Deputatın “kredit faizlərini endirin” təklifi ciddi qarşılanmır: - “Mənasız və populist...”
Tarix: 30-04-2022, 09:21 | Çap et
Milli Məclisin plenar iclasında deputat Tahir Kərimli kreditlər, kredit faizləri haqqında məsələni gündəmə gətirib. O, bank borclarının, faizlərin bu gün əsas problemlərdən biri olduğunu deyib: “Azərbaycanda elə ailə tapmaq olmaz ki, faizlər onları əzməsin. Yoxsul ölkələrdə, o cümlədən Azərbaycanda da kredit faizləri yüksəkdir. Camaat qazandığının hamısını borca verir. Biz Mərkəzi Bankın İdarə Heyətinə yeni sədr təyin etdik. Ondan xahiş edirəm ki, kredit faizlərinə 5-6 faiz limit qoyaq, faizləri, borcları silək. Xalqımızı əzən borc sistemi haqqında yeni rəhbərlik qərar qəbul etsin”. İndiki vəziyyətdə deputatın bu təklifinin reallaşmasını gözləmək olarmı, bu, nə dərəcədə realdır? dia-az.site xəbər verir ki, AYNA məsələni ekspertlərlə aydınlaşdırmağa çalışıb.
Hüquqşünas, bank və maliyyə eksperti Əkrəm Həsənov hesab edir ki, bazar iqtisadiyyatı şəraitində deputatın təklifi keçərli deyil: “Bu, tipik populist çıxışdır. Tahir Kərimli Azərbaycanın dövlət müstəqilliyinə səs vermiş deputatlardan biridir. Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında biz yalnız dövlət müstəqilliyimizi deyil, həmçinin də iqtisadi sistemin seçimini də qeyd etmişik ki, bu da bazar iqtisadiyyatıdır. Bazar iqtisadiyyatı şəraitində kredit şərtləri təkliflə tələbin əlaqəsi əsasında müəyyən olunur. Buna görə də əgər biz SSRİ sisteminə geri qayıtmırıqsa, kredit faizlərini inzibati amirlik üsulu ilə müəyyən edə bilmərik”.
“Yəni deputatın təklifi bazar iqtisadiyyatı şəraitində işləyəcək bir təklif deyil. Lakin bu, o demək deyil ki, bazar iqtisadiyyatı şəraitində faiz dərəcələrinə təsir etmək mümkünsüzdür. Dövlət orqanlarının, xüsusilə də elə parlamentin bu məsələdə öz çəkisi, yeri var”, - deyə həmsöhbətimiz bildirib.
Faizlərin yüksək olmasının üç əsas səbəbini diqqətə çatdıran ekspertin sözlərinə görə, birinci və ikinci səbəb bankların maliyyələşdirilməsi, əmanətlərin faizi ilə bağlıdır: “Bilirik ki, banklar digər müştərilərdən cəlb etdiklərini kredit şəklində verir. Bu da əsasən bank əmanətləridir. Bizdə bank üzrə qorunan əmanət faizi yerli valyutada 12, xarici valytada isə 2.5 faizdir. Bunu da Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası müəyyən edib. 12 faizlə əmanət qəbul edən bank 5-6 faizlə necə kredit versin?! Ziyanla işləməlidir? Bankın özünün də xərcləri var və qazancı da olmalıdır. “Əmanətlərin sığortalanması haqqında” Qanunu parlament qəbul edib, o cümlədən də Tahir Kərimli. Qorunan əmanətlərə faiz müəyyən edilməsi səlahiyyəti Himayəçilər Şurasına verilib. Buna etiraz etsinlər, qanunla müəyyənləşdirilsin. Əmanət faizi 12 yox, 2 faiz olsun. Normal iqtisadi bank sistemlərində xaricdə belədir. 12 fazilə də əmanət olar?! Əmanət faizləri enərsə, buna əsasən banklarda kredit faizləri də enmiş olacaq”.
“Mərkəzi Bankın uçot dərəcəsi hazırda 7.75 faizdir. Müəyyən vaxtlarda – 2009-2010-cu ildə 2-3 faiz olub. İqtisadi nəzəriyyəyə görə, Mərkəzi Bank uçot dərəcsi ilə banklara və bank olmayan kredit təşkilatlarına kredit verəndə bu, onların verdiyi kredit dərəcələrinə də təsir etməlidir. Bizdə isə heç vaxt təsir etmir. Qeyd etdiyim kimi 2009-2010-cu illərdə Mərkəzi Bankın uçot dərəcəsi aşağı olsa da, o vaxt bankların kredit faizi indikindən də baha idi. Çünki Mərkəzi Bank bütün banklara bu krediti bərabər formada vermir. Burada da inhisarçılıq var. Təbii ki, bir neçə bank Mərkəzi Bankın ucuz kreditini alır, o birilər kənarda qalır və kredit faizləri yüksək olur. Lakin bu, bütün banklara şamil edilsəydi, rəqabət şəraitində kredit faizləri enəcəkdi”, - deyə ekspert söyləyib.
Onun sözlərinə görə, parlament bu məsələni Mərkəzi Bank qarşısında qaldırmalıdır: ““Mərkəzi Bank haqqında” Qanunda birbaşa qeyd edilməlidir ki, bu cür ayrı-seçklik olmasın. Eyni zamanda da parlament sözügedən kreditin qaydasını müəyyən etməlidir. Niyə indiyə qədər müəyyən etməyib? Mərkəzi Banka sui-istifadə halları üçün imkan yaradıb? Bunu da bizim deputatlar ediblər. Qanundakı bu cür boşluqlar öz təsirini göstərir”.
Kredit faizlərinin yüksək olmasının digər səbəbi kimi Həsənov ölkədə investisiya mühitinin əlverişli olmamasını göstərib: “Məhkəmə-hüquq sistemi sahibkarlar, banklar, vətəndaşlar üçün bərbaddır. Qeyri-müəyyənliklər çoxdur. Heç kəs bilmir ki, məhkəmələr sabah onların işinə necə baxacaq. Qeyri-rəsmi və rəsmi xərclər çox olduğundan, banklara da məhkəmə sistemindəki bu vəziyyət bəlli olduğundan onlar öz gələcək itkilərini faizə qoyurlar. Biz gərək məhkəmə sistemini düzəldək. Təəssüf ki, bizim qanunlarımız da məhkəmələrə şərait yaradır ki, öz səlahiyyətlərindən sui-istifadə etsinlər. Bu gün hər kəs məhkəmələrin fəaliyyətindən narazıdır. Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Apellyasiya Məhkəməsinin hakimlərini parlament təyin edir. Bunları dəyişdirsinlər də! Parlament “Əmanətlərin sığortalanması haqqında” Qanuna, “Mərkəzi Bank haqqında” Qanuna dəyişiklik etsinlər, hakimlərin kənarlaşdırılması haqqında, ümumiyyətlə, məhkəmə sisteminin yaxşı işləməsi istiqamətində təkliflər versinlər. Bunları etsinlər, o zaman təkliflər işləsə, fazilər də enəcək. Əks halda populist fikirlərlə çıxış etmək lazım deyil”.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu da eyni fikirdədir. O, deputation fikrinin heç bir əsası olmadığı qənaətindədir: “Populist çxışdır, iqtisadi əsası yoxdur, ölkədə inflyasiya səviyyəsi yüksəkdirsə, borc faizləri necə aşağı ola bilər? Bu iki göstərici arasında düzmütənasiblik var”.
Çıxış yollarına qaldıqda, mütəxəssis əhalinin gəlir qazanması üçün sərbəst təşəbbüskarlıq hüquqlarının yaradılmalı olduğunu qeyd edib: “Azad sahubkarlıq və təsərrüfatçılıq imkanları yaradılmalıdır. Bazarlarda inhisarçılıq aradan qaldırılmalıdır, giriş baryerləri ləğv edilməlidir. Dövlət rəqabəti dəstəkləməlidir, bank bazarı liberallaşdırılmalıdır. İş yerləri açılmalıdır ki, əhalinin daimi gəlirləri olsun”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın siyasi dəsti-xətti sülh sənədinin imzalanmasına icazə vermir - FAKT BUDUR!
Bu gün, 19:00 |
|
|
|
• Separatçını ”əsir” gözündə görən 52 avropalı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 18:58 |
|
|
|
• "ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" - deputatdan REAKSİYA
Bu gün, 18:14 |
|
|
|
• “Rufo Gəncinski” Rusiyaya qayıtdı – Azərbaycanlı “qanuni oğru”lar arasında YENİ MÜHARİBƏ
Bu gün, 18:12 |
|
|
|
• Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib - FOTO
Bu gün, 18:10 |
|
|
|
• İranın keçmiş nazirinin BAŞI QAÇIB -“Azərbaycanın qaz kəmərini raketlə vuraq”
Bu gün, 18:08 |
|
|
|
• Paşinyan indi "Tehranın dili" ilə danışır - İNCƏLƏMƏ
Bu gün, 18:07 |
|
|
|
• Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək - Ermənistan DİN
Bu gün, 17:51 |
|
|
|
• ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar - “Axios”
Bu gün, 17:49 |
|
|
|
• London-Ankara münasibətlərində nələr yaşanır? - GƏLİŞMƏ
Bu gün, 17:48 |
|
|
|
• Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq – İqtisadçıdan maraqlı açıqlama
Bu gün, 17:42 |
|
|
|
• Mesaj Ermənistandan gəldi - Növbədə Zəngəzurdur
Bu gün, 17:41 |
|
|
|
• İran təkzib etdi: - Şahmərd edam edilməyib!
Bu gün, 17:39 |
|
|
|
• SOCAR-da yeni təyinat - ƏMR
Bu gün, 17:37 |
|
|
|
• "Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." - deputat
Bu gün, 17:34 |
|
|
|
• Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir - Lavrov
Bu gün, 17:26 |
|
|
|
• Əliyevin təklif etdiyi format daha səmərəlidir - Erməni nazir
Bu gün, 17:23 |
|
|
|
• İsrafil Məmmədov yeni vəzifəyə seçildi - FOTO
Bu gün, 17:21 |
|
|
|
• Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb - VİDEO
Bu gün, 17:18 |
|
|
|
• Flora Kərimovanın səhhəti pisləşdi
Bu gün, 17:14 |
|
|
|
• Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar
Bu gün, 17:12 |
|
|
|
• "Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə Azərbaycana təşəkkür etməlidir"
Bu gün, 17:09 |
|
|
|
• "Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir - FOTO
Bu gün, 17:01 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 16:58 |
|
|
|
• Vüqarı 125 min manat ziyana salan evin aqibəti necə oldu?
Bu gün, 16:45 |
|
|
|
• “Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
Bu gün, 16:40 |
|
|
|
• Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə HÖKM OXUNUB
Bu gün, 16:36 |
|
|
|
• Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib
Bu gün, 16:30 |
|
|
|
• "Təəssüf ki, mənim qohumlarımın çoxu..." - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Salyanda FACİƏ: Körpə bala özünü yelləncəyin ipindən asdı... - AXI NİYƏ?..
Bu gün, 16:23 |
|
|
|
• Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir - KİV
Bu gün, 16:22 |
|
|
|
• Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” - “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Bu gün, 16:19 |
|
|
|
• Unun qiyməti kəskin bahalaşdı - QİYMƏTLƏR
Bu gün, 16:14 |
|
|
|
• Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir - AÇIQLAMA
Bu gün, 16:11 |
|
|
|
• ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə - Səbəblər, qara əl, xəstə azlığı...
Bu gün, 16:06 |
|
|
|
• “Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 16:03 |
|
|
|
• “Sandu Moldovanın prezidenti seçilməyib” - Kreml
Bu gün, 15:57 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib - QƏRAR
Bu gün, 15:55 |
|
|
|
• Gəncədə yolların təmirinə 10 milyon ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 15:52 |
|
|
|
• Azərbaycanda bəzi uşaq evlərində nöqsanlar aşkarlanıb, 41 nəfər cəzalandırılıb
Bu gün, 15:49 |
|
|
|
• Etibarnamə ilə bağlı yeni qayda: - Bu məsələ çoxdan gündəmdə idi
Bu gün, 15:47 |
|
|
|
• “Tramp həm ABŞ üçün, həm də bütün dünya üçün ciddi təhdiddir” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:45 |
|
|
|
• Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı - DETALLAR
Bu gün, 15:42 |
|
|
|
• Son 10 ildə BP-də işləyən azərbaycanlıların sayı 464 nəfər azalıb - SİYAHI
Bu gün, 15:38 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra ilk dərs gününün vaxtı açıqlanıb
Bu gün, 15:36 |
|
|
|
• Gürcüstanda müxalifət liderləri prokurorluğa çağırılır
Bu gün, 15:13 |
|
|
|
• Kələntərov həbsdə qaldı - GƏLİŞMƏ
Bu gün, 15:11 |
|
|
|
• “Padişah xalı” görün müştəriləri necə aldadır - AXI NİYƏ?..
Bu gün, 15:05 |
|
|
|
• Bakı və Ankaranın dostu təhlükədə: - Hədəfdə odur, çevriliş planlanır
Bu gün, 15:01 |
|
|
|
• “Ərim sağdır, mənə zəng etmişdi” - İki il öncə öldürülən Anarın xanımı
Bu gün, 15:00 |
|
|
|
|