Kartdan-karta ödəniş necə aşkarlanır? .....                     Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                     "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                     Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər .....                     Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: .....                     Ermənistan ordusunda skandal: .....                     Aİ səfiri dezinformasiya yayır .....                     Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi .....                     Avropa İttifaqı: üzüqara Borrel gedir .....                     “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib .....                     FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi .....                     Bir tərfədən Rusiya, digər tərəfdən... .....                     Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ .....                     Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” .....                     Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır .....                     Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb .....                     BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... .....                     Lalə Şövkət siyasətə .....                     "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" .....                     Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında .....                     "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" .....                     Rus ordusu Donetskdə irəliləyib .....                     Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər .....                     Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ .....                     Naxçıvan rəhbərliyinin “B” planı .....                     Zəngəzura nəzarət belə olacaq .....                     Cəlilabadda iki məktəbin bir direktoru var?! .....                     Ermənilər YENİ SAVAŞ tədarükündə... .....                     Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı .....                     Azərbaycanda dörd universitetə akkreditasiya verilib .....                     Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi .....                     Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi .....                     Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... .....                 

"Qərbin başı özünün problemlərinə qarışıb" - Sərdar Cəlaloğlu
Tarix: 10-01-2017, 09:02 | Çap et
"Qərbin başı özünün problemlərinə qarışıb"
Bir neçə il öncəyədək Azərbaycan siyasətinə mühüm ciddi təsiri olan Qərb faktoru son zamanlar demək olar ki, aradan qalxmış, təsirini itirmiş kimi görünür. Müxalifət partiyaları, cəmiyyət 1990-cı illərin sonlarından başlayaraq, 2000-ci illərin axırınadək Qərbdən gələn hər bir bəyanata, açıqlamaya, səfərlərə həssaslıqla yanaşırdı. Demokratiyaya dəstək məsələsində Qərbə böyük ümidlər var idi. Əsasən də ABŞ-dan Azərbaycanda demokratiya ilə bağlı verilən ən adi bir bəyanata Azərbaycanın demokratik qüvvələri ümid işığı olaraq yanaşırdı.

Amerikada keçirilən prezident seçkiləri də böyük həvəslə izlənirdi. Okeanın o tayında fövqəldövlətdə hansı siyasi qüvvənin hakimiyyətə gələcəyi, kimin prezident seçiləcəyinə Azərbaycan müxalifəti o dərəcədə həssaslıqla yanaşırdı ki, sanki Azərbaycanın taleyi həll edilirdi. Bu diqqət ondan qaynaqlanırdı ki, müxalifət, nəhayət, ABŞ-ın, Qərbin Azərbaycanda demokratik proseslərə real ciddi dəstək verəcəyini gözləyirdi, buna ümid edirdi. Son illərdə müxalifətin okeanın o tayına ümidləri sanki yox olub. Belə təəssürat var ki, müxalifətdə və cəmiyyətdə artıq Qərb faktoruna inam, maraq qalmayıb.

Bu mövzuda söhbət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bir vaxtlar Qərb özü Azərbaycan cəmiyyəti, xüsusən müxalifəti ilə ciddi şəkildə maraqlanırdı, buna adekvat olaraq da cəmiyyət, müxalifət Qərblə maraqlanırdı. Son illərdə isə bu yoxdur: “İkincisi, son illərdə Qərbin başı özünün problemlərinə qarışıb. Avropa Birliyindən Böyük Britaniya çıxdı, Avropada ciddi siyasi, iqtisadi, mənəvi böhran var. Bunlar özü də artıq Qərbin əvvəlki funksiyasını-dünyada demokratiyanın avanqardı olmaq funksiyasını daşımasına imkan vermir. Yəni Qərb artıq demokratik dəyərlərə ikinci dərəcəli məsələ kimi baxır. Əvvəllər ABŞ ikinci dərəcəli məsələ kimi baxırdı, indi Avropa da ikinci dərəcəli məsələ kimi baxır.

ABŞ, Qərb Türkiyəyə nə dərəcədə üz çevirirsə, bir o qədər də Azərbaycan cəmiyyəti Qərbə, ABŞ-a üz çevirir. Türkiyə ilə Azərbaycan bir millət - iki dövlətdir. Dövlətimizin birinə, millətimizin bir hissəsinə Qərb düşmənçilik edirsə, digər bir hissəsi kimi biz buna seyrçi qala, Qərbə maraq göstərə, inam bəsləyə bilmərik.

Qərb heç Azərbaycan iqtidarına da əvvəlki kimi maraq göstərmir, Azərbaycan iqtidarı da Qərb faktoruna əvvəlki kimi maraq göstərmir. 2011-ci ildə Qərbin Azərbaycandakı maraqları neft amilinə görə pik həddəydi. Neft hasilatı azalmağa başlayandan sonra Qərb Azərbaycan iqtidarı ilə az maraqlanmağa başladı. Sonra İranla Qərbin münasibətləri normallaşdı və geopolitik olaraq da Azərbaycanın əhəmiyyəti azaldı. Qərbin diqqəti azaldıqca, hakimiyyətin də Qərb amilinə əhəmiyyət verməsi azaldı.

Son zamanlar Rusiyanın Suriyada üstünlük əldə etməsi həm də Qafqazda üstünlük əldə etməsinə dolayısı yolla gətirib çıxarır. Bu amil də Qərb faktorunu bölgədə azaldıb.
Yəni Qərb faktorunun Azərbaycan siyasətində öləziməsinin bir çox səbəbləri var".

ADP sədri vurğuladı ki, Qərb və ABŞ-ın bundan əvvəlki illərdə əldə etdiyi geopolitik üstünlüklər demək olar ki, əldən verilib. Ona görə də müxalifət başa düşür ki, boşuna ümid etməyə dəyməz, Qərb, beynəlxalq birlik qeyd olunan həmin ciddi problemlər, təhlükələr aradan qalxana qədər heç bir ölkədə demokratiyaya açıq və səmimi şəkildə dəstək verməyəcək, vermək imkanında deyil: “Məsələnin ikinci tərəfinə gəldikdə, bizim uzun illər apardığımız siyasət yalnız Qərbin mövqeyi ilə, ümidlərimizi yalnız Qərbə bağlamaqla bağlı deyildi. Bir tərəfdən, ölkədə müxalifət güclü idi, xalq xeyli dərəcədə təşkilatlanmışdı, digər tərəfdən, Qərbin özü də demokratiyaya bu və ya başqa şəkildə dəstək verməyə cəhd edirdi. Bu faktorların hamısı bir yerdə olanda belə təəssürat yaranırdı ki, müxalifətin yeganə ümid yeri Qərbdir. Bizim Qərbin bəyanatlarına, addımlarına illər öncə olduğu kimi, ciddi reaksiya verməməyimiz əlimizi Qərbdən üzməklə bağlı deyil. Səbəb odur ki, artıq müxalifət kifayət qədər zəif düşüb, elə Qərbin də dolayısı ilə iştirakı ilə müxalifət ölkədə sıxışdırılıb siyasi səhnədən az qala çıxarılıb”.

S.Cəlaloğlu dedi ki, müxalifət qüvvələr nisbətini ölçüb-biçir, geopolitik vəziyyətə, beynəlxalq konyukturaya baxır: “Görürük ki, boşuna ümidlənməyə dəyməz, Qərb hətta istəsə belə Azərbaycanda demokratiya qurulsun, indiki şərtlər daxilində ölkədə demokratikləşmə həyata keçirmək mümkün deyil. Əgər Azərbaycan müxalifəti əvvəlki gücünə qayıtmasa, itirdiyi mövqeləri yenidən bərpa eləməsə, indiki şərtlər altında Qərb də, hətta İlham Əliyev də istəsə, Azərbaycanda demokratiya olmayacaq. Demokratiyanı qurmaq üçün subyekt olmalıdır. Subyekt sıradan çıxarılıbsa, proses radikal dini müxalifətlə aparılacaq? Ən qəribəsi budur ki, Qərb demokratik müxalifətin güclənməsi üçün hələ heç bir ciddi addım atmır. Nəticədə Qərb faktoru Azərbaycan siyasətində aradan qalxır”.
\\musavat.com\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08
Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00
Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49
"Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48
Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43
Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40
Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37
Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25
Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12
Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06
Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04
Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58
Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53
Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 09:51
Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... - İTTİHAM VAR...
Bu gün, 09:49
Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45
AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32
Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27
Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17
Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09
Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00
“Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52
Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49
Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44
Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru