"Əgər görürlərsə ki, Azərbaycan bayrağı qırışdır, o zaman görüşün yaxud tədbirin keçirilməsindən imtina etsinlər" - deputat
Tarix: 12-12-2020, 08:26 | Çap et
Son illərdə Azərbaycan rəsmilərinin İrana səfərlərində tez-tez bayraq qalmaqalı yaşayırıq. Sonuncu belə hadisə xarici işlər naziri Ceyhun Bayramovun qonşu ölkəyə səfəri zamanı baş verdi. Əvvəlki illərdə bir neçə dəfə şahidi olduğumuz hadisə yenidən təkrarlandı. Nazirimiz iranlı həmkarı ilə görüşü zamanı Azərbaycan bayrağının qırış olduğunu görərək, bayrağın yanında deyil önündə dayanaraq foto çəkdirib. Bu da medianın diqqətindən qaçmayıb.
Hətta belə fikirlər də dolaşır ki, Azərbaycan bayrağı ümumiyyətlə asılmayıb, C.Bayramovun sərt etirazlarından sonra tələm-tələsik qırış bayraq gətirib asıblar. Bütün bunlar da haqlı olaraq, ölkə ictimaiyyətində ciddi narazılıqla qarşılanıb, sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Belə təkliflər var ki, bundan sonra İran səfər edən rəsmilərimiz özləri ilə üçrəngli bayrağımızı da aparsınlar.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bu hadisədən üzüldüyünü söylədi: “Təbii ki, biz həmişə bayrağımızla bağlı qeyri-adekvat yanaşmanı görəndə, bayrağımızın yanlış asıldığının şahidi olanda üzülürük. Çünki bayrağımız bizim atributumuz, simvolumuzdur. Başımızın üzərinə qaldırdığımız, bizi uca edən bayrağımızdır. Həm də birliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin və suverenliyimizin simvoludur. Bizim üçün ən əziz olan, öpüb göz üstümüzə qoyduğumuz üçrəngli o bayraqdır. Onunla bağlı yaşanan belə hadisələr hər bir azərbaycanlını, o cümlədən məni də çox üzür”.
Deputat onu da bildirdi ki, belə məsələlərlə Protokol Şöbəsi məşğul olur: “Hər bir nazir ölkələrə səfər edəndə ölkəsinin bayrağının necə asılmasına nəzarət edə bilmir. Onun komanda üzvləri, eləcə də, həmin ölkədə səfirlik, protokolla məşğul olan katiblik nümayəndələri var. Onlar belə məsələlərdə çox diqqətli olmalıdırlar. Düşünmürəm ki, burada birbaşa nazir günahkardır. İstənilən halda bu məsələdə ciddi nəzarət edilməlidir. Bu cür yanlışlığa yol verənlər hansı tərəfdən olursa olsun cəzalandırılmalıdır. Qarşı tərəfə etiraz bildirilməlidir. Belə xoşagəlməyən halın bir daha yaşanmaması üçün diqqət, qayğı göstərilməlidir. Onu da deyim ki, burada hər bir məsələnin İranın üzərinə atılması yanlışlıq olar. Dediyim kimi belə məsələlərlə Protokol Şöbəsi məşğul olur. Əgər görürlərsə ki, Azərbaycan bayrağı qırışdır, o zaman görüşün yaxud tədbirin keçirilməsindən imtina etsinlər, başqa bayraq tələb etsinlər. Bütün bunlara axı həm də Azərbaycan tərəfi baxır. Bayraq qəsdən elə asılıbsa, yaxud yanlış asılıbsa, ona hökmən etiraz etmək lazımdır. Açığı düşünmürəm ki, rəsmi Tehran açıq şəkildə bunu etsin. Edirsə də, bəs bizimkilərin gözü hara baxır? Ortada bu məsələ də var. Tehranın bunu qəsdən etdiyini düşünüb, onun üzərinə getmək bəzən yanlışlıqlara yol aça bilər. Cənub qonşumuz deyə bilər ki, biz yanlışlıq etdiksə, siz bunu düzəldərdiniz, bayrağınızı düzgün asardınız və s. Mən ütüsüz bayraq gətirdim, sən ütülü gətirərdin. İrandakı səfirliyimizdə məgər Azərbaycan bayrağı yoxdur? Açığı öz məsuliyyətimizi başqalarının üzərinə atmağı doğru hesab etmirəm. İstənilən halda İran tərəfi müəyyən açıqlamalar verəcək, məsələyə aydınlıq gətirməyə çalışacaq. Belə bir sual meydana çıxa bilər ki, mənim asdığım bayraqdan xoşun gəlmirsə, o zaman ütülü, səliqəli bayrağını özün niyə gətirməmisən? Bu baxımdan hesab edirəm ki, Protokol Şöbəsinin işçiləri, səfirliyin əməkdaşları daha çox bu məsələlərə diqqət yetirməli idilər. Görüş başlayır, canlı yayım gedir, belə bir vəziyyətdə xarici işlər nazirinin hansı doğru addımı ata bilməsini deyə bilmərəm. İstənilən halda mənə elə gəlir ki, Azərbaycan bayrağına hörmətsizlik varsa, problem yaşanırsa, demək, bunu mütləq şəkildə nəzərə almaq lazımdır. Tədbir ləğv olunsa, gecikdirilsə belə mütləq lazımı addımları atmaq lazımdır”.
Politoloq Elçin Mirzəbəyli: “Allah Mirzə Ələkbər Sabirə rəhmət eləsin, zamanında çox gözəl yazıb: “Ağladıqca kişi qeyrətsiz olur. Necə ki, ağladı İran oldu”. Bu iki misranın dövlət bayrağımıza münasibətlə bağlı konkret hadisələrə aidiyyəti olmasa da, İranın siyasi hakimiyyətinin daxilindəki bəzi ultramillətçi, panfarsist, panariist dairələrin mahiyyətini əks etdirir. Belələri üzdə qətlə yetirilən günahsız müsəlmanlar üçün göz yaşları tökdüklərini nümayiş etdirir, arxada isə ultraradikal millətçi təfəkkürlə elə həmin müsəlmanları qətlə yetirənlərə, soyqırımına məruz qoyanlara dəstək verirlər. Bu adamların təfəkkürü hələ də Firdovsinin şeirlərindəki əfsanə və nağıllardan sıyrılıb çıxa bilməyib və bu səbəbdən də, hələ də 1 qəpik dəyəri və heç bir perspektivi olmayan paniranizm geosiyasi konsepsiyasının arxasınca sürünməyə davam edirlər. İran İslam Respublikasında keçirilən müxtəlif səviyyəli görüşlərdə Azərbaycan bayrağına olan münasibət, çox güman ki, bu ölkənin müxtəlif dövlət strukturlarındakı paniranistlərin xəbis, cılız, miskin xislətindən qaynaqlanır. Bu məsələdə, Azərbaycan diplomatlarının da müəyyən qədər məsuliyyət daşıdığını düşünürəm. İranda bilmirəm, amma bütün sivil dövlətlərdə belə məsələlərlə protokola cavabdeh olan qurumlar, yaxud şəxslər məşğul olurlar. Nəzərə alsaq ki, Azərbaycan bayrağı ilə bağlı təxribata və sayğısızlığa yol verilməsi faktı ilk dəfə deyil ki, baş verir, o zaman Tehrandakı səfirliyimiz bu məsələ ilə bağlı daim həssaslıq nümayiş etdirməli, ən azı belə görüşlərdən öncə vəziyyəti dəyərləndirməli və çevik reaksiya verməlidir. Hesab edirəm ki, Azərbaycan diplomatları, yüksək vəzifəli məmurları İranda keçirilən görüşlərə Azərbaycan bayrağı və fars dilində onun necə asılmasını anladan, nümayiş etdirən materiallar aparmalı və təqdim etməlidirlər. Adətən Azərbaycan bayrağının yaşıl zolağının yuxarıda olmasını dini amillərlə əlaqələndirirlər. Bu da təbii ki, absurd və gülünc yanaşmadır. Bayrağın əzik bir şəkildə asılması isə sayğısızlıq kimi də qəbul edilə bilər. Ola bilsin ki, bəziləri bunu qəsdən etmirlər, səviyyələri, dünyagörüşləri bu qədərdir. Yəni belə hallarda hər faktla bağlı özünə görə dəyərləndirmə aparmaq lazımdır”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
• Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02 |
|
|
|
• Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58 |
|
|
|
• “Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49 |
|
|
|
• "Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46 |
|
|
|
|