DGK-da daha bir KORRUPSİYA FAKTI - "Taleh-A.T.” Müəssisəsinə nədən etimad göstərilir?
Tarix: 11-07-2019, 09:35 | Çap et
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin olunduqdan sonra vaxtaşırı gömrük əməkdaşlarının qanunsuz əməllərinin ifşa edilməsi haqqında məlumat yayılır. Bununla da gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması görüntüsü yaradılır. Gömrük orqanlarında korrupsiyaya qarşı mübarizə aparılması görüntüsü yaradan son məlumat Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun "Liebherr-Azeri LLC” MMC-nin ünvanına Almaniya Federativ Respublikasından daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etməsinin ifşa edilməsi ilə bağlıdır. DGK-nin yaydığı məlumatda gömrük xidməti polkovnik-leytenantı Namiq Əsədovun tutduğu vəzifədən azad edilməsi və fakta bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilməsi öz əksini tapıb. Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması görüntüsü yaradılsa da daxil olan məlumatlar bunun tam əksini göstərir. Məsələn, Dövlət Gömrük Komitəsi Qusar rayonu ərazisində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsi Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərini "Taleh-A.T.” Müəssisəsinə həvalə edib. Bu həmin "Taleh-A.T.” Müəssisəsidir ki, idxal etdiyi malların real dəyərini rəsmi sənədlərdə azaldararaq 62565.12 ABŞ dollarını gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmışdı. İndi, Səfər Mehdiyev 50 min manat büdcə vəsaitinin sərf olunması nəzərdə tutulan Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərini "Taleh-A.T.” Müəssisəsinə həvalə edib. Bu isə haqlı olaraq Səfər Mehdiyev "quzunu qurda” tapşırıb qənaəti yaradıb. Məhəmmədəli Heydər oğlu Əliyevin rəhbərlik etdiyi "Taleh-A.T.” Müəssisəsinin idxal etdiyi malların real dəyərini rəsmi sənədlərdə azaldararaq 62 565.12 ABŞ dollarını gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırması ilə qanun pozuntusu aşkar olundqudan sonra büdcə vəsaitləri hesabına həaya keçirilən layihəni Səfər Mehdiyev bu şirkətə hansı məntiqlə həvalə etməsinin səbəblərinə DGK-i aydınlıq gətirməlidir. DGK-i eyni zamanda "Gömrük orqanlarında xidmət haqqında” əsasnaməyə uyğun olaraq xidmətinə bu əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verilmiş keçmiş gömrükçülərin bəzilərinin birdəfəlik müavinəti almasına baxayaraq, bəzilərinin qanuni haqqını hələ də ala bilməməsinə aydınlıq gətirməlidir. Çünki, belə iddialarvar ki DGK-nin rəhbərliyi müavinətlərin verilməsində ikili standartlarla hərəkət edir. Yəni, DGK-nin rəhbərliyi uyğun bildiyinə müavinəti verir, uyğun bilmədiyinin qanuni haqqını verməkdən yayınır. "Yeni Sözçü” qəzetinə məlumat verən sabiq gömürk məmurlarından biri DGK-də baş verənləri Səfər Mehdiyevin idarəçiliyinin məntiqi nəticəsi hesab edir. Adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə, Səlim Müslümovun zamanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi işləmiş Fuad Əlizadəni DGK-ninMaliyyə və Təchizat İdarəsinin rəisi təyin etməsini Səfər Mehdiyevin idarəçiliyi haqqında rəy formalaşdırmağa yetərlidir. Çünki, Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil almış, 2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsi almış bir şəxsin DGK-nin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi Səfər Mehdiyevin kadr siyasətinin mahiyyətini tam şəkildə üzə çıxarır. Yazıda adları çəkiləş şəxslərin, xüsusilə də hüquqi ünvanı Nərimanov rayonu, Böyük Şor, ev 63Q, 2095-ci məhəllə olan "Taleh-A.T.” Müəssisəsinin rəhbəri olan Məhəmmədəli Heydər oğlu Əliyevin mövqeyni dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
|