“Bu təqdirəlayiq mövqeyə görə təşəkkür etmək olar” - Qulamhüseyn Əlibəyli
Tarix: 11-11-2020, 08:26 | Çap et
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 45 günlük Vətən müharibəsinin sonunda noyabrın 10-da gecə saatlarında xalqımıza etdiyi qələbə müraciətində öz siyasi rəqiblərini də unutmadı. Dövlət başçısı bu günlər ərzində hakimiyyətin yanında dayanan, milli həmrəylik nümayiş etdirən ölkə müxalifətinin bu mövqeyinin vacibliyindən söz açdı, pozitiv yöndə danışdı, rəqib düşərgəyə birlik mesajları da göndərdi.
İ.Əliyevin qələbə nitqinin bu hissəsini təqdim edirik: “Mən bu gün bir şeyə də fikir verdim. Hətta fərqli siyasi baxışlara malik insanlar, bizim işimizə tənqidi yanaşan insanlar, hətta bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə hesab edirəm ki, yüksək şüur nümunəsi göstərdilər. Mən həmişə deyirdim ki, siyasi müstəvidə fərqli baxışlar var, olmalıdır, bu, normaldır. Müxalifət olmalıdır, bu, normaldır. Hər bir demokratik ölkədə olduğu kimi, bizdə də əlbəttə ki, bütün bu azadlıqlar var. Amma bir şey olmamalıdır-dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. ”İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır" fikri ilə yaşamaq olmaz. Mən deyə bilərəm, bu günlər ərzində mən gördüm ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Çünki biz hamımız istəyirik ki, Azərbaycan inkişaf etsin, hamımız istəyirik ki, daha güclü ölkə olsun. Gücümüzü göstərmişik, döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda. Müstəqilliyimizi göstərmişik. İndi gün gələcək müharibə dövründə ictimaiyyətə açıqlana bilinməyən bəzi məqamları yəqin ki, açıqlayacaqlar. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə deyirdilər, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi-yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz. Fəxr edirik, xalqımızla ordumuzla".
AĞ Partiya başqanı Tural Abbaslı iqtidar-müxalifət münasibətlərinin gələcəyindən ümidlidir: “Həqiqətən 45 günlük müharibə dönəmində Azərbaycan siyasi səhnəsi, elitası tam şəkildə vahid mövqedən çıxış etdi. Heç bir halda fərqli mövqe sərgilənmədi. Bir sözlə, vəziyyətdən sui-istifadə cəhdləri olmadı. Müxalifət birmənalı şəkildə Ordunun, iqtidarın və Ali Baş Komandanın yanında olduğunu sərgilədi. Hətta bəzi hallarda razı qalınmayan məqamlar olsa da, bu məsələ qabardılmadı. Vahid mövqedən çıxış edilməsi üçün müxalifət əlindən gələni etdi. Bu nüansın Prezident tərəfindən qeyd edilməsi önəmlidir. Düşünürəm ki, Vətən müharibəsi iqtidarla müxalifətin münasibətlərini yeni mərhələyə çıxardı. Müharibəyə qədər olan münasibətlər sistemi dəyişməli, daha sivil, daha demokratik çərçivələrə yönəlməli, iqtidar və müxalifət əl-ələ getməlidir. İndi bunun necə olacağını zaman göstərəcək. Bu bir çox hallarda münasibətlərin yenidən formalaşması iqtidardan və şəxsən Prezidentdən asılı olacaq. Ümid edirəm ki, yeni dönəm başlayacaq. Bu dönəmin daha gözəl, daha pozitiv olacağına inamım yüksəkdir. Nəhayət ki, Azərbaycan normal siyasi münasibətlər sisteminə qədəm qoyacaq. Düşmənçilikdən rəqabətə keçid dönəmi başlayacaq. Dövlət idarəçiliyində nəhayət müxalifət də protokola qəbul olunacaq”.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Prezidentin dediklərini son bir ildə başlayan proseslərin davamı kimi qəbul edir: “Hesab edirəm ki, son bir il ərzində Prezident Administrasiyasında dəyişikliklər baş verəndən, siyasi partiyalarla əlaqələr şöbəsi yaradılandan sonra Ədalət Vəliyevin təşəbbüsü ilə doğrudan da siyasi partiyalarla isti münasibətlər formalaşmağa başladı. Dövlət siyasi partiyalarla əməkdaşlıq etmək niyyətində olduğunu bəyan etdi və siyasi partiyaların da böyük hissəsi bunu qəbul etdi. İndi formalaşan milli həmrəyliyin əsası əslində o vaxtdan qoyulmuşdu. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə iqtidar-müxalifət söhbəti olmadığı kimi bundan sonra ölkəmizin gələcəyi ilə əlaqədar məsələlərdə nə qədər ki, bu problem həll olunmayıb, milli məsələlərdə bir dəyişiklik olmayacaq. Bundan sonra da siyasi partiyalar Prezidentin torpaqlarımızın işğaldan azad edilməsi planını dəstəkləyəcək. Məsələlərə bu yöndə yanaşmaq lazımdır. Əgər siyasi partiyalar Prezidenti, Ali Baş Komandanı bu məsələlərdə dəstəkləyirsə, onlara yönəlik bu cür münasibət sərgilənməsini təbii hesab edirəm. Bəli, İlham Əliyev cənabları çox düzgün vurğuladı, siyasi partiyaların mövqeyini çox düzgün qiymətləndirdi. Bu təqdirəlayiq mövqeyə görə təşəkkür etmək olar. Gələcəkdə azad edilmiş ərazilərimizin bərpası işləri başa çatandan, o cümlədən siyasi islahatlar prosesi sürətlə davam edəndən sonra münasibətlər daha da yaxşılaşacaq. Gələcəkdə cəmiyyətdə qarışıqlı anlaşma, bir-birinin mövqeyinə hörmətlə yanaşma münasibətləri formalaşacaq. Buna çox ümid edirəm. Bunun da Azərbaycan dövlətinin inkişafı üçün çox mühüm əhəmiyyəti olacaq”.
VİP sədri Əli Əliyev: “Bu məsələni pozitiv hal kimi qəbul edirəm. Ümumiyyətlə, bu hal Azərbaycan siyasi praktikasının son illəri üçün xarakterik deyil. Bu bir yenilikdir. Ölkə müxalifəti bu proseslərin gedişində yetkinlik nümayiş etdirərək iqtidara, müharibə edən, cavabdehlik daşıyan tərəfə tam dəstək verdi. Ancaq mənə elə gəlir ki. bu dəstək və sayğı qarışıqlı olmalıdır. Məsələn, hesab edirəm ki, gecə imzalanan sənədi partiyalarla, sabahkı iqtidarla müzakirə etmək zərurəti var idi. Düşünürəm ki, Prezidentin ifadə etdiyi fikir Azərbaycan müxalifətinin əlli partiyasının göstərdiyi nümunəyə görə idi. Müxalifətin mövqeyi həm də cəmiyyətin bütövlüyünü ifadə etdi. Prezident bunu qeyd edərək, olan faktın altını cızdı. Sənədlə bağlı ümumi məsləhətləşmələrin aparılmasının ümumi işimizə ancaq xeyri olardı”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10 |
|
|
|
• Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02 |
|
|
|
• "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00 |
|
|
|
• Şimali Kipri tanıya bilərik? - AKTUAL
Bu gün, 13:58 |
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
|