Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib .....                     Ermənistana qaz sataq? .....                     Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... .....                     "Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir .....                     Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? .....                     Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu .....                     "Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" .....                     Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ .....                     Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Silah siyasətimiz neft siyasətimizdən önə keçir .....                     Ən çox zərər edən 10 Rusiya şirkəti .....                     “Access Bank” medianı susdurmağa çalışır? .....                     Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu .....                     Döyülən xəstəxana direktoruna cinayət işi açıldı .....                     "Uşaqlarım beton üstündə yatır..." .....                     Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ .....                     Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır .....                     Masaya yalnız bir variant qoydular .....                     “Kəpəz”in ən böyük problemi nədir? .....                     “TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi .....                     Bank of Baku-da .....                     Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub .....                     Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında .....                     Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... .....                     “İkinci NATO” olmayacaq .....                     Paşinyan rəsmən BURCUDUR... .....                     "Hər şeydən əlini üzən müğənni olur" .....                     1 milyon “qanpulu”nu belə “yeyib”lər .....                     Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib .....                     ”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib .....                     "Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" .....                     Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb .....                     ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! .....                     Bakı-Balakən dəmiryol xətti niyə işləmir? .....                     Xalqın və dövlətin TRİBUNASI… .....                     "Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" .....                     İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... .....                     Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... .....                     Bostankeşdən... Dİ GƏL KEÇ... .....                 

Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Tarix: Bu gün, 11:41 | Çap et
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə Pərviz və onun əmisi oğlu Seymur Xudaverdiyevlərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, müttəhimlər Pərviz Xudaverdiyev kriminal çevrələrdə “Amin Mərdəkanski”, “Amin Maştağalı” və “killer Amin” kimi tanınan Amin Xudaverdiyevin qardaşıdır, Seymur isə əmisi oğludur. Prosesdə müttəhim Pərviz Xudaverdiyevə sərbəst ifadə üçün söz verilib. Lakin o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə kifayətlənib. Məhkəmədə sərbəst ifadə verməkdən imtina edib.

Hakim Novruz Kərimov Pərviz Xudaverdiyevin ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Pərviz Xudaverdiyevin qətlə yetirdiyi Cavanşir Abdullayevlə onun qardaşı Amin Xudaverdiyev quda olublar.

Cavanşir Abdullayev 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu, Şağan qəsəbəsində başına və sinəsinə odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qətli Pərviz Xudaverdiyev icra edib. O, qardaşı Aminin qudasını onun övladı Ruhulla Abdullazadənin gözü qarşısında odlu silahdan 3 atəş açmaqla qətlə yetirib. Ruhulla atasının qətlə yetirilməsinə mane olmağa çalışsa da, buna müvəffəq olmayıb. Pərviz Xudaverdiyevin Ruhullanın istiqamətinə açdığı atəşdən yayına bilib. Cavanşir Abdullayevin qətli qohumlar arasında qan düşmənçiliyi yaradıb, aylar sonra Ruhulla Abdullazadə atasının qətlini sifariş verən Amin Mərdəkanskini odlu silahdan açdığı atəşlə qətlə yetirib. Hazırda bu iş üzrə istintaq davam edir.

Pərviz Xudaverdiyevə gəlincə, o, məhkəmədə Cavanşir Abdullayamı qətlə yetirməsinin motivi haqda danışmasa da, bu haqda mətbuatda məlumatlar yayılıb.

Bildirilir ki, Pərviz Xudaverdiyevin qardaşı Amin Xudaverdiyev bir neçə dəfə evli olub. Onun Pribaltikadan olan bir xanımla izdivacından dünyaya gələn qızı ilə Amin Xudaverdiyevin qətlinə görə həbsə alınan Ruhulla Abdullazadənin qardaşı Elməddin Abdullazadə evlidir. Ötən il Amin Xudaverdiyevlə qudası Cavanşir Abdullayev arasında torpaq mübahisəsi olub.

İddialara görə Amin Xudaverdiyev Mərdəkan və ətraf qəsəbələrdə çoxsaylı torpaq sahələrinin zəbt olunaraq digər şəxslərin adına keçirilməsində müstəsna rol alıb. Belə torpaq sahələrindən biri də qudası Cavanşir Abdullayevə məxsus olub. Qudası torpaq sahəsini Amin Xudaverdiyevə vermək istəmədiyindən aralarında kəskin mübahisə olub. İş o yerə çatıb ki, Amin Xudaverdiyev qızını qudasının evindən çıxararaq öz evinə aparıb. Qızının həyat yoldaşı Elməddin Abdullazadəni də həbslə hədələyib. Sonradan Elməddin Abdullazadə odlu silah gəzdirmə ittihamı ilə həbsə alınıb və hazırda həbsdədir. Amin Xudaverdiyevlə Cavanşir Abdullayevin mübahisəsindən bir neçə ay sonra, 2023-cü il noyabrın 1-də, günün günorta çağı sonuncu evinin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Qəddar qətl Cavanşir Abdullayevin Şağan qəsəbəsindəki evinin qarşısında, daim hərəkət olan küçənin ortasında, kameraların “gözü” qarşısında törədilib. Qətli icra edən Cavanşir Abdullayevin qudası Amin Xudaverdiyevin qardaşı Pərviz Xudaverdiyev olub. Sonradan yayılan qətl səhnəsinin videosundan da görünür ki, Cavanşir Abdullayev özünə məxsus həyətin qarşısında avtomaşından düşür. Həmin vaxt əraziyə “Mercedes” markalı maşın gəlir və avtomaşının yanında dayanır. Maşının arxa sağ qapısı açılır və oradan Pərviz Xudaverdiyev düşərək Cavanşir Abdullayevə tərəf qaçır. Ona çatanda ilk olaraq qarın nahiyəsinə atəş açır. Yerə yıxılan Cavanşir Abdullayev özünü itirmir, ayağa qalxır, ona güllə atıb yaralayan Pərviz Xudaverdiyevin üstünə atılır, onun əlindəki silahı almağa çalışır. Pərviz Xudaverdiyev onu geri itələyir və növbəti atəşlə Cavanşir Abdullayevi yerə yıxır. Bu zaman Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə əlində taxta parçası ilə Pərviz Xudaverdiyevin üstünə qaçır. Ona tərəf açılan atəşdən yayınmaq üçün geri atılır. Pərviz Xudaverdiyev Ruhulla Abdullazadənin geri çevrildiyini görüb, yerdə çabalayan onun atası Cavanşir Abdullayevin başına “kantrolnı” atəş açır. Bundan sonra 5 addım aralıda onu gözləyən, arxa sağ qapısı açıq “Mercedes”ə atılır və maşın yüksək sürətlə ərazidən uzaqlaşır. 9 ay əvvəl atasının qəddar qətli 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin gözləri qarşısında baş verib. Qudalar arasındakı mübahisə beləcə qan davasına, qan intiqamına çevrilib. Belə iddialar var ki, Cavanşir Abdullayev qətlə yetirilən gün Pərviz Xudaverdiyevi hadisə yerinə gətirən “Mercedes” markalı maşında sürücü və digər şəxslə yanaşı Amin Xudaverdiyevin özü də olub. Cavanşir Abdullayevin qətlindən sonra Pərviz Xudaverdiyev və onu hadisə yerinə gətirən “Mercedes”in sürücüsü Seymur Xudaverdiyev də həbsə alınıb.

Musavat.com Amin Xudaverdiyevin kriminal keçmişi haqda yazdıqlarını təqdim edir.

Sitat: “Amin Xudaverdiyev 25 il əvvəl bir neçə nəfərlə eyni ərazidə, Xəzər sahilində Oktay adlı idmançını qətlə yetirib. Həmin vaxt Oktayın sifarişlə qətlə yetirilməsi xəbərləri çıxıb. Həmin xəbərlərə görə Oktayın aradan götürülməsi sifarişini Amin Xudaverdiyevə Hacı Zakir verib. Hacı Zakirin belə bir sifarişi verməsində də elə Amin Xudaverdiyevin rolunun olduğu deyilir. İddia olunur ki, o zaman Amin Xudaverdiyev Hacı Zakirə yol polisində çalışan Oktayın cinayətkarlarla əlbir olaraq onun oğlunu oğurlatdırmaq istədiyini bildirib. Həmin söhbət əsnasında Oktayı aradan götürə biləcəklərini deyib. Bundan sonra Xəzərin Mərdəkan qəsəbəsi ərazisindəki sahillərinə çağırılan Oktay Amin Xudaverdiyev və başının dəstəsi tərəfindən başına açılan atəşlə öldürülüb. Qətl törədiləndən sonra Amin Xudaverdiyev cinayəti öz üzərinə götürüb, lakin psixi xəstəliyinə dair əlində sənəd olduğuna görə onu həbsə almayıblar, barəsində məcburi müalicə qərarı veriblər. Sosial şəbəkələrdə Amin Mərdəkanskinin qətli ilə bağlı yazılan şərhlərdə onun Oktayı qətlə yetirilməsinə toxunulur, belə aydın olur ki, Oktay qətlə yetirilərkən ailəli olub, onun 1 övladı varmış. Həmin şərhlərdən birinin mətnini təqdim edirik:

-25 il qabaq dəniz kənarında 29 yaşlı, 1 yaşlı uşağın atasını (Oktayı nəzərdə tutur – E.M) dost saydığı tərəfindən öldürülməsini eşidəndə də biz heyf demişdik.

Hər kəsə öz yaxını əzizdir. Bu şəxs (Amin Xudaverdiyevi nəzərdə tutur – E.M) ən azından 52 il yaşadı. Nəsli davam edir. Amma öldürdüyü oğlan evin tək oğlu, nəslin sevimlisi, dayağı idi.

Amin Mərdəkanskinin kriminal aləmdə ilk addımları barəsində bəzi təfərrüatlar əldə etmişik.

Musavat.com-a daxil olan məlumatda bildirilir ki, Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində dayanıb. Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub.

Mərdəkan və ətraf qəsəbələrdə torpaqların zəbt olunmasında tez-tez Rövşən Lənkəranskinin adını hallandırıb. Elə qətlə yetirildiyi istirahət mərkəzinin yerləşdiyi ərazinin 50 faizinin də Amin Mərdəkanskiyə məxsus olduğu, eyni yolla zəbt edildiyi bildirilir. Bildirilir ki, Amin Xudaverdiyev ilk qətli ötən əsrin 90-cı illərin əvvəllərində törədib. O zaman atasının dostuna bir neçə bıçaq zərbəsi endirməklə həyatına son qoyub. Bundan sonra Maştağa qəsəbəsindəki 1 saylı Ruhi Xəstəxanasından psixi çatışmazlığı ilə bağlı sənəd alınmaqla Amin Xudaverdiyev qətlə görə cəzadan kənar saxlanılır. 22 yaşında törətdiyi qətldən sonra Amin Xudaverdiyevin dosyesinə daha bir qətl işi yazılır. Qeyd etdiyimiz kimi Amin Xudaverdiyevin törətdiyi növbəti qətl sifarişli olub. Öldürülən Oktay adlı şəxs Mərdəkan qəsəbəsinin sakini, polis əməkdaşı olub. Qətlin sifarişçi isə Gədəbəydən olan Hacı Zakir imiş. Lakin o zaman Amin Xudaverdiyev cinayəti boynuna götürüb, qətli təkbaşına törətdiyini deyib. Ortaya psixi xəstəliyinə dair sənədi çıxarıb. Bu sənəd sonrakı qətllər zamanı da Amin Xudaverdiyevin dadına çatıb, onun “xilas kəməri”nə çevrilib. Ümumilikdə Amin Xudaverdiyevin “ayağında” 20-dən çox qətlin olması barədə də iddia var. Qeyd olunur ki, Amin Xudaverdiyev buna görə kriminal aləmdə həm də “killer Amin” kimi də tanınırmış.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hüseyn Abdullayevin anası məhkəmədə ifadə verməkdən imtina edib
Bu gün, 14:17
Ermənistana qaz sataq? – İrəvan Moskvadan Bakıya sığınmaq istəyir
Bu gün, 14:02
Zəngəzur dəhlizi ya açılmalıdır, ya da... - GƏLİŞMƏ
Bu gün, 14:00
"Naxçıvan Universiteti" MMC ləğv olunduğunu elan edir
Bu gün, 13:56
Cinayət törədən yeniyetmələri hansı cəzalar gözləyir? - AÇIQLAMA
Bu gün, 13:09
Ali Məhkəmə girov-ipoteka çəkişmələrinə belə nöqtə qoydu – Məhkəmə təcrübəsini müəyyənləşdirən qərar
Bu gün, 13:06
"Gələn il üçün neftin büdcə qiymətinin 70 dollar götürülməsi risklidir" - Ekspert
Bu gün, 13:03
Arvadını xəyanətə görə öldürən şəxsin MƏHKƏMƏSİ – “Evə gələndə gördüm ki...”
Bu gün, 12:59
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Bu gün, 12:55
Şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:53
Silah siyasətimiz neft siyasətimizdən önə keçir -ŞƏRH
Bu gün, 12:48
Ən çox zərər edən 10 Rusiya şirkəti - SİYAHI
Bu gün, 12:43
“Access Bank” medianı susdurmağa çalışır? - BU NƏDİ BELƏ?!
Bu gün, 12:40
Qarabağ Ermənistanın boynunda asılı kəndir idi və ondan xilas oldu - Paşinyan
Bu gün, 12:38
Döyülən xəstəxana direktoruna cinayət işi açıldı - HƏBS OLUNUR?
Bu gün, 12:22
"Uşaqlarım beton üstündə yatır..." - GİLEY
Bu gün, 12:20
Qubanın Gömür Dəhnə kəndi ayıların HƏDƏFİNDƏ – “Mal-qaradan çox, özümüzə görə narahatıq”
Bu gün, 12:16
Tələbələr üçün "part time" iş imkanları yaradılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 12:07
Masaya yalnız bir variant qoydular - “İran məhv edilməlidir”
Bu gün, 12:05
“Kəpəz”in ən böyük problemi nədir? - AÇIQLAMA
Bu gün, 12:04
“TikTok” Azərbaycan seqmentində 900 min videonu sildi - SƏBƏB
Bu gün, 12:00
Bank of Baku-da - YENİ TƏYİNAT
Bu gün, 11:48
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoyub - MƏQALƏ
Bu gün, 11:44
Öldürülən “killer Amin”in qardaşı hakim qarşısında –QAN DAVASININ CİNAYƏT DOSYESİ
Bu gün, 11:41
Kərəm Mustafayev və qardaşı üçün MƏŞHƏR ANI... - CAVAB VERMƏLİDİRLƏR NƏHAYƏTDƏ...
Bu gün, 11:37
“İkinci NATO” olmayacaq - GƏLİŞMƏ
Bu gün, 11:30
Paşinyan rəsmən BURCUDUR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:28
"Hər şeydən əlini üzən müğənni olur" - Xalq artisti
Bu gün, 11:26
1 milyon “qanpulu”nu belə “yeyib”lər – “Ona bu şəraiti baş həkim Xuraman xanım yaratmışdı”
Bu gün, 11:24
Zakir Qaralovun əmisi qızına yeni vəzifə verilib - ƏMR
Bu gün, 11:11
”Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib - VİDEO
Bu gün, 11:09
"Niyə mən piyada gəzəndə heç kim danışmırdı?" - 160 minlik avtomobil verilən deputat
Bu gün, 11:07
Nəsimi rayonundakı evləri HƏŞƏRATLAR basıb – Problem qarşısında “JEK” də ACİZDİR
Bu gün, 11:05
ƏDV ödəməsinlər deyə... MİN OYUNDAN ÇIXIRLAR! - vətəndaş üçün DAHA BİR TƏLƏ
Bu gün, 11:02
Bakı-Balakən dəmiryol xətti niyə işləmir? - "ADY-nin monopoliyasına son qoyulmalıdır"
Bu gün, 10:58
Xalqın və dövlətin TRİBUNASI… – 15 illik yol
Bu gün, 10:55
"Bu İrana qarşı informasiya müharibəsinin tərkib hissəsi ola bilər" - ŞƏRH
Bu gün, 10:48
İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi... - Xaçikyan
Bu gün, 10:41
Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də... - GİLEY
Bu gün, 10:37
Bostankeşdən... Dİ GƏL KEÇ... - RİH-in İŞİ YARIMÇIQ QALIB!
Bu gün, 10:27
"Siz də o biri diribaş professorlar kimi tasa oturdun dissertantları..." - Bir acı AMEA gerçəkliyi...
Bu gün, 10:19
Mərhum nazirin nəvəsi üçün ÖZƏL GÜN - FOTO
Bu gün, 10:09
Ermənistan qarşısında iki TƏLƏB! - Prezidentdən MÜHÜM MESAJLAR
Bu gün, 10:05
Daha iki azərbaycanlı Rusiya-Ukrayna savaşında ÖLDÜ - Əks cəbhələrdə döyüşürdülər...
Bu gün, 10:04
Ermənistan sülh prosesindən çəkilir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 10:01
"Ermənilər ümid edirlər ki, Rusiya Qərbin dəstəyi ilə Ukraynada məğlub olacaq" - deputat
Bu gün, 09:59
Hakimiyyət nəhayət məsələni bağlamaq üçün... - Samvel Babayanı özünə tərəf çəkir
Bu gün, 09:57
PA-nın vəzifəli şəxsinə ağır itki üz verdi
Bu gün, 09:54
Həsən Nəsrullahın dəfn mərasimi oktyabrın 4-də keçiriləcək
Bu gün, 09:49
"Haqq dediyim üçün mənə TƏLƏ QURDULAR" - İmişlidə ETİRAZ EDƏN müəllimə
Bu gün, 09:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru