Bayden Putini “qızıl nimçədə” Trampa verdi .....                     Qərbin radikal anti-Azərbaycan bəyanatlarının .....                     "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" .....                     Şimali Kipri tanıya bilərik? .....                     FHN-nin idarə rəisi cərimələndi .....                     Azərbaycanda sabiq deputat .....                     Türkiyəli məşhur aktyor: .....                     Səhər açılanda artıq gec olur: .....                     Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır .....                     Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi .....                     “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” .....                     Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur .....                     Sərkisyanın müavini Dekotinini hiddətləndirdi .....                     Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi .....                     Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                 

“Erməninin bircə toxumu da Qarabağda qalmamalıdır” - deputat
Tarix: 16-11-2020, 10:04 | Çap et
“Erməninin bircə toxumu da Qarabağda qalmamalıdır”
8 noyabrda Ali Baş Komandan, Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz, Şuşa biz qayıtmışıq. Əziz Şuşa, Biz səni yenidən dirçəldəcəyik” müjdəsilə illərdir toz basmış ümidlərimiz yenidən dirçəldi, itirilən qürurumuz sinəmizi qabartdı, sevinc göz yaşlarımız yanaqlarımıza hakim kəsildi, bir anda insanlar özlərini küçələrdə sevinc bağırtılarının sədası altında tapdı. Əslində itirilən mənliyimizi tapdıq o bağırtılarda. Amma indi Şuşaya qayıtmaq vaxtıdır.

İlk addım kimi Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərmanına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Şuşa Şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub. Bütün Azərbaycan ərazisində olduğu kimi, “Hərbi vəziyyət haqqında” Qanuna əsasən, Şuşada komendant rejiminin tətbiqinə başlanılıb.

Modern.az-ın “İşğaldan əvvəl və işğaldan sonra...” rubrikasının budəfəki buraxılışı Qarabağın paytaxtı, əsrarəngiz, xarıbülbüllü Şuşaya həsr olunur.

Şişədən Şuşaya...

Şuşa rayonu 1930-cu ildə yaradılmış və 8 may1992-cü ildə ermənilər tərəfindən işğal olunmuşdu.

İşğaldan sonra rayonun 34,747 min nəfər əhalisindən 59,9%-i Bakı şəhəri, 4,7%-i Bərdə rayonu, 3,5%-i Ağcabədi rayonu, 3,1%-i Abşeron rayonu, 2,4% Ağdam rayonu və 26,4%-i respublikanın digər 41 şəhər və rayonunun ərazisində məskunlaşıb.

Tarixi mənbələrə əsasən, Qarabağlı Pənah xan Cavanşir 1750-ci ildə Qarabağın ən səfalı guşəsində üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənah xan Təbriz, Ərdəbil və başqa şəhərlərdən məşhur ustalar gətirdərək, hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Qalanın “İrəvan” və “Gəncə” adlı iki möhkəm qapısı var idi. Pənah xan Qarabağın Seyidli, Çuxurməhəllə, Köçərli, Saatlı, Merdinli, Qurdlar, Culfalar və başqa kəndlərindən əhalinin bir hissəsini qalaya toplayır. Yerli əhali yeni salınmış şəhəri Pənah хanın şərəfinə “Pənahabad” adlandırır. Şiş uclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə Şuşa adlandırılıb. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar (1757), Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar (1795) onu ala bilməmişdilər. Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qalmışdı.

1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirilib. Lakin bu qərar 1923-cü ildə dəyişdirilərək, Vilayətin mərkəzi Xankəndi seçilib. Ermənilər Azərbaycana qarşı hazırladıqları planları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb, bu qərarın həyata keçirilməsinə nail olublar. 1923-cü ildə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil edilməklə, 170 ililik statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edilib.

Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakertin (Xankəndi) tərkibinə qatılıb. Yalnız N.S.Xruşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra, 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edilib.

Şuşanın ərazisi dağlıqdır (Qarabağ dağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 m.). Keçəldağ aşırımı Şuşa rayonundadır. Burada müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Ərazinin əksər hissəsi qışı quraq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda -4 °C-dən, -1 °C-yə qədər, iyulda isə müsbət 16-19 °C, illik yağıntı 700-800 mm olur. Rayon ərazisindən Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, çimli dağ-çəməndir. Yüksək dağlıq sahədə subalp və alp çəmənlikləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər və kserofit kolluqlar mövcuddur.

Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.
Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb.

Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı. Şəmilin bulağı, əfsanəvi “Cıdır düzü” yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeri idi.
Turşsu istirahət və müalicə zonası kimi tanınırdı. Şuşadan 40 km. aralıda – Laçın yolunun üstündə yerləşir. Sol tərəfdən isə Daşaltı çayı axır. Turşsu şəfalı və müalicəvi vannaları ilə məşhur idi.

Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görüldü. Bütün Azərbaycanda tar, kamança, ud, nağara və s musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki istifadəyə verilmişdi.

Rayonun iqtisadiyyatında heyvandarlıq əsas yer tuturdu. 5 sovxoz vardı. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min ha-dır (1986). Bunun 3,8 min ha-ı şum yeri, 0,1 min ha-ı çoxillik bitkilər, 0,3 min ha-ı biçənəklər, 16,7 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 0,1 ha–dır. 3,4 min ha əkin sahəsinin 41% -ə dənli və dənli – paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə məşğul olunurdu. 5,2 min qara- mal, 15,2 min davar var idi (1986). Quşçuluqla məşğul olunurdu. Şərq musiqi alətləri f-ki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi, kənd təsərrüfatı texnikası təmiri müəssisəsi və s. vardı. Kurort təsərrüfatı inkişaf etmişdi.

Abidələr şəhəri adlandırılan Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdu.

Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məcid, bulaq vardı.

İşğaldan qabaq Şuşada Dövlət Dram Teatrı, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalеrеyası, 4 texnikum, 2 institut filialı, orta və orta ixtisas musiqi məktəbləri, кitabхanalar fəaliyyət göstərirdi.

1992-ci ilin may ayının 8-də Şuşa rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində 195 nəfər şəhid olub, 165 nəfər yaralanıb, 150 nəfər əlil olub, 55 nəfər əsir düşüb və ya girov götürülüb, 552 körpə yetim qalıb, 22 minə yaxın insan məcburi köçkün düşüb, 300 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılıb.

“Şuşa ağsaqqallarının ən böyük arzusu torpaqda ölməkdir”

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Modern.az-a işğaldan sonra hələ ki şəhərə getmədiyini deyib:

“Şuşada yaşayışın bərpa olunması ən ümdə məqsədlərdəndir. Şuşa ziyalılar şəhəri olub. Şuşada texnikumlar, institut filialları, internatlar, sağlamlıq mərkəzləri, sanatoriyalar, “turbaza”lar vardı. Şuşanın özünəməxsus yaşam şəraiti formalaşmışdı. Şuşa 1976-cı ildə ulu öndər tərəfindən beynəlxalq əhəmiyyətli kurort şəhəri elan olunmuşdu. Yay vaxtı dünyanın, eləcə də respublikamızın müxtəlif yerlərindən insanlar Şuşaya istirahətə gəlirdilər. İnsanlar sanatoriyalarda, istirahət mərkəzlərində yaxud kirayə evlərdə qalırdılar. Hər şey öz axarında gedirdi, rəhbərlik tərəfindən verilən tapşırıqlar icra olunurdu. Şuşa möhtəşəm gözəlliyə malik idi. Biz indi çalışmalıyıq ki, Şuşa əvvəlkindən də yaxşı vəziyyətə gətirilsin, daha yaxşı qurulsun. Biz də cənab Prezidentimizin rəhbərliyilə xalqımıza, əhalimizə xidmət edək.

Əhdim elə torpağımıza qayıtmaqdır. Amma mən bilmirəm Şuşaya necə qayıdacağıq. Nə olsa təmir-tikinti, abadlıq işlərilə məşğul olacam. Bütün insanlar necə mən də onlar kimi verilən tapşırıqları canla-başla yerinə yetirəcəyəm. Bütün xalqıma, möhtərəm Prezidentimziə xidmət edəcəyəm.

İşğaldan əvvəl 1992-ci ildə Şuşa əhalisinin sayı 22 min nəfər olun, hazırda 35 minə yaxındır. Onların 65 faizə qədəri Bakıdadır, qalan hissəsi isə respublikamızın 58 rayonundadır. Körpəsindən, böyüyünə qədər şuşalıların hamısı bir nəfər kimi Şuşaya geri dönəmək istəyir. Ağsaqqaların da ən böyük arzusu torpaqda ölməkdir..”.

“Şuşa yenə də Qarbağın paytaxtı kimi tarixə şahidlik edəcək”

Parlamentdə Şuşa rayonunu təmsil edən Elman Məmmədov Modern.az-a deyib ki, işğaldan əvvəlki Şuşa özünün tarixi abidələri, memarlıq cəhətdən məşhur olan binaları, tarixi şəxsiyyətlərin evləri, mülkləri, abidlərilə, incəsənət, mədəniyyət, musiqi beşiyi, sağlamlıq mərkəzi olması ilə inkişaf etmiş gözəl bölgəmiz idi.

“Demək olar ki, bütün Azərbaycanın, Aran-Qarabağ zonasının istirahətə gəldiyi bir məkan idi Şuşamız. Təkcə Azərbaycanın yox, sovet hökumətinin bütün yerlərindən istirahətə gələnlər olurdu. Şuşa dünya miqyasında tanınırdı, respublikanın ən abad, ən çox inkişaf etmiş şəhərləri, rayonu kimi bütündövrlərdə Azərbaycana hər cəhətdən öz töhfəsini vermiş bir bölgə idi.

28 il 6 ay düşmən əlində qalan Şuşa düşmən tərəfindən dağıdılmış, viran qoyulmuş, ən müqəddəs yerləri erməni tərəfindən murdarlanmış, tarixi yerləri sökülüb-dağıdılmış, bərbad bir vəziyyətdədir. Ancaq bu müvəqqəti hal olacaq. Cənab Prezidentimizin də dediyi kimi, qısa müddətdə şuşalılar öz torpaqlarına qayıdacaq və Azərbaycan dövləti Şuşanı əvvəlkindən də yüksək səviyyədə bərpa edəcək. Doğrudur, Şuşada XVIII-XIX əsrlərdə Avropa memarlıq üslubunda tikilmiş evlər bərpa ediləcək, amma tarixin qorunub saxlanması da bizim memarlarımızın ustalığından asılı olacaq. Hər halda hesab edirəm ki, Şuşamız yenə də Azərbaycanın gözəllik təcəssümü kimi bərpa olunacaq, daha gözəl və daha abad olacaq, Qarabağın paytaxtı kimi yenidən tarixə şahidlik edəcək”.

“Şuşalılar məşğul olmağa nəsə tapırdı”

Deputatın sözlərinə görə, şəhərdə bütün sahələr inkişaf etmişdi:

“Şuşa tək şəhərdən ibarət deyil, həm də rayondur. Rayon mərkəzində bütün sahələr inkişaf etmişdi. Texnikumlar, peşə məktəbləri fəaliyyət göstərirdi, Pedoqoji İnstitutun filialı açılmışdı. Həmçinin, musiqi alətləri istehsalı ilə məşğul olan mərkəzlər, çoxsaylı sanatoriyalar, sağlamlıq mərkəzləri açılmışdı, sənaye sahələri, bir sözlə, ütün şəhərin yaşaması üçün lazımiinfrastruktur formalaşmışdı.

Şuşa ətrafı kəndlərdə əhalinin əsas məşğulluğu kənd təsərrüfatı idi, insanlar əkinçiliklə, maldarlıqla məşğul idi. İşsiz adam yox idi, hamı məşğul olmağa vasitə tapırdı”.

“Erməninin bircə toxumu da Qarabağda qalmamalıdır”

E.Məmmədov işğaldan sonra ermənilərlə azərbaycanlıların birgə yaşayışının qəti əleyhinə olduğunu deyib:

“Hər kəsə öz doğma kəndi-kəsəyi, evi-eşiyi əzizdir. Mən Xocalıma qayıdıb, orada yaşayacağam. Amma biz hələ işğaldan əvvəl də Xocalıda olanda imkan düşən kimi Şuşaya qalxıb, təmiz hava alıb, buz kimi sudan içərdik, bir az istirahət edib qayıdardıq. İnşallah, Şuşaya yenə də dincəlmək üçün gedəcəyik. Şuşada şuşalılarımız yaşayacaq, kim arzu etsə köçüb yaşayacaq, mən də Xocalımda yaşayacam. İşğaldan əvvəl Xocalı şəhərində erməni olmayıb, işğaldan azad edildikdən sonra da olmayacaq. Biz ermənilərlə işğaldan əvvəl də bir yaşamamışıq, işğaldan sonra da yaşamayacağıq. Xocalının özündə və kəndlərində ermənilər yox idi. Xocalı şəhərdi, Əsgəran qəsəbədir, bir də kəndlər var. Bəzi kəndlərdə ermənlər yaşayırdı. Abır-həyaları olsa, onsuz da qaçıb gediblər, bir də qayıtmazlar. Mən düzünü deyirəm, bu fikirlərim də tam bir vətəndaş, siyasətdən, diplomatiyadan uzaqdır, subyektiv fikrimdir. Bir xocalılı, soyqırımına məruz qalan şəxs kimi bir nəfər də olsun erməninin Qarabağda, Azərbaycanda yaşamasını istəmirəm. Dövlət siyasəti var, dövlət başçımız var, beynəlxalq qayda-qanunlar var, bütün bunlar rəhbərlik səviyyəsində həll olunur, mənim kimi tək-tək şəxslərin istəyindən asılı deyil. Amma mənim fikrimi bilmək istəyirsinizsə, ermənilərin qalıb Qarabağda yaşamasının qəti əleyhinəyəm. Çünki mən onların murdarlıqlarını bilirəm, onların ki, bir toxumu, bir nümayəndəsi qaldı, onlar yenidən möhkəmlənib, əllərinə fürsət düşən kimi, Xocalıdan da dəhşətli müsibətlər törədəcəklər. Çünki onlar ermənidirlər”.

“Şuşa” qalasındakı yazının təşəbbüskarı : “Şuşaya mən getməsəm kim gedəcək?”

Şuşalı ziyalı, işğaldan əvvəl şəhərdə məsul vəzifələrdə çalışmış, şəhərin girişində, qala divarlarında “Şuşa” sözünün yazılışının təşəbbüskarı Vaqif Hüseynov 28 illik həsrətin sona çatmasının sevincini yaşadığını deyir.

Məlumat üçün bildirək ki, V. Hüseynov 1944-cü ilin fevral ayının 28-də Şuşa şəhərində anadan olub. Orta məktəbi bitirdikən sonra Bakıda Politexnik İnstitutuna daxil olub. 1967-ci ildə təyinatla indiki Goranboy rayonunda işləməyə başlayıb. Sonra Sovet ordusunda xidmət edib. Ordudan dönəndən sonra Ağdam və Şuşa şəhərlərində müxtəlif təsərrüfat rəhbəri vəzifələrində çalışıb. 1976-cı ildən isə bütün həyatını doğulduğu şəhərə bağlayıb. Təkcə rəqəmlərin diliylə ifadə etsək, 11 il Şuşa şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri olub. 1987-ci ildə partiya işinə irəli çəkilib. 1990-93-cü illərdə yenidən şəhərin rəhbərliyi ona tapşırılıb. 1993-cü ildən isə rayon icra hakimiyyətində icra başçısının Şuşa şəhəri üzrə nümayəndəsi təyin olunub

“1988-ci ilin fevralında Xankəndində ermənilərin “miatsum” sonra “öz müqəddəratını təyin etmə” hərəkatına başladıqları gündən Şuşada həyat öz axarı ilə davam edir, şəhər əhalisinin çox az hissəsini təşkil edən ermənilərlə heç bir problemimiz yox idi. Şuşadakı azərbaycanlıların ermənicə öyrənməyə maraqları olmadıqları halda ermənilər azərbaycanca səlist danışır,heç elə bil bunlar erməni deyildilər, yəni o qədər qaynayıb qarışmışdıq. Şəhərdə həyat öz axarında, hərə öz iş-gücündə idi.

1987-ci ilin iyun ayınadək Şuşa şəhər XDS İK sədri, sonra rayon Partiya Komitəsində məsul vəzifədə çalışırdım. Buna qədər Şuşa XDS İK sədri işlədiyim 10 il ərzində şəhər həyatının ahəngdar işinin təşkili, mənzil-kommunal xidmətinin, su, qaz, istilik təchizatının lazımi səviyyədə olması, kurort şəhərinə müalicəyə, dincəlməyə gələn qonaqların şəhərin tarixi, çoxsaylı memarlıq, təbiət abidələri ilə tanışlığı üçün lazımi şəraitin yaradılması,eləcə də şəhərin tikinti və abadlaşdırılmasında öz vəzifə borcumu layiqincə yerinə yetirməyə çalışırdım.

Hadisələr başlayan vaxt mən rayon Partiya Komitəsində işləyirdim. Ermənilərin bu mənfur hərəkatının qarşısını vaxtında almaq üçün çox işlər görmüşəm. Ən əssası o idi ki, bu məsələni həlli yolunu, hadisələrinilk vaxtlarında Dağlıq Qarabağın Vilayət statusunu təqvimdə gördüm və bu barədə 1988-ci ilin iyun ayında o vaxtkı Şuşa rayon Partiya Komitəsinin I katibi Niyaz Hacıyev Azərbaycan SSRİ Ali Sovetinin 7-ci sessisyasına təklifimi layihə şəklində göndərmişdim. Sonralar məlum oldu ki, Mixail Qorboçov bu məsələdən vaxtından əvvəl xəbər tutmuş, Azərbaycan KP MK-nin I katibi Əbdürrəhman Vəzirova DQMV-nin ləğvinin qarşısını almaq üçün sərt göstəriş vermişdi. Nəhayət, Vəzirov da öz növbəsində kreslosunu itirməkdən qorxaraq, MK Bürosunda məsələnin sessiyaya çıxarılmasının qarşısını alaraq, problemin qansız-qadasız həll olunması fürsətini əldən verdi. Əgər 1988-ci ildə hərəkat başlayan vaxt biz Dağlıq Qarabağın statusunu ləğv etsəydik, burada haram erməni milləti qalası deyildi. Nə isə... Mən 1991-ci ilin 23 sentyabrında Jeleznadsk şəhərində Rusiya prezindenti Boris Yetsinlə görüşdə nümayəndə heyətinin tərkibində təmsil olunmuşam”.

Müsahibimiz deyir ki, Şuşada Əhali əsasən şəhərdə fəaliyyət göstərən yüngül sənaye, tədris müəssisələrində, çoxsaylı mədəniyyət obyektlərində, muzeylərdə, radiozavodun filialında, səhiyyə, nəqliyyat, tikinti-təmir təşkilatlarında, sanatoriya, kurort, ticarət, iaşə xidməti sahələrində, dövlət qulluğu təşkilatlarında çalışırdılar:

“28 ildir ki, Şuşaya qayıtmaq həsrətilə yaşayıram, artıq yaşım ötüb. Möhtərəm Prezidentimizə, yenilməz sərkərdəmiz İlham Əliyev nəninki biz şuşalılara, işğal olunmuş 20 faiz torpaqlarımızda köklü yaşamış hər birimizə, eləcə də Şuşanı görmək arzusunda olan hər kəsə elə bir hədiyyə edib ki, onun qiyməti yoxdur. Bu qeyrətimizin təhqirolunmazlığını öz gücü və qabiliyyətilə sübut etmək, ermənini məhvə məhkum etmək, Azərbaycan xalqının adını dünya birliyinə məğrur, mübariz, həm də tolerant millət kimi tanıtmaq deməkdir. Şuşaya mən getməsəm kim gedəcək?”.

“Şuşanı tez-bazar tikmək olmaz”

V.Hüseynov Şuşadan bütün erməni izlərinin silinməli olduğunun vacibliyini diqqətə çatdırıb:

“İşğaldan sonra ilk növbədə istərdim ki, Şuşada erməni izi silinsin.Yəni onların özününküləşdirdiyi tarixi abidələrimiz bərpa olunaraq əvvəlki vəziyyətinə qaytarılsın. Şəhərin yeni Baş Planı işlənilib hazırlansın və bu plana ciddi əməl edilsin. Keçmişdə Şuşada şəhərin tarixinə xələl gətirən yöndəmsiz tikililər sökülməlidir. Yerində fərdi layihəyə hazırlanmalı, Dövlət Tikinti Komitəsi və Memarlıq İttifaqı ilə razılaşdırıldıqdan sonra tikintiyə başlanılmalıdır.
Şuşanı tez-bazar tikmək olmaz, yüz ölçüb, bir biçmək lazımdır, “ay mən pulluyam nə istəsəm edərəm” olmaz.

İnfrastruktur tam formalaşdıqdan sonra hər bir şuşalı geri dönəcək. Mənim də Şuşayla bağlı əhdim budur ki, ilk növbədə valideyinlərimin, yaxınlarımın qəbrini ziyarət edim.Yaşımın keçməyinə baxmayaraq əmək qabiliyyətimi qoruyub saxlamışam. Hansı işə yararlı bilsələr canla-başla xidmət edərəm”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58
FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33
Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08
Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06
Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57
Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50
“Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39
Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35
Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26
Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14
Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru