Nazirlər bu səbəbdən mətbuat konfransı keçirmir - YAP açıqladı
Tarix: 29-12-2016, 08:53 | Çap et
Yeni Azərbaycan Partiyası (YAP) vaxtilə öz qərargahında nazirlərin, komitə sədrlərinin mətbuat konfranslarını təşkil edirdi. Jurnalistlər bu cür tədbirlərdə onları maraqlandıran sualların heç olmasa, bir hissəsinə cavab ala bilirdilər.
Həmçinin ölkədə baş verən, aktual olan məsələlərə aidiyyəti şəxslərin, aidiyyəti qurumların birinci şəxslərinin mövqelərini ala bilirdilər. Uzun müddətdir ki, jurnalistlər üçün bu cür tədbirlər dayandırılıb. Artıq əksər nazirlər, komitə sədrləri hətta öz mətbuat xidmətləri səviyyəsində suallara cavab vermək həvəsində deyillər. YAP-ın qərargahında mətbuat konfranslarının keçirilməməsinin səbəbləri nədir? Hansısa tərəf bundan imtina edib, yoxsa başqa bir səbəb var?
Bu cür mətbuat konfranslarının keçirilməsi ənənəsinin ləğvinin səbəblərini YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevdən soruşduq. YAP təmsilçisi bunun səbəblərini musavat.com-a açıqladı.
Onun sözlərinə görə, ayrı-ayrı struktur rəhbərlərinin, komitə sədrlərinin, nazirlərin YAP-ın qərargahında mətbuat konfranslarının keçirilməsi ideyası elə YAP rəhbərliyi tərəfindən gəlmişdi: “Bu təşəbbüs aidiyyəti qurumların rəhbərləri tərəfindən çox müsbət də qarşılanmışdı. Bu təşəbbüs də reallaşdı və qarşıya qoyduğumuz məqsədə nail ola bildik. Qarşıya qoyduğumuz məqsəd ondan ibarət idi ki, medianın informasiyaya əlçatanlığı asanlaşsın. YAP bu təşəbbüsü irəli sürən ərəfədə Azərbaycanda informasiya vasitələrinin nümayəndələrinin rəhbər şəxslərə, strukturların birinci şəxslərinə çıxışları indiki qədər asan deyildi. Bir qədər informasiya qıtlığı yaşanırdı. Ona görə də YAP kütləvi informasiya vasitələrinin nümayəndələri ilə rəhbər şəxslər arasında bir növ vasitəçi missiyasını üzərinə götürdü. Qarşıya qoyduğu məqsədə də nail ola bildi. Biz hesab etdik ki, artıq kütləvi informasiya vasitələrinin nümayəndələri ilə müxtəlif strukturların birinci şəxsləri arasında bu əlaqəni qura bilmişik. KİV-lərin bu şəxslərə çıxışını təmin edə bilmişik. Bu informasiya qıtlığını aradan qaldıra bilmişik. Ona görə də artıq bu cür mətbuat konfranslarının keçirilməsinə lüzum yoxdur”.
H.Paşayevin sözlərinə görə, indi də bu təşəbbüs fərqli formada davam etdirilir: “Ondan sonra biz YAP-ın rəsmi saytında bunları müsahibə şəklində davam etdirməyə başladıq. Yəni artıq onların mətbuat konfransları yox, mütəmadi olaraq, həmçinin operativ qaydada onların rəsmi saytda müsahibələri yayımlanır. Cəmiyyəti, KİV-ləri maraqlandıran suallarla müsahibələr təşkil edilir və oxucuların, vətəndaşların ixtiyarına təqdim edilir. Mətbuat konfranslarından hər hansı tərəfin imtinasından söhbət getmir”. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
• Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11 |
|
|
|
• Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03 |
|
|
|
• Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02 |
|
|
|
• Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52 |
|
|
|
• Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44 |
|
|
|
• Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43 |
|
|
|
• Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41 |
|
|
|
• Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40 |
|
|
|
• “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28 |
|
|
|
• FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25 |
|
|
|
• Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23 |
|
|
|
• Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17 |
|
|
|
• Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08 |
|
|
|
• Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03 |
|
|
|
• BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00 |
|
|
|
• Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55 |
|
|
|
• "Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54 |
|
|
|
• Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49 |
|
|
|
• "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48 |
|
|
|
• Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43 |
|
|
|
• Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40 |
|
|
|
• Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37 |
|
|
|
• Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25 |
|
|
|
• Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12 |
|
|
|
• Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10 |
|
|
|
• Ermənilər YENİ SAVAŞ tədarükündə... - NƏ ETMƏLİ?
Bu gün, 10:06 |
|
|
|
• Dövlət qurumu 2,6 milyon manata işıqfor və ehtiyat hissələri aldı - QALİB ŞİRKƏT
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycanda dörd universitetə akkreditasiya verilib - SİYAHI
Bu gün, 09:58 |
|
|
|
• Bakı ilə Varşava arasında Arazdəyən gərginliyi - DETALLAR məlum oldu
Bu gün, 09:53 |
|
|
|
• Naxçıvanda qanunsuz əməllər törətməkdə ittiham olunan vəkilin cinayət işi məhkəməyə göndərilib
Bu gün, 09:51 |
|
|
|
• Zaur Mikayılovun Biləsuvardakı adamları BELƏ SUVARIR... - İTTİHAM VAR...
Bu gün, 09:49 |
|
|
|
• Performans qiymətləndirmə nəticələri NƏDƏN gizli saxlanılır? - ETİRAZ VAR...
Bu gün, 09:45 |
|
|
|
• AMEA GERÇƏKLİYİ: Su üzərində sabun köpüyü... - maləsəf... BU FAKTDIR...
Bu gün, 09:32 |
|
|
|
• Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ? - “Binokl şousu”nun növbəti QONAĞI
Bu gün, 09:27 |
|
|
|
• Fransa artıq bütün körpüləri yandırıb... - BU, FAKTDIR...
Bu gün, 09:17 |
|
|
|
• Məhkəmə Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:09 |
|
|
|
• Zəngəzur dəhlizi... NƏDƏN VACİBDİR... - ŞƏRH
Bu gün, 09:00 |
|
|
|
• “Endirim” saxtakarlığı: bu halda alıcı nə etməlidir? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• Sərdar Əsədova ağır itki üz verib
Bu gün, 08:49 |
|
|
|
• Məktəblərin qapısına ASILACAQ QIFIL... - AXI NİYƏ?..
Bu gün, 08:44 |
|
|
|
• Tarix İnstitutunda daha bir QALMAQAL - XANIM ƏMƏKDAŞLA ŞÖBƏ MÜDİRİ QIRĞINA ÇIXDI
Bu gün, 08:37 |
|
|
|
• Heç bir sosial platformada təmsil olunmayan iki partiya... - ARAŞDIRMA
Bu gün, 08:33 |
|
|
|
• “Kredit Servis BOKT”-nin rəhbərliyində DƏYİŞİKLİK - BUNDAN SONRA...
Bu gün, 08:32 |
|
|
|
• “Anadolu Event” ölkədən külli miqdarda PUL ÇIXARIB - BAŞI CƏNCƏLDƏ...
Bu gün, 08:28 |
|
|
|
|