Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlər yanvarın 9-dək qəbul ediləcək.
APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.
“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası tərəfindən “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsinə səsvermə gününə ən azı 20 gün qalanadək davam edir.
Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il yanvarın 9-dək olan dövrü əhatə edir.