tanıyan mütəxəssislər iddia edirlər ki, Rusiya sıxıldıqca daha da aqressivləşir. Yəni, tarixi təcrübəyə əsaslanaraq bildirirlər ki, bu ölkəyə təzyiqlər artıqca daha sıx birləşib, uğur əldə edə bilir...
- Aqressivləşib, sərtləşib nə edəcək? Mən deyərdim ki, indiki durum təxminən 100 il əvvəlki Rus-Yapon müharibəsindəki vəziyyəti xatırladır. O zaman da Rusiya dünyada hərbi baxımdan ən güclü dövlət hesab olunurdu. Ancaq Yaponiya məğlub oldu və bundan sonra Rusiyanın çöküşü başlandı.
İndi Rusiya əhalisi müharibədən bixəbərdir. Onların çoxu bilmir ki, bu müharibə harada və niyə gedir. Rus insanının beyninə doldurublar ki, Rusiya keçmiş sərhədlərini bərpa etməlidir. Tutaq ki, bərpa etdi. Sonra nə olacaq? Yenə də acından öləcəklər!
- Xatırlayırsınızsa, müharibədən əvvəl Rusiyanın bəzi dairələri SSRİ-nin bərpa olunacağına işarə edirdilər. Putin də SSRİ-nin dağılmasını XX əsrin faciəsi və böyük səhv adlandırır. SSRİ-yə oxşar hansısa ölkə qura bilərlərmi?
- SSRİ keçmişdi, tarixdə qaldı. İndiki cəhdlər də göstərdi ki, Rusiyanın özünü qoruyub saxlaması lazımdır, nəinki SSRİ-ni bərpa etməsi. Məncə, yaxın zamanlarda Rusiyanın özünün dağılma prosesi başlayacaq.
- Hansı arqumentlərə əsaslanıb Rusiyanın dağılma prosesinin başlayacağını deyirsiniz?
- Əvvəla, nəzərə almaq lazımdır ki, dağılma prosesləri müharibədən sonra başlayır. Rusiyanın Ukraynada məğlub olması artıq faktdır. Hələlik hücumu dayandırması, Kiyev ətrafından çıxması, Xarkovdan artıq çəkilməsi hər şeyi deyir. Digər tərəflərdə -Mariopul istiqamətində Ukrayna ordusunun əks-hücumu başlayanda ruslar oradan da çəkilməli olacaq. Qalacaq Donbass. Bundan sonra da Donbass problemi həll oluna bilər. Qənaətimcə, Ukraynadakı məğlubiyyət Rusiyada daxili çəkişmələrə gətirib çıxarır və ölkədə narazılıq böyükdür.
- Amma Rusiyada əhalinin narazılığı hər zaman olub...
- Nəzərə almaq lazımdır ki, əhalinin narazılığı çox şeyi həll etmir. Dağılma prosesi elitanın narazılığından sonra başlayır. Rusiyada bu saat elitanın narazılığı pik həddə çatmaqdadır. Çünki onlar nələrsə itirirlər. Əhalinin isə itirməyə heç nəyi yoxdur.
- Son günlər ABŞ Konqresində qəbul olunmuş “Lend-liz haqqında” qanun barədə çox danışılır, bu qanunun təsadüfi olmadığı, Rusiya üçün bəlaya çevriləcəyi deyilir. Siz necə düşünürsünüz?
- Bu qanun II Dünya müharibəsindən sonra ikinci dəfədir qəbul olunur. Yəni bir ölkəyə Lend-liz sistemi çərçivəsində hərbi və iqtisadi yardım göstəriləcək. Qeyd edim ki, bu, həm də çox böyük proqramdır. Bu proqram Ukraynanı iqtisadi və hərbi baxımdan tam təmin edə biləcək və getdikcə, onun miqyası böyüyəcək. Rusiyanın isə buna qarşı qoymağa nə maliyyəsi və hərbisi, nə də iqtisadi qüvvəsi yoxdur. Ruslar hətta raketlərini də atıb qurtarıblar, indi sovet dövründən qalan köhnə raketləri atırlar. Onların da hara uçduğu, düşəndə partlayıb-partlamayacağı dəqiq bilinmir.
- Etibar bəy, Rusiya prezidenti Vladimir Putinin siyasi taleyini necə görürsünüz, onu nə gözləyir?
- Putin indiyə qədər öz proqramını həyata keçirməyi bacarıb. Amma bu dəfə Putinin dişi sanki daşa dəyib. Çünki qüvvələrini düzgün hesablamamışdı. Ətrafındakılar da onu aldatmışdılar ki, müharibə üçün hər şey hazırdır. Üstəlik, Ukrayna xalqı da hazırdır və rus ordusu sərhədi keçən kimi ukraynalılar onları gül-çiçəklə qarşılayacaq. Ancaq belə olmadı və Putin gözləmədiyi müqavimətlə qarşılaşanda buna qarşı qoymağa qüvvə tapmadı.
Ən əsası, mənəvi üstünlük Ukraynanın tərəfindədir. Məlum oldu ki, Rusiya ordusunda korrupsiya nəticəsində kağız üzərində olanla reallıqda olanlar fərqlidir. Sənəd üzərində olanların bəlkə də üçdə biri Rusiya ordusunda yoxdur.
Texniki üstünlük də Ukrayna tərəfindədir. Hazırlıq səviyyəsinə görə də Ukrayna qoşunları daha peşəkardır və yaxşı hazırlaşıblar. Motivasiya cəhətdən isə Rusiya və Ukrayna orduları ümumiyyətlə müqayisə oluna bilməz. Ona görə də rus qoşunları ancaq yağmalamaqla məşğuldur, evlərdən televizor, unitaz, radio götürürlər. Onların başqa məqsədi yoxdur.
- Müharibənin dalğası Putini hakimiyyətdən yıxa bilərmi?
- Dediyim kimi, dağılma prosesi başlayacaq. Elita narazı olanda hakimiyyəti dəyişmək məsələsi reallaşır. Ümumi əhalinin 90 faizi narazı olsa da, elitada bütövlük və birlik olanda hakimiyyət heç vaxt dəyişmir. Hər şey elitadan asılıdır. Rusiya elitası isə bu prosesdə böyük ziyana düşüb. Həm aktivləri dondurulub, olanları əldən çıxıb, həm də özləri Rusiyada məhkum vəziyyətdədirlər və ölkədən çıxa bilmirlər. Çünki sanksiyalar səbəbindən həm varidatları əldən çıxa, həm də özləri həbs edilə bilərlər. Bu isə ölkədə çox böyük narazılıq yaradır.
Putinin özü başda olmaqla əksəriyyətinin ailə üzvləri xaricdə yaşayır. Bundan sonra gedib-gələ bilməyəndə, əllərində olan vəsaitdən istifadə mümkün olmayanda sözsüz ki, narazılıq daha da artacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
|