İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır .....                     Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi .....                     "Atamın bir-iki əşyası var, o evimizdədir" .....                     Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər .....                     Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür .....                     Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu .....                     Agentlik 3 milyona bina icarəyə götürdü .....                     Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır .....                     Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi .....                     Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? .....                     "Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" .....                     "O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" .....                     Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? .....                     İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: .....                     Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... .....                     Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər .....                     Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir .....                     Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur .....                     Prezidentin rütbədən məhrum etdiyi .....                     Ermənistanın KTMT qərarı: .....                     Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? .....                     Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib .....                     Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb .....                     “Qonşuları Rusiyadan daha qorxmurlar” .....                     Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: .....                     Qətər Ermənistana bütün uçuşları ləğv etdi .....                     Bakıdakı bu tarixi abidə bərpa olunacaq .....                     “Bank of Baku”da yeni TƏYİNAT .....                     Bakı həbsxanasında .....                     Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər .....                     "Hər an hərəkətə keçməyə hazır olan qüvvələr .....                     İrəvan Moskvadan hər fürsətdəcə .....                     Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər .....                     "Ona görə ki, o, çox yaşamağa layiqdir..," .....                     İran əgər uğura nail olmaq istəyirsə... .....                     Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? .....                     Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” .....                     Elə bil camaata QƏNİM KƏSİLİB... .....                     Prezident general-mayoru rütbəsindən məhrum edib .....                     “Neftçi” 2 milyona Fatih Terimi gətirir? .....                 

"Azərbaycanlılar təcili Xocalı, Xankəndi, Xocavənd, Ağdərəyə köçürülməlidir" - Partiya sədri
Tarix: 4-02-2021, 08:53 | Çap et
"Azərbaycanlılar təcili Xocalı, Xankəndi, Xocavənd, Ağdərəyə köçürülməlidir"
“Xocalı, Xankəndi, Xocavənd və Ağdərəyə geri dönüşün əsas yolu oranın demoqrafik strukturunu Azərbaycanın lehinə dəyişməkdir”. Bu sözləri türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib. O bildirib ki, bu addım həm də erməni təxribatlarının qarşısını almağa yardımçı olacaq: “Vaxtilə savaş zamanı bölgədən qaçqın və köçkün olaraq çıxarılan azərbaycanlı qardaşlarımızın yeni doğulan nəsillə birlikdə dövlətin dəstəkləyici siyasəti çərçivəsində oraya geri dönməsini tezləşdirmək lazımdır. Bu, ermənilərin hazırda oynadığı bütün oyunlara da son qoyacaq”.

Türkiyəli ekspertin açıqlamasını “Şərq”ə təhlil edən Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik xidmətinin keçmiş əməkdaşı Sülhəddin Əkbər köç məsələsini daim izlədiyi və böyük hörmət bəslədiyi Abdullah Ağardan çox-çox əvvəl gündəmə gətirdiyini deyib. “Ağlın yolu birdir” deyən partiya sədri vurğulayıb ki, vətəndaşlarımızı öz doğma yurd-yuvalarına qaytarmadan həmin bölgədə Azərbaycanın suverenliyini bərpa etmək, hakimiyyət orqanlarının fəaliyyətini həyata keçirmək çox çətin olacaq:

“Keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin inzibati ərazisində yaşamış azərbaycanlıların geri dönüşü BMT-nin Ali Qaçqınlar Komissarlığına həvalə olunub. Rəsmi Bakı vaxt itirmədən Komissarlıqla əlaqə qurmalı, geri dönüşlə bağlı konkret siyasət həyata keçirilməlidir. Əvvəla, bütün ölkə üzrə demoqrafik strategiya işlənib hazırlanmalıdır. Bunun əsasında siyasi planlaşdırma aparılmalı, fəaliyyət proqramı icra olunmalıdır. Fəaliyyət proqramı da tarixi dövrlərə bölünməlidir. O cümlədən illik plan hazırlanmalıdır. Bu, çox böyük strategiyadır. Ancaq reallıq odur ki, konkret hansısa ərazidə dayanıqlı nəticəyə nail olmağın təməlində demoqrafik siyasət durur. Bu gün üzləşdiyimiz Dağlıq Qarabağ və erməni probleminin əsasında 300 ildir Rusiyanın apardığı demoqrafik strategiya dayanır. Hələlik nəzarətimizdə olmayan ərazilərdə azərbaycanlıların məskunlaşma siyasəti həyata keçirilməlidir. Nə vaxt bu reallığı anlasaq, problemin həllini görəcəyik”.

Sülhəddin Əkbərin sözlərinə görə, hazırda əsas qayəmiz soydaşlarımızın doğma yurdlarına qayıdışına nail olmaq, Qarabağın dağlıq hissəsində Azərbaycanın suverenliyini bərpa etməkdir:

“Bölgədə yaşayan, qeydiyyatda olan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, onların təhlükəsizliyi, demokratik haqları, milli-mədəni hüquqları qorunacaq. Qarabağda yaşayan ermənilərə təklifimiz bundan ibarət olmalıdır. Düzgün demoqrafik siyasəti həyata keçirsək, şübhə etmirəm ki, bizi narahat edən məqamlar öz-özlüyündən ortadan qalxacaq. Qarabağ türk torpağıdır. Uzunmüddətli perspektivdə də türklərə məxsus olacaq. Ona görə orada azərbaycanlılar üstünlük təşkil etməlidir”.

Partiya rəhbərinin qənaətincə, köç prosesinin yubanmasının obyektiv və subyektiv səbəbləri var:

“Nəzərə alaq ki, birbaşa nəzarətimizdə olan, işğaldan azad edilmiş ərazilərə belə yurddaşlarımızı köçürməmişik. İlk növbədə torpaqlarımızda təhlükəsizlik məsələsi təmin olunmalıdır. Həmin ərazilərin Azərbaycan Ordusunun, təhlükəsizlik qüvvələrinin nəzarətində olduğu tam müəyyənləşməlidir. Digər tərəfdən bölgə minalardan təmizlənməli, infrastruktur işləri həyata keçirilməli, qaz, su, işıq xətləri çəkilməli, digər zəruri xidmətlər yaradılmalıdır. Əlbəttə, bu işlərə başlamazdan öncə dəymiş ziyanın qiymətləndirilməsi prosesi başa çatdırılmalıdır. Qiymətləndirmə bitməmiş quruculuq işlərinə start verilsə, ərazilərimizin erməni işğalı zamanı hansı vəziyyətdə olduğunu sübut etmək çətin olar. Quruculuq başa çatdıqdan sonra əhalinin köçürülməsinə başlamaq mümkündür. Bu da kifayət qədər vaxt aparan prosesdir. Üstəgəl, Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsində subyektiv amillər də var. Bölgənin və sülhməramlıların statusu hələlik qeyri-müəyyən olaraq qalmaqdadır. Eyni zamanda erməni silahlı qüvvələri tamamilə tərksilah olunmayıblar. Bölgəyə azərbaycanlıların geri qayıtması üçün heç bir təhlükəsizlik tədbiri görülməyib. Yubanmanın səbəbləri bunlardır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İpə-sapa yatmayan Elşad Həsənovun işçiləri vergidən yayınır - BU DA FAKT...
Bu gün, 00:41
Ramiz Mehdiyevin qızı nazirliyi məhkəməyə verdi - BUNA GÖRƏ
Bu gün, 00:36
"Atamın bir-iki əşyası var, o evimizdədir"
Bu gün, 00:34
Heykəl qovğası: hərənin öz təsəvvüründəki Ələsgər - AXI NİYƏ?..
Bu gün, 00:28
Suqovuşanın erməni işğalından azad edilməsindən dörd il ötür
Bu gün, 00:23
Məktəblərdə təmir işləri ilə bağlı tender uduldu - 4,2 MİLYON MANAT
Bu gün, 00:05
Agentlik 3 milyona bina icarəyə götürdü - TENDER NƏTİCƏSİ
Bu gün, 00:02
Müəllimlərə bahalı hədiyyə almaq ənənəsi yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:10
Ermənistan Azərbaycanın mülkiyyətini Rusiyaya necə verdi - ŞOK DETALLAR
Dünən, 19:02
Azərbaycanda alimentin minimum məbləği 350 manata qaldırılır? - AÇIQLAMA
Dünən, 18:56
"Zelenski və Netanyahu geri çəkilsə, siyasi fəlakətlə üzləşəcəklərindən qorxurlar" - "The Guardian"
Dünən, 18:17
"O, bir çox məsələlərin həllində son qərarı verə bilmir" - keçmiş səfir
Dünən, 18:14
Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? - Milli Məclisin yeni heyəti üçün EV TAPŞIRIĞI...
Dünən, 18:11
İranın hiyləsi "Dəmir Günbəz"i çaşdırıb: - Gecəki hücumun DETALLARI
Dünən, 18:01
Ermənistan bunlara görə CAVAB VERMƏLİDİR... - cavab vermək ZORUNDADIR...
Dünən, 17:59
Azərbaycanlılar və gürcülər hər gün yollarda 40, ermənilər isə 30 dəqiqə itirirlər - SİYAHI
Dünən, 17:53
Ata və oğulun rəhbərlik etdiyi Azbelt şirkəti cərimələnir - SƏBƏB
Dünən, 17:51
Ermənistanın Azərbaycan ərazilərinə iddiası yoxdur - Alen Simonyan da Paşinyanın dediklərini təkrarlayır
Dünən, 17:50
Prezidentin rütbədən məhrum etdiyi Tofiq Həsənov kimdir?
Dünən, 17:35
Ermənistanın KTMT qərarı: - Mirzoyanın Varşavada ikibaşlı çıxışı
Dünən, 17:34
Bir aydır rayonlara yanacağın verilməsi niyə dayandırılıb? - NARAZILIQ VAR...
Dünən, 17:29
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO
Dünən, 17:25
Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO
Dünən, 17:24
“Qonşuları Rusiyadan daha qorxmurlar” - The Hill
Dünən, 17:20
Aparıcı Zaurun adı talassemiyalı xəstlərin işində hallandı: - “Pul yığılarkən...”
Dünən, 17:19
Qətər Ermənistana bütün uçuşları ləğv etdi - AÇIQLAMA
Dünən, 17:18
Bakıdakı bu tarixi abidə bərpa olunacaq - 700 min manatlıq restavrasiyaya başlanılır
Dünən, 17:15
“Bank of Baku”da yeni TƏYİNAT - DOSYE
Dünən, 17:11
Bakı həbsxanasında ÖLÜM
Dünən, 17:05
Nazim Quliyev yenidən 10 ilə kimi məhkum edilə bilər - TƏFƏRRÜAT
Dünən, 17:04
"Hər an hərəkətə keçməyə hazır olan qüvvələr Azərbaycanı qaralamaqda davam edirlər"
Dünən, 17:02
İrəvan Moskvadan hər fürsətdəcə QAÇIR
Dünən, 17:01
Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər - Paşinyan
Dünən, 16:58
"Ona görə ki, o, çox yaşamağa layiqdir..,"
Dünən, 16:47
İran əgər uğura nail olmaq istəyirsə... - İNCƏLƏMƏ
Dünən, 16:42
Bu il Zəfər Günü münasibətilə Xankəndində parad keçiriləcək? - AÇIQLAMA
Dünən, 16:38
Zəngəzur dəhlizi: “Bəşəriyyət üçün...” - GƏLİŞMƏ
Dünən, 16:36
Elə bil camaata QƏNİM KƏSİLİB... - İlk üçlükdədir...
Dünən, 16:34
Prezident general-mayoru rütbəsindən məhrum edib - SƏRƏNCAM
Dünən, 16:31
“Neftçi” 2 milyona Fatih Terimi gətirir? - "Onunla danışıqlar..."
Dünən, 16:26
“İsrail dayanmayacaq və İranı müharibəyə sürükləmək üçün daha ağır addımlar atacağı istisna deyil” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:17
Rusiya Azərbaycan ərazisində yeni nümayəndəliklər açmağı planlayır - TASS
Dünən, 16:15
AQTİ 2 milyon manatlıq laborator avadanlıqlar alır
Dünən, 16:09
Ermənistan ABŞ ilə təhlükəsizlik sisteminin modernləşdirilməsinə dair müzakirələr aparıb
Dünən, 16:09
Paşinyanın yeni ampulasını beynəlxalq ekspertlər belə dəyərləndirir - ŞƏRH
Dünən, 16:05
Cinayət əməlləri törətmiş şəxslər cəzalarını çəkməlidirlər - Başqa cür ola da bilməz...
Dünən, 16:02
182 nömrəli məktəbdə nə baş verib? – Şagirdlər təxliyə olundu
Dünən, 15:58
Lavrov ərəb ölkələrinin Moskvadakı səfirləri ilə görüşüb
Dünən, 15:47
Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib - İLGİNC
Dünən, 15:18
"Müflis oldum, atamın maşınını belə satıb borc ödədim" - Ramiz Novruzun qızı
Dünən, 15:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru