Bu gecə yağan yağış nəticəsində Bakının Badamdar qəsəbəsindəki həyətyanı evlər yağış suları ilə dolub. “Kempiski Hotel”in yaxınlığında yerləşən həyət evlərinə dolan su ilə bağlı sakinlər Bakı Şəhər İcra Hakimiyyətinə məlumat versələr də, meriyada onların şikayəti ilə maraqlanan olmayıb. Belə olan halda bir qrup sakin etiraz əlamati olaraq yaxınlıqdakı magistral yolu bağlayıblar. Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Polislər yolu kəsən sakinləri ərazidən uzaqlaşdırmağa çalışıblar.
Qeyd edək ki, bu gecə yağan güclü yağış nəticəsində şəhərdən “Kempiski Hotel”ə gedən istiqamətdəki dərin çökəkliyə toplanan yağış suyunun həyətlərə axmasına səbəb olub. Nəticədə yüzlərə evin həyəti su içində qalıb. Aldığımız məlumata görə, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə dəstələri çağırılıb.